Sertifikatlaşdırma sistemini yaratmaq istənilən hüquqi şəxslər tərəfindən (hətta
fiziki şəxslər tərəfindən) həyata keçirilə bilər. Eyni zamanda istənilən hüquqi və ya
fiziki şəxs mövcud sertifikatlaşdırma sistemlərinə qoşulmaq hüququna malikdirlər. Bu
cür sistemləri yaradarkən ilk növbədə sertifikatlaşdırma obyektləri, onların
uyğunluğuna sertifikatlaşdırılması aparılacaq normativ sənədlərin kateqoriya və
növləri təyin edilməli və verilmiş sistemdə sertifikatlaşdırmanı aparma qayda və
üsulları müəyyən edilməlidir. AR-da sertifikatlaşdırma sistemlərinin yaradılması,
onların fəaliyyətinin tənzimlənməsi, məhsulların və keyfiyyət sistemlərinin
sertifikatlaşdırılması üzrə dövlət təşkilatı kimi SMPDK-nın nəzdində AZS milli
sertifikatlaşdırma sistemi yaradılmışdır. Bu sistem sertifikatlaşdırma üzrə funksiyalar
həvalə olunmuş dövlət orqanları, sınaq laboratoriyaları, digər ölkə, təşkilat və
müəssisələrin iştirakı üçün açıqdır. Bu sistemin rəsmi dili Azərbaycan dilidir. Ona
görə sistem çərçivəsində verilən sənədlər (sertifikatlaşdırma sifarişləri, protokolları,
atestatları, sertifikatları və s.) Azərbaycan dilində tərtib edilir və sifarişçinin arzusu ilə
əlavə ödənişlə onların nüsxələri istənilən dildə də verilə bilər. Bu sistemdə
sertifikatlaşdırma obyekti nəinki məhsul, həm də proqram digər elmi-texniki
məhsullar, təşkilati texniki və informasiya sistemləri ola bilər. AZS milli
sertifikatlaşdırma sisteminin təşkilati struktur vahidləri aşağıdakılardır:
• Sertifikatlaşdırma üzrə milli orqan
• Oxşar məhsulların sertifikatlaşdırılması üzrə akreditasiya olunmuş orqanlar
• Akreditasiya olunmuş sınaq laboratoriyaları (mərkəzləri)
• Keyfiyyət sistemlərinin sertifikatlaşdırılması və istehsalatların atestasiyası üzrə
akreditasiya olunmuş orqanlar
Sertifikatlaşdırma üzrə milli orqanın vəzifələri aşağıdakılardır:
Respublikada
sertifikatlaşdırmanın
istifadəsi,
inkişafı
və
təkmilləşdirilməsi üzrə ümumi siyasətin işlənməsi;
Sertifikatlaşdırmanı təmin edən işlərin təşkili və koordinasiyası;
Sertifikatlaşdırma məsələsi üzrə digər ölkələrin beynəlxalq təşkilatların
səlahiyyətli orqanları ilə qarşılıqlı fəaliyyət göstərmək və lazım gəldikdə
həmin təşkilatların işində respublikanın iştirakını təmin etməkdir.
Milli orqan:
1.
Bütün sistemlər üçün qurulma və fəaliyyət prinsiplərini AZS milli
sertifikatlaşdırma sisteminin strukturunu, sertifikatını, uyğunluq nişanını və onların
tətbiqi qaydalarını müəyyən edir;
2.
Bütün sertifikatlaşdırma sistemlərinin qarşılıqlı fəaliyyətini koordinasiya
edir;
3.
Marağı olan tərəflərin nümayəndələrindən ibarət komisiyalarla
sertifikatlaşdırma üzrə orqanların sınaq laboratoriyalarının akreditasiyasını, ekspert
auditorların (sertifikatlaşdırma üzrə hər hansı növ fəaliyyət göstərməyə atestasiya
olunaraq hüquqi səlahiyyət almış şəxs ekspet auditor adlanır) atestasiyasını və onların
fəaliyyətinə inspeksiya nəzarətini həyata keçirir;
4.
AZS milli sertifikatlaşdırma sisteminin dövlət reyestirini aparır;
5.
Akreditasiya,
atestasiya
və
sertifikatlaşdırma
üzrə
tarifləri
müəyyənləşdirir;
6.
Sertifikatlaşdırma və akreditasiya nəticələri üzrə apelyasiyalara baxır;
7.
Konkret məhsul növü üçün sertifikatlaşdırma orqanı olmadıqda həmin
orqanın funksiyasını həyata keçirir;
8.
Bütün marağı olan tərəflər üçün sertifikatlaşdırma üzrə informasiyanın
açıqlığını təmi edir;
9.
Sistemin qaydalarına riayət olunmasına inspeksiya nəzarətini həyata
keçirir;
10.
Öz funksiyalarını lazım gəldikdə xüsusi səlahiyyət verilmiş orqanlara
həvalə olunur.
Almaniya
Almaniyada sertifikasiyanın hüquqi bazasını əhalinin sağlamlığının və
həyatının qorunması, ətraf mühitin mühafizəsi, əməyin təhlükəsizliyi, resursların
qənaəti, istehlakçıların maraqlarının mühafizəsi sahəsindəki qanunlar təşkil edir.
1990-cı ildən ölkədə keyfiyyətsiz məhsul hazırlanmasına görə məsuliyyətlilik
haqqında qanun fəaliyyət göstərir.
Almaniyanın TTBM/BTT informasiya mərkəzinin məlumatına görə ümumi Milli
Sertifikasiya sistemi bir neçə sertifikasiya sistemini əhatə edir.
A- Reqlamentlərə uyğunluğun sertifikasiya sistemi;
A1-DIN standartlarına uyğunluğun sertifikasiya sistemi;
A2- VDE sertifikasiya sistemi;
A3- BVGW sertifikasiya sistemi;
B – Almaniyanın keyfiyyətə və markalamaya təminat institutunun RAN
sertifikasiya sistemi.
S- Sənaye texnologiyasının GS pişanına sertifikasiya sistemi;
D – Tikinti konstruksiyalarının Federal normada uyğunluğuna nəzarət sistemi.
E – Ölçmə vasitələrinin və etalonların sertifikasiya sistemi;
F – Almaniyanın sənaye qanunvericiliyinin 24-cü bölməsinə uyğunluğun
sertifikasiya sistemi.
Sistem A1. DIN standartlarının tələblər qoyduğu bütün növ məmulatları əhatə
edir. Bu sistemə Almaniyanın standartlaşdırma institutu rəhbərlik edir.
A2- bu sistemdə VDE qaydalarının, bəzən də DIN standartlarının yayıldığı
bütün növ elektrotexniki və elektron məmulatlar sertifikasiya olunur.
Sistem A3. Almaniyanın qaz və su təchizatı üzrə Assosiasiya firmalarının –
DIVIGW sertifikasiya sistemidir.
Sistem V. Almaniyanın keyfiyyətə və markalamaya təminat institutunun
rəhbərliyi altında işləyir və RAL sistemi adlanır. Bu sistemin tərkibinə 150-yə qədər