İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   14   15   16   17   18   19   20   21   ...   57

.............................................................................................................  
İmamların siması tarix guşəsində 
53 
 
mam Səccad (ə) ilə həməsr olmuş xəlifələ
 
mam Səccad (ə) öz  mamət dövründə aşağıda adları çəkilmiş xəlifələrlə 
həməsr olmuşdur: 
1. Yezid ibn Müaviyə (61-64 hicri qəməri ili);  
2. Abdullah ibn Zübeyr (61-73 hicri qəməri ili);  
3. Müaviyə ibn Yezid (altmış dördüncü ilin bir neçə ayı); 
4. Mərvan ibn Həkəm (altmış beşinci ilin doqquz ayı); 
5.Əbdülməlik ibn Mərvan (65-86 hicri qəməri ili); 
6.Vəlid ibn Əbdülməlik (86-96 hicri qəməri ili). 
 
 
mamın xəstəliyi  lahi bir məsləhət idi 
 
Təəssüflə  qeyd  etməliyik  ki,  müsəlmanların  savadsız  təbəqələrinin 
ə
ksəriyyəti  dördüncü  mamı  həmişə  xəstə  kimi  yad  edir  və  bununla  da, 
camaatın  fikrində  o  Həzrət  çox  zəif,  əldən  düşmüş,  saralıb-solmuş  bir  şəxs 
kimi  canlanır.  Halbuki,  əslində  heç  də  belə  olmamışdır.  Çünki  dördüncü 
mam ancaq Kərbəlada, özü də çox qısa müddətdə xəstə olmuşdur. Kərbəla 
hadisəsindən sonra isə sağalmış və təxminən otuz beş il o biri  mamlar kimi 
sağlam  bədənlə  fəaliyyət  göstərmişdir.  Şübhəsiz  ki,  o  Həzrətin  Kərbəla 
hadisəsindəki  müvəqqəti  xəstəliyi  Allahın  bir  məsləhəti  olmuşdur.  Belə  ki, 
mam  (ə)  bu  vasitə  ilə  cihad  vəzifəsindən  azad  olmuş,  müqəddəs  vücudu 
Yezidin  muzdurlarının  ölüm  təhlükəsindən  amanda  qalaraq  mamət  xətti 
davam  etmişdir.  Əgər  mam  Səccad  (ə)  xəstələnməsəydi,  gərək  cihadda 
iştirak edəydi. Bu təqdirdə də atasının başqa oğul və dostları kimi şəhid olar 
və  beləliklə  də,  mamət  nuru  birdəfəlik  sönmüş  olardı.  Səbt  ibn  Əl-Cuzi 
yazır: “Əli ibn Hüseyn (ə) ( mam Səccad) xəstə olduğu üçün öldürülmədi.” 
1
 
Məhəmməd  ibn  Səd  yazır:  “Əli  ibn  Hüseynin  (ə)  o  gün  (Aşura  günü), 
atası  ilə  olan  zaman  iyirmi  üç,  ya  iyirmi  dörd  yaşı  var  idi.  Onun  o  vaxt 
azyaşlı  uşaq  olduğunu  söyləyənlər  tamamilə  əsassızdırlar.  O,  həmən  gün 
xəstə olmuş, buna görə də, döyüşdə iştirak edə bilməmişdir.”
2
  
 
                                                            
1
 
sbatul-vəsiyyə, səh.167 
2
 
Təbəqatul-kubra, c.5, səh.221 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
54 
 
Kərbəla inqilabının carçısı 
 
Qeyd  etdiyimiz  kimi  mam  Səccad  (ə)  Kərbəla  faciəsində  iştirak  etmiş, 
atasının  şəhadətindən  sonra  Əhli-beyt  əsirlərinin  başında  olmaqla  inqilabın 
və  mam  Hüseynin  (ə)  qızılqanlı  şəhadətinin  carçısı  olmuş,  öz  söhbət  və 
çıxışları  ilə  Əməvi  hakimiyyətinin  çirkin  üzünü  tanıtdırmaq  və  camaatın 
fikrini oyatmaqla məşğul olmuşdur.  
Necə ki, Şamda minlərlə insanın içində qəti söylədiyi geniş xütbə Yezidi 
və ətrafındakıları rüsvay etdi. 
1
 
 
Diktatura mühiti 
 
slam  peyğəmbərinin  vəfatından  sonra  mamət  silsiləsinin  dörd  dövrə 
bölünməsinə əsasən (bu dörd dövrü Həzrət Əlinin (ə) həyatı bölməsində izah 
etmişik),  mam Səccadın (ə) həyatı dördüncü dövrə təsadüf edir. Yəni: 
o
  Silahlı mübarizə yolu ilə qələbədən naümid olmaq;  
o
  Peyğəmbər ailəsi vasitəsilə uzun müddətli  slam hökuməti yaratmaq 
uğrunda səy göstərmək;  
o
  Bu məqsədə çatmaqdan ötrü zəmin yaratmaq üçün mədəni tədbirlər 
vasitəsilə münasib insani qüvvələri tərbiyə etmək;  
o
  Əsl  slami  fikirləri  bəyan  etmək,  mövhumat  və  bidətləri  üzə 
çıxarmaq. 
 Bu məsələ haqqında qısa məlumat verək. 
Faciəli Aşura hadisəsi (tez bir zamanda) şiə məzhəbinə ağır zərbə vurdu. 
Bu hadisənin xəbərinin yayılması ilə  slam dövlətinin hər tərəfində, xüsusən 
raq  və  Hicazda  şiə  məclislərində  ümumi  bir  qorxu  hökm  sürməyə  başladı. 
Çünki məlum oldu ki, ( slam aləmində hamı tərəfindən əzəmətlə, etibarla və 
müqəddəs bir şəxs kimi tanınan) Peyğəmbər balasını öldürüb Əhli-beyt qız-
gəlinini və arvad-uşaqlarını əsir almaqla öz hakimiyyətini qoruyub saxlayan 
Yezid  hakimiyyət  dayaqlarını  möhkəmlətmək  üçün  heç  bir  cinayətdən 
çəkinməz. Kufə və Mədinədə artıq öz əsərlərini büruzə verən qorxu və vəhşət 
(hicrətin altmış üçüncü ilində zil-həccə ayında baş vermiş) “Hirrə faciəsi” və 
Mədinə  camaatının  Yezidin  ordusu  tərəfindən  amansızcasına  qırılması  ilə 
daha  da  şiddətləndi,  Peyğəmbər  ailəsinin  nüfuz  etdiyi  yerlərdə,  xüsusilə 
                                                            
1
 
Biharul-ənvar, c.45, səh.137 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
55 
 
Hicazda  Mədinəyə,  raqda  isə  Kufəyə  möhkəm  represiya  hakim  kəsildi. 
Bəni-Üməyyənin  düşmənləri  olan  mamların  dostları  zəifləyib  süstləşdi,  öz 
təşəkküllərini itirdilər.  mam Səccad (ə) bu acınacaqlı vəziyyətə işarə edərək 
buyururdu: “Bütün Məkkə və Mədinədə bizi sevən iyirmi nəfər yoxdur.”
1
  
 Görkəmli  tarixçi  Məsudi  yazır:  “Əli  ibn  Hüseyn  (ə)  ( mam  Səccad) 
maməti  gizli  və  təqiyyə  şəklində  və  çox  çətin  bir  vaxtda  öhdəsinə 
götürmüşdü.” 
2
 
 
Ə
bdülməlikin çirkin hakimiyyəti 
 
mam Səccadın (ə)  mamət dövrü  slam tarixində hakimiyyət dövrlərinin 
ə
n  çirkinlərindən  biri  olan  bir  dövrlə  həmzaman  olmuşdur.  Düzdür,  o 
Həzrətdən  qabaq  da  slam  dövləti  zalım  və  azğın  hakimlərin  oyuncağına 
çevrilmişdi,  ancaq  dördüncü  mamın  dövrü  ötən  dövrlərlə  bununla 
fərqlənirdi  ki,  o  dövrün  hakimləri  slam  qayda-qanunlarından  açıq-aşkar 
boyun  qaçırır,  onları  ayaq  altına  salır  və  heç  kim  də,  bir  zərrə  olsun  belə, 
etiraz edə bilmirdi. 
mam Səccadın (ə)  mamət dövrünün ən çoxu Əbdülməlik ibn Mərvanın 
hakimiyyəti  dövrünə  təsadüf  edirdi.  Əbdülməlik  iyirmi  bir  il  hakimiyyətdə 
olmuşdur.  Tarixçilər  Əbdülməliki  zirək,  ehtiyatlı,  uzaqgörən,  ədib 
(ədəbiyyatla  məşğul  olan),  istedadlı  və  alim  kimi  qələmə  vermişlər.  “Əl-
Fəxri” kitabının müəllifi deyir: “Əbdülməlik ağıllı, düşüncəli, alim, fəzilətli, 
ə
dib, istedadlı, çox zülmkar, çox heybətli, dahi siyasətçi və gözəl tədbirli bir 
şə
xs olmuşdur.”  
Hinduşah  yazır:  “O,  ağıllı,  fəzilətli,  fəsahətli,  fiqh,  hədis,  şer  elmlərini 
yaxşı bilən və gözəl tədbir sahibi olmuşdur.” 
3
 
Ə
bdülməlik  hakimiyyət  başına  gəlməzdən  qabaq  Mədinə  şəhərinin 
fəqihlərindən  (şəriət  elminin  alimlərindən)  biri  sayılırdı.  O,  zahidlik,  ibadət 
və  dindarlıqla  məşhur  olmuşdu.  Öz  vaxtını  məsciddə  ibadət  etməklə 
keçirərdi. Belə ki, ona “məscidin göyərçini” ləqəbini vermişdilər.
4
  
                                                            
1
 
Biharul-ənvar, c.46, səh.143 
2
 
sbatul-vəsiyyə, səh.167 
3
 
Ə
l-fuxəra, səh.122-124 
4
 
Təcarubus-sələf, səh.75 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə