İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   16   17   18   19   20   21   22   23   ...   57

.............................................................................................................  
İmamların siması tarix guşəsində 
59 
 
mam  Səccadın  (ə)  qiyamçılarla  həmkarlıq  etməməsinin  səbəblərini  belə 
xülasə etmək olar: 
1.
 
Vəziyyəti  araşdırmaqla  və  mam  Hüseynin  (ə)  şəhadətindən  sonra 
meydana  gəlmiş  dəhşətli  represiyanı  nəzərə  almaqla  mam  Səccad  (ə) 
Mədinə qiyamının məğlubiyyətini təxmin etmişdi.  mam fikirləşirdi ki, əgər 
bu  qiyama  qoşulsa,  nəinki  qalib  gəlməyəcək,  hətta  özü  və  dostları  da, 
öldürüləcəklər. Axırda da heç bir nəticə olmadan şiənin qalan qüvvəsi də itib 
batacaq. 
2.
 
 Abdullah  ibn  Zübeyr  zahirən  islahedici  və  mal-dövlət  düşgünü  idi. 
Onun  Cəməl  döyüşünü  törətməkdə  böyük  rolu  olmuşdur.  O,  Məkkədə 
olduğu müddətdə xütbələrin əvvəlində Peyğəmbərə salam göndərmirdi. 
1
 
Ə
vvəldə  işarə  etdiyimizə  əsasən  Abdullah  ibn  Zübeyr  o  zamanlarda 
Yezidlə  müxalif  olduğunu  bildirib  özünü  xəlifə  elan  edirdi.  Məkkəni  öz 
hakimiyyətinə  mərkəz  qərar  vermişdi.  O,  Mədinə  inqilabçılarının  arasında 
böyük  nüfuza  malik  idi.  Bu  üzdən  Mədinədən  Bəni-Üməyyə  hakiminin 
qovulması və mədinəlilərin qiyama qalxması onun təklif və razılığı ilə həyata 
keçmişdir.
2
  
 Beləliklə  bu  hərəkat  əsl  şiə  hərəkatı  ola  bilməzdi.  mam  Səccad  (ə) 
istəmirdi  ki,  hakimiyyət  arzusunda olan Abdullah  ibn  Zübeyr  kimi  bir  şəxs 
onu qələbə üçün vasitə qərar versin. 
3.  Yuxarıda  qeyd  etdik  ki,  qiyamçılar  Abdullah  ibn  Hənzələni  özlərinə 
rəhbər  təyin  etdilər.  Bu  işdə  onlar  mamın  rəyini  də,  heç  nəzərə  almadılar. 
Düzdür,  qiyamın  başçıları  yaxşı  və  pak  adamlar  idilər  və  Yezidin 
hakimiyyətinə qarşı onların çıxışları tamamilə düzgün idi, ancaq məlum olur 
ki,  bu  qiyam  təmiz  şiə  hərəkatı  olmamış  və  qələbə  çaldığı  təqdirdə  şiələrin 
xeyrinə nəticələnəcəyi məlum deyildi.  
 
mam Səccadın (ə) mədəni fəaliyyətləri 
 və ictimai mübarizə üsulları 
 
Bəli,  mam  Səccad  (ə)  zaman  şəraitinə  nəzər  edərkən  bir  sıra  təbliği, 
tərbiyəvi  və  irşadi  fəaliyyətləri  hökumətin  heç  xəbəri  də  olmadan  həyata 
                                                            
1
 
Tarixi Yəqubi, c.3, səh.8 
2
 
Murucuz-zəhəb, c.1 səh.69 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
60 
 
keçirməklə  qeyri-müstəqil  mübarizələrə  başladı.  Bu  fəaliyyətlərin  ən 
mühümlərini aşağıdakı bölmələrdə xülasə etmək olar: 
 
1.
  Aşura xatirəsini əbədi saxlamaq 
 
mam  Hüseynin  (ə)  və  onun  sadiq  dostlarının  şəhadəti  ümumi  fikirlərdə 
Bəni-Üməyyəyə  baha  başa  gəldiyindən  və  bu  işin  şəriliyini  sual  altına 
aldığından bu faciəni əbədi yaşatmaq üçün  mam Səccad (ə) öz mübarizəsini 
şə
hidlərə  ağlamaqla  davam  etdirirdi.  Şübhə  yoxdur  ki,  bu  yandırıcı  göz 
yaşlarının  və  ürəkyandıran  ağlamaqların  bir  məhəbbət  kökü  vardır.  Çünki 
Kərbəla faciəsinin müsibəti o qədər böyük və ürəkağrıdan idi ki, o faciəni öz 
gözləri ilə görən şəxslər nə qədər ki, sağ idilər, yaddan çıxarmazdılar. Ancaq 
ş
übhəsiz ki,  mam Səccadın (ə) bu hadisəyə münasibətinin bir siyasi təsir və 
nəticəsi var idi. Aşura hadisəsinin tez-tez təkrarlanması Əməvi hökumətinin 
zülmlərini yaddan çıxmağa qoymurdu.  mam Səccad (ə) su içmək istəyərkən 
gözü suya sataşdıqda, gözlərindən yaş süzülməyə başlayırdı. Bunun səbəbini 
soruşanda,  buyurardı:  “(Yezidin  adamları)  suyu  vəhşi  və  yırtıcı  heyvanlar 
üçün  azad  qoyub  atamın  üzünə  bağladıqları  (və  onu  susuz  qoyduqları)  bir 
halda,  mən  necə  ağlamayım?”  mam  Səccad  (ə)  buyurardı:  “Fatimənin 
(əleyhassəlam) balalarının ölümü yadıma düşərkən qəhər məni boğur.”  mam 
(ə) bu mövzunu müxtəlif məqamlarda yad edirdi. 
1
 
 
2.
  Ümmətin nəsihəti 
 
mam Səccad (ə) diktatura mühitində yaşadığı üçün öz fikirlərini camaata 
açıq-aşkar  deyə  bilmirdi.  Buna  görə  də,  moizə  yolundan  istifadə  edirdi.  O 
Həzrət  camaatı  moizə  yolu  ilə  düzgün  slami  fikirlərlə  tanış  edir,  zaman 
keçdikcə  zalım  hakimlərin  təbliğləri  nəticəsində  unudulmuş,  yaxud  təhrif 
edilmiş  slami  fikirləri  əvvəlki  və  əsl  halına  qaytarır  və  camaatı  bacardığı 
qədər  slam  təlimləri  ilə  tanış  edirdi.  Bu  moizələri  araşdırdıqda  görürük  ki, 
mam Səccad (ə) çox hikmətli yolla və zirəkcəsinə camaata moizə və nəsihət 
etməklə yanaşı, onlara demək istədiyi şeyi də çatdırırdı. Bu da o dövrdə əsl 
slami  fikirləri  camaata  çatdırmağın  ən  gözəl  yolu  idi.  Çünki  bu  məsələlər 
                                                            
1
 Biharul-ənvar, c.46, səh.108 
 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
61 
 
siyasi  nəticə  daşımasına  və  hakimiyyət  əleyhinə  olduğuna  baxmayaraq 
hakimiyyətin nəzərini qətiyyən özünə cəlb etmirdi.  
Qeyd etdiyimiz bu məsələlərə ən yaxşı şahid ola bilən  mam Səccadın (ə) 
çıxışlarından biri o Həzrətin Peyğəmbərin (s) müqəddəs məzarı kənarında öz 
səhabələri  üçün  buyurduğu  xütbədir.  Tarixçilər  yekdilliklə  qeyd  edirlər  ki, 
mam Səccad (ə) hər cümə günü bu xütbəni buyurarmış.
1
  
 
3.
 Dua və münacat qalibində maarifin bəyanı 
 
mam  Səccadın  (ə)  təbliğ  və  mübarizə  metodlarından  biri  də  slam 
maarifini  dua  şəklində  bəyan  etmək  idi.  Bildiyimiz  kimi  dua  insanla  Allah 
arasında çox mühüm və tərbiyəvi təsir bağışlayan bir vasitədir. Bu baxımdan 
duanın  slam  nöqteyi-nəzərindən  xüsusi  yeri  vardır.  Peyğəmbər  (s)  və 
məsum  mamlardan (ə) bizə yetişmiş duaları bir yerə yığsaq, böyük bir toplu 
(dua  ensiklopediyası)  əmələ  gələr.  Bu  dualar  böyük  tərbiyə  məktəbi  olub, 
insanın ruhi qidasında böyük rol oynayır. 
 
Səhifeyi-Səccadiyyə 
 
mam Səccadın (ə) dövrü diktatura mühitinə təsadüf etdiyi üçün o Həzrət 
öz fikir və məqsədlərinin çoxunu dua və münacat şəklində camaata çatdırırdı. 
mam  Səccadın  (ə)  dualar  toplusu  Səhifeyi-Səccadiyyə  adlanır.  Bu  kitab 
Quran  və  Nəhcül-bəlağədən  sonra  ən  böyük  və  ən  mühüm  lahi  maarif 
xəzinəsi sayılır. Belə ki, hələ qədim dövrlərdən bizim görkəmli alimlərimiz 
ona  “Uxtul-Quran”  (Quranın  bacısı),  “ ncilu-Əhli-beyt”  (Əhli-beytin  ncili) 
və  “Zəburu-Ali-Məhəmməd  (s)”  (Məhəmməd  (s)  ailəsinin  Zəburu) 
ləqəblərini vermişlər.
2
  
Səhifeyi-Səccadiyyə  təkcə  Allahın  dərgahına  dua  etmək  və  hacət 
istəməkdən  ibarət  deyil.  Bu  kitab  eyni  zamanda  slami  elmlər  və  maarif 
dəryasıdır. Onun içində əqidəvi, mədəni, ictimai, siyasi və bir sıra təbiət və 
şə
riət qayda-qanunları vardır ki, dua şəklində bəyan olunmuşdur.  
Səhifeyi-Səccadiyyənin misilsiz etibar və əhəmiyyətinə görə  slam tarixi 
boyu  ona  ərəb  və  fars  dillərində  çoxlu  şərh  yazılmışdır.  Şərhlərdən  əlavə, 
                                                            
1
 Usuli-Kafi, c.1,səh.72 
2
 
Riyazus-salikin, səh.4-5 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə