İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   15   16   17   18   19   20   21   22   ...   57

İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
56 
 
Deyirlər  ki,  Əbdülməlik  atası  Mərvan  öldükdən  sonra  hakimiyyətə 
yetişərkən Quran oxuyurdu. Bu xəbəri eşitcək Quranı bağlayıb dedi: “Daha 
mənimlə sənin aranda ayrılıq düşdü. Artıq mənim səninlə işim yoxdur.”
1
  
 Əbdülməlik doğurdan da, Qurandan ayrıldı. Qüdrətə qürrələnməsi nəticə-
sində öz şəxsiyyətini elə dəyişdirdi ki, tarixçilər onun çirkin hökumətini acı 
xatirələr tək yad edirlər. 
Süyuti və  bn Əsir yazırlar: “ slam tarixində Əbdülməlik əhdini danan və 
xəyanət edən (Əmr ibn Səid ibn Ası aman verdikdən sonra öldürdü), camaatı 
xəlifənin  hüzurunda  söz  deməkdən  məhrum  edən  və  əmr  be-mərufun 
qarşısını alan ilk şəxs olmuşdur. 
2
 
Ə
bdülməlik özünün uzunmüddətli hakimiyyəti dövründə o qədər zülm və 
haqsızlıqlar etdi ki, onun qəlbində iman nuru tamamilə söndü. O, bir gün özü 
bu məsələyə toxunaraq Səid ibn Müsəyyibə dedi: “Elə olmuşam ki, yaxşı iş 
görəndə sevinmirəm, pis iş görəndə də narahat olmuram.” Səid ibn Müsəyyib 
dedi: “Sənin qəlbin tamamilə ölmüşdür.” 
3
 
 
Zalım valilə
 
slam məmləkətinin hər bir yerində Əbdülməlikin nümayəndələri də ona 
baxıb  camaatla  zülm  və  ədavətlə  rəftar  edirdilər.  Ölkənin  hər  bir  yerində 
haqsızlıq  və  vəhşət  hökm  sürürdü.  Məsudi  yazır:  “Əbdülməlik  qantökən 
adam  idi.  Onun  təyin  etdiyi  valilər  –  raq  hakimi  Həccac,  Xorasan  hakimi 
Muhlib və Mədinə hakimi Hişam ibn  smayıl da onun özü kimi rəhmsiz və 
qantökən idilər.” 
4
 
Ə
bdülməlik  öz  ağıl  və  zəkası,  muzdur  valiləri  və  nümayəndələrinin 
vasitəsi  ilə  hakimiyyətinə  müxalif  olanları  məğlub  edib  diktaturcasına  bir 
rejim sürdürdü. Müaviyədən sonra Bəni-Üməyyə xəlifələri arasında ən uzun 
müddətli hökmdar oldu. 
Ə
bdülməlikin ölümündən sonra onun oğlu Vəlid hakimiyyət başına gəldi. 
Vəlid öz hakimiyyəti dövründə inşa etmək, tikib abadlaşdırmaq kimi müsbət 
işlərə meyilli olsa da o zalım və pozğun adamları vali, hakim və əmir təyin 
                                                            
1
 
Ə
l-fuxəra, səh.122 
2
 
Suyuti, səh.218 
3
 
Ə
l-fuxəra, səh.122 
4
 
Məadinul-cuhər, c.3, səh.91 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
57 
 
edirdi.  Bu  adamlar  müsəlmanları  çox  təzyiqlərə  məruz  qoydurub  dünyanı 
camaata dar edirdilər. 
O dövrdən etibarən Şam məntəqəsi Vəlidin öz nəzarəti altında idi.  raqda 
Həccac,  Hicazda  Osman  ibn  Həbarə,  Misirdə  Qürrə  ibn  Şüreyk  valilik 
edirdilər. Adı çəkilən bu şəxslər zülm etməkdə misilsiz idilər.
1
  
Sanki  hakimlərin  bu  zülmkarlıqlarına  və  müsəlmanların  bu  məzlumiy-
yətinə  və  pənahsız  qalmalarına  işarə  edərək  mam  Səccad  (ə)  öz  söhbəti 
ə
snasında  o  dövrün  camaatını  altı  dəstəyə  bölmüşdür.  Hakimləri  şirə, 
müsəlmanları isə şir, canavar, tülkü, it və donuz arasında qalmış, ət, dəri və 
sümükləri şir tərəfindən parçalanan qoyunlara bənzətmişdir.
2
  
 
 
Nə üçün  mam Səccad (ə) qiyam etmədi?
 
 
mam Səccadın (ə) dövrünün siyasi aləmi bir az aydın olduqdan sonra, o 
Həzrətin nəyə görə qiyam etməməsini çox yaxşı başa düşmək olar. Cəmiyyət 
arasında  hökm  sürən  qorxu,  diktatura  və  zalım  Əməvi  hökumətinin  camaat 
üzərindəki  güclü  nüfuzu  hər  hansı  bir  hərəkat  və  silahlı  mübarizəni 
məğlubiyyətə məhkum edirdi. Hətta kiçik hərəkatlar belə Əməvi casuslarının 
gözündən qaçmırdı. Necə ki, bir gün Əbdülməlikin Mədinədəki casusu ona 
xəbər verdi ki, Əli ibn Hüseynin (ə) ( mam Səccadın) bir kənizi var idi. O, 
kənizi azad etmiş, sonra isə onunla evlənmişdir. Əbdülməlik  mam Səccada 
(ə) yazdığı məktubda bu işi  mam (ə) üçün nöqsan saymış və etiraz etmişdi 
ki,  nəyə  görə  mam  özünə  tay  olan  bir  qüreyşli  qadınla  evlənməmişdir? 
mam Səccad (ə) onun cavabında yazdı: “Peyğəmbərdən böyük və üstün bir 
şə
xs  yox  idi.  O,  öz  kənizi  ilə  evlənmişdi.  Allah  hər  bir  kiçikliyi  slamın 
sayəsində ucaldır və hər bir nöqsanı  slam vasitəsi ilə aradan qaldırır. Hər bir 
alçaq şəxs  slam sayəsində əzizlənir. Müsəlman olan heç bir şəxs alçaq deyil. 
Alçaqlıq ancaq cahiliyyət alçaqlığıdır.”
3
 
 Əbdülməlik bununla bildirmək istəyirdi ki,  mamın hər bir işi, hətta onun 
daxili  və  şəxsi  işləri  belə  onun  nəzarəti  altındadır.  Belə  bir  şəraitdə  qiyam 
etmək necə mümkün ola bilər?  
 
                                                            
1
 
Ə
l-kamilu fit-tarix, c.5, səh.11 
2
 
Ə
l-xisal, səh.339 
3
 
Usuli-Kafi, c.5, səh.344 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
58 
 
 
Nə üçün  mam Səccad (ə) Mədinə  
qiyamçıları ilə həmkarlıq etmədi? 
 
mam  Səccadın  (ə)  Mədinə  qiyamçılarına  qoşulmamasını  da  məhz  bu 
cəhətdən  araşdırmalıyıq.  Mədinə  qiyamı  hicrətin  63-cü  (ya  da  62-ci)  ilində 
baş verib. Bu qiyam tarixdə Hirrə faciəsi adı ilə tanınmışdır. Bu hadisə  mam 
Hüseynin  (ə)  şəhadətindən  sonra  müxtəlif  yerlərdə  Yezidin  hakimiyyətinə 
qarşı camaatda nifrət oyanmasına səbəb oldu. Peyğəmbər ailəsinin, qohum-
ə
qrəbasının,  səhabə  və  tabeinlərin  mərkəzi  olan  Mədinə  şəhəri  də  cuşa 
gəlmişdi.  Təkəbbür,  nadanlıq  və  təcrübəsizlikdə  Yeziddən  heç  də  geri 
qalmayan Mədinə hakimi Osman ibn Məhəmməd ibn Əbu Süfyan, Yezidin 
göstərişi ilə Mədinə şəhərinin böyüklərini əhali tərəfindən gənc xəlifə Yezidi 
yaxından görüb onun mərhəmətindən bəhrələnmək və Mədinəyə qayıtdıqdan 
sonra  camaatı  onun  hökumətinə  tabe  olmağa  çağırmaq  üçün  Dəməşqə 
göndərdi.  
Yezidin görüşünə gedən Osmanın nümayəndə heyətinin yanında da Yezid 
şə
rab  içməklə,  it  oynatmaqla,  eyş-işrətlə  və  cürbəcür  çirkin  işlərlə  məşğul 
olmağa  başladı.  Ancaq  nümayəndə  heyətini  öz  sarayında  çox  təntənəli 
şə
kildə qarşıladı, onlara çox hörmətlə yanaşdı və onların hər birinə müxtəlif 
hədiyyələr və qiyməti əlli, yüz min dinara çatan bahalı xələtlər bağışladı.  
Nümayəndələr  Mədinəyə  qayıdıb  ictimaiyyətin  hüzurunda  Yeziddən 
zəhlələri getdiyini söylədilər. Bu hadisədən sonra Mədinə camaatı Abdullah 
ibn Hənzələyə beyət edib Mədinə hakimini və eləcə də, bütün Bəni–Üməyyə 
tərəfdarlarını  şəhərdən  qovdular.  Bu  xəbər  Yezidə  çatan  kimi  o,  Bəni–
Üməyyə hökumətinin yaxınlarından biri olan Müslim ibn Üqbə adlı yaşlı bir 
kişini  Mədinə  qiyamını  yatırtmaq  üçün  böyük  bir  ordu  ilə  Mədinəyə 
göndərdi.  Şam  ordusu  Mədinəyə  hücum  etdi.  ki  tərəf  arasında  qanlı  döyüş 
baş  verdi.  Nəhayət  qiyamçılar  məğlub  oldular  və  qiyama  başçılıq  edənlər 
öldürüldülər. Müslim üç gün müddətində əhalinin kütləvi soyqırımı və şəhəri 
qarət  etmək  əmrini  verdi.  Qırğın  və  qarət  başa  çatdıqdan  sonra  Müslim 
camaatdan Yezidin qulu kimi beyət aldı. 
1
 
Beləliklə mədinəlilərin qiyamları ilə tanış olduq.  ndi isə  mam Səccadın 
(ə)  Mədinə  qiyamçıları  ilə  həmkarlıq  etməməsinin  səbəblərini  araşdıraq. 
                                                            
1
 
Ə
l-kamilu fit-tarix, c.4, səh.102-103 və 111-121 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə