İnstitutu



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə2/27
tarix04.02.2018
ölçüsü0,77 Mb.
#24312
1   2   3   4   5   6   7   8   9   ...   27

 

vasitəsilə  şagirdlərdə  Yer  planetinin  Günəş  sistemində  mövqeyi  və  onun  fiziki-



coğrafi 

nəticələrinə, 

coğrafi 

təbəqədə 

ərazi 

dəyişmələrinin 



əsas 

qanunauyğunluqları  və  bununla  əlaqədar  Yer  səthi  təbiətinin  qlobal,  müasir, 

ekoloji sistemlərinin yaranması xüsusiyyətlərinə, təbiətdə baş verən təbii hadisə və 

proseslərin  meydana  gəlmə  səbəblərinin  inkişaf  mexanizminə,  onların  ərazi  üzrə 

paylanma qanunauyğunluqlarına, cəmiyyətin sosial-iqtisadi inkişafını təmin etmək 

üçün  təbii  ehtiyatlardan  səmərəli  istifadənin  və  ətraf  mühitin  mühafizəsinin 

mümkün  yollarına  dair  bilik  və  bacarıqlar  formalaşdırılır.  Coğrafiya  fənni 

kurikulumu  əsasında  insanın  məkanda  fəaliyyətinin  təşkili,  ona  təsir  edən  təbii, 

sosial-iqtisadi  və  siyasi  amillərin  təhlili  və  ərazidə  formalaşan  müxtəlif  miqyaslı 

sosial-iqtisadi sistemlərin  fərqləndirici cəhətləri  müqayisə olunur. Bunun əsasında 

şagird  dünyada  cərəyan  edən  qlobal  təbii  və  sosial-iqtisadi  proseslərin  insan 

fəaliyyətinə  nə  dərəcədə  təsir  etməsini  kompleks  şəkildə  təhlil  edərək 

proqnozlaşdırır. 

Coğrafiya  fənni  üzrə  təhsil  proqramı  iqtisadi  və  fiziki  coğrafiyanı  kompleks 

şəkildə  öyrənməyə  imkan  verir  və  şagirdlərdə  məlumatları  təhlil  etmək,  statistik 

iqtisadi  göstəriciləri  müqayisə etmək,  müvafiq nəticələr çıxarmaq, texniki-iqtisadi 

hesablamalar  aparmaq,  diaqramlar  və  qrafiklər  qurmaq,  xəritə  oxumaq 

bacarıqlarının  formalaşdırılmasını,  ətraf  mühitə  həssas  və  qayğıkeş  münasibətin, 

hissi-emosional keyfiyyətlərin yaranmasını təmin edir. 

Coğrafiya  fənni  kurikulumunda  təbiət-cəmiyyət  əlaqələrinə  dair  biliklər 

əsasında  şagirdlərdə  məntiqi  və  yaradıcı  təfəkkürün  inkişaf  etdirilməsi  nəzərdə 

tutulur.  Onlarda  tədqiqatçılıq  bacarığı,  fikirlərini  ümumiləşdirərək  təqdimatlar 

etmək, proqnoz və referatlar hazırlamaq, təbiətdə və cəmiyyətdə baş verən hadisə 

və prosesləri təhlil edib qiymətləndirmək bacarıqlarının formalaşdırılması mühüm 

istiqamətlər kimi diqqət mərkəzində saxlanılır.  

Fənnə  aid  nəticələr  3  məzmun  xətti  üzrə  müəyyən  edilir:  coğrafi  məkan, 

təbiət,  cəmiyyət.  Müəyyən  olunmuş  məzmun  xətlərinin  köməyi  ilə  şagirdlərin 

şüurunda  əhatə  olunduqları  təbiətin  vahid,  bütöv  və  bölünməz  obrazı  yaradılır. 

Şagird  əvvəlcə  yaşadığı  Yer  kürəsini  bir  planet  kimi  öyrənir,  onun  Günəş  və  öz 

oxu  ətrafında  hərəkətinin  coğrafi  nəticələrini  araşdırır.  Sonra  Yer  kürəsinin 

quruluşu, relyefi, coğrafi təbəqəsi, təbiəti, iqtisadiyyatı, əhalisi, sərhədləri haqqında 

müəyyən biliklər alır və bu bilikləri kontur xəritə, atlas, qlobus və digər məzmunlu 

xəritələr  üzərində  tətbiq  edir,  diaqramlar  qurur,  statistik  göstəricilərdən  istifadə 

edir, cədvəllər çəkir.  

Şagirddə  tolerantlıq,  ekoloji  mədəniyyət,  iqtisadi  göstəricilərdən  istifadə  edə 

bilmək, nəticə çıxarmaq, layihələr irəli sürə bilmək bacarıqlarının formalaşmasına 

imkan yaranır. 

 Fənnin  əhəmiyyəti,  məqsəd  və  vəzifələri.  Coğrafiya  fənni  şagirdlərin  coğrafi 

təbəqənin əmələ gəlməsi və fəaliyyət mexanizmini, təbəqədə mövcud olan inkişaf 

qanunauyğunluqlarını  dərk  etməsinə,  Yer  kürəsində  təbii  komplekslərin  əmələ 

gəlməsini,  təbiətdə  baş  verən  coğrafi  hadisələrin  və  təbii  proseslərin  başvermə 

səbəblərini izah etməsinə imkan verir. Günəş sistemində Yer planetinin mövqeyini 

və  bununla  bağlı  hadisələri  müşahidə  etməyə  şərait  yaradır.  Bu  fənn  Yerin  təbii 

imkanlarının  iqtisadiyyatın  inkişafına  təsirinin,  onlardan  səmərəli  istifadə 



 

olunmasının, təbii resurslarla təminat sahəsində yaranan problemlər və onların həlli 



yollarının,  təsərrüfatın  inkişafı  nəticəsində  təbii  komplekslərdəki  qlobal  ekoloji 

problemlərin nəticələrinin öyrənilməsində əhəmiyyətli rol oynayır.  

Coğrafiya  fənninin  ümumtəhsil  məktəblərində  tədris  olunmasının  başlıca 

məqsədi  şagirdlərdə  Azərbaycanın  təbii  şəraiti,  təbii  ehtiyatları,  əhalisi  və 

demoqrafik  vəziyyəti,  dünya  ölkələri  ilə  müqayisədə  Azərbaycanın  iqtisadi  və 

sosial-coğrafi  xüsusiyyətləri,  qloballaşma  prosesində  iştirakı  barədə  təsəvvürlər 

yaratmaqla,  dünyanın  səbəb-nəticə  əlaqələri  zəminində  kompleks  şəkildə 

qavranılması, ətraf mühitin antropogen dəyişilməsinin bəşəriyyətin inkişafına təsiri 

ilə  bağlı  biliklər,  ekoloji  problemlərə  həssas  münasibət,  vətəndaşlıq  mövqeyi 

formalaşdırmaqdan,  onların  idrak  qabiliyyətini,  iqtisadi  təfəkkürünü  və  ekoloji 

mədəniyyətini inkişaf etdirməkdən ibarətdir. 

 

Ümumiyyətlə, coğrafiyanın tədrisi vasitəsilə şagirdin: 



 

ümumi  orta  təhsil  səviyyədə  coğrafi  təbəqənin  əhəmiyyətini  və  onun 

mühafizəsinin həyat üçün vacibliyini, təbii mühiti təşkil edən komponentlərin əsas 

xüsusiyyətlərini,  təbiətdəki  coğrafi  hadisələrin  başvermə  səbəblərini  və  yerləşmə 

qanunauyğunluqlarını  bilməsi,  xəritə  və  plan  üzrə  təhlillər  aparması,  xəritədən, 

coğrafi  məlumatlardan,  statistikadan  istifadə  etməklə  alınmış  nəticələrə  dair 

diaqramlar, cədvəllər qurması; 

 



tam  orta  təhsil  səviyyədə  ümumi  orta  təhsil  səviyyəsindəki  fəaliyyət 

istiqamətləri  dərinləşdirilməklə  coğrafi  təbəqənin  tərkib  hissələrinin  inkişaf 

qanunauyğunluqlarını,  insan  və  təbiətin  qarşılıqlı  əlaqəsini,  təbii  kompleksləri 

müqayisəli  təhlil  etməsi,  onlarda  baş  verən  dəyişikliklərin  səbəblərini  nümunələr 

əsasında  şərh  edərək  gələcək  üçün  proqnozlar  verməsi,  ətraf  mühitdə  baş  verən  

dəyişiklikləri müşahidə etmək üçün təcrübələr qoyması, sınaqlar keçirməsi, onların 

nəticələrini ümumiləşdirib təqdim etməsi, geosiyasi dəyişiklikləri təhlil etməsi, bu 

dəyişikliklərin  Azərbaycana  təsiri  barədə  mülahizələr  irəli  sürməsi,  dünya 

ölkələrinin təbiəti, təbii ehtiyatları, əhalisi, iqtisadi inkişaf meyilləri haqqında əlavə 

məlumatlar toplaması və sistemləşdirməsi təmin olunur. 

 

 

I. Coğrafiya təliminin məzmunu 

1.1. Ümumi təlim nəticələri 

Ümumi orta təhsil səviyyəsi  (VI-IX siniflər) üzrə şagird: 

 



təbii mühiti təşkil edən komponentlərin əsas xüsusiyyətlərini, təbiətdəki 

coğrafi hadisələrin başvermə səbəblərini və yerləşmə 

qanunauyğunluqlarını izah edir, onların əsasında müqayisələr aparır, 

nəticələri ümumiləşdirir, yazılı və şifahi təqdim edir; 

 

coğrafi  təbəqənin  əhəmiyyətini  və  onun  mühafizəsinin  həyat  üçün 



vacibliyini müvafiq dəlillər əsasında şərh edir; 

 



müxtəlif  şərait  və  vəziyyətlərdə  ətraf  mühitin  öyrənilməsində  coğrafi 

cihazlardan istifadə edir; 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə