İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   12   13   14   15   16   17   18   19   ...   57

İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
48 
 
Göründüyü  kimi  mam  Hüseyn  (ə)  bu  vəsiyyətnamədə  aşağıdakı  dörd 
ş
eyi öz inqilabının səbəbi kimi qeyd etmişdir: 
1) Ümməti islah etmək; 
2) Əmr be-məruf; 
3) Nəhy əz-münkər; 
4) Babası Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm), atası Əlinın 
(ə) sünnəsinə itaət etmək və onların sünnəsini cəmiyyətdə dirçəltmək. 
 
3. Bağışlanılmaz sükut 
 
mam Hüseyn (ə)  raqa gedərkən yolda Beyzə adlı bir məntəqədə Hürrün 
qoşunu  ilə  üz-üzə  gəldi.  mam  Hüseyn  (ə)  üzünü  Hürrün  qoşununa  tərəf 
tutub bir xütbə söylədi və xütbədə öz inqilabının səbəbini belə açıqladı: 
«Camaat!  Allahın  Peyğəmbəri  (s)  buyurmuşdur:  “Kim  Allahın  haramını 
halal  edən,  Allahın  əhdini  sındıran,  Peyğəmbərin  (səlləllahu  əleyhi  və  alihi 
və  səlləm)  qanun  və  sünnəsinə  müxalif  olub  Allahın  bəndələri  arasında 
günah,  fəsad  və  düşmənçilik  edən  bir  hökmdarla  üzləşsə  və  bu  cür  bir 
hökmdara  qarşı  əməli,  hərəkəti  və  ya  sözü  ilə  etiraz  etməsə,  Allah  (sükut 
edən)  həmən  şəxsi  o  hökmdarın  düçar  olacağı  əzaba  (Cəhənnəm  əzabına) 
düçar edər. 
Camaat! Agah olun, bunlar (Bəni–Üməyyə) Allahın itaətindən çıxmış və 
Ş
eytana itaət etməyi özlərinə vacib bilmişlər. Bunlar fəsadı yaymış, Allahın 
qanunlarının icra olunmasının qarşısını almışlar. Peyğəmbər ailəsinə məxsus 
olan  payı  özlərinə  götürmüşlər.  Mən  müsəlman  cəmiyyətini  hidayət  edib 
onlara  rəhbərlik  etməkdə,  cəddimin  dinini  min  cür  fəsadlarla  dəyişmiş  bir 
hökumətə qarşı inqilab etməkdə hamıdan layiqliyəm...»
1
  
 
4. Sünnənin məhv olması, bidətlərin yayılması 
 
mam Hüseyn (ə) Məkkəyə gəldikdən sonra Bəsrə şəhərindəki qəbilələrin 
başçılarına bu məzmunlu məktub yazdı: 
 «...Mən öz qasidimi bu məktubla sizə tərəf göndərirəm. Sizi Allahın kitabı 
və  peyğəmbərin  sünnəsinə  dəvət  edirəm.  ndi  elə  bir  vəziyyətdəyik  ki, 
Peyğəmbərin  şəriəti  tamamilə  itib  batmış,  aradan  getmiş  və  onun  yerini 
                                                            
1
 
Ə
l-Kamilu fit-tarix, c.4, səh.48 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
49 
 
bidətlər tutmuşlar. Əgər mənim sözümə qulaq assanız, sizi düz yola hidayə
edərəm. Allahın salamı, rəhməti və bərəkəti sizə olsun!» 
1
 
 
5. Artıq haqqa əməl olunmur 
 
Hüseyn ibn Əli (ə)  raq yolunda Zi-Husum adlı bir yerdə ayağa qalxıb öz 
səhabələrinə aşağıdakı xütbəni buyurdu: 
«Vəziyyəti  artıq  özünüz  görürsünüz.  Zəmanə  doğrudan  da  dəyişmişdir. 
Pisliklər  meydana  çıxmış,  yaxşılıqlar  və  fəzilətlər  isə  aradan  getmişdir. 
Fəzilətlərdən  isə  ancaq  su  qabının  dibində  bir-iki  damcı  su  qaldığı  kimi 
qalmışdır.  Camaat  zillət  və  alçaqlıq  içində  ömür  sürür.  Həyat  səhnəsi  daş-
kəsəkli,  az  otlu  bir  otlağa,  çətin  və  əziyyətli  bir  yerə  çevrilmişdir. 
Görmürsünüz ki, daha haqqa əməl olunmur və batilin qarşısı alınmır? Belə 
bir vaxtda imanlı bir şəxsin (canından keçib) Allaha qovuşmağa haqqı var. 
Belə  bir  çirkin  və  alçaq  həyatda  mən  ölməyi  səadət,  zalımlarla  bir  yerdə 
yaşamağı isə zillət və alçaqlıq hesab edirəm. Bu camaat dünyanın qullarıdır. 
Din onların dilində lağlağaya çevrilib. Nə qədər ki, asayiş və rifahdadırlar, 
dinə kömək edirlər, elə ki, imtahana çəkilirlər, sayları azalır.»
2
  
 
 
Aşura inqilabının nəticələri 
 
mam  Hüseynin  (ə)  inqilabı  slam  cəmiyyətinə  böyük  təsir  və  nəticələr 
bağışladı.  ndi  həmin  nəticələrin  bir  neçəsini  nümunə  üçün  qeyd  edib 
araşdıracağıq. 
 
 
1.
  Hakim dairələrin rüsvayçılığı 
 
Bəni-Üməyyə  sülaləsi  öz  hakimiyyətinə  din  adı  verib  slam  hökuməti 
adlandırdığı, həmçinin, Peyğəmbər (s) canişini adı ilə camaata hakim olduğu 
və  öz  dini  mövqelərini  cəmiyyətdə  qoruyub  saxlamaq,  cürbəcür  üsullardan 
(məsələn, yalançı hədis düzəltməklə, şair və tarixçiləri özlərinə cəlb etməklə, 
Cəbriyyə kimi məzhəbləri yaymaqla) istifadə etdiyi üçün  mam Hüseynin (ə) 
                                                            
1
 
Təbəri, səh. 200 
2
 Tuhful-uqul, səh. 245  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə