İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə36/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   ...   32   33   34   35   36   37   38   39   ...   43

111
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
-naş,-nəş. Təsirsiz feil əmələ gətirir. Güman ki, şəkilçi-
nin tərkibindəki –n felin qayıdış növünə məxsus morfoloji 
əlamət olub, şəkilçi daxilində daşlaşmışdır. Dilimizin ha-
zırkı mərhələsində -naş,-nəş kimi sabitləşmişdir. Məsələn: 
gərnəşmək,  tıxnaşmaq.  Tələsik  uzunboğaz  xrom  çəkmələrini 
geyindi, naqanını şalvarının cibinə qoyub gərnəşdi.(İ.Şıxlı), O, 
ayaq tappıltısını eşidib gözlərini açdı və bərkdən gərnəşdi.(İ.Şıxlı)
-əzi.  Bu  şəkilçi  bir  hecalı  öl(mək)  sözünə  artırılmaqla, 
dilimizdəki zəifləmək, sönmək sözlərinin sinonimi olan ölə-
zimək sözünü yaratmışdır. Məsələn: Ocağını sönməyə, çırağı-
nı öləziməyə qoymaram.(İ.Şıxlı)
-nux.  Demək  olar  ki,  işləkliyini  itirməkdədir.  Şəkilçiyə 
dilimizdəki  vurnuxmaq  sözündə  rast  gəlirik.  Məsələn: 
Səməd  vurnuxmaqda  idi.(İ.Mahmud),  Cavanşir  vurnuxdu.(İ.
Şıxlı).
-lat,-lət. Şəkilçi iki komponetdən ibarətdir: adlardan feil 
düzəldən –la,-lə şəkilçisi ; növ və təsirsiz feildən təsirli feil 
yaradan  şəkilçi.  Təhlil  zamanı  bu  şəkilçiləri  bir-birindən 
ayırmaq olmaz. Çünki həm söz məna vermir, həm də sözə 
məsdər şəkilçisi artırmaq olmur. Bu tip sözlər dilimizdə az-
lıq təşkil edir. Məsələn: aydınlatmaq, çirklətmək, bahalat-
maq, yüngüllətmək və s. 
Lakin istisna hallar da var ki, bu da özünü daha çox isim-
dən düzəllən feillərdə özünü göstərir. 
Məsələn: baş-başla(maq)-başlat(maq), qol-qollamaq-qollat-
maq,  göz-gözlətmək-düz-düzləmək-düzlətmək,  ayaq-ayaqla-
maq-ayaqlatmaq, sap-saplamaq-saplatmaq və s. Qeyd edək ki, 
hər iki halda yaranan feillər təsirlilik kateqoriyasına aid olur.


112
İlkin Əsgər
-xan. Təsirli feildən təsirsiz feil əmələ gətirən qeyri-məh-
suldar söz-şəkilçidir. –xa və -n(qayıdış növ şəkilçisi) şəkil-
çilərinin sintezi əsasında yaranmış və dilimizdə -xan kimi 
sabitləşmişdir. Məsələn: yayxanmaq.
-xın. xan şəkilçisi ilə bir mənbədən olub, eyni semantik 
çalara malik leksik vahid əmələ gətirir. Bu şəkilçi də təsirli 
felə qoşulmaqla təsirsiz feil yaradır. Məsələn: yayxınmaq 
-ırğa. İsmə qoşulub təsirli feil düzəldən qeyri-məhsuldar 
şəkilçidir. Məsələn: yadırğamaq .
-ürgə, (-rgə). Dilimizdə “üşürgələnmək” sözündə rast gə-
linir. Məsələn: Birdən bədəni üşürgələndi.(İ.Şıxlı), Çapıq Əm-
rah bunları yadına saldıqda üşürgələndi.(.İ.Şıxlı)
-qır,-kür,-ür,-xur. Qeyri-məhsuldar şəkilçi kimi tədricən 
işləkliyini itirməkdədir. “Hönkürmək” sözündə artıq daş-
laşmışdır. Məsələn: Həmin bu çəmənliklərdə ocaq qalayıb çörək 
qızdırar, qırov düşəndə əlini hovxura-hovxura dana-buzov da-
lınca qaçardı.(İ.Şıxlı), Qoca çinarın dibindəki daşın üstündə otu-
raraq əlləri ilə üzünü örtüb astadan hönkürdü.(İ.Şıxlı).
Şəkilçi haqqında tədqiqatçı A.Ağalarov yazır: “Bu şəkil-
çi  dilimizdə  tarixən  işlənmiş  şəkilçilərdən  olub.  Hazırda 
bəzi təqlidi sözlərə qoşularaq təsirsiz fel düzəldir. Məsələn: 
fışqır(maq), püskür(mək), üfür(mək), hovxur(maq)”.(7.,28). 
Nümunələrdən də göründüyü kimi, tədqiqatçının “...təqli-
di sözlərə qoşularaq təsirsiz fel düzəldir” fikri ilə razılaş-
maq  olmaz.  Çünki  püskür(mək),  üfür(mək),  kimi  sözlər 
obyekt, xüsusən də, qeyri-müəyyənlik bildirən təsirlik hal-
da olan obyekt tələb etdiyindən təsirli feil hesab olunma-
lıdır. Məsələn: Nanəciblər fürsət tapıb kül üfürdü gözümüzə, 
doğma yurdum!(V.Dumanoğlu)


113
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
-z.  Bu  şəkilçi  təsirsiz  feldən  təsirli  feil  düzəldən  şə-
kilçi  olub,  -t  şəkilçisi  ilə  sinonimlik  təşkil  edir.  Məsələn: 
bərk+i+mək-bərk+i+z+mək, bərk+i+mək-bərk+i+t+mək.
-sın,-sin,-n.Adlardan feil düzəldən qeyri-məhsuldar şə-
kilçidir.  Dilimizdəki  tamsın(maq),  diksin(mək)  sözləri  bu 
şəkilçi vasitəsilə düzəlib. Məsələn: Arvad diksindi.(İ.Şıxlı), 
Zeynəb diksinib geri çəkildi.(İ.Şıxlı) , Ömər koxa diksindi, at 
da at da ayağı ilə yeri eşib kişnədi.(İ.Şıxlı) və s.
-sun,-sut. Şəkilçi dilimizdəki dördvariantlı –sın şəkilçisi 
ilə bir mənbədən olub, eyni quruluşa malikdir. –n və -t şə-
kilçisi  növ  kateqoriyasının  morfoloji  göstəricisi  çıxış  edir. 
Şəkilçinin tərkibində daşlaşdığı üçün tərkibcə bir yerdə gö-
türülür. Məsələn: umsunmaq, umsutmaq və s.
Sağ ol, Qulamrza Səbri Təbrizi!
Qışın ortasında umsutdun bizi! (V.Aslan)
-ız,-iz,-uz,-üz. Bu şəkilçi təsirli və təsirsiz feillərə qoşu-
laraq yenidən təsirli feil əmələ gətirir. Məsələn: qalxızmaq, 
uduzmaq, qorxuzmaq və s. Dilin tarixi inkişaf mərhələsinin 
ilkin dövrlərində də bu şəkilçiyə rast gəlmək mümkündür. 
Hətta  Orxon-Yenisey  abidələrinin  dilində  də  işlənmişdir. 
Bu münasibətlə prof. Ə.Rəcəbli yazır: “Qədim türk yazısı 
abidələrinin  dilində  feildən  feil  düzəldən  bu  şəkilçi  qey-
ri-məhsuldar işlənir; bu şəkilçi ilə əmələ gələn iki feil mə-
lumdur:  tut(tutmaq)  –  tutız(KT  ş  38)  <>,  ud 
<> –udız(T 5) <mək, ardınca apartdırmaq>>. İki əvvəlki şəkilçi kimi (-tır,-
tir,-tur,-tür, -tız,-tiz şəkilçiləri nəzərdə tutulur-İ.Əsgər) bu 
şəkilçi də təsirli feillərdən felin icbar növünü, təsirsiz feil-
lərdən felin təhrik növünü əmələ gətirir”.(36.,350). 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə