İnstitutu



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə16/27
tarix04.02.2018
ölçüsü0,77 Mb.
#24312
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

 

37 


etməkdir.    Bu  məqsədlə  çox  cəhətli  sorğu  tətbiq  edilir  ki,  onlar    aşağıdakılardan 

ibarətdir. 



1.  Formal  səviyyəli  suallar  şagirdlərin  faktik  biliklərinin  yada  salınmasına 

xidmət edən, hafizəyə əsaslanan suallardır. Belə sualların cavabına adətən mətində 

rast  gəlinir.  Əzbərçiliyə  meyilli,  zəif  xarakterli  və  yalnız  yüksək  qiymət  almaq  

həvəsində olan şagirdlər formal sualları xoşlayır. Nəzərə almaq lazımdır ki, adətən 

yaradıcı təfəkkürə malik olan istedadlı şagirdlər belə suallara qarşı etinasız olur. 

        Məsələn  «  Avstraliyanın  təbii  zonaları»  mövzusunda  «  Savannalar  materikin 

hansı  hissəsində yerləşir» sualının cavabına (şimal  hissədə) dərslik  mətinində rast 

gəlmək mümkündür. 



2. Çevirmə suallarının köməyi ilə şagird mövzunun təsvirini verir, məlumat 

çatdırmağın  fərqli  olmasına  çalışır,  mütaliə    zamanı  rast  gəldiyi  informasiyaları 

canlandırır.  Məsələn  eyni  mövzu  daxilində  («Avstraliyanın  təbii  zonaları») 

«Materikin  hansı  hissəsində  kölgəsi  olmayan  hündür  ağaclar,  bu  ağacların 

yarpaqları  ilə  özünün  suya  olan  təlabatını  ödəyən  koala  ayısı,  başqa  materiklərdə 

rast  gəlinməyən  kisəli  heyvanlar  yaşayır?»Göründüyü  kimi  bu  sualın  cavabını 

tapmaq  üçün    şagirdin  idraki  fəaliyyəti  aktivləşməli,  bir  neçə  variantda  cavabları  

araşdırmalıdır. 



 İnterpretasiya  sualları  əslində  çevirmə  suallarının  daha  mürəkkəb  forması 

olub, yeni ideyalar arasında qarşılıqlı əlaqə yaratmağa istiqamətlənmişdir. 

 Məntiqi  düşüncənin  ən  yüksək  səviyyəsinə  əsaslanan  interpretasiya  suallarında 

şagirdlər  ideyaların  mənalarını  dərk  edərək,  onların  uzlaşdırılmasına  nail 

olmalıdırlar . 

Məsələn  nümunə  üçün  seçilmiş  mövzuda  «sizcə  nə  üçün  savannada  hündür 

ağacların  (evkalipt  nəzərdə  tutulur)  kölgəsi  olmur?»  və  ya  «Nə  üçün  Avstraliya 

materikində mövcud olan kisəlilərə başqa materiklərdə rast gəlinmir» və s. 



3.  Tətbiq  sualları    şagirdlərə  problemlərin  həllində  müstəqil  tədqiq  etmək 

imkanı  yaradır.  İnformasiyaları  ümumiləşdirmək,  onun  həyatı əhəmiyyətini    dərk 

edərək nəticələr çıxarmağı tələb edir. Məsələn «Avstraliyanın şimalında yağıntının 

illik rejimində olan fərqlilik, ərazinin bitki və canlı aləminə necə təsir göstərir?» və 

ya «Avstraliyanın Qondvana qurusandan çox uzaq keçmişdə (570 milyon il əvvəl) 

ayrılması  materikin  təbiətində  hansı  xüsusiyyətləri  yaratmışdır?»-  sualına  cavab 

vermək  üçün    şagird  müxtəlif  mənbələrdən  istifadə  etməli,  alternativ  fikirlərə  öz 

münasibətini bildirməlidir. 



4. Təhlil sualları  məlumatın nə dərəcədə doğru olduğunu müəyyən etmək, 

səbəb-  nəticə  əlaqələrinə  əsasən  tədqiqə  yönəlir.  Mövzunun    ümumi  başa 

düşünülməsinə əsasən onun daha kiçik hissələrə ayrılmasını təmin edir. 

5.  Sintez  sualları  özünəməxsus  formaların  yaradılması,  bilik  və 

bacarıqlardan  istifadə  etməklə  problemə  yaradıcı  yanaşma  üçün  imkan  yaradır. 

Sintez  sualları  vasitəsi  ilə  şagirdlərdə  alternativ  fikirlər  yaratmaq,  məsələnin 

həllinə  tamamilə  əks  tərəfdən  yanaşmaq  mümkündür.  Məsələn,  təqdim  etdiyimiz 

dərs  nümunəsində  «Evkalipt  ağacları  Avstraliyanın  cənubunda  günəş  şüalarının 

daha  aşağı  bucaqda  göründüyü  ərazilərdə  yayılmış  olsaydı  yenə  də  kölgəsi 

olmazdımı?» Göründüyü kimi, sual  şagirdə tamamilə  gözlənilməz  əks variantda  

verilir.  




 

38 


6.Qiymətləndirici suallar    Şagirdlərin    qərara  gəldiyi  fikirlərin  düzgün  və 

ya  səhv  olmasını  müəyyən  etmək,  nəticə  çıxarmasına  yönəlmiş  suallardır. 

Qiymətləndirici  suallar  şagirdləri  öyrəndikləri  informasiyanın  keyfiyyətinə  görə 

fərqləndirməyə  məcbur  edir.  Onlar  problemə  aid  irəli  sürdükləri  fikirləri 

əsaslandırır, təcrübə və statistik rəqəmlərə əsasən onun doğru olub- olmadığını  üzə 

çıxarır.  Qiymətləndirici  suallara  nümunə  olaraq  «Tropsferdə  havanın 

temperaturunun  artması  hansı  dəyişikliyə  səbəb  olur?»  probleminə  şagird 

münasibətini    götürmək  olar.  Şagirdlər  havanın  temperaturunun  artması  ilə  1 

kub.m  havada  ola  biləcək  su  buxarının  miqdarının  artması  fikrini  əsaslandırmaq 

üçün  təcrübələr  aparır.  Və  yaxud  «Quru  subtropik  iqlim  şəraitində  becərilən 

pambığın  məhsuldarlığının  tropiklərə  nisbətən  aşağı  olmasını»  subut  etmək  üçün 

təkcə  pambığın  günəş  istiliyinə  tələbkar  olması  fikri  ilə  əsaslandırmaq  kifayət 

deyil.  Şagirdlər  müstəqil  olaraq  tədqiqat  aparır,  statistikanı  araşdırır.  1  hektar 

sahədən  yığılan  pambıq  lifinin  subtropik  enliklərdə  tropiklərə  nisbətən  çox  aşağı 

olduğunu  ümumiləşdirir  və  bunun  ölkədə  bitkiçiliyin  ekstensiv    inkşafından  asılı 

olduğunu əsaslandırır. 



Şaxələndirmə   

        Hər  hansı  mövzuya  dair  şagirdləri  açıq  və  müstəqil  düşüncəyə 

istiqamətləndirən  metoddur.  Beyin  həmləsinin  qeyri  -səlis  xətt  üzrə    işləmə 

vəziyyətidir.  Şaxələndirmə  əsasən  fərdi,  cütlər  və  kiçik  qruplar  formasında 

aparılmalıdır. Mövzunun öyrənilməsindən  əvvəl şagird təfəkkürünə  təkan  vermək  

onu  düşünməyə cəlb etmək, onlarda  mövzuya dair  maraq  yaratmaq, digər  fənnlər 

və  ya  şagirdin  dünyagörüşünün  hüdudlarını  üzə  çıxarmaq,  biliklər  arasında  əlaqə 

yaratmaq  və  s  fəaliyyətlərə  xidmət  edir.  Şaxələndirmə  metodunun  köməyi  ilə 

şagird təfəkkürünü də inkişaf etdirmək mümkündür. 

Şaxələndirmə tətbiq etmək üçün ilk növbədə aşağıdakılar tələb olunur:  

       -  şaxələndirmə üçün uyğun gələn münasib mövzu seçilməldir. 

       -  şagirdlərə şaxələndirmə prosesi aydın şəkildə təsvir edilməldir.  

       -    mövzunu  açmaq  üçün  onun  daxilində  ikinci  dərəcəli  mövzuları  qrup 

daxilində fərdlərə paylanması təmin edilməlidir 

      -    iştirakçıların  qrup  daxilində  hazırladığı  şaxələndirmələri  qrupda 

birləşdirilməsinə nəzarət edilməlidir. 

Şaxələndirmə prosesinin mərhələləri sadə və asan yadda qalır.  

      1. Mövzunun adı mərkəzdə (yazı müstəvisinin ortasında) yazılır. 

       2.  Mövzu  ilə    əlaqəli  fikirinizə  düşən,  ağıla  gələn  bütün  sözlər  mərkəz  sözün 

ətrafında yazılır. 

      3. Bir-biri ilə əlaqəli olan fikirlər arasında xətt çəkilərək birləşdirilir.  

      4. Bütün fikirlərin yazıya köçürülməsi və ideyalar axını üçün vaxt qoyulur. (5-

10 dəqiqə)  

      5.  Şagirdlər  mümkün  qədər  daha  və  çox  fikirlər  və  əlaqəli  ifadələr  yazmağa 

həvəsləndirilir   (bu onların dünyagörüşünü, mövzuya dair biliklərinin səviyyəsini 

göstərən meyardır).  

       Şaxələndirmə  üçün  coğrafiya  fənninin  son  dərəcə  geniş  imkanları  vardır. 

Çünki coğrafi   mövzuların əksəriyyəti şagirdlərin real həyatda  gördüyü  hadisə  və 

proseslərlə əlaqədardır. 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə