İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə42/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   ...   35   36   37   38   39   40   41   42   43

131
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
-ok.  Dialekt  və  şivələrimizdə  sifətdən  isim  düzəldən 
qeyri-məhsuldar şəkilçi kimi çıxış edir. Məsələn: bicok 
-ska. Dialekt və şivələrdə şəkilçi kimi bəzən söz kökü də 
mənşə etibarilə alınma olur. –ska şəkilçisi ədəbi dilimizdə-
ki “içkili”, “sərxoş” sözlərinin şifahi danışıq dilində sino-
nimi olan “pyan” sözünə artırılıb, əşya, şəxs, hal-vəziyyət 
ifadə edən “pyanska” sözünü düzəldir.
-es.  Sifətdən  atributiv  səciyyəli  söz  əmələ  gətirən  qey-
ri-məhsuldar şəkilçi olub, ədəbi dildəki –uş (koruş) şəkil-
çisinin qrammatik sinonimi kimi çıxış edir. Qərb və Cənub 
qrupu dialekt və şivələrinin söz yaradıcılığı prosesində iş-
tirak edir. Məsələn: Kores, gonbules.
-uç,-üç.  Ədəbi  dildəki  feildən  feil  düzəldən  –uş,-üş  şə-
kilçisi  ilə  qrammatik  sinonimlik  təşkil  edir.  Qərb  qrupu 
dialekt və şivələri üçün xarakterikdir. Məsələn: soruçmaq, 
sürüçmək və s.
-ne. Danışıq dilində işlənən rus mənşəli qeyri-məhsul-
dar ön şəkilçidir. Qoşulduğu sözdə əsasən, əlamət, keyfiy-
yət, xüsusiyyət, zahiri görkəm, əksilik məzmunu yaradır. 
Məsələn: nestandart.
-nı. Bu şəkilçi də danışıq dilində, məişət üslubunda iş-
lənən Rus-avropa mənşəli qeyri-məhsuldar şəkilçi və söz-
lərin sonuna qoşularaq əlamət, keyfiyyət bildirən sözlər 
əmələ gətirir. Məsələn: formalnı, normalnı, naturalnı və s.
-unnuq. Ədəbi dilimizdəki feildən sifət düzəldən –nuq 
şəkilçisinin dialektlərdəki fonetik variantıdır. Əsasən, Qərb 
qrupu dialektlərində işlənir. Məsələn: yorunnuq.
-m.  Dialekt  və  şivələrdə  zərfdən  zərf  düzəldən  qey-
ri-məhsuldar şəkilçi kimi çıxış edir. Məsələn: hələm


132
İlkin Əsgər
-cığ. Bu şəkilçi qeyri-məhsuldar olub, ədəbi dildəki feil-
dən isim düzəldən –ğıc şəkilçisinin dialekt və şivələrimizdə 
işlənən,  fonetik  dəyişikliyə  uğramış  formasıdır.  Məsələn: 
başlancığ
-gi. Feildən isim və atributiv səciyyəli söz düzəldən qey-
ri- məhsuldar –gə şəkilçisinin dialektlərdə işlənən varian-
tıdır.  Qərb  qrupu  dialekt  və  şivələri  üçün  xarakterikdir. 
Məsələn: şitəngi
-ş.  Addan  ad  düzəldən  qeyri-məhsuldar  şəkilçi  kimi 
çıxış  edir.  Demək  olar  ki,  əksər  dialekt  və  şivələrimizdə 
işlənir.  Şəkilçi  ədəbi  dilimizdə  mürəkkəb  sözlərin  tərkib 
hissəsi kimi çıxış edən avto sözünə qoşulub avtoş sözünü 
əmələ gətirir. 
Omonimlik keyfiyyətinə də malikdir. Dialektlərdə sifət 
də düzəldə bilir: dənəş. Ədəbi dildəki –c şəkilçisinin (anac, 
toxac) dialekt və şivələrimizdəki qarşılığı kimi də işlənir. 
Məsələn: anac-anaş(toyuq)
-nçi.  Bu  şəkilçi  dialekt  və  şivələrimizdə  əsasən  –ca,-cə 
şəkilçisinin qarşılığı kimi işlənir. Bakı dialektində daha çox 
işlənir. Məsələn: elənçi, belənçi.
-tər.  Qərb  qrupu  dialekt  və  şivələri  üçün  xarakterik 
olan  və  əvəzlik  əmələ  gətirən  qeyri-məhsuldar  şəkilçidir. 
Məsələn: nətər 
 
 
 
 
  
 
Bu şəkilçi ədəbi dildə işlənən təhər sözünün (nə təhər?) ix-
tisarı nəticəsində əmələ gəlib, dialekt və şivələrimizdə -tər 
kimi sabitləşmişdir.
-alı. Dialekt və şivələrimizdə isimdən isim düzəldən şə-
kilçi kimi çıxış edir. Əslində -alı şəkilçisi ədəbi dildə -ə+li 
formasında işlənir: xəmr-xəmrə-xəmrəli. Dialektlərdə (Qərb 
qrupu) isə -alı formasında işlənir. Məsələn: xamralı (çörə-


133
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
yin bir növü mənasında). Bu sözə İ.Şıxlı yaradıcılığında da 
təsdüf  olunur:  Ala  xurcunun  bir  gözünü  xamralı  çörəyi,  o 
biri gözünü isə pendir, yağ, balla doldurdu; Evdə xurcunu 
açanda gördüm ki, bir gözündə təndir və xamralı çörəyi, o 
biri gözündə isə yağ, pendir, hətta qənd, çay da var.
-ner. Ədəbi dildə işlənən –ioner şəkilçisinin danışıq di-
lindəki fonetik variantı olub, şəxs, əşya, vəzifə bildirir. –ner 
şəkilçisinin ədəbi dildəki qarşılığı kimi –çı,-çi,-çu,-çü söz-
düzəldici şəkilçisi işlənir. Məsələn: pensiyaner-pensiyaçı.
-ov. Bu şəkilçi əslində şəkilçiləşmiş söz olub, ədəbi dildə 
işlənən ab(su) sözünün dialekt və şivələrimizdəki fonetik 
dəyişikliyə uğramış formasıdır. Qoşulduğu sözdə əşya, ha-
disə, yer, məkan məzmunu yaradır. Məsələn: selov


134
İlkin Əsgər
 2.3. SÖZ-ŞƏKILÇILƏRIN 
IŞLƏNMƏSI HAQQINDA 
Qədim tarixi kökə malik olan dilimizin orijinal qramma-
tik quruluşu, fonetik və leksik tərkibi, zəngin çalarlar ifadə 
edən söz yaratma qabiliyyəti vardır. Bunların hamısı bir-bi-
rilə üzvi şəkildə vəhdət təşkil edir, birinin varlığı digərinin 
varlığını, inkişafını zəruri edir. 
Söz yaradıcılığı (derivatologiya) da dilçiliyin əsas, aparı-
cı, praktik şöbələrindən biri kimi olduqca mühüm əhəmiy-
yət kəsb edir. Təsadüfi deyil ki, digər diliçilik şöbələrinin, 
xüsusən də, leksikologiya və morfologiyanın obyekti olan 
sözlər  də  sözyaratma  prosesində  iştirak  edir  və  müstəqil 
semantikaya malik leksik vahidlərə çevrilir. Ona görə də, 
“dildəki  sözlərin  demək  olar  ki,  əksəriyyəti  sözyaratma 
yolu ilə əmələ gəlmişdir. Deməli, sözyaratma dilin inkişafı 
və  formalaşmasında  başlıca  vasitədir.  Söz  müxtəlif  mən-
bələr əsasında bir sıra üsullarla əmələ gətirirlir”.(2., 384). 
Belə üsul və yollardan biri də morfolji yolla söz yaradıcı-
lığıdır.  Morfoloji  yolla  yaran  sözlər  digər  yollarla  əmələ 
gələn sözlərdən həm kəmiyyət, həm də keyfiyyət baxımın-
dan fərqləndirilir, dilin lüğət ehtiyatını zənginləşdirən ən 
mühüm vasitələrdən biri kimi çıxış edir.  
 
 
Dildəki sözyaratma prosesi əsasən, leksik, yəni sözdüzəl-
dici şəkilçilərin hesabına daha da inkişaf edir, zənginləşir. 
Bu  qrupa  daxil  olan  şəkilçilərin  özləri  də  dilçilik  ədəbiy-
yatlarında  xarakterik  xüsusiyyətlərinə  görə  təsnif  olun-
muş,  tədqiqata  cəlb  edilmiş,  linqvistik  təhlil  müstəvisinə 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə