İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   22   23   24   25   26   27   28   29   ...   57

İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
76 
 
alırdım.  Belə  ki,  otuz  min  hədis  mam  Baqirdən  (ə),  on  altı  min  hədis  isə 
mam Sadiqdən (ə) öyrəndim.”
1
  
Məhəmməd ibn Müslim “Ərbəəmiətu məsələtin” (Dörd yüz məsələ) adlı 
bir  kitab  yazmışdı.  Bu  kitabdakı  məsələlər  onun  mam  Baqir  (ə)  və  mam 
Sadiqdən (ə) eşitdiyi məsələlərin cavabları idi.  
mam  Baqir  (ə)  məktəbinin  yetirmələrindən  biri  də  Cabir  ibn  Yezid 
Cufidir.  O  da  Kufə  şəhərində  anadan  olmuş,  mam  Baqirin  (ə)  elmindən 
faydalanmaq  məqsədilə  Mədinəyə  köçmüşdür.  mam  Baqirin  (ə)  gözəl 
məktəbindən  istifadə  etməsi  sayəsində  böyük  elmi  rütbələrə  yüksəlmişdir. 
Cabir  mam Baqirin (ə) coşub-daşan elm və bilik bulağından istifadə edərək 
8  növ  kitab  və  əsərlər  yazıb  qoymuşdur  ki,  bu  da  şiələrin  hədis  və  maarifi 
yazmağa  olan  diqqətinə  daha  bir  sübutdur.  mamın  başqa  bir  istedadlı 
ş
agirdlərindən  biri  də  Zorare  ibn  Əyəndir.  O,  mam  Baqirdən  1236  hədis 
nəql etmişdir. 
 
mam Baqir (əŞamda
 
 
mam  Baqirin  (ə)  şərəfli  həyatının  mühüm  hadisələrindən  biri  də,  o 
Həzrətin Şama səfəridir. 
mam Baqirin (ə) həməsri olmuş Hişam ibn Əbdülməlik  mam Baqirin (ə) 
camaat  arasındakı  məhəbbət  və  nüfuzundan  daima  qorxmuş,  o  Həzrətin 
ardıcıllarının  (şiələrinin)  onu  “ mam”  kimi  tanımasını  bildiyi  üçün  həmişə 
onun  mənəvi  nüfuzunun  və  eləcə  də,  şiələrinin  artmasının  qarşısını  almağa 
çalışmışdır. 
mam  Baqir  (ə)  bir  dəfə  öz  əziz  oğlu  Cəfər  ibn  Məhəmməd  (ə)  ( mam 
Sadiq  (ə))  ilə  həcc  ziyarətinə  getdiyi  il  Hişam  da  həcc  ziyarətinə  gəlmişdi. 
Həcc  mövsümü  zamanı  mam  Sadiq  (ə)  bir  dəstə  müsəlman  arasında  Əhli-
beytin  (ə)  fəzilət  və  maməti  barədə  söhbət  etmiş,  bu  söhbət  dövlət 
məmurları  tərəfindən  dərhal  Hişama  çatdırılmışdı.  mam  Baqiri  (ə)  öz 
hökuməti  üçün  daima  təhlükəli  hesab  edən  Hişam  bu  söhbətdən  bərk 
qəzəbləndi, ancaq (bəlkə də, məsləhət belə olmuşdur) həcc mövsümü zamanı 
ona  və  həmçinin,  oğlu  mam  Sadiqə  (ə)  heç  bir  zərər  yetirmədi.  Lakin 
                                                            
1
 
 Əl-ixtisas, səh. 201 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
77 
 
paytaxta (Dəməşqə) qayıtdıqdan dərhal sonra Mədinənin valisinə əmr etdi ki
mam Baqir (ə) və oğlu  mam Sadiqi (ə) Şama (Dəməşqə) göndərsin. 
mam  Baqir  (ə)  məcbur  olub  əziz  oğlu  mam  Sadiqlə  (ə)  birgə  Şama 
getdi. Hişam öz əzəmətini göstərmək və eləcə də, öz xəyalına əsasən,  mam 
Baqirin (ə) məqamını azaltmaq üçün üç gün o Həzrətə görüş icazəsi vermədi. 
Bəlkə də, bu üç gün ərzində o,  mamla (ə) necə üz-üzə gəlmək və o Həzrətin 
məqamını camaat arasında necə gözdən salmaq haqda tədbir tökürdü. 
 
Ox atma yarışı 
 
Ə
gər Hişamın hökumət sarayı elm mərkəzi olsaydı, bəlkə də, o, seçilmiş 
alimləri  yığıb  elmi  müzakirələr  təşkil  edərdi.  Ancaq  Əməvi  xəlifələrinin,  o 
cümlədən  də,  Hişamın  sarayı  bu  cür  alimlərdən  məhrum  olduğundan,  şair, 
dastan söyləyən və məddahların alimlərin yerini tutduğundan Hişam belə bir 
məclis  təşkil  etmək  qərarına  gəlmədi.  O,  çox  yaxşı  bilirdi  ki,  əgər  elmi 
müzakirə  yolu  ilə  mam  Baqirlə  (ə)  mübarizə  etsə,  onun  sarayındakılardan 
heç kəs  mamın öhdəsindən gələ bilməyəcək. Buna görə də, belə qərara gəldi 
ki,  (öz  fikrində  qələbə  qazanacağını  yəqin  edib)  başqa  bir  yolla  mübarizə 
etsin. 
Bəli, təəccüblü də olsa, Hişam ox atma yarışı təşkil edib  mam Baqiri (ə) 
də ora dəvət etmək qərarına gəldi. O bu yolla  mamı məğlub edib camaatın 
gözündə kiçiltmək istəyirdi. Bu məqsədlə  mam Baqir (ə) hökumət sarayına 
daxil  olmazdan  qabaq  Hişam  sarayın  bir  neçə  qulluqçusuna  əmr  etdi  ki, 
nişangah  qoyub  ox  atmaqla  məşğul  olsunlar.  mam  Baqir  (ə)  məclisə  daxil 
olub  bir  qədər  əyləşdi.  Birdən  Hişam  üzünü  mama  tutub  dedi:  “Ox  atma 
yarışında iştirak etmək istəyirsinizmi?”  mam Baqir (ə) buyurdu: “Mən artıq 
qocalmışam, ox atmaq  vaxtım ötüb keçib,  məni üzürlü  sayın.” Yaxşı fürsət 
tapıb  mam  Baqiri  (ə)  məğlubiyyətin  iki  addımlığında  durduğunu  güman 
edən  Hişam  israr  edib  ona  and  verdi.  Eyni  zamanda  Bəni-Üməyyə 
böyüklərindən  birinə  işarə  etdi  ki,  öz  ox-kamanını  mam  Baqirə  versin. 
mam əlini uzadıb kamanı tutdu, bir ox qoyub yayı dartdı. Ox düz nişangahın 
ortasına sancıldı. Sonra ikinci oxu qoyub atdı, ox birinci oxun ortasına batıb 
onu  sındıraraq  hədəfə  sancıldı.  Üçüncü ox  da  ikinci  oxu  sındırıb  nişangaha 
sancıldı. Beləliklə, doqquz ox atdı və oxların hər biri özündən qabaqkı oxu 
sındırıb düz nişangahın ortasına sancıldı. Bu heyranedici hadisə hamını mat-


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
78 
 
məəttəl  qoyub  o  Həzrəti  alqışlamağa  məcbur  etdi.  Gümanı  yanlış  çıxan  və 
planı  puç  olan  Hişam  bərk  narahat  olub  özündən  ixtiyarsız  olaraq  dedi: 
“Afərin  sənə,  ey  Cəfərin  atası!  Sən  ərəb  və  əcəmin  (qeyri-ərəbin)  ox 
atanlarının ən üstünüsən. Bəs deyirdin qocalmışam?” Bu vaxt Hişam başını 
aşağı salıb bir qədər fikrə getdi. Sonra  mam Baqir (ə) və oğlu  mam Sadiqi 
öz  yanında  xüsusi  yerdə  otuzdurub  onlarla  çox  hörmətlə  davrandı.  Daha 
sonra  üzünü  mama  tutub  soruşdu:  “Qüreyş  sənin  sayəndə  bütün  ərəb  və 
ə
cəmə ağalıq etməyə layiqdir. Belə ox atmağı kim sənə öyrətmiş və bunu nə 
vaxta  öyrənmisən?”  mam  Baqir  (ə)  buyurdu:  “Özün  bilirsən  ki,  Mədinə 
camaatı  bu  işə  adət  edib,  mən  də  cavanlıqda  bir  müddət  bu  işlə  məşğul 
olmuş, sonra isə tərk etmişəm. Bu gün sən israr etdiyin  üçün qəbul etdim.” 
Hişam  dedi:  “Cəfər  ( mam  Sadiq  (ə))  də  ox  atmaqda  sənin  kimi 
məharətlidir?”  mam  Baqir  (ə)  buyurdu:  “Bu  gün  dininizi  sizin  üçün  kamil 
etdim,  sizə  olan  nemətimi  [Məkkənin  fəthi, 
slamın  mövqeyinin 
möhkəmlənməsi,  cahiliyyət  dövrünün  bir  sıra  zərərli  adətlərinin  aradan 
qaldırılması  və  i.a]  tamamladım”  (Bu  ayə  Qədir-xum  hadisəsindən  sonra 
nazil  olmuşdur) 
ayəsində  buyurulmuş  kamil  din  və  tamamlanmış  nemət 
bizik. Biz Peyğəmbər ailəsi ( mamət və rəhbərliyi) bir-birimizdən irs aparırıq 
və əsla yer üzü bu cür bir şəxsiyyətdən ( lahi hüccətdən) xali olmaz.”
1
  
 
Məsihi yepiskopu ilə mübahisə 
 
Hişamın  sarayının  mam  Baqirin  (ə)  elmi  əzəmətini  nümayiş  etdirmək 
üçün münasib yer olmadığına baxmayaraq, xoşbəxtlikdən o Həzrət üçün Şam 
şə
hərini  tərk  etməzdən  qabaq  camaatın  fikrini  oyadıb  öz  elmi  məqamını 
onlara  göstərmək  üçün  çox  yaxşı  bir  fürsət  düşdü.  mam  Baqir  (ə)  bu 
fürsətdən istifadə edib Şam əhalisinin fikrini tamamilə dəyişdi. Hadisə belə 
baş vermişdi: Hişamın  mam Baqirə (ə) qarşı hörmətsizlik etməyə əlində bir 
bəhanəsi  yox  idi.  Çarəsiz  qalıb  o  Həzrətin  Mədinəyə  qayıtmasına  razılıq 
verdi. Elə ki,  mam Baqir (ə) öz əziz oğlu ilə saraydan çıxdı, sarayla üzbəüz 
olan  meydanın  axırında  yerə  oturmuş  böyük  bir  insan  dəstəsi  gördü.  mam 
onların nə üçün yığıldığını soruşduqda, ona dedilər ki, bunlar xristian keşiş 
və  rahibləridir.  Öz  adət-ənənələrinə  uyğun  olaraq  ildə  bir  dəfə  keçirilən 
                                                            
1
 
Dəlailul- mamə, səh. 105 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə