İnstitutu



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə1/27
tarix04.02.2018
ölçüsü0,77 Mb.
#24312
  1   2   3   4   5   6   7   8   9   ...   27


Azərbaycan Respublikası Təhsil Nazirliyi 

Azərbaycan Respublikası Təhsil Problemləri 

İnstitutu 

 

 

 

 

 

 

 

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL 

MƏKTƏBLƏRİ ÜÇÜN COĞRAFİYA FƏNNİ ÜZRƏ TƏHSİL 

 PROQRAMI ( KURİKULUMU) 

 

(VI-XI  siniflər) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı – 2013 


 

 



Coğrafiya  fənni  üzrə  təhsil  proqramı  (kurikulumu)  aşağıdakı  tərkibdə 

yaradılmış işçi qrupu tərəfindən hazırlanmışdır.  

Sədr:  Müseyib  Müseyibov  -  BDU-nun  coğrafiya  fakultəsinin  dekanı,  fiziki 

coğrafiya  kafedrasının  mudiri,  coörafiya  üzrə  elmlər  doktoru,  professor,    Üzvlər: 

Təranə İsmayılova - layihənin koordinatoru, ARTPİ-nin böyük elmi işçisi, Elburus 

Əlizadə  -  AMEA-nın  Coğrafiya  İnstitutunun  şöbə  müdiri,  coğrafiya  üzrə  elmlər 

doktoru,  professor,  Nərminə  Seyfullayeva  -  BDU-nun  və  190  №-li  orta  məktəbin 

müəllimi,  pedaqoji  elmlər  üzrə  fəlsəfə  doktoru,  İsrafil  İsmayılov  -  BDU-nun  baş 

müəllimi,  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  baş  mütəxəssisi,  Mərifət 

Eyyibova  -  Bakı  şəhəri  126  №-li  məktəbin  müəllimi,  Lətifə  Bayramova  -  Bakı 

şəhəri 246 №-li  məktəbin  müəllimi, Qabil Səmədov - Bakı şəhəri  H.Əliyev adına 

liseyin müəllimi, Sevil Quliyeva - Bakı şəhəri 167 №-li məktəbin müəllimi, Şəfiqə 

Hümbətova - Bakı şəhəri 258 №-li məktəbin müəllimi, Məhbubə Babayeva - Bakı 

şəhəri  239  №-li  məktəbin  müəllimi,  Aygün  Əliyeva  -  Bakı  şəhəri  175  №-li 

məktəbin  müəllimi,  Yelena  Əlyeva  -  BPKİA  və  YHİ-nun  metodisti,  Şahsənəm 

İsgəndərova - Bakı şəhəri 3№-li məktəbin müəllimi.

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 



Təhsil  proqramının  (kurikulumun)  internet  üçün  hazırlanmasına 



məsul olanlar: 

 

 

 

Akif Əliyev, ARTPİ-nin Ümumi orta və tam 

orta  təhsilin  kurikulumu  şöbəsinin  müdiri, 

pedaqogika üzrə fəlsəfə doktoru 

 

 

Əlişah Gərayev, ARTPİ-nin Ümumi orta və 



tam  orta  təhsilin  kurikulumu  şöbəsinin 

Təbiət-riyaziyyat 

fənlərinin 

təlimi 


bölməsinin  müdiri,  pedaqogika  üzrə  fəlsəfə 

doktoru 


 

 

Təranə İsmayılova, ARTPİ-nin Ümumi orta 

və  tam  orta  təhsilin  kurikulumu  şöbəsinin 

Təbiət-riyaziyyat 

fənlərinin 

təlimi 


bölməsinin böyük elmi işçisi 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 



 



Mündəricat 

 

 



Giriş  

I. Coğrafiya təliminin  məzmunu 

1.1. Ümumi təlim nəticələri 

1.2. Məzmun xətləri 

1.3. Məzmun xətləri üzrə təlim nəticələri 

1.4. Fəaliyyət xətləri 

1.5.  Məzmun standartları 

VI Sinif 

VII Sinif 

VIII Sinif 

IX  Sinif 

X sinif  

XI sinif 

1.6. Fəndaxili və fənlərarasi inteqrasiya 

II.  Təlim strategiyaları 

 2.1. Cografiya təliminin təşkilinə verilən əsas tələblər 

2.2.  Coğrafiya təliminin  təşkilində istifadə olunan forma və üsullar  

2.3. Müəllimin təlimin  planlaşdırılmasına  dair nümunələr 

2.4. Coğrafiya fənninin məzmun standartlarının şərhi 

III. Şagird nailiyyətlərinin qiymətləndirilməsi 

Tezaurus 

Resurslar 

Ədəbiyyat olunmuş siyahisı 

 

 



 

 

Giriş 

 


 



Coğrafiya  fənni  üzrə  təhsi  proqramı  (kurikulumu)  və  onun  xarakterik 



cəhətləri. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 15 iyun 1999-cu 

il  tarixli,  168  nömrəli  sərəncamı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikasının 

təhsil  sahəsində  İslahat  Proqramı”  ölkəmizdə  təhsil  islahatlarının  həyata 

keçirilməsi  üçün  ilkin  təkan  oldu.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

2006-cı  il  tarixli,  233  nömrəli  qərarı  ilə  “Azərbaycan  Respublikasında  ümumi 

təhsilin Konsepsiyası (Milli  Kurikulumu)” kimi dövlət əhəmiyyətli  mühüm sənəd 

qəbul edildi.  Bu  sənədə  əsasən  fənlər  üzrə  təhsil  proqramlarının  (kurikulumların) 

hazırlanmasına başlanıldı və bu iş müvəffəqiyyətlə davam etdirilməkdədır.  

 “Təhsil  haqqında”  Azərbaycan  Respublikasının  Qanununun  qüvvəyə 

minməsi  ilə  əlaqədar  olaraq  Milli  Kurikulum  sənədinə  əlavə  və  dəyişikliklər 

edilməklə  “Ümumi  təhsil  pilləsinin  dövlət  standartı  və  proqramları 

(kurikulumları)” qəbul edildi.Bütün fənlər kimi, Coğrafiyadan da hazırlanmış yeni 

təhsil proqramı (kurikulumu) bit daha nəzərdən kecirildi. 

Coğrafiya  fənni  üzrə  təhsil  proqramının  (kurikulumun)  xarakterik  cəhəti 

ondan  ibarətdir  ki,  təlim  prosesində  şagirdlərin  yaddaşının  təkcə  yeni  elmi 

biliklərlə  zənginləşdirilməsinə  deyil,  həm  də  təfəkkürünün,  şəxsi  keyfiyyət  və 

qabiliyyətlərinin  inkişaf  etdirilməsinə,  həyat  üçün  zəruri  olan  bacarıqların 

qazanılmasına 

imkan 

yaranır, 



şagirdyönümlülüyə, 

nəticəyönümlülüyə, 

şəxsiyyətyönümlülüyə, tələbyönümlülüyə istinad olunur.  

 Coğrafiya  fənni  üzrə  təhsil  proqramının  (kurikulumun)    nəticəyönümlü, 

şagirdlərin  meyil,  maraq  və  qabiliyyətlərinə  əsaslanan,  onların  potensial 

imkanlarını nəzərə alan, fənnin xarakterik xüsusiyyətlərini, məqsəd və vəzifələrini, 

fənnin 

məzmununu, 



təlim 

strategiyalarını 

və 

şagird 


nailiyyətlərinin 

qiymətləndirilməsini özündə əks etdirən konseptual bir sənəddir. 

Coğrafiya fənni üzrə təhsil proqramının (kurikulumun) ən mühüm xarakterik 

cəhəti onun  nəticəyönümlü olmasıdır. Bu  sənədin  hazırlanması zamanı, bir qayda 

olaraq,  bütün  təlim  prosesində  əldə  edilməsi  nəzərdə  tutulan  nəticələr  əvvəlcədən 

müəyyənləşdirilir  və  məzmuna  gətirilir.  Bu  nəticələr  həm  məzmunu  ifadə  edir, 

həm  də  qiymətləndirmə  standartlarının  hazırlanmasına  şərait  yaradır.  Nəticələrin 

əvvəlcədən  müəyyən  olunması  onları  əldə  etməyə  yönəlmiş  fəaliyyətlərin 

inkişafını izləmək və istiqamətləndirmək üçün imkan yaradır. 

Coğrafiya  fənni  üzrə təhsil proqramındakı  (kurikulumdakı)  təlim  nəticələri 

ətrafda  baş  verən  təbii  hadisə  və  proseslərin  yaranma  səbəblərinin,  inkişaf 

xüsusiyyətlərinin, onların ərazi  üzrə paylanma qanunauyğunluqlarının, Yer kürəsi 

əhalisinin və ölkələrin sosial-iqtisadi inkişafına və qlobal problemlərə dair bilik və 

bacarıqların mənimsənilməsinə yönəlmişdir. 

Coğrafiya  fənni  üzrə  təhsil  proqramının  (kurikulumun)  özünün  daha 

mürəkkəb  strukturu,  məzmunu  və  əhatə  etdiyi  sahələrin  miqyası  ilə  seçilir. 

Şagirdlərin  dünyada  baş  verən  təbii,  ictimai-siyasi  proses  və  hadisələri  dərk 

etməsinə, təbiət-cəmiyyət əlaqələrini, insanların müxtəlif xarakterli fəaliyyətlərini, 

coğrafi mühitin məskunlaşma  və təsərrüfat  fəaliyyəti  üçün əlverişlilik səviyyəsini 

qiymətləndirməsinə və məntiqi mülahizələr irəli sürməsinə imkan verir.  

Coğrafiya  fənni  üzrə  təhsil  proqramı  (kurikulumu)    hazırlanarkən  fənnin 

spesifik  xüsusiyyətləri  əsas  götürülmüşdür.  Nəzərə  alınmışdır  ki,  bu  fənnin 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə