İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   13   14   15   16   17   18   19   20   ...   57

İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
50 
 
inqilabı  onların  hökumətinə  ağır  zərbə  vuraraq  onları  rüsvay  etdi.  Xüsusilə 
qeyd  etmək  lazımdır  ki,  Yezidin  qoşunu  Aşura  hadisəsində  su  yolunu 
bağlamaq, uşaqları öldürmək, Peyğəmbər ailəsini, arvad-uşaqları əsir etmək 
kimi  insanlıqdan  uzaq  olan  bir  sıra  işlər  onların  rüsvayçılığında  böyük  rol 
oynadı  və  bununla  da,  Yezid  özünə  camaatın  nifrətini  qazandı.  Belə  ki, 
həmin dövrün şəxsiyyətlərindən biri olan Mücahid deyir: “And olsun Allaha, 
camaat  hamı  bir  nəfər  kimi  Yezidi  lənətləyib  söydü  və  ona  eyb  tutub  üz 
döndərdi.” 
  
2.
  Şəhadət sünnəsinin dirçəlməsi 
 
Tarixin şahidliyinə əsasən, müsəlmanların şanlı qələbələrinin bir çoxunun 
səbəbi onların Allah yolunda haqqın qalib gəlməsi üçün şəhadətin pişvazına 
çıxmaları  olmuşdur.  Ancaq  Peyğəmbərin  (s)  vəfatından  sonra  slam 
hökumətinin  öz  həqiqi  yolundan  çıxması,  şəhərlərin  fəth  olunmasının 
artması, əldə olunan qənimətlərin xilafət mərkəzinə keçməsi və bir çox başqa 
səbəblər  nəticəsində  yavaş-yavaş  müsəlmanlar  öz  döyüş  ruhiyyələrini  itirib 
başlarını rifah və asayişə qatdılar.  
Belə ki, hər kəs hər hansı yolla olursa-olsun, hökuməti ələ keçirir, camaat 
da  rahat  yaşayışın  əldən  çıxacağından  qorxub  heç  bir  müqavimət 
göstərmədən  ona  tabe  olurdu.  slam  adı  ilə  camaata  hakimlik  edən  zalım 
hakimlər də bundan istifadə edirdilər. 
Bəni-Üməyyənin hökuməti möhkəmləndikcə, bu vəziyyət daha da artırdı. 
Müaviyənin ömrünün axırında və Yezidin hakimiyyətinin əvvəllərində isə bu 
vəziyyət öz kulminasiya nöqtəsinə çatdı. 
O dövrdə qəbilə başçıları əsasən mal-dövlət və gücə tabe idilər. Öz vicdan 
və şəxsiyyətlərini dünyanın dəyərsiz mal-dövlətinə satırdılar. O dövrün dini–
siyasi  rəhbərləri  Übeydullah  ibn  Ziyadın  ailəsindən  tamamilə  xəbərdar 
olduqları  halda  yenə  də  onun  qarşısında  baş  əyirdilər.  Bu  cür  adamlar  nə 
təkcə Yezid və  bn Ziyadın, hətta onların köməkçilərinin də qarşısında mum 
kimi  yumşaq  və  sözəbaxan idilər.  Çünki  mal-dövlət,  ad-san,  hamısı  onların 
ixtiyarında idi və bu cür adamlar onlara yaxınlaşmaqla mal-dövlət əldə edib 
ad-san qazana bilərdilər. 
Alçaqlıqda  birinci  dəstədən  heç  də  geri  qalmayan  ikinci  dəstə  isə  avam 
camaatı aldadan “möminlər” və “zahidlər” idilər. Onlar riyakarlıqla özlərini 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
51 
 
təqvalı göstərir və bu yolla yağlı tikələr əldə edirdilər. Öz dövrlərinin zalım 
hakimlərinin  rəğbətini  qazandıqda  onların  ətrafındakılarla  bir  sırada 
dururdular. 
O  dövrün  camaatı  bu  cür  insanları  çox  yaxşı  tanıyırdı.  Bu  insanların 
çirkin  əməlləri  ilə  o  qədər  rastlaşmışdılar  ki,  daha  onların  gördüyü  işlər 
camaatın  gözündə  adi  və  təbii  görünür,  heç  bir  etiraza  səbəb  olmurdu.  O 
dövrün sıravi camaatının yeganə məqsədi şəxsi ehtiyaclarını təmin etmək idi. 
Hamı öz həyatı üçün iş görür, hərə öz şəxsi məqsədinə çatmaq üçün çalışırdı 
və  heç  kəsin  bundan  başqa  fikri  yox  idi.  Cəmiyyəti  və  onun  böyük 
çətinliklərini  heç  bir  adi  şəxs  nəzərə  almırdı.  Onları  narahat  edən  yeganə 
məsələ  vardısa,  o  da  məvaciblərinin  kəsilməməsi  idi  və  buna  çox  diqqətlə 
yanaşırdılar.  Camaat  məvacibinin  kəsilməsindən  qorxub  qəbilə  başçılarının 
ə
mrlərini  məcburən  yerinə  yetirir,  zülm  və  haqsızlıqla  üzləşdikdə,  heç  bir 
etiraz  etmirdilər.  Onlar  zalim  rəhbərlər  tərəfindən  zülmə  məruz  qalaraq 
qorxaqlıq və süstlüyə alışmışdılar. 
mam  Hüseynin  (ə)  inqilabı  və  şəhadəti  isə  bu  vəziyyəti  tamamilə 
dəyişdirdi və cəmiyyət arasında şəhadət sünnəsini, şəhadət əhval-ruhiyyəsini 
oyatdı.  
 
3.
  slam ümmətində qiyam 
 
mam Hüseynin (ə) böyük və hünər yaradan inqilabı  slam cəmiyyətində 
baş  vermiş  çoxsaylı  qiyam  və  hərəkatların  başlanğıcı  oldu.  Buna 
Tövbəkarların və Muxtari Səqəfinin qiyamını nümunə gətirmək olar. 
 
 
 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
52 
 
 
 
 
 
 
MAM ZEYNÜL-AB D N (Ə
 
 
 
 
 
mam Səccadın (ə) həyatı barədə qısa məlumat 
 
mam  Səccad  (ə)  şiələrin  dördüncü  mamı  Həzrət  Hüseyn  ibn  Əlinin  (ə
oğludur.  Anası  Şəhrəbanu  olmuş,  ən  məşhur  ləqəbi  Zeynül-abidin  və 
Səccaddır.  mam Səccad (ə) hicrətin 38-ci ilində dünyaya gəlmişdir.
1
  
 Uşaqlıq  illərini  Mədinə  şəhərində  keçirmişdir.  O,  təxminən  iki  il  babası 
Ə
linin  (ə)  hakimiyyət  illərini  görmüş,  ondan  sonra  isə  on  il  əmisi  Həzrə
Həsənin (ə)  mamət dövrünü dərk etmişdir.  mam Həsən (ə) bu on ilin yalnız 
altı  ayını  zahiri  hakimiyyət  başında  durmuşdur.  Hicrətin  əllinci  ili  mam 
Həsənin  (ə)  şəhadətindən  sonra  Müaviyənin  hakimiyyətinin  möhkəmləndiyi 
bir  dövrdə  onunla  mübarizə  aparan  mam  Hüseyn  (ə)  ilə  on  il  çiyin-çiyinə 
durmuşdur. Hicrətin 61-ci ilinin Məhərrəm ayında atasının inqilab və şəhadəti 
zamanı Kərbəlada olmuşdur. Kərbəla faciəsindən sonra digəƏhli-beyt əsirləri 
ilə birlikdə Kufəyə, sonra isə Şama əsir aparılmışdır. Bu səfərdə o, müsibət və 
çətinliklər zamanı digəəsirlərin pənahı və himayədarı olmuşdur. O, bu səfə
zamanı  öz  mətin  çıxışları  ilə  Yezidin  hakimiyyətini  rüsvay  etdi  və  Şamdan 
qayıtdıqdan  sonra  Mədinə  şəhərində  yaşamağa  başladı.  Nəhayət  hicrətin  94, 
ya da 95-ci ili şəhadətə qovuşdu. O Həzrət Bəqi qəbiristanlığında əmisi  mam 
Həsənin (ə) qəbrinin kənarında dəfn olunmuşdur. 
 
                                                            
1
 
Usul-kafi, c.1, səh.467 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə