İnstitutu



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə14/27
tarix04.02.2018
ölçüsü0,77 Mb.
#24312
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

 

33 


– danışanı diqqətlə dinləmək , ona cavabı yalnız nitqi tamamladıqdan sonra 

vermək olar.    

– tənqid yalnız danışanın fikirinə yönəlməlidir. 

–vaxt nəzərə alınmalıdır.     

–söz üçün icazə istənilməlidir.   

Qaydalar iri vərəqdə yazılmalı və divarda görünən yerdə  asılmaldır.                                                                   

2.  Sinifdə  şagirdlərin  müzakirə  üçün  münasib  formada  oturmasına  (dairəvi, 

yarımdairəvi, üz-üzə və s ) nail olunmalıdır. 

3.  Müzakirə  üçün  mövzunun  adı  ilk  baxışdan  sadə,  şagirdin  başa  düşəcəyi 

şəkildə təqdim edilməlidir. 

4.Müzakirə  “nə  baş  verdi?,  “nə  üçün  baş  verdi?”,  “Bu  haqda    siz  nə 

düşünürsünüz?”, “başqa cür ola bilərmi?” və s kimi inkşafetdirici suallar verməklə 

başlayır.  Disskusiyanı davam  etdirmək  üçün  şagirdlərin  verdiyi  cavablar  diqqətlə 

dinlənilməlidir.  Aşağıdakı  nümunədə  “Çaylar”  mövzusunun  tədrisində  verilən  

suallar ənənəvi və fəal təlimə uyğun qruplaşdırılmışdır: 

                                                                                              

    (cədvəl) 

Ənənəvi təlim 

Fəal təlim 

1.

 



Çayın mənbəyi nə ola bilər. 

     


1.  Nə  üçün  okean  və  onun  hissələri 

çaylara mənbə ola bilməz? 

  2. Çay dərələrinin hansı formaları var?  2.  Dağ  çaylarının  dərələri  ilə  düzənlik 

çaylarınınkının  fərqli  olmasına  səbəb 

nədir? 

  3. Çayın hövzəsi nəyə deyilir? 



3.  Nə  üçün  çay  və  onun  qolları  yalnız 

müəyyən sərhəd daxilində ola bilər? 

  4. Çayın suayrıcısı nədir?  

4. Sıra dağların müxtəlif yamacları eyni 

çay hövzəsinə aid ola bilərmi? 

  5.  Çaylar  rejiminə  görə  hansı  qruplara 

ayrılır?  

5.  Ərazinin  iqlimi  və  düşən  yağıntı  ilə 

çayların  rejimi  arasında  hansı  əlaqələr 

mövcuddur?  

  6. Çaylardan hansı məqsədlərlə istifadə 

etmək olar? 

6.  Nə  üçün  dağ  çaylarından  daha    çox 

enerji  ,  düzən  çaylarından  isə  nəqliyyat 

üçün istifadə edilir? 

  7.  Hansı  çayların  suvarma  əhəmiyyəti  

böyükdür? 

7.  Çayların  suvarma  əhəmiyyəti  çayın 

hansı xüsusiyyətindən asılıdır? 

  8.Çayların çirklənməsi hansı səbəblərlə 

əlaqədardır? 

8.Yaşayış  məntəqələrinin  əksəriyyətinin 

çay  kənarlarında  salınmasının  nəticəsi 

nə olur? 

                   

Diskussiyanın gedişinin düzgün qiymətləndirilməsi də onun müvəffəqiyyətlə 

həyata keçirilməsinə təsir edən amillərdən biridir. 

        Müəllim şagirdlərin: 

– düzgün, əsaslandırılmış fikirlərinə, sanballı dəlillərinə diqqət yetirməlidir.  



 

34 


–  fikirləri  ümumiləşdirərkən,  yekun  vurarkən  müzakirələrdə  iştirak  edən 

şagirdlərin fikirindən  nümunələr gətirməli, onlara qarşı diqqətli olmaldır. 

-  söylənilən fikirlərə səbirlə qulaq asmalı, fikirlər səhv olduqda belə şagirdin 

sözünü  kəsməməli,  digər  şagirdlərdən  həmin  fikrə  qarşı  hansı  münasibətdə 

olduqlarını soruşmalı və sonda özünün düzgün mülahizələrini söyləməlidir. 

  « Əqli hücum».  

      Şagirdlərin  fəallığını  artırmaq  üçün  tətbiq  olunan  ən  optimal  metodlardan 

biridir.  Şagirdlərin  hər  hansı  konkret  problemin  həlli  və  ya  suala  cavab  tapmaq 

üçün  yaradıcı  təfəkkürünü  üzə  çıxarmağa  təkan  verir,  onların  müxtəlif 

vəziyyətlərdən  çıxış  yolu  tapmaq,  qərar  qəbul  etmək  səviyyəsini  və  eləcə  də 

fikirlərini konkret ifadələrlə  söyləmək  bacarığını üzə çxarır. 

«Əqli hücum»un şagirdlər arasındakı  ünsiyyətin yaranmasında da rolu böyükdür. 

Lakin bu metodun tətbiq edilməsində əsas məqsəd verilən problemin həlli yollarını 

müəyyən etməkdir.  

       Əqli hücumu həyata keçirmək üçün aşağıdakılara diqqət yetirmək lazımdır: 

- Şagirdlər nisbətən böyük qruplarda ( 8-10 nəfərlik ) birləşdirilməlidir. 

-  Qrupun  lideri  qoyulmuş  problemə    dair  qrup  üzvülərinin  söylədikləri  ən  bəsit 

ifadələri qeyd etməlidir.  

-  İrəli  sürülmüş  şərhləri  ümumiləşdirmək  və  yeni  nəticə  çıxarmaq  üçün,  müəllim 

quruplara vaxt ayırır (10-15 dəq) .Verilmiş ideyaları müzakirə etmək, onları inkişaf 

etdirmək,  və    təqdim  etmədə  sistem  yaratmaq  üçün  qrupların  içərisində 

yarımqruplar ayrılır. Hər bir yarımqrup öz ideyalarını ( bu təsvir,səhnəcik, mahnı, 

rollu  oyunlar  və  s  şəkilində  ola  bilər)  tam  qrupun  tərkib  hissəsi  kimi  nümayiş 

etdirir. 

       Əqli  hücumun  aşağı  siniflərdə  təşkil  edilməsi  daha  sadə  ola  bilər.  Belə  ki, 

müəllim  sualı  lövhədə  yazır  və  sinif  şagirdlərinə  həmən  sualın  cavabına  dair 

ideyalarını  söyləməyi  təklif  edir.  Şagirdlərin  verdiyi  (düşünülmüş,  təsadüfü  və  s) 

cavablar  heç  bir  şərh  verilmədən  lövhəyə  yazılır.  Yalnız  bundan  sonra  yazıya 

alınmış  ideyalar  təhlil  edilir,  qruplaşdırılır,  mübahisə  doğuran  yaxud    orjinal 

fikirlər ayrılır və sualın cavabını əks etdirən ideyaların şərhi və müzakirəsi aparılır.  

            BİBÖ ( bilirəm, istəyirəm biləm, öyrəndim). 

        Hər  hansı  mövzunun  tədris  edilməsində  bu  keyfiyyətlərlə  yanaşı    şagirdlərin 

həmin  mövzuya  aid  sərbəst  biliklərinin  səviyyəsini  müəyyən  etmək  çox 

əhəmiyyətlidir.  Bu  müəllimə    şagirdlərdə  keçmiş  və  yeni  biliklər  arasında  əlaqə 

yaratmağa  imkan  verir.  BİBÖ  metodu  şagirdlərin dərs  boyu  fəallığını  təmin edir, 

birgə  öyrənmənin  yüksək  mərhələsini  yaradır.  Metodun  birinci  “Bilirik” 

mərhələsində  şagirdlərin  dünyagörüşü,  onların  müstəqil  öyrənmə  qabiliyyəti, 

mövzuları  əlaqələndirmə  imkanları  və  hafizəsi  təyin  olunur.  İkinci    “İstəyirik 

bilək”  mərhələsində  isə  artıq  şagirdlərin  təfəkkür  tərzi,  onların  coğrafi  düşüncə 

səviyyəsi, elmi fantaziyaları, əqli qabiliyyəti və arzu, istəklərinin əhatə dairəsi üzə 

çıxır. Müəllim şagird ehtiyaclarını nəzərə almaqla onları passiv dinləyicidən aktiv 

iştirakçıya,  sadəcə  öyrənən  obyektdən  öyrənmək  istəyən  subyektə  çevirir. 

Şagirdlərin  öyrənmək  istədikləri  müəllim  və  şagirdlərin  iştrakı  ilə  tədqiqat 

nəticəsində  birgə  öyrənilir.  Bu  metodun  sonuncu,    daha  vacib  “Öyrəndik” 

mərhələsinin  həyata  keçirilməsinə  imkan  yaradır.  Biliklərin  möhkəmləndirilməsi, 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə