İnstitutu



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə12/27
tarix04.02.2018
ölçüsü0,77 Mb.
#24312
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

 

29 


fərziyyə  və  baxışları    diqqətdən  kənarda  qalmışdır.  “Dialoji  təlim”  isə  problemin 

həlli üçün optimal üsulların tapılmasını, dərs prosesində  müəllim və şagirdin eyni 

səviyyədə fəallığını tələb edir.  

 Fəal  təlimin  əsas  şərtlərindən  biri  şagirdin  –  tədqiqatçı  (axtarış  aparan), 

müəllimin isə – istiqamətləndirici, fasilitator mövqeyinə malik olmasıdır. Qarşılıqlı 

dialoqa əsaslanan dərs prosesi  müəllimə şagirdi bərabər  hüquqlu öyrənən subyekt 

kimi  qəbul  etməyə  əsas  verir.  Bu  prosesdə  şagirdin  məntiqi  düşünmə  qabiliyyəti  

(nəzəri  bilikləri),  konkret  məntiqi  fəaliyyətə  münasibəti,  yeni  ideyaları  qəbul 

etməsi  (yaradıcı),  başqa  insanlarla  ünsiyyət  yaratmaq  qabiliyyəti,  biliklərin 

mənimsənilməsidə  əvvəlki  nümunələrdən  istifadə  etmək  bacarığı  (reproduktiv), 

müstəqil  qərar  çıxarmaq  bacarığı  və  s  fasiltator-  müəllimin  diqqətindən  kənarda 

qalmamalıdır. 

          Bu  prosesdə    şagirdin  mövqeyi  «axtarış  aparan»  «tədqiqatçı»  mövqeyidir. 

Belə ki, şagird qarşılaşdığı problemləri  sərbəst və  müstəqil şəkildə tədqiqat  yolu 

ilə  həll  edir,  verilən  sual  əsasında  rəqəmləri  müqayisə  edir,  nəticə  çıxarır,  təsvir 

olunmuş  kəsmə  yüksəkliklər  və  horizontollar  əsasında  səthin  relyefinin  təsvirini 

çəkir,  ərazidə  axan  çayların  xarakterini  təhlil  edir,  rəqəm  materialları  əsasında 

iqlim diaqramını, temperaturun sutqalıq, aylıq, illik gedişinin təsvirini verir, çayın 

hidroqrafını quraraq ərazinin iqlimini xarakterizə edir.  

         Müəllimin  mövqeyi    isə  istiqamət  verən  –  bələdçi    (fasilitator)  rolundadır. 

Şagirdin tədqiqatı, müstəqil öyrənməsi üçün optimal şərait yaradan əslində yeni  ən 

müasir tipli lider rolunda çıxış edir. Əslində şagirdi müşahidə edərək onunla birgə 

fəaliyyət  göstərir,  avtoritar  rejimdən  uzaqlaşaraq  özünü  şagirddən  yüksəkdə 

tutmur,  diqtə  etmir,  əksinə  şagirdlə  məqsədyönlü  şəkildə  əməkdaşlıq  edir, 

biliklərin  mənimsənilməsi  üçün  istiqamət  verir,  şagirdin  axtarıcılıq  fəaliyyətini  

düzgün  istiqamətə  yönəldir,  biliklərin  tətbiq edilməsi  üçün  şagirdə  praktik olaraq  

kömək  edir,  bir  sözlə  şagirdə  öyrənməyi  öyrədir.  Müəllimin  dərsin  məzmununa 

dair  biliklərin qazanılması yolunda bələdçi, şagirdin isə bilikləri əldə etmək üçün 

tədqiqatçı  rolunda    çıxış  etməsi  mexanizmi  fəal  təlim  prosesində    müəllim  işinin  

mahiyyətinə yeni istiqamət verir:  

Fasilitator kimi müəllim: 

1.  Problem  şəkilində  suallar  qoymaqla  şagirdləri  fəallaşdırır,  diskusiya 

yaradır.  

2.  Biliklərin  müəllim  tərəfindən  hazır  şəkildə  ötürülməsinə  deyil,  şagirdlər 

tərəfindən aşkar edilməsinə şərait yaradır. 

3. Şagirdin problemə  dair düşüncəsini   lazımı məcraya  yönəldir  və  inkişaf 

etdirir. 

4.  Şagird  ehtiyaclarını  öyrənir  və  onun  potensial  imkanını  üzə  çıxarmağa 

nail olur. 

5.  Fəal  təlim  üçün  tələb  olunan  şərtlərdən  biri    psixoloji  mühitin  lazımı 

səviyyədə  saxlanılmasıdır.  Dərs  prosesində    müəllim  və  şagird  arasında  qarşılıqlı 

hörmət,  bir-birinə  göstərdikləri  etibar,  inamın  zəruriliyi  vacib  şərtlərdən  biridir. 

Bunun üçün müəllimdən hər bir şagirdi özünə yaxın dost, hörmətli şəxsiyyət kimi 

qəbul  etmək,  sinifdə  mövcud  olan  mühütü  həssaslıqla  duymaq  qabiliyyəti  tələb 

olunur.  Şagirdlər  dərs  prosesində  müzakirə  zamanı  irəli  sürdükləri    fikirlərin 




 

30 


hörmətlə  qarşılanacağına,  ciddi  qəbul  ediləcəyinə  inanmalı,  uğursuzluğun 

qorxusundan  xilas olmalıdır. Müəllim sinifdə psixoloji mühiti elə  yaratmalıdır ki,  

şagirdlər müstəqil şəkildə  öz fikirlərini irəli sürsünlər, ideyalarını əsaslandırsınlar, 

onların əhəmiyyətini, tətbiq edilməsi yollarını təyin etməkdə və eləcə də müxtəlif 

xəritə-sxem, dioqram və kartoqrafik təsvirlər üzərində işləməkdə sərbəst olsunlar.                      

Coğrafiya  fənnin  təlimində  4  iş  forması  nəzərdə  tutulmuşdur:  kollektiv, 

qruplarla iş, cütlərlə  iş və  fərdi iş. Hər bir təlim  forması dərsin  məqsədindən asılı 

olaraq seçilir və şagirdlərin fəaliyyətləri bu forma üzərində qurulur. 



Kollektivdə  işləmək,  kollektiv  fəaliyyətə  alışmaq  bacarığının  bünövrəsi 

qoyulur,  şagirdlərdə  ünsiyyətyaratma  bacarığının    təşəkkülü  və  inkişafı  təmin 

edilir. 

Qruplarla  iş  -  Şagirdlər  müəyyən  problemi  həll  etmək  üçün  qrupda 

birləşirlər.  Bu  prosesdə  onların    müzakirə  etmək,  fikir  mübadiləsi  aparmaq, 

mühakimə yürütmək və birgəfəaliyyət bacarıqları inkişaf edir. 

Cütlərlə  iş  -  Şagirdlər  təlim  tapşırıqlarını  birgə    yerinə  yetirirlər.  Bu  dərs 

forması    şagirdlərə  daha  yaxından    əməkdaşlıq  etməyə  və  ünsiyyət  qurmağa, 

məsuliyyəti bölüşməyə optimal imkan yaradır.  

Fərdi  iş  -  Şagirdin  fəaliyyətini  izləmək,  potensial  imkanlarını 

müəyyənləşdirmək və inkişaf etdirmək  məqsədi daşıyır.  Bu təlim forması şagirdin 

sərbəst düşünməsi üçün real imkanlar yaradır. 

Tədris  prosesini  aktiv  şəkildə  həyata  keçirmək,  şagirdlərin  fəallığına  nail 

olmaq,  onların  düşünmə  qabiliyyətini  inkişaf  etdirmək,  yaradıcılığa 

həvəsləndirmək,  coğrafiya  fənninin  öyrənilməsi  əhəmiyyətini  dərk  etdirmək, 

biliklərin  mənimsənilməsinə  və  onların  praktik  olaraq  tətbiq  edilməsinə  maraq 

yaratmaq  hər  bir  coğrafiya  müəlliminin  əsas  məqsədidir.  Sadalanan  məqsədləri 

həyata  keçirməyi  qarşıya  qoyan  hər  hansı  bir  müəllim  şagirdləri  fəal  təlimə  cəlb 

edə bilən  metod, texnika  və  üsullarla  yaxından tanış olmalı,  iş prosesində qarşıya 

çıxan  çətinlik  və  çatışmazlıqları  aradan  qaldırmaq  yollarını  bilməli,  habelə  tətbiq 

olunan metodların əhəmiyyətini başa düşməlidir.  

Metod  geniş  bir  anlayışdır.  Hər  bir  metod  özü  bir  neçə  üsula  ayrılır. 

Aşağıdakı cədvəl bu baxımdan çox maraqlıdır. 

 

№ 

METOD 

Üsullar 

1.

 

  Beyin həmləsi  

 

o

 



«Beyin həmləsi»  və ya «Əqli hücum» 

(Brainstorming) 

o

 

BİBÖ (KWL) 



o

 

Аuksion (Auction) 



o

 

Klaster (Cluster)  



o

 

Suallar (Questioning) 



o

 

Anlayışın çıxarılması 



o

 

Söz assosiasiyaları 



o

 

Sinektika 



2.

 

  Müzakirələr  

 

o

 



Diskussiya (Discussion) 

o

 



Çarpaz müzakirə  (Debate) 


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə