“Elektron hökumət" portalına daxil olmaq üçün istifadəçilərə kod
və parolların internet vasitəsi ilə verilməsi üzrə istifadəçi
təlimatı və istifadə qaydaları
1. Ümumi müddəalar
1.1.Elektron xidmətin adı: “Elektron hökumət" portalına daxil olmaq
üçün istifadəçilərə kod və parolların internet vasitəsi ilə verilməsi.
1.2.Elektron xidmətin məzmunu: Bu elektron xidmət “Elektron
hökumət” portalına daxil olmaq üçün istifadəçilərə kod və parolların internet
vasitəsi ilə verilməsi üçün online müraciətin qəbul edilməsindən və nəticəsi
barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin
Məlumat Hesablama Mərkəzi.
1.5 Elektron xidmətin göstərilməsinin nəticəsi: İstifadəçi “Elektron
hökumət” portalına daxil olmaq üçün kod və parolu heç bir yerə müraciət
etmədən internet vasitəsi ilə əldə edir.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü: İnteraktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.
2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının
vətəndaşları.
2.5. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və
onların təqdim olunma forması:
˗ Şəxsiyyət vəsiqəsi (vəsiqənin seriya nömrəsi və pin kodu daxil edilir);
˗ Sürücülük vəsiqəsi (vəsiqənin seriya nömrəsi daxil edilir);
˗ Ümumvətəndaşlıq pasportu (xarici pasport- seriya nömrəsi daxil edilir);
˗ Dövlət Sosial Sığorta şəhadətnaməsi (seriya nömrəsi daxil edilir).
3.Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar.
3.1. Sorğunun formalaşdirilması;
Sifarişçi www.e-gov.az internet saytının online müraciət bölməsinə daxil
olaraq aşağıda qəbul olunmuş formada avtorizasiya mərhələsini keçir:
Şəxsiyyət vəsiqəsinin seriya nömrəsini, pin kodu və təhlükəsizlik kodunu
daxil edir. Bu zaman yeni dialoq pəncərəsi açılır.
Dialoq pəncərəsində istifadəçi portala daxil olmaq üçün istifadəçi adını
(login) və şifrəni (password) qeyd edir, sonra şəxsiyyət vəsiqəsi və əlaqə
vasitələri barədə məlumatları (ad, soyad, atasının adı, doğum tarixi, əlaqə
vasitəsi, e-poçt ünvanı, yaşadığı ünvan) daxil edir.
Şəxsiyyət vəsiqəsinin nömrəsi və pin kodu sistem tərəfindən avromatik
qeyd olunur.
Gizli sual - (sual və cavab hissəsi) - istifadəçi Mərkəzə kod və parolu ilə
bağlı hər hansı sorğusuna cavab almaq məqsədilə müraciət etdikdə
operatorun ona ünvanladığı sual hesab edilir.
“Şəxsiyyətin doğruluğunun təsdiqlənməsi” hissəsində şəxsiyyət
vəsiqəsinin həqiqətən istifadəçiyə aid olduğunu təsdiqləmək üçün aşağıda
göstərilən əlavə məlumatlardan ən azı üçü düzgün qeyd olunmalıdır.
“Sürücülük vəsiqəsinin nömrəsi” pəncərəsində istifadəçinin sürücülük
vəsiqəsinin nömrəsi;
“Mobil nömrəniz” pəncərəsində istifadəçinin adına olan mobil telefon
nömrəsi;
“Dövlət Sosial Sığorta şəhadətnaməsinin nömrəsi ” pəncərəsində
Sosial sığorta şəhadətnaməsinin nömrəsi;
“Ümumvətəndaşlıq
pasportu”
pəncərəsində
ümumvətəndaş
pasportunun nömrəsi qeyd olunur.
Sistem tərəfindən məlumatların doğruluğu avtomatik olaraq yoxlanılır.
Hər hansı bir sətirdə səhv olduğu zaman bu haqda ekrana mesaj çıxır.
Qeyd olunan məlumatlar doğru olduqda 3-cü pəncərə açılır.
İstifadəçi bu səhifədə istifadəçi kodunu aktivləşdirmək üçün aşağıdakı
aktivasiya növlərindən birini seçməlidir:
Elektron poçt ilə: Elektron poçt ünvanı (mütləq “gov.az” uzantılı ünvan
qeyd olunmalıdır); E-poçt ünvanına aktivasiya kodu göndərilir.
Mobil
nömrə
ilə:
İstifadəçinin
“Şəxsiyyətin
doğruluğunun
təsdiqlənməsi” hissəsində qeyd etdiyi mobil telefon nömrəsi qeyd olunur.
İstifadəşi "kodu göndər" düyməsini seçir. Bu zaman qeyd olunan mobil
telefona SMS vasitəsilə aktivasiya kodu göndərilir. Alınan kod aktivasiya kodu
sahəsində qeyd olunur və təsdiqlənir.
3.2 Sorğunun qəbulu: Göndərilən sənədlərdə qeyri-dəqiqlik və
uyğunsuzluqlar aşkar edilmədikdə sorğu qəbul edilir.
Sifariş sistem tərəfindən qeydə alınaraq qəbul olunur.
4. Kod və paroldan
istifadə qaydaları:
Bu qaydalar istifadəçi kodu və parolundan
(bundan sonra kod-parol) istifadə etmə şərtlərini əks etdirir. Bu şərtlər kod-paroldan
yararlanan bütün vətəndaşlara şamil edilir. Siz hər dəfə “Elektron hökumət” portalına
daxil olduğunuz zaman bu paroldan istifadə edəcəksiniz. Parol unikaldır və yalnız sizə
məxsusdur. Paroldan başqalarının istifadəsi qəti-qadağandır. Sizə təqdim olunan
paroldan istifadə etməklə, aşağıda qeyd olunan şərtlərlə razılaşaraq onlara riayət
etməlisiniz. Əks təqdirdə bu paroldan istifadə etməyiniz məsləhət deyil.
1. “Paroldan istifadə etmə qaydaları” ilə tanış olduqdan sonra həmin qaydalara
mütləq riayət etmək;
2. Parol üçün elektron sorğunu yaratdıqda, təhlükəsizlik baxımından Portal
tərəfindən qoyulan bütün tələblərə əməl etmək;
3. Elektron sorğunu tərtib etdikdə özünə aid məlumatları düzgün daxil etmək;
4. Elektron sorğunu yaratdıqda seçdiyiniz və yazdığınız “Gizli sual”ı və “Gizli
cavab”ı heç kəsə bildirməmək;
5. Parolu dəyişən zaman onun minimum 8 hərf-rəqəm kombinasiyasından ibarət
olmasına riayət etmək;
6. Parolu itirdikdə Sorğu Mərkəzinə (“157” Xidməti) müraciət edib onu
dayandırmaq, təhlükə hiss edildikdə mütləq ləğv etdirmək.
Məlumat Hesablama Mərkəzi ikinci və ya üçüncü şəxslər tərəfindən bu parolun
icazəsiz istifadəsi nəticəsində sizə və ya üçüncü şəxslərə dəyəcək ziyana görə heç
bir məsuliyyət daşımır.