İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
  1   2   3   4   5   6   7   8   9   ...   57


.............................................................................................................  
İmamların siması tarix guşəsində 

 
 
 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 

 
 
 
mamların siması tarix guşəsində 
 
Tərcümə edən:           R.  gidov 
Redaktor:                   Ə. Dəlivəlli 
Dizayn:                       E. Bayramov 
 
Tbilisi 2012 
 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 

 
 
 
 
 
 
Ön söz 
 
Ş
übhəsiz, böyük  slam Peyğəmbərindən (s) sonra fərdi və ictimai həyatda 
məsum  imamlar  (ə)  biz  insanlar  üçün  böyük  örnək  və  nümunədirlər.  Bu 
baxımdan  onların  həyat  davranışları  ilə  tanış  olmaq  böyük  əhəmiyyətə 
malikdir. Ancaq diqqət etməliyik ki, bizə Peyğəmbərin (s) və imamların (ə) 
tarixlərini  öyrənməkdə  mühüm  olanı  onların  bir  tək  şəxsi  həyatı  və 
davranışlarını bilmək deyil. Bəlkə məqsəd o məsum öndərlərin, həyat tərzini, 
ictimai  mühitdəki  rəftar  qaydalarını,  siyasi  və  ictimai  arenalardakı 
mövqelərini  və  mədəni  fəaliyyət  metodlarını  öyrənməkdir.  Çünki  slam 
Peyğəmbərinin (s), Onun məsum canişinlərinin dinə dəvət və təbliğində bizə 
nümunə olanı onların bir tək həyat və davranışları deyil, bəlkə davranış növü, 
fəaliyyət  tərzi,  dinə  dəvət  qaydası,  islam  düşmənləri  ilə  rəftarı,  hidayət  və 
təbliğlərinin formasıdır.  
mamların  yaşayış  tərzi,  siyasi  və  ictimai  həyatdakı  mövqeləri  o  zaman 
bizə  aydın  olar  ki,  onların  siyasi,  ictimai  və  mədəni  sahələrdəki 
fəaliyyətlərini  öyrənmiş  olaq.  Bunu  bilirik  ki,  məsum  imamlar  ictimai 
səylərini,  siyasi  mövqelərini,  mədəni  fəaliyyətlərini  və  mübarizə  tərzlərini 
zamanın  və  məkanın  vəziyyətini,  imkan  və  şəraitini,  maneə  və 
müşküllüklərini  nəzərə  alaraq  vəziyyət  tələb  etdiyi  kimi  tənzimləyib 
proqramlaşdırıblar.  Buna  görə  biz  onların  dövründə  hökm  sürən  özəl 
vəziyyət  və  şəraitlərlə  tanış  olmasaq  onların  rəhbərlikdəki  idarəçilikləri  və 
yaşayış tərzləri bizə gün kimi aydın olmaz. 
 Təsadüfü  deyil  ki,  biz  imamların  həyatını  araşdırarkən  onların  siyasi 
mövqelərinin bir-biriləri ilə  fərqli olduğunun şahidi oluruq. Belə ki, onların 
bəzisi  düşmənlə  sülh  bağladılar,  bəziləri  isə  mübarizə  apardılar.  Bəziləri 
böyük islam elm mərkəzləri yaratdılar, bəziləri isə məhdud şəraitdə mədəni 
sahələrdə addımlar atdılar. Bəziləri xəlifəlik təklifini qəbul etmədilər, bəziləri 
isə vəliəhd olmaq təklifi ilə razılaşdılar. Ancaq onların həyatını araşdırarkən 
mövqelərinin  müxtəlifliyi  məna  kəsb  edər.  Anlayarıq  ki,  həqiqətdə  onların 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 

 
davranışlarında  heç  bir  ziddiyyət  olmamışdır.  Və  hər  biri  vahid  məqsəd 
uğrunda  addımlar  atmışdı.  Lakin  onların  məqsədə  yetişmək  üçün  davranış 
növləri zamanın və şəraitin tələbinə uyğun olaraq müəyyən edilmişdir. 
Tarixi  araşdırarkən,  mam  Əlidən  (ə)  mam  Həsən  Əskəriyə  (ə)  qədər 
imamları 250 illik ömrü olan insana bənzətmək olar. Elə bir insana ki, ömür 
sürdüyü  bu  müddətdə  zamana  uyğun  addımlar  atmışdır.  Ya  da  ki,  onu 
müəyyən bir hədəfə doğru hərəkət edən yolçuya oxşatmaq olar. Lakin yolun 
çətinli-asanlı, enişli-yoxuşlu hallarında onun səfəri gah iti, gah da küt həyata 
keçmiş  və  bəzən  də  dayanmaqla  kifayətlənmişdir.  Amma  belə  dayanış 
istirahət edərək hərəkətin davamına güc toplamağa səbəb olurdu. 
Məsum  imamlar  Əmirəl-möminin  mam  Əlinin(ə)  zamanından  mam 
Həsən Əskərinin dövrünə (Peyğəmbərin (s) vəfatından hicrətin 255-ci ilinə) 
qədər  vahid  bir  hədəfin  icra  edilməsi  yolunda  olmuşdu.  badət  təlimləri, 
siyasi,  fərdi,  ictimai  və  digər  sahələrdən  ibarət  slam  maarifinin 
ictimaiyyətdə  təlimi  uğrunda  hərəkət  etmişlər.  Lakin  zamanın  durumu  və 
ictimai şəraitə görə onların mübarizə üsulları gah qəti və kəskin olur, gah da 
ki, zəif və bəzən də müvəqqəti olaraq çarəsizlikdən sükuta məruz qalırdı. 
Məsumlarımız  zamana  diqqət  etməyi  qələbənin  və  müvəffəqiyyətin 
mühüm  bir  vasitəsi  olaraq  tanıtdırmışlar.  Necə  ki,  slam  Peyğəmbəri  (s) 
buyurmuşdu:  «Allah  öz  dilini  qoruyana,  zamananı  tanıyana  və  yolunda 
istiqamət  göstərən  kəsə  rəhm  etsin».  (Nəhcül-fəsahə,  c.1).  mam  Sadiq  (ə) 
söhbətinin əsnasında uca səslə belə buyurdu: «... Öz zəmanəsinə bələd olan 
kəs qarşıya gələn hadisələrin, şübhələrin və azdırıcı problemlərin qarşısında 
hücum mərkəzində qərar tutmaz...». 
Bu kimi hədislərdə «zaman» anlamından məqsəd bir neçə il və ay 
deyildir. Bəlkə zamana hakim olan şəraitdir. Necə ki, Əli (ə) oğlu  mam 
Həsənə (ə) öz vəsiyyətində buyurur: «Hakimin qüdrəti dəyişdikdə zamana da 
dəyişir» (Nəhcül-bəlağə, məktub.31) 
Hörmətli  oxucu!  Əlinizdəki  kitab  pak  imamların  (ə)  siyasi,  ictimai  və 
mədəni  sahələrdəki  həyatını  araşdırır.  Və  imamların  hər  birinin  yaşayışını 
şə
rh edərkən ilk öncə tarixi mənbələrə istinad edərək onların siyasi, ictimai 
və  mədəni  həyatını  açıqlayır  və  sonra  da  onların  yaşayışının  ən  mühüm 
səhnələrində,  mübarizələrində,  fəaliyyətlərində,  təlim  və  islahatlarında 
yeganə çıxış yolunu seçib, gərəkdiyi kimi əməl etdiklərini bəyan edir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə