İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə39/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   ...   35   36   37   38   39   40   41   42   43

120
İlkin Əsgər
nikmək, keyikmək, pisikmək, acıxmaq və s. Məsələn: Gəlin 
,elə bil, keyikmişdi.(İ.Şıxlı)
Heç bilmədik, ey dost, necə dünyadı, bu dünya,
Şirnikdiyimiz arzudu, sevdadı bu dünya.
(B.Vahabzadə).
...sən baharım olsan belə
Neyləyim ki, gecikmisən.
Gecikmisən, yazıq bülbül,
Bağ-bağçalar xəzan olub...
 (B.Vahabzadə).
 İstəyirsən ömrüm boyu
 Mən darıxım sənin üçün.
Rənginə bax qalıbından çıxan sözün!
Darıxıram,aya, günə sığışmıram.
Darıxıram,
Dünyamızın
Qaydasına, ölçüsünə
Sığışmıram.
Darıxıram
İstəyimə çatmaq üçün.
 (B.Vahabzadə)
“Yaman gecikmişəm-deyə o, fikrindən keçirdi. (İ.Şıxlı).
-şa,-şə,şü. Şəkilçi əsasən mimemlərdən feil düzəldir. Ha-
zırda şəkilçi kimi işləkliyini itirmək üzrə olan qeyri-məh-
suldar  şəkilçilərdəndir.  Dilimizdə  bir  neçə  sözdə  təsadüf 
olunur. Məsələn: töyşümək, tövşümək, dinşəmək və s.
 Alan qabaqda gedir, ayaqlarını asta basır, arabir dayanıb qu-
laqlarını şəkləyir, ətrafı dinşəyirdi.(İ.Şıxlı), Gecələr də oturub ət-


121
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
rafı dinşəmişdi.(İ.Şıxlı), Güllü xanım eyvanın yuxarı başında 
dayanıb kəndi dinşədi.(İ.Şıxlı)
Tövşüyə-tövşüyə qatar dayandı,
Tapışdıq, görüşdük...
Görüşməyəydik...
 (B.Vahabzadə).
“Tövşümək”“töyşümək” kimi sözlərin tərkibində artıq 
daşlaşmışdır. 
-a,-ə. Bu şəkilçi əsasən, adların sonuna artırılmaqla həm 
təsirli, həm təsirsiz feillər düzəldir. –a,-ə şəkilçisi yönlük hal, 
felin arzu şəkli, feli bağlama şəkilçisi, isimdən isim düzəl-
dən –a,-ə şəkilçisi ilə omonimlik keyfiyyətinə malikdir. Feil 
düzəldən qeyri-məhsuldar şəkilçi kimi, hal-vəziyyət anlayı-
şını bildirən sözlər düzəldir. Məsələnqanamaq, boşamaq, 
ələmək, yaşamaq, diləmək, oynamaq, bənzəmək və s.  
Şəkilçi qeyri-məhsuldar olmasına baxmayaraq, dilimiz-
də qədim türk yazısı abidələrininin dilindən üzü bəri işlən-
məkdədir. “Kitabi-Dədə Qorqud dastanları”nın dilində də 
bir neçə dəfə işlənmişdir. Məsələn: Canvərlər sərhəngi dəvə-
dir. Aŋınla dəxi oyınun oynasun, -dedi.(45.,110) 
Bu  şəkilçi  “oynamaq”,  “bənzəmək”  sözlərinə  artırıldıq-
da söz kökündə səs düşümü hadisəsi baş verir. Məsələn: 
oyun-oy(u)namaq, bəniz-bən(i)zəmək .
-ışdır,-işdir,-uşdur,-üşdür, -aşdır,-əşdir,-şdır. Bu şəkilçi 
“ş” ünsürlü –ış,-iş,-uş,-üş, -aş,-əş  -dır,-dir,-dur,-dür şəkil-
çilərinin sintezi əsasında əmələ gəlmiş və mürəkkəb struk-
tura  malikdir.  Müasir  Azərbaycan  dilində  qeyd  olunan 
şəkilçini bir qrup sözlərdə tərkib hissələrə ayırmaq müm-
kün  olduğu  halda,  bir  qrup  sözlərdə  bu,  mümkün  deyil. 


122
İlkin Əsgər
Məsələn,  bölüşdürmək,  bitişdirmək,  didişdirmək,  vuruş-
durmaq, əmişdirmək, qatışdırmaq, tutaşdırmaq və s. kimi 
sözlərdə dördvariantlı –ışdır şəkilçisi iki ayrı söz düzəldici 
şəkilçi  funksiyasında  çıxış  edir.  Bu  məqamda  –ış,-iş,-uş,-
üş,-aş  felin  növ  kateqoriyasının  -dır,-dir,-dur,-dür  isə,  tə-
sirlilik kateqoriyasının morfoloji göstəricisi olub, yeni məz-
munlu leksik vahidlər əmələ gətirir.
Bir  qrup  sözlərdə  şəkilçi  tərkib  hissələrə  ayrılmır,  bir-
likdə  mürəkkəb  şəkilçi  kimi  götürülür.  Bu  yolla  dilimiz-
də yaranan sözlər azlıq təşkil etdiyindən -ışdır,-işdir,-uş-
dur,-üşdür,  -aşdır,-əşdir,-şdır  şəkilçiləri  qeyri-məhsuldar 
şəkilçi hesab olunur, işlənmə dairəsi olduqca məhduddur. 
Məsələn:  araşdırmaq  Qeyd  edək  ki,  son  zamanlar  yanlış 
olaraq “araşdırmaq” sözünün tərkibindəki “ş” samiti bitiş-
dirici samit kimi götürülür. Dilimizdə mövcud olan y, n, 
s bitişdirici samitləri yanaşı gələn iki sait arasında işlənir. 
Düzdür,  istisna  hallarda  sait  və  samit  arasında  bitişdirici 
samitlər  də  işlənə  bilir.  Bu  hal  o, bu  əvəzlikərinə  samitlə 
başlanan şəkilçi artırıldıqda özünü daha qabarıq göstərir. 
Məsələn: onda, ondan, onlar, onsuz, bundan, bunda, bun-
lar, bunsuz, bunlu və s. Lakin araşdırmaq sözündə sait və 
samit arasında işlənən ş samitinin ( əslində -aş şəkilçisinin 
) deyildiyi kimi bitişdirici samitlərlə bağlılığı yoxdur. Əs-
lində bu fikrin tərəfdarlarının heç bir elmi əsası və izahı da 
yoxdur. Fundamental dilçilik ədəbiyyatlarında da “ş” sa-
mitinin bitişdirici samit olması haqqında heç bir qeydə rast 
gəlinmir. Əksinə, “ş” və “ş” ünsürlü sözdüzəldici şəkilçilə-
rin həm tarixi, həm də müasir qrammatikada sözyaratma 
prosesində  kifayət  qədər  söz  əmələ  gətirməsinə  dair  qiy-
mətli faktlar var. Demək olar ki, “ş” samiti dilimizin inki-


123
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
şafının bütün mərhələlərində bu və ya digər dərəcədə işlək 
olmuşdur. Prof. A.Axundov “ş” samiti haqqında yazır: << 
“ş”  fonemi  dilimizdə  müxtəlif  fonetik  mövqələrdə:  sözün  əvvə-
lində, ortasında və sonunda sərbəst işlənir. Azərbaycan dilində 
o, (“ş” samiti nəzərdə tutulur- İ.Ə) hər iki morfoloji mövqedə, 
yəni kökdə və şəkilçidə (məsələn “ış...”, “-mış...”) işlənir. Bu fo-
nemin müxtəlif sait və samitlərlə işlənməsində də başqa samit-
lərlə müqayisədə elə bir qeyri-adilik yoxdur. O, bütün saitlər-
dən əvvəl və sonra sərbəst sürətdə işlənir. “Ş” fonemi müxtəlif 
samitlərdən əvvəl işlənməsinə görə də, dilimizin samit fonemləri 
içərisində mühüm yerlərdən birini tutur.>>(20., 154)
 “Araşdırmaq” sözünün tərkibindəki “ş” samitinin bitiş-
dirici samit olmadığını erkən orta əsrlərə aid bədii mətn-
lər üzərində aparılan müşahidələr, ayrı-ayrı dil faktları da 
təsdiq edir. Əslində “araşdırmaq” sözündəki –şdır şəkilçi-
si –aş və -dır şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. 
Söz kökü saitlə bitdiyindən, şəkilçi də saitlə başladığından 
eliziya  hadisəsi  baş  vermiş  və  -aş  şəkilçisindəki  “a”  saiti 
düşmüşdür: ara(maq)-ara+aş(maq)-araş+dır(maq). 
Yuxarıda  sadaladığımız  sözlərdən  fərqli  olaraq  “araş-
dırmaq”  sözündəki  –ş  şəkilçisi  ayrıca  məna  vermədiyi 
üçün və asemantik olduğu üçün –dır şəkilçisi ilə birlikdə 
mürəkkəb qeyri-məhsuldar şəkilçi kimi götürülməlidir. Bu 
şəkilçi müasir dilimizdə qeyri-məhsuldar olsa da, tarixən 
daha işlək olmuşdur. Hətta “araşdırmaq” sözündəki –ş şə-
kilçisinə olduğu kimi “Kitabi-Dədə Qorqud dastanları”nda 
da rast gəlmək mümkündür:
Qaranqu axşam olanda güni doğan
Qar ilə yağmur yağanda ər kibi duran


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə