İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   17   18   19   20   21   22   23   24   ...   57

İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
62 
 
keçmiş  və  müasir  alimlərin  bir  dəstəsi  bu  kitabı  dəfələrlə  ayrı-ayrılıqda 
tərcümə etmiş və onların bir çoxu son illərdə nəşr edilmişdir. 
Səhifeyi-Səccadiyyə  əlli  dörd  duadan  ibarətdir.  Bu  kitab  təkcə  dua, 
münacat  və  Allahdan  hacət  istəməkdən  ibarət  deyil.  Eyni  zamanda,  onda 
siyasi,  ictimai,  mədəni  və  əqidəvi  məsələlər  də  vardır.  mam  Səccad  (ə)  öz 
duaları  əsnasında  dəfələrlə  siyasi  məsələlərə,  xüsusilə  də,  mamət  və  slam 
cəmiyyətinin  rəhbərliyi  məsələsinə  toxunmuşdur.  Onlardan  nümunə  olan 
«Gözəl əxlaq», «Ərəfə günü», «Qurban bayramı» və «Cümə günü» dualarını 
sadalamaq olar. 
 
4.
  Saray alimləri ilə mübarizə 
 
mamların  həyatının  ən  maraqlı,  ən  əhəmiyyətli  bölmələrindən  biri 
onların  öz  dövrlərinin  slam  cəmiyyəti  arasındakı  ləyaqətsiz,  düşüncə  və 
mədəniyyətdən uzaq olan başbilənlər, yəni, saray fəqihi, hədisçi, təfsirçi, qari 
və qazıları ilə mübarizələri olmuşdur. Bunlar camaatın fikir və düşüncələrini 
zalım  hakimlərin  xeyrinə  cəlb  edir,  onları  Bəni-Üməyyə  və  Bəni-Abbas 
xəlifələrinin  cəmiyyətdə  təyin  etdikləri  hakimiyyətə  yönəldir,  onları  bu 
vəziyyətə  tabe  edərək  zalım  hakimlərin  hakimiyyəti  üçün  fikri  və  zehni 
zəmin  yaradırdılar.  mam  Səccadın  (ə)  siyasi  həyatındakı  bu  cür 
mübarizələrdən bir nümunəsi o Həzrətin saray hədisçisi olan Məhəmməd ibn 
Müslimi Zühri (58-124 h.q) ilə mübarizəsidir. 
 
 
Zühri kimdir? 
 
Zühri o dövrün tabein (Peyğəmbərin (s) özünü yox, səhabələrini görmüş 
şə
xs) fəqih və böyük hədisçilərindən biri idi. O, öz dövründə yaşamış sünni 
məzhəbinin yeddi fəqihinin dərslərində olmuş, on nəfər səhabənin xidmətinə 
yetişmişdir.  Belə  ki,  böyük  şəxsiyyətlərin  bir  dəstəsi  ondan  hədis  və  fiqh 
(şəri məsələlər) rəvayət etmişdi.
1
  
Zühri  belə  sabiqəsi  nəticəsində  öz  dövrünün  elmi  və  fiqhi  məclislərində 
böyük  şöhrət  qazanmışdı.  O,  mam  Səccadın  (ə)  elmindən  çoxlu  istifadə 
etmiş, ondan çoxlu hədis nəql etmişdir.  
                                                            
1
 
Səfiynətul-bəhar, səh.c.1, səh.573 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
63 
 
Ancaq sonralar Bəni-Üməyyə höküməti onun şöhrət və mövqeyindən öz 
hakimiyyətlərini  şəriətə  uyğun  cilvələndirmək  üçün  saraya  cəlb  etdi.  Onun 
da  rifah  və  sərvətdən  faydalanmaq  məqsədi  ilə  Bəni-Üməyyənin  çirkin 
sarayına get-gəli başlandı. O, Əbdülməlikin sarayında rifahın şirin məzəsini 
dadıb saray həyatının ləzzətini gördü. Buna görə də, Əbdülməlikdən sonra da 
onun  övladlarının  –  Vəlid,  Süleyman,  Yezid,  Hişamın  sarayında,  eləcə  də 
Ömər  ibn  Əbdüləzizin  sarayında  yer  tutmuşdu.  Yeziddən  sonra  Hişam  ibn 
Ə
bdülməlikin  sarayında  özünəməxsus  mövqe  tutmuş,  hörmət  qazanmışdı. 
Hişam onu öz uşaqlarının müəllimi təyin etmişdi. Zühri ömrünün sonunadək 
bu vəzifədə çalışmışdır. 
1
 
Nəhayət,  Bəni-Üməyyənin  mənafeyinə  və  Haşimi  ailəsinə  qarşı  küfri 
siyasətlərinə bəraət qazandıran hədislər uydurmuş və təhrif etmişdir.  
 
 
mam Səccadın (ə) Zühriyə kəskin məktubu 
 
Zührinin bu cür səriştəsiz sabiqəsini nəzərə alaraq  mam Səccad (ə) ona 
kəskin, eyni zamanda xeyirxah və nəsihətamiz bir məktub yazdı.  ndi həmin 
məktubun məzmununu oxucuların nəzərinə çatdırırıq: 
“Allah  bizi  və  səni  fitnələrdən,  səni  (Cəhənnəm)  odundan  qorusun!  Sən 
elə  vəziyyətə  düşmüsən  ki,  kim  sənin  bu  halını  başa  düşsə,  sənə  rəhmi 
gəlməyə  haqqı  var....  Belə  fikirləşmə  ki,  Allah  sənin  üzrünü  qəbul  edib 
günahından keçəcək. Əsla, Allah Öz kitabında “Onu [Quranı] camaata bəyan 
edin  və  onun  heç  bir  şeyini  gizlətməyin”  buyurmaqla  həqiqəti  camaata 
demələri  barədə  (alimlərdən)  söz  (əhd-peyman)  almışdır...  Günahlarının 
nəticəsində sabah xainlərlə bir yerdə olacağından, zalımlarla əlbir olub əldə 
etdiyin şeylər üçün sorğu-sual olunacağından çox qorxuram.... Keçmiş saleh 
bəndələrə  birləşmək  üçün  indi  bütün  bu  şan-şöhrətdən  əl  çək....  Allah  sənə 
Quran (elmlərini) öyrətməklə elm və dini sənin  yanında əmanət qoydu, sən 
isə ona xəyanət etdin. Allaha şükr edirəm ki, bizi sənin azğınlığından qorudu. 
Vəssalam.”  
 
 
                                                            
1
 
Ə
l-bidayə vən-nihayə, c.9, səh.343 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
64 
 
5.
 Əhkam, əxlaqi və tərbiyəvi əsərlərin nəşri 
 
mam  Səccadın  (ə)  öz  dövrünün  zülm  və  fəsadlarına  qarşı  mübarizə 
metodlarından  biri  də  slam  hökmlərinin  nəşri,  əxlaqi  və  tərbiyəvi 
məsələlərin  bəyan  olunması  idi.  mam  Səccad  (ə)  bu  sahədə  çox  böyük 
addımlar atmışdır. Belə ki,  mamın bu xidmətləri alimləri heyran qoymuş və 
onlar  bu  işi  alqışlamağa  məcbur  olmuşlar.  Şiə  məzhəbinin  görkəmli  alimi 
Ş
eyx  Müfid  bu  barədə  yazır:  “Sünni  məzhəbinin  fəqihləri  ondan  ( mam 
Səccaddan (ə)) o qədər elm nəql olunmuş moizələr, dualar, Quran fəzilətləri, 
halal-haramlar  qeyd  etmişlər  ki,  bunların  hamısı  bütün  alimlər  arasında 
məşhurdur. Onları izah etmək istəsək, söhbət çox uzanar...”
1
 
  mam  Səccaddan  (ə)  yadigar  qalmış  əxlaqi-tərbiyəvi  təlimlərdən  bir 
nümunəsi “Risalətül-hüquq” adlı bir topludur.  mam burada insanın müxtəlif, 
istər  Allah  qarşısında,  istərsə  də  özü  və  başqaları  qarşısındakı  vəzifələrini 
bəyan etmişdir. Əlliyə qədər olan bu vəzifə və hüquqları  mam (ə) əvvəl qısa 
şə
kildə, sonra isə ətraflı izah etmişdir.
2
  
Hədis alimləri tərəfindən hədis kitablarında nəql və qeyd olan “Risalətül-
hüquq” bölümü dəfələrlə ayrılıqda çap, şərh və tərcümə edilmişdir. 
 
6.
 Kimsəsizlərə yardım 
 
mam Səccadın (ə) həyatının parlaq cəhətlərindən biri də, o Həzrətin o cür 
acınacaqlı və zülmlə dolu mühitdəki ictimai xidmətləridir. Bu xidmətlər, istər 
Hirrə  faciəsi  zamanı  kimi  Mədinənin  böhranlı  və  qarmaqarışıq  günlərində, 
istərsə  də,  kimsəsiz  və  miskinlərin  nəvazişə  ehtiyacı  olub  onlara  tərəf  lütf-
mərhəmət  əli  uzadılması  intizarında  olduqları  sakitlik  günlərdə,  o  Həzrətin 
ömrünün  sonunadək  davam  etmişdir.  mam  Səccadın  (ə)  bu  cür  seçilən 
xidmətlərindən nümunələri tarix bəyan edir: 
mam Səccad (ə) Mədinənin yüz kasıb ailəsini dolandırırdı.
3
  
Mədinə  əhalisinin  bir  dəstəsi  güzəranlarını  gecə  vaxtı  onlara  gətirilən 
yeməklə  keçirirdilər.  Ancaq  yemək  gətirənin  kim  olduğunu  bilmirdilər. 
                                                            
1
 Əl-irşad, səh.260  
2
 
Ə
l-xisal, bab.50 
3
 Hilyətul-Övliya, c.3, səh.136  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə