İnstitutu



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə27/27
tarix04.02.2018
ölçüsü0,77 Mb.
#24312
1   ...   19   20   21   22   23   24   25   26   27

 

68 


kurrikulumda  fənlərarası əlaqənin tətbiqi  biliyin sistemli  şəkildə öyrədilməsinin 

açarıdır,  çünki  müxtəlif  istiqamətlərdə  inkişaf  edən  elmlər  arasında  əlaqə,  başqa 

sözlə deyilərsə, assosiasiya yaratmaq idraki fəaliyyətin əsas proseslərindən biridir. 

Biliklərin inteqrasiyası  şagirdlərin canlı və cansız təbiət hadisələri həmçinin  təbiət 

və  cəmiyyət  hadisələrinin  ümumi  əlaqələrini  dərk  etməyə  xidmət  edir,  eləcə  də 

öyrəndikləri  problemləri  bir  yerdə  nəzərdən  keçirərkən  səmərəli  konsepsiyaların 

formalaşmasına və onların təqimatına diqqət  yetirir. 

Pedaqoji  innovasiya-  təhsil  müəssisələrində,  pedaqoji  nəzəriyyələrdə, 

müəllim və şagirdlərin fəaliyyətlərində, təlim-tərbiyənin məzmununda, forma, üsul 

və vasitələrində, idarəetmədə, məqsəd və nəticələrdə, ümumən, pedaqoji sistemdə 

baş verən yeniliklərdir. Onlar müəyyən dövr ərzində sabit qalaraq ənənəvi qaydada 

davam etdirilir, həmin dövrün səciyyəvi pedaqoji hadisəsinə cevrilir.  

Nəticəyönümlülük-  yeni  kurrikulumların  hazırlanmasında  nəzərə  alınmış 

əsas  prinsiplərindən  biridir.  Bu  pirinsipin  tələbinə  görə  müəyyən  olunmuş 

bacarıqlardan ibarət zəruri məzmun nəticələr formasında verilir. 

Taksonomiya-  yanan  sözdür  (taxus-qayda  ilə  yerləşmə+qanun  deməkdir), 

təlim  məqsədlərinin şəbəkəli və ya sistemli təsnifatıdır. Elmi termin kimi ilk dəfə 

botanika  və  zoologiyada  əmələ  gəlmiş,  heyvanların  və  bitgi  orqanizmilərinin 

qruplara  görə  bölgüsü  anlamında  işlənmişdir.  30-cu  illərdə  psixologiyada  istifadə 

olunmağa başlanmışdır.  

Şəxsiyyətyönümlülük  –  Milli  Kurrikulumun  hazırlanması  zamanı  nəzərə 

alınmış  didaktik  prinsiplərdən  biridir.  Onun  tələbinə  görə,  kurrikulumların 

tərkibində    olan  təlim  standartları,  strategiyaları  və  qiymətləndirmə  mexanizmləri 

şagird  şəxsiyyətində  idraki,  hissi  və  psixomotor  bacarıqlar  əsasında  yaranan 

keyfiyyətlərin  formalaşmasına  yönəlir.  Çox  vaxt bu  keyfiyyətlər  kompetensiyalar 

(səriştələr,  qabiliyyətlər),  dəyərlər  və  ya  mədəniyyətlər  terminləri  ilə  ifadə  edilir. 

Şəxsiyyətyönümlü təhsilin keyfiyyət göstəricisi sadəcə bilik və ya bacarıqlar deyil, 

milli  səviyyədə  müəyyən  olunmuş  ümumi  nəticələrə  uyğun  səviyyənin 

(kompetensiya, keyfiyyət və ya mədəniyyət göstəricilərinə uyğun səviyyənin) əldə 

edilməsidir.  



Təhsildə qiymətləndirmə sistemi- beynəlxalq milli və məktəb səviyyələrində 

aparılan  qiymətləndirməni  əhatə  edir.  Orada  zəruri  məzmunun  (qiymətləndirmə 

standartlarının), vasitələrin (test, sual və s.), formaların, üsulların müəyyənləşdiril-

məsini və onların reallaşdırılmasına aid prosedurları özündə birləşdirir.  



Fəal  (interaktiv)  təlim-  şagirdlərin  idrak  fəallığına  əsaslanır,  təhsil 

prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitinin yaradılmasını tələb edir.  



İdrak fəaliyyəti- idrak prosesində həyata keçirilən fəaliyyətdir. Psixoloqların 

fikrincə,  idrak  fəaliyyətində  bilmək,  anlamaq,  tətbiq  etmək,  sintez  etmək  və 

dəyərləndirmək  əsas  mərhələlər  hesab  olunur.  Müasir  təhsil  konsepsiyasına  görə, 

şagirdin  təlim  fəaliyyətinin  psixopedaqoji  əsasını  məhz  həmin  parametrlər  təşkil 

edir. Ona görə də “hafizə məktəbi”ndən fərqli olaraq “təfəkkür məktəbi”ndə təlim 

stanadartları hazırlanarkən onlar əsas götürülür.   



Mifologiya  -  dünya  haqqında  ibtidai  icma  cəmiyyəti  insanına  məxsus 

fantastik təsəvvür və mifləri öyrənən elm. İbtidai icma dövründə insan özünə yaxın 

və doğma olan icma-tayfa münasibətlərini onu əhatə edən bütün əşya və hadisələr 



 

69 


üzərinə  keçirirdi.  Torpaq,  səma,  bitki  və  heyvanlar  aləmi  universal  tayfa  icması 

şəklində təsəvvür olunur və bu icmada bütün əşyalar təkcə canlılar kimi yox, həm 

də  şüurlu  və  mütləq  bir  biri  ilə  qohum  olan  məxluqlar  kimi  anlaşılırdı.  Bu 

təsəvvürlər mifologiyada ümumiləşirdi. Buna görə də Allah-sənətkar, allah-maldar, 

allah-döyüşçü, allah-əkinçi və s. mifoloji obrazlar yaranırdı. 

Şumer - eramızdan əvvəl 6-cı minillikdən 

başlayaraq cənubi İkiçayarasında 

(  yəni  Mesapotomiyada)  mövcud  olmuş  ən  qədim  insan  sivilizasiyası.  Sakinləri 

Şumer  dilində  danışmışlar.  Şumerlərin  prototürklər  olmasını  iddia  edən  bir  çox 

alimlər  var.  Onlar  səbəb  kimi  şumerlərin  dilindəki  bir  çox  sözlərin  bu  gün  də 

olduğu kimi türkdilli xalqların dilində işlənməsi və ya qədim (ümumi) türk dilinin 

lüğətinə daxil olmasıdır. 

Babil-  (Akkad  dilindəki  "Allahın  qapısı"  mənasını  verən  "bab-İllu

sözlərindən) - E.ə. II minilliyin əvvələrində Mesopotamiyada mövcud olmuş şəhər 

dövlət. Qədim dünyanın ən böyük şəhərlərindən biri. Babil şəhər dövləti e.ə. XIX 

əsrdə  Babilistan  dövlətinə  çevrildi

[1]

.  Babilin  qalıqları  Dəclə  və  Fərat  çaylarının 



qovuşduğu ərazidə, indiki Bağdad şəhərindən 85 km cənubdakı Əl-Hillə şəhərinin 

yerində tapılmışdır. Tarixi mənbələr göstərir ki, əvvəllər kiçik şəhər olan Babil e.ə. 

III  minilliyin  əvvəllərindən  başlayaraq  inkişaf  etməyə  başlamışdır.  Şəhər  I  Babil 

çarlığının  zamanında  çiçəklənmə  dövrünü  yaşamış  və  siyasi  mərkəz  halına 

gəlmişdi. E.ə. 2300-cü  ilədək Babilistanın "müqəddəs şəhəri"  və e.ə. 612-ci  ildən 

Yeni  Babil çarlığının  mərkəzi  olmuşdur. Babilin Asma bağları qədim  dünyanın 7 

möcüzəsindən biri hesab olunurdu



Azımut  -    Şimala  olan  istiqamətlə  verilən  istiqamət  arasında  qalan  və  saat 

əqrəbinin hərəkəti üzrə ölçülən bucaqlara deyilir. 

Akkumulyasiya  –  yumşaq  çöküntülərin  yer  səthində  toplanma-çökmə 

prosesləridir.  Bu  prosesləri  əmələ  gətirən  amillərdən  asılı  olaraq  akkumilasiya 

külək, buzlaq, vulkan akkumulasiyalarına ayrılır 

Orbit – Göy cisiminin mərkəzi cisim ərtafinda hərəkət etdiyi yoldur. 

İzoterm  -  iqlim  xəritələrində  müəyyən  vaxt  ərzində  orta  temperaturu  eyni 

olan  müxtəlif  yerləri birləşdirən  izoxət.  İlk dəfə  xəritədə  izotermləri 

1817-

ci  ildə 



A.Humboltd istifadə etmişdir. 

Terrikon  təpələr  -    İqtisadi  inkişaf  səviyyəsinin  yüksək  olduğu  bəzi 

regionlarda  uzun  müddət  istismarda  olan  mədənlər  artıq  əhəmiyyətini  itirmişdir. 

Həm  də  istehsal  prosesində  mədənlərin  kənarlarına  xeyli  miqdarda  “tullantılar” 

tökülür.  Bu  “tullantılar”  ın  istifadəsi  iqtisadi  cəhətdən  səmərəli  deyil,  çünki 

süxurdakı  filizin  tərkibi  “kasıbdır”.  Sənayenin  tullantılarının  litosferdə 

toplanmasına  və  onu  çirkləndirilməsinə  ən  tipik  misal  terrikon  təpələrdir. 

Terrikon  təpələr  özləri  ekoloji  gərginlik  yaratmaqla  yanaçı-adətən  məhsuldar 

torpaqlardan istifadəni mümkünsüz edir. 



Atmosferdə  ixtixana  effekti-  son  illər  hava  qatı  qlobal  çirklənməyə  məruz 

qalmışdır.  XIX  əsrin  sonunda  amerikalı  fizik  Vud  adi  şüşədən  hazırlanan  ilk 

parnikin  modelini yaratmış  və  göstərmişdir ki,  istiliyin  udulması  və əks olunması 

arasındakı balansı pozmaqla əlavə istilik almaq mümkündür. 



Hidrosferin  ekologiyası  -  Təbiətdə  suyun  əhəmiyyəti,  onun  bitki  və 

canlıların həyatında rolu (bitkilərin 90%, canli və insanların 75% sudan ibarətdir) 




 

70 


haqqında  məlumatınız  var.  Suyun  ən  qədimdən  məişətdə  yüksək  qiymətləndiril-

məsi hamıya aydındır. Hesablamalar göstərir ki, şəhər əhalisi hər gün 150 litr, kənd 

əhalisi isə 55 litr su istifadə edir. Moskva, Sankt-Peterburq, Daşkənd, Bakı kimi iri 

şəhərlərdə  təsərrüfatsızlıq  üzündən  bu  rəqəm  daha  böyükdür.  (600-700l/sutka). 

Sudan istifadə etməyin ən perspektiv yolu, ondan qənaətlə istifadə etmək olsa da, 

hazırda suyun təkrar  istehsalı texnologiyası daha sərfəli  hesab edilir.  Lakin bütün 

hallarda  Hidrosferi  çirklənmədən  təmizləmək  yox,  onu  qorumaq,  mühafizə  etmək 

daha məqsədəuyğundur. 



Biosferin  ekologiyası-əslində  insanın  özünə  olan  münasibətdir:  Yarandığı 

gündən  insan  ilk  növbədə  ətrafındakı  bitki  və  heyvanlar  aləminə-qida  mənbəyi 

kimi yanaşmış və ondan istifadə etməyə çalışmışdır. 

A.  Vegener  nəzəriyyəsi  -    Vegnerə  görə,  mezozoyda  pangeya  ayrı-ayrı 

qaymalara  bölünmüş  və  onları  bir  birindən  uzaqlaşmışdır.  Əvvəlcə  Avstraliya 

Hindistandan,  sonra  Afrika  Madaqaskardan,  Cənubi  Amerika  Afrikadan,  daha 

sonra Madaqaskar Hindistandan, Avropa Şimaliamerikadan ayrılmışdır. 



Qayma – Yer qabığının qədim kristalik suxurlardan əmələ gəlmiş və yuxarı 

qalxmış  hissəsidir.  Burada,  kristallik  suxurların  səthində  bəzən  ancaq 

metamorfizləşmiş çöküntülər olur, qırışıqlığa isə təsadüf edilmir. 

Kanyon  –  dərin  və  dik  yamaclı  dar  dərəyə  deyilir.  Kanyon  çox  hallarda 

çöküntü suxurları  üfiqi  yatmış və  ya  lava ilə örtüllmüş quru  iqlim olan platolarda 

əmələ gəlir.  

Zenit-    günəşin  müşahidəçinin  başı  üzərində,  göy  qübbəsindəki  ən  yüksək 

nöqtəsidir.  



Əhali  coğrafiyası  –  iqtisadi  coğrafiyanın  xüsusi  bir  şöbəsidir.  Əhali 

coğrafiyası  əhalinin  ya  bütövlükdə  Yer  kürəsində  və  ya  ayrı-ayrı  qitələrdə, 

ölkələrdə tərkibini və yerləşməsini öyrənir. 

Əhalinin sıxlığı -  bir qitənin, adanın və ya dövlətin ərazisində 1 km

 sahəyə 



düşən adamların miqdarıdır. 

Antropogen  –  Yerin  geoloji  tarixində  dördüncü  dövrə  verilmiş  addır.  Bu 

dövrün əvvəlində insan meydana gəlmişdir, buna görə də 1922-ci ildə A.P.Pavlov 

tərəfindən belə adlandırılmışdır.  

Landşaft  –  Yerin  coğrafi  təbəqəsinin  inkişafında  təbii  surətdə  əmələ  gələn 

və  öz  coğrafi  quruluşuna  görə  digər  sahələrdən  keyfiyyətcə  fərqlənən  nisbətən 

yekcins sahəyə deyilir. 

Arid iqlim – Quru  və  isti  iqlimdir.  Arid  iqlimində düşən  yağıntının  miqdarı 

buxarlanan suyun miqdarından bir neçə dəfə azdır. Belə iqlim sahəsində, mənbəyi 

arid sahədən kənarda olan çaylar müstəsna edilərsə, daimi axan çay yoxdur.  

Humid  iqlim  –  Rütubətliyi  artıq  olan  iqlimdir.  Humid  iqlimdə  yağıntıların 

miqdarı buxarlanan və yerə hopan suyun miqdarından xeyli çox olur və artıq qalan 

su yer səthində şay şəbəkəsi, çay dərələri əmələ gəlməsinə səbəb olur. 

Torpaq  kadastrı  -  torpaq  istifadəçiliyinin  dövlət  qeydiyyatı,  torpaqların 

kəmiyyət  və  keyfiyyət  uçotu,  bonitirovkası  və  iqtisadi  qiymətləndirilməsi  üzrə 

məlumatların məcmusudur. 

Coğrafi  determinizm-  coğrafi  determinizm  nəzəriyyəsinin  tərəfdarları 

(L.Ş.Monteskye,  H.T.Bokl  və  b.)  cəmiyyətin  inkişafının  əsas  amilini  “Landşaftın 




 

71 


münbitliyində”,  əlverişli  iqlim  şəraitində,  təbii  iqlim  şəraitində  və  s.  görürdülər. 

Coğrafi determinizm cərəyanı cəmiyyətin inkişafının səbəblərini  maddi amillərdə, 

istehsal  prosesində  axtarmaqla  faydalı  iş  görmüşdür.  Lakin  həmin  cərəyanın 

coğrafi  mühiti cəmiyyət inkişafının əsas yeganə  müəyyənedici amili hesab etməsi 

yanlış idi. 

Urbanizasiya  -  cəmiyyətin  inkişafında  şəhərlərin  rolunun  atrması. 

Urbanizasiyanın səbəbləri şəhərlərdə sənayenin həcminin artması, onların inzibati, 

siyasi  və  mədəni  əhəmiyyətinin  artması,  ərazi  üzrə  əmək  bölgüsünün 

formalaşmasıdır.  Urbanizasiya  üçün  xarakterik  olan,  kənd  və  kiçik  şəhərlərdən 

əhalinin iri şəhərlərə iş və mədəni-məişət təlabatı üçün köçməsidir. Urbanizasiyaya 

əks proses ruralizasiya adlanır. 



Ozon  deşiyi-  atmosferdə  20-25km  yüksəklikdə  yerləşən  ozon  qatında 

yaranır.  Bu  qat  Günəşdən  Yerə  düşən,  bitki  və    canlılar  üçün  məhvedici  sayılan 

ultrabənövşəyi şüaları udur. Hazırda atmosferin çirklənməsi üzündən ozon təbəqəsi 

nazikləşmiş, bəzi yerlərdə isə hətta deşiklər əmələ gəlmişdir. İlk baxışdan qorxulu 

görünməyən bu atmosfer hadisəsi əslində Yerdə həyatın məhv olmasına səbəb ola 

bilər. 


Modernizasiya  –yeniləşmə,  hər  hansı  obyekt  və  prosesin  təzədən, 

təkmilləşdirilmiş  variantda  təqdim  olunması.  Cəmiyyətin  iqtisadi,  siyasi,  sosial, 

mədəni həyatında baş verən modernizasiyalar inkişafa təkan verir.   

Talassakartiya – Yer kürəsində su mərhələsi. Su sahəsinin qurulara nisbətən 

daha geniş yer tutduğu dövr nəzərdə tutulur. Tarixi baxımdan nəhəng imperiyaların 

dənizlərdəki hakimiyyətidir.  

Tellurikratiya -   Yer kürəsində quru mərhələsi. Quru ərazilərin su sahəsinə 

nisbətən  daha  böyük  olduğu  dövrə  deyilir.  Tarixi  baxımdan  tellurikratiya  nəhəng 

imperiyaların qurudakı hakimiyyətini genişliyi nəzərdə tutulur.  

Konvirgent  sərhəd-  litosfer  tavalarının  toqquşduğu,  planetar  sıxılma 

zonaları.Zəlzələ və vulkan hadisələrinin intensiv olduğu seysmik zonalardır.  



Kataklizma  –məhv  olma  anlamındadır.  Hər  hansı  geoloji  era  və  ya  dövrün 

sonunda  üzvü aləmin  məhvi  və  yenilərinin əmələ  gəlməsi  üçün  mövcud olanların 

dağılmasıdır. 

Neotektonika-  palegen,  neogen  və  dördüncü  dövrdə  baş  verən  tektonik 

hərəktələrdir. Bu proseslər Yer səthində relyefin dəyişməsinə səbəb olur.  Hazırda 

baş verən seysmik proseslər neotektonikanın tərkib hissəsidir. 

Divirend  sərhəd  –Litosfer  tavalarının  ayrılma  zonaları.  Atlantik  və  Hind 

okeanlarında Orta okean dağ silsilələri və Rift dərələri ilə səciyyəvi olan tektonik 

ərazilərdir.  

Kollaps vəziyyəti - Bioloji potensialın və məhsuldarlığın tam itirilməsi, 

məzmunca yeni, antropogen mənşəli kompleksin yaranması 

 

 

 



 

 

 




 

72 


RESURSLAR 

Coğrafiya fənni üzrə məzmun standartlarının reallaşdırılması üçün vacib olan 

resurslar aşağıdakılar hesab edilmişdir. 

 

1.

 



Müxtəlif məzmunlu xəritələr (siyasi. iqtisadi, fiziki, topoqrafik, tematik, 

ümumcoğrafi, tektonik, iqlim, biocoğrafi, zoocoğrafi, regionlar, dünya və s) 

2.

 

Müxtəlif miqyaslı xəritələr (böyükmiqyaslı, ortamiqyaslı, kiçikmiqyaslı)  



3.

 

Üçölçülü xəritələr 



4.

 

Kontur xəritələr 



5.

 

Qlobuslar (fiziki, siyasi) 



6.

 

Telluri 



7.

 

Ayın hərəkətini göstərən əl ilə işləyən cihaz 



8.

 

Ayın modeli 



9.

 

Günəş sisteminin modeli 



10.

 

Vulkan modeli 



11.

 

Yağışölçən 



12.

 

Günəş saatı 



13.

 

Termometr 



14.

 

Menzula 



15.

 

Planşet 



16.

 

Kompas 



17.

 

Barometr-anoroid 



18.

 

Nivelir 



19.

 

Qnomon 



20.

 

Anonometr 



21.

 

hiqrometr 



22.

 

Ruletka 



23.

 

Qarölçən 



24.

 

Eklemetr 



25.

 

Çöl pərgarı 



26.

 

Vizir xətkeşi 



27.

 

Transportir 



28.

 

Teodolit 



29.

 

Blok-dioqramlar 



30.

 

Karto-sxemlər 



31.

 

Atlaslar 



32.

 

İKT materialları 



33.

 

Elektron multimedia dərslikləri 



34.

 

Kompyuter 



35.

 

Proyektor 



36.

 

Coğrafi şəkillər 



37.

 

Mineral və dağ suxurları kolleksiyaları 



38.

 

Torpaq kolleksiyaları 



39.

 

Herbarilər 



40.

 

Marker 




 

73 


41.

 

Flipçat 



42.

 

Coğrafi ensiklopediyalar 



43.

 

Fluger 



44.

 

6-11 ci siniflər üzrə coğrafiya dərslikləri 



45.

 

MIMIO lövhə 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

74 


 

İstifadə olunmuş  ədəbiyyat 

 

1.



 

Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 2003 

2.

 

Azərbaycan Respublikasında  ümumi təhsilin Konsepsiyası (Milli  Kurikulumu) 



“Azərbaycan məktəbi” jurnalı, 2007, № 2. 

3.

 



Mərdanov  M.,  Şahbazlı.  F.  Azərbaycan  təhsl  siyasəti  (1998-2004).  I  kitab, 

Bakı, “Çaşıoğlu”, 2005. 

4.

 

Mərdanov  M.,  Şahbazlı  F.  Azərbaycan  təhsl  siyasəti  (1998-2005).  II  kitab, 



Bakı, “Təhsil”, 2005. 

5.

 



Müəllim  hazırlığının  və  orta  təhsilin    perspektivləri(qərb  təhsil  sisteminin  

təcrübəsi  əsasında)  Müəllimlər    üçün  vəsait  .(müəllif    qrupu)Baki.2005(İREX 

təşkilatının xətti ilə) 

6.

 



Intqrativ kurrikulum: Mahiyyəti və nümunələr. Müəllimlər  üçün vəsait (müəllif  

qrupu) Baki, 2005 (İREX təşkilatının xətti ilə) 

7.

 

Veyisova. Z. Fəal/interaktiv təlim:Müəllimlər üçün vəsait.2007 



8.

 

İnsan hüquqlarının tədrisi.Müəllimlər üçün vəsait.Norveç qaçqınlar şurası.2003 



9.

 

Əlizadə.Ə.  Müasir  Azərbaycan  məktəbinin  psixoloji  problemləri.  Bakı, 



Pedaqogika, 2004 

10.


 

Seyfullayeva.  N.  və    Əliyeva.  E.  Cografiya  fənni  üzrə  təlimin  təşkili  formaları 

və üsulları. Bakı 2009 

11.


 

Qədimova.X. İnteraktiv təlim  metodları.Bakı.2005 

12.

 

 Orta məktəbdə coğrafiya təliminin metodikası. Bakı 1978. 



13.

 

 Mustafayeva.,  R.Ş.  Mustafayeva  S.Ə.  Pedaqogika:  ümumi  pedaqogika  üzrə 



mühazirə xülasələri. Bakı: 2002, 143 s. 

14.


 

 Ümumtəhsil  məktəblərinin  I-IV  sinifləri  üçün  fənn  kurikulumları.  Bakı, 

“Təhsil”, 2008, 480 səh. 

15.


 

 Kurikulumların  hazırlanması  və  tətbiqi  məsələləri.  Bakı,  “Kövsər”,  2008,  224 

səh. 

16.


 

 İbtidai  siniflər  üçün  yeni  fənn  kurikulumlarına  dair  gündəlik  planlaşdırma 

nümunələri. Bakı, “Kövsər”, 2010, 196 səh. 

17.


 

 Ümumi  təhsil  pilləsinin  dövlət  standartları  və  proqramları  (kurikulumları). 

Bakı, “Kurikulum” jurnalı, 2010, №3, səh. 115-130. 

18.


 

 Kurikulum islahatı: tədqiqatlar, nəticələr. Bakı, “Mütərcim”, 2011, 344 səh. 

19.

 

 Ümumi  təhsilin  fənn  standartları  (I-XI  siniflər).  Bakı,  “Mütərcim”,  2012,  402 



səh. 

20.


 

 Azərbaycan  Respublikasının  ümumi  təhsil  sistemində  qiymətləndirmə 

Konsepsiyası. Bakı, “Kurikulum” jurnalı, 2009, №2, səh. 138-150.

 

 




 

75 


 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə