İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə43/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   ...   35   36   37   38   39   40   41   42   43

135
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
gətirilmişdir. “Dilimizdəki  şəkilçilərin  sinonim,  omonim 
və antonimliyi, onların leksik, leksik-qrammatik, qramma-
tik-leksik, qrammatik şəkilçilər kimi qruplaşdırılması, ay-
rı-ayrı nitq hissələrinə aidliyi, quruluşca növləri, məhsul-
dar və qeyri-məhsuldar olması və s. xüsusiyyətləri də geniş 
tədqiq edilmişdir”.( 29.,101)
Lakin sözdüzəldici şəkilçilərələ əlaqədar elə məqamlar, 
spesifik cəhətlər vardır ki, onlar bu gün də tam öyrənilmə-
miş, hər tərəfli araşdırılmamışdır. Ona görə də, şəkilçilərin 
simasında bəzi dil faktları yeni yanaşma, tədqiqat tələb edir. 
Belə mövzulardan biri də söz-şəkilçilərdir. Söz-şəkilçilər şə-
kilçilərin digər növləri ilə müqayisədə tam öyrənilməmiş, 
az tədqiq olunmuşdur. Bu qrupa aid mofemlər əsasən ay-
rı-ayrı monoqrafik tədqiqatların tərkibində məqalə səviy-
yəsində işıqlandırılmış, sistemli olaraq təhlil edilməmişdir. 
Söz- şəkilçi anlayışı əslində şərti xarakterə malik olub, şə-
kilçilərin işlənmə məqamına əsasən müəyyənləşir. Bu qru-
pa aid olan morfemlər kəmiyyət nöqteyi-nəzərindən söz-
dəyişdirici  şəkilçilərlə  müqayisədə  sözdüzəldici  şəkilçilər 
arasında,  xüsusilə,  qeyri-məhsuldar  şəkilçilərin  arasında 
daha çoxdur, əsasən birhecalı və ikihecalı söz-şəkilçilərdən 
ibarətdir.  Söz-şəkilçinin  hansı  halda  şəkilçi,  hansı  halda 
müstəqil söz kimi(əslində söz kökü kimi) işlənməsi onun 
konkret  mətn  daxilində  işlənmə  məqamından,  funksiya-
sından, xarakterik xüsusiyyətlərindən asılıdır. Başlıqda ve-
rilən söz anlayışı da nisbi səciyyə daşıyır. Çünki bu məqam-
da  verilən  sözlər(  söz-şəkilçilər)  həm  əsas  nitq  hissəsinə, 
həm də köməkçi nitq hissəsinə mənsub ola bilir. Əsas nitq 
hissələrindən  fərqli  olaraq  köməkçi  nitq  hissələrinin  lek-
sik mənası olmur və onlar yalnız ümumiləşmiş qrammatik 
məna ifadə edirlər.   
 
 
 
 
 


136
İlkin Əsgər
Müasir  Azərbaycan  ədəbi  dilində  qeyri-məhsuldar  şəkil-
çilər sırasında yüzlərlə söz-şəkilçi funksiyasında çıxış edən 
morfemlər vardır və onlar əsasən aşağıdakılardan ibarət-
dir: -düz, -ah, -ey, -mal, -əli, -dur, -əm, -il, -qan, -say, -gil 
,-qul, -aş, -məzə, -ar, -ər, -əl, -lama, -an, -bac, -man, -an, 
-ən ,-iş ,-qar, -alaq, -kəm, -maz, -ac, -ata, -at, -daş, -pik, 
-vay,  -dəlik,  -dəm,  -çim,  -əmlik,  -cam,  -ha,  -dan,  -xana, 
-şən, -zar, -kar, -dar, -gir, -əng, -xar, -saz, -duz, -namə, -gü-
zar, -gün -ayə, -xay, -bənd, -yan, -yor, -lom, -ev, -ov, -on, 
-yer, -xala, -var, -al, -əl, -bat, -əlik, -bab, -pər, -qədər, -xan, 
-zad, -abad, -at, -əsər, -it, -yat, -ar, -ari, -post, -az, -dış, 
-daş, -təhər, -mən, -ağa, -xana, -şar, -kin, -uc, -tay, -keş, 
-ay, -gor, -ani, -iş, -az ,-ün və s.
Qeyd edək ki, söz-şəkilçilər qrupuna mənsub olan mor-
femlər  bir-birilə  omonim  münasibətində  olur,  mətndaxili 
situasiyadan asılı olaraq müxtəlif məzmunlu sözlər düzəl-
dir,  yaxud  da  müxtəlif  məzmunlu  sözlər  kimi  çıxış  edə 
bilirlər. Aşağıda verilən həm şəkilçi, həm də söz morfem-
lərin özləri də, əsasən omonimlik xüsusiyyətinə malikdir. 
Söz-şəkilçilər əvvəlcə şəkilçi, sonra isə müstəqil mənalı söz 
kimi verilmişdir: 


137
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
 
 
 
 
 
Sıra 
nömrəsi
Söz-
şəkilçi
Şəkilçi
 vəzifəsində
Müstəqil mənalı söz 
vəzifəsində
1.
-xan
yayxanmaq
Xan gəlir sarayından. 
(folklordan)
2.
-az
topaz
Az danış, az din, qoy az 
sözlərinlə dünya bəzənsin.
 (Nizami)
3.
-mən
Türkmən, öytətmən Məni mənim kimi 
tanımadın sən. 
(V.Dumanoğlu)
4.
-daş
soydaş, yoldaş, 
vətəndaş, sirdaş
Adətimiz daş idi, dəva 
günü
Tullardıq əldə sapan 
qıjhaqıj! (Sabir)
5.
-iş
bəxşiş
İş insanın cövhəridir.
 (atalar sözü)
6.
-ay
olay
Gün dolanır, aylar ötür, 
il keçir.
Sevən könül sevdiyindən 
əl çəkir?...(V.Dumanoğlu)
7.
-var
suvarmaq
Mən baharam çəmən-
çəmən, çiçəyim
var, gülüm var. (R.Rza)
8.
-qar
yonqar, ucqar
Gün qalxdıqca gecə 
şaxtadan donan yolların 
qarı
əriyirdi. (İ.Şıxlı)
9.
-alaq
basalaq
Evdə yaşayış olmadığı 
üçün, həyəti alaq 
basmışdı.


138
İlkin Əsgər
10.
-əsər
dəngəsər
Bir az bundan əvvəl utanıb 
qızaran qızdan əsər
qalmadı.(İ.Şıxlı)
11.
-yat
oktyabryat
Laylay, balam, laylay
Yat, qal dala, laylay. 
(Sabir)
12.
-gün
gülgün, laləgün
Günlər həmin gün olaydı,
Bir çıxaydıq dağ başına...
(V.Dumanoğlu)
13.
-il
Sevil
Düşdük nəs aylara, nəs 
illərə
Nəsillərdən nəsillərə...
(S.Vurğun)
14.
-an
qalxan, şoran
Mərd olmaq yaxşıdır 
dünyada hər an,
Mərdlik ilə çatar arzuya 
insan.(N.Gəncəvi)
15.
-gor
avaragor
Dözə bilməz Soltan 
babam,
Goru bəlkə çatlayıbdı...
(V.Dumanoğlu)
16.
-uc
sonuc
İmran burnunun ucuna 
qədər qızardı.(İ.Şıxlı)
17.
-ağa
yolağa
Qəribə yaradıb bizi xəlq 
edən,
Nökər mən olmuşam, ağa 
gözlərin!(V.Dumanoğlu)
18.
-ari
parlamentari
B.e.ə. II minillikdə köçəri 
ari tayfaları Hindistana
 hərəkət etdilər.
19.
-post
postsovet, 
postmodern və s.
Postdakı 
əsgərlərin sayıqlığı 
nəticəsində düşmən 
zərərsizləşdirilmişdir.


139
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
20.
-abad
Pənahabad, 
Əliabad,
Sabirabad və s.
Abad könlü yıxar, pərişan 
eylər. (A.Ələsgər)
21.
-at
tədqiqat, təbliğat, 
məlumat və s.
Bu dünyada üç şey başa 
bəladı:
Yaman oğul, yaman 
arvad, yaman at
(A.Ələsgər)
22.
-it
bronxit
Görürəm ta əti qəssab 
dükanında asılıb,
Az qalır it kimi nəfsim 
hürə, dırmaşa ətə! (Sabir)
23.
-dəm
gündəm, yöndəm
...Bu saat, bu dəm
Heç yana, heç yerə mən 
tələsmirəm.(S.Vurğun)
24.
-çim
əlçim
Ağalıq şenliyinin qızları 
Kürü üzüb o taya keçər
meşədən cır alma-armud 
yığar, Qara bulağın 
suyundan içib Kürdə 
çimişərdilər.(İ.Şıxlı)
25.
-bənd
aynabənd, 
şüşəbənd,nalbənd 
Aldadır könlümü bu çöl, 
bu çəmən,
Bəndim də, bərəm də, 
tələdi, tələ.(V.Dumanoğlu)
26.
-saz
saatsaz, rəngsaz
Kövrəltməyin könül sazın,
Məndən gözün bəm 
çəkibdi...(V.Dumanoğlu)
27.
-gir
fəndgir, pulgir, 
cahangir 
Zeynəb içəri girdi, şalını 
başına örtüb 
bayıra çıxdı.(İ.Şıxlı)
28.
-kar
sənətkar, xilaskar, 
xidmətkar
Qışqırmayın, mən kar 
deyiləm.(İ.Əfəndiyev)


140
İlkin Əsgər
29.
-dar
əməkdar, səhmdar
Onlar iki eşelonla, güclü 
top atəşinin köməkliyi 
ilə, dar küçə və dalanlara 
girməkdən çəkinərək, 
geniş küçələrdə döyüş 
texnikasından istifadə 
etməklə irəliləməyə 
çalışırdılar.(İ.Şıxlı)
30.
-şən
gülşən
O vaxtı Şuşanın şən 
çağlarıydı,
Qayğısız yaşayan elləri 
vardı! (V.Dumanoğlu)
31.
-dan
güldan, qənddan, 
qələmdan
Dan yeri qızarıb günəşin 
ilk şəfəqləri pəncərələrdə 
oynarkən körpünün 
üstündə hücum edənlərlə
Üsyançılar qarşılaşdılar. 
(İ.Şıxlı)
32.
-qan
alışqan, çalışqan, 
yapışqan 
Qan tökülüb qalsa yerdə,
Ürək dözməz belə dərdə...
(V.Dumanoğlu)
33.
-soy
Əlisoy, Əsgərsoy, 
Uğursoy
Üşüyürdüm. Teymur 
bunu hiss edib pencəyini 
soyundu, yavaşca 
çiynimə saldı.(İ.Şıxlı)
34.
-ani
cismani
Halay bəy ani olaraq 
xəyalən gənclik illərinə, 
ilk müəllimlik çağlarına 
getdi və o günlər üçün 
burnunun ucu göynədi. 
(İ.Şıxlı)
35.
-kin
çiskin
Kin ilə, sülh ilə sınanmış 
cahan,
Sülhündən xeyir 
olmuş, kinindən ziyan. 
(N.Gəncəvi)


141
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
36.
-bat
ucbat
Biz kəndin ayağına 
çatanda günəş artıq 
batmışdı.
37.
-on
leksikon
Məni on gün gözləyin. 
(İ.Şıxlı)
38.
-yer
modelyer, medalyer Ayrıldıqdan sonra doğma 
yerlər ona daha gözəl 
göründü. (İ.Şıxlı)
39.
-yon
medalyon
Bu daşı çox yonub hamar 
etmisən,
Dağılmış bir evin 
tağı görünmür...
(V.Dumanoğlu)
40.
-əm
üçəm, dördəm
Bahar çağı güllər günəş 
əməndə
Görüş təyin eləmişəm 
çəməndə.(M.Rahim)
41.
-bab
ortabab
Məktəb nə demək? 
Ümmətə bir babi-səadət.
(M.Hadi)
42.
-ər
Gülər, Sevər
Yağıların gözlərinə bir 
ox ol,
Vətən desin, sənə oğul, 
sənə ər! (V.Dumanoğlu)
43.
-ar
Anar, Yaşar
Məndə ar olsaydı ölmək 
ixtiyar etməzmidim? 
(Sabir)
44.
-təhər
birtəhər, ağtəhər, 
sarıtəhər.
Bunun təhəri yoxdur ki. 
(İ.Şıxlı)
45.
-qədər məktəbəqədər
İlk baxışda qaradinməz, 
bir qədər də 
rəsmi görünür.(İ.Şıxlı)


142
İlkin Əsgər
46.
-qul
tuşqul
Bundan sonra Kazım 
Kosaoğlunun qarşısında 
əlibağlı qula döndü.
(İ.Şıxlı)
47.
-ah
tamah
Ah-amanın əlindəcə 
talandım,
Ocaq olub yurd yerində 
qalandım.(V.Dumanoğlu)
48.
-pər
yekəpər
Tor qayığın pərinə 
ilişdiyindən qayıq çayın 
ortasında 
hərəkətsiz qalmışdı.
Qeyd: Söz-şəkilçilər qrupuna mənsub olan morfemlərin 
böyük əksəriyyəti omonimlik keyfiyyətinə malikdir. Yuxa-
rıda  verilən  cədvəldə  isə  müxtəlif  mövqede  omonim  kimi 
işlənən budaq və əsas morfemlərin yalnız bir mənası, işlən-
mə məqamı göstərilmişdir.


143
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
ƏDƏBIYYAT SIYAHISI
1. 
Azərbaycan dilinin qrammatikası. Bakı, 1951.
2. 
A.Qurbanov. Müasir Azərbaycan ədəbi dili. Maarif. Bakı-
1985
3. 
A.Ə.Aslanov. Azərbaycan dilində morfoloji üsul ilə yeni 
söz və terminlərin yaradılmasına dair.Dilçilik məcmuəsi. 
Nizami adına ədəbiyyat və dil institutunun əsərləri. XIV 
cild. Bakı,1960.
4. 
Azərbaycan dilinin qrammatikası. I hissə. Bakı,1960.
5. 
Azərbaycan dilindən didaktik materiallar (V sinif). Maa-
rif, Bakı-1977.
6. 
Azərbaycan  dilinin  orfoqrafiya  lüğəti.  Lider  nəşriyyatı, 
Bakı-2004.
7. 
A.Ağalarov.  Azərbaycan  dilində  qeyri-məhsuldar  şəkil-
çilər.Məktəb nəşriyyatı.2010
8. 
Azərbaycan dilinin izahlı lüğəti.4 cilddə.I cild.Bakı-2006.
9. 
Azərbaycan dilinin izahlı lüğəti.4 cilddə.II cild.Bakı-2006.
10. 
 Azərbaycan dilinin izahlı lüğəti.4 cilddə.IIIcild.Bakı-2006.
11. 
  Azərbaycan  dilinin  izahlı  lüğəti.4  cilddə.IV  cild.Bakı-
2006.
12. 
 Azərbaycan dilinin qısa etimoloji lüğəti. Bakı-1999.
13. 
Azərbaycan  dilinin  izahlı  lüğəti.II  cild.  Elm  nəşriyyatı. 
Bakı-1980.
14. 
Azərbaycan  dilinin  izahlı  lüğəti.III  cild.  Elm  nəşriyyatı.
Bakı-1983. 
15. 
A.Quliyeva, M.Soltanov. Məktəblinin orfoqrafiya-orfoepi-
ya-qrammatika lüğəti. Bakı-2009.
16. 
A.Axundov,  G.Əmirova.Məktəblinin  orfoqrafiya  lüğəti. 
Təhsil nəşriyyatı.Bakı-2004.
17. 
 Azərbaycan dilinin orfoqrafiya lüğəti. VI nəşr. Bakı-2013.
18.  
Azərbaycan dilinin orfoepiya sözlüyü. Bakı-1983.


144
İlkin Əsgər
19.  
Azərbaycan dilinin orfoqrafiya lüğəti. III nəşr. Bakı-1975.
20. 
 A.Axundov. Azərbaycan  dilinin  fonetikası.  Maarif  nəş-
riyyatı. Bakı-1984.
21. 
 A.Vəliyeva. Bəzi qeyri-məhsuldar şəkilçilərin sözyaratma 
imkanı  haqqında.  Magistrantların  Regional  Elmi  Konf-
ransının materialları. N 4. Naxçıvan-2013.
22. 
A.İmanlı. Araz vadisinin oykonimləri. “Məktəb” nəşriy-
yatı. Naxçıvan -2013.
23. 
 A.İmanlı. Tarixin izləri: Yer adları. “Məktəb” nəşriyyatı. 
Naxçıvan -2013
24. 
 A.Abbasov, R.Abbasov, A.Qarayev. English for Beginers. 
Bakı-2006.
25. 
B.Xəlilov.Müasir Azərbaycan dilinin morfologiyası.I his-
sə.Bakı- 2007.
26. 
B.Xəlilov.Müasir Azərbaycan dilinin morfologiyası.II his-
sə.Bakı- 2007.
27. 
B.Xəlilov. Feillərin ilkin kökləri.Bakı-1998.
28. 
“Dastani-Əhməd Hərami”. Bakı-2004.
29. 
E.Maqsudov.  Azərbaycan  dilinin  tədqiqi  və  tədrisi 
məsələləri.Elm və təhsil nəşriyyatı.Bakı-2012.
30. 
E.Maqsudov.  Poetik-praktik  Azərbaycan  dili.  Nurlan. 
Bakı-2011.
31. 
Ə.Əfəndizadə. Suallar və cavablar. Bakı-1999.
32. 
Ə.Dəmirçizadə. “Kitabi-Dədə Qorqud” dastanlarının dili. 
Bakı-1999.
33. 
Ə.Dəmirçizadə.  Müasir Azərbaycan  dili.Fonetika,  orfoe-
piya,orfoqrafiya.I hissə. Şərq-Qərb nəşriyyatı.Bakı-2007.
34. 
Ə.Əfəndizadə.  Orfoqrafiya-orfoepiya  lüğəti.  Azərnəşr. 
Bakı-1989.
35. 
Ə.Tanrıverdi.Azərbaycan dilinin tarixi qrammatikası. Elm 
və təhsil nəşriyyatı. Bakı-2010.
36. 
Ə.Rəcəbli. Qədim türk yazısı abidələrinin dili.I hissə.Nur-
lan nəşriyyatı.Bakı-2006.
37. 
Ə.Muxtaroğlu. Azərbaycan dilinin Şahbuz şivələrinin lek-
sikası. Elm və təhsil nəşriyyatı.Bakı-2013.


145
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
38. 
 H.Həsənov. Azərbaycan dilinin antonimlər lüğəti. Azər-
nəşr. Bakı-1985.
39. 
H.Mirzəzadə.Azərbaycan  dilinin  tarixi  morfologiyası.
Bakı-1962.
40. 
H.Mirzəzadə.  Azərbaycan  dilinin  tarixi  qrammatikası.
Bakı-1990.
41. 
H.Balıyev. Orta məktəbdə Azərbaycan dilinintədrisi me-
todikası.Bakı-1996.
42. 
  İ.Rəhimov.  İngilis  dilinin  praktik  qrammatikası.  Bakı-
2004.
43. 
İ.Əsgər. Morfoloji yolla söz yaradıcılığında qeyri-məhsul-
dar şəkilçilərin rolu. Elm və təhsil nəşriyyatı.Bakı-2014.
44. 
 İ.Məmmədov, H.Həsənov. Azərbaycan dilinin sinonim-
lər lüğəti. Yazıçı. Bakı-1990.
45. 
 “Kitabi-Dədə Qorqud” dastanları. Bakı-2004.
46. 
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb-fars söz-
ləri lüğəti.İki cilddə.I cild.Şərq-Qərb.Bakı-2005.
47. 
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb-fars söz-
ləri lüğəti. İki cilddə.II cild.Şərq-Qərb. Bakı-2005.
48. 
Q.Kazımov.MüasirAzərbaycan  dili.Morfologiya.  Elm  və 
təhsil nəşriyyatı.Bakı-2010.
49. 
Q.Kazımov.Seçilmiş  əsərləri.10  cilddə.IX  cild.Birinci  ki-
tab.Nurlan nəşriyyatı.Bakı-2010.
50. 
Q.Kazımov.Seçilmiş əsərləri.10 cilddə.VI cild.Nurlan nəş-
riyyatı.Bakı-2009
51. 
M.Hüseynzadə.  Müasir  Azərbaycan  dili.Morfologiya.III 
hissə. Şərq-Qərb nəşriyyatı.Bakı-2007.
52. 
M.Şirəliyev.Azərbaycan  dilinin  dialektologiyası.Şərq-
Qərb nəşriyyatı.Bakı-2008.
53. 
M.Nağısoylu.Azərbaycan  dili.Abituriyentlər  üçün  dərs 
vəsaiti.Bakı-2006.
54. 
Müasir  Azərbaycan  dilinin  semasiologiyası.(oçerklər).
Elm.Bakı-1985.
55.  
Müasir Azərbaycan dili. 3 cilddə, II cild. Bakı-1980.
56. 
Müasir ingiliscə-azərbaycanca, azərbaycanca-ingiliscə lü-
ğət. Çaşıoğlu nəşriyyatı.Bakı-2013.


146
İlkin Əsgər
57. 
N.Abdullazadə,  F.Xalıqov.Azərbaycan  dili.Didaktik  ma-
teriallar.I cild.Müəllim nəşriyyatı.Bakı-2008.
58. 
N.Abdullazadə.Milli kurikulum.Azərbaycan dili linqvis-
tik təhlildə. Müəllim nəşriyyatı.Bakı-2014.
59. 
N.A.Bonk, Q.A.Kotiy, N.A.Lukyanova. İngilis dili dərsli-
yi. I hissə.Bakı-2007.
60. 
R.İsmayılov,  F.Şahbazlı,  X.Qasımova,  Q.Əmircanova 
.Azərbaycan  dili.Ümumtəhsil  məktəblərinin  5-ci  sinfi 
üçün dərslik.Altun kitab.Bakı-2006.
61. 
R.İsmayılov,  X.Qasımova,  F.Ellazov.  Azərbaycan  dili.
Ümumtəhsil  məktəblərinin  7-ci  sinfi  üçün  dərslik.Altun 
kitab.Bakı-2011.
62. 
  R.İsmayılov,X.Qasımova.  Azərbaycan  dili  5-7.  Müəllim 
üçün vəsait. Bakı-2006.
63. 
R.Rüstəmov.Qazax  və  Tovuz  şivələrinin  morfoloji  xü-
susiyyətləri  haqqında(adlar).  Dilçilik  məcmuəsi.  Niza-
mi adına ədəbiyyat və dil institutunun əsərləri.XIV cild.
Bakı,1960.
64. 
R.Məhərrəmova.Sabirin satirik şeirlərində söz və ifadə ya-
radıcılığı. Dilçilik məcmuəsi. Nizami adına ədəbiyyat və 
dil institutunun əsərləri.XIV cild.Bakı,1960.
65. 
S.Cəfərov.Müasir Azərbaycan  dili.Leksika.II  hissə.  Şərq-
Qərb nəşriyyatı.Bakı-2007.
66. 
S.Zeynal.Azərbaycan  dili  morfologiyasının  tədqiqi  ta-
rixi(XX əsr).Elm və Təhsil nəşriyyatı.Bakı-2011.
67. 
Y.Seyidov,  F.Şahbazlı,Q.Əmircanova.  Azərbaycan  dili.
Ümumtəhsil  məktəblərinin  6-7-ci  sinfi  üçün  dərslik.Ça-
şıoğlu nəşriyyatı.Bakı-2005.
68. 
Y.Seyidov. Azərbaycan dilinin qrammatikası. Morfologi-
ya. Bakı-2000.
69. 
Z.Verdiyeva,  F.Ağayeva,  M.Adilov.  Azərbaycan  dilinin 
semasiologiyası.Maarif nəşriyyatı.Bakı-1979.


147
MÜNDƏRICAT
Müəllifdən, yaxud da “Sözümün canı var” .............................3
I fəsil. Ad düzəldən qeyri-məhsuldar 
şəkilçilər və onların mənşəyi ...................................................12
1.1. Ad düzəldən milli mənşəli qeyri- məhsuldar şəkilçilər .............12
1.2. Ərəb-fars mənşəli ad düzəldən qeyri-məhsuldar şəkilçilər .76
1.3. Rus-avropa mənşəli ad düzəldən  qeyri-məhsuldar 
şəkilçilər ........................................................................................92
II fəsil. Feil düzəldən qeyri-məhsuldar şəkilçilər və müasir 
Azərbaycan dilində söz-şəkilçilərin işlənmə məqamları ......108
2.1. Adlardan və feillərdən feil düzəldən 
qeyri-məhsuldar şəkilçilər ........................................................108
2.2. Dialekt və şivələrimizdə söz yaradıcılığı .........................129
2.3. Söz-şəkilçilərin işlənməsi haqqında  ................................134
Ədəbiyyat siyahısı ......................................................................143


148
«
Elm və təhsil» nəşriyyatının direktoru:
professor Nadir Məmmədli
Üz qabığının dizaynı: 
Günel İsmayılova
Texniki redaktor: 
Günay Əmirova
Çapa imzalanmış 16.02.2015
Şərti çap vərəqi 9.25. Sifariş № 33
Kağız formatı 60x84 1/16. Tiraj 200
Kitab «Elm və təhsil» nəşriyyat-poliqrafiya
müəssisəsində çap olunmuşdur.
E-mail: nurlan1959@gmail.com
Tel: 497-16-32; 050-311-41-89
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.


149
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə