İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə37/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   ...   33   34   35   36   37   38   39   40   ...   43

114
İlkin Əsgər
-ızdır,-izdir,-uzdur,-üzdür.  Mürəkkəb  struktura  ma-
lik olub, dilimizdəki dördvariantlı –ız və -dır şəkilçilərinin 
sintezi əsasında formalaşmışdır. Dilimizdəki çimizdirmək, 
baxızdırmaq,  qaçızdırmaq,  batızdırmaq,  dadızdırmaq, 
içizdirmək,  əmizdirmək,  tutuzdurmaq,  yatızdırmaq  və  s. 
sözlərdə  rast  gəlinir.  Onun  haqqında  dilçilikdə  müxtəlif 
fikirlər söylənilmişdir. A.Ağalarov yazır ki, “çox halda bu 
şəkilçi (-ız,-iz,-uz,-üz şəkilçisi nəzərdə tutulur- İ.Ə) qoşul-
muş feillərə -dır,-dir şəkilçi də artırılır; məsələn: damızdır(-
maq), əmizdir(mək)”.(7.,31) Lakin dilimizin lüğət tərkibində 
müstəqil leksik mənaya malik damız(maq) və əmiz(mək) söz-
ləri yoxdur. Məhz buna görə də, “-ız,-iz,-uz,-üz şəkilçisi ilə 
düzələn təsirli feillər müstəqil yox, -dır,-dir,-dur,-dür şəkil-
çisinin əlavəsi ilə işlənir və bu, felin ümumi məzmununa 
xələl  gətirmir:  çimizdir,  əmizdir,  baxızdır  və  s.(51.,131-132). 
Bəzi  sözlərin  tərkibində  daşlaşdığı  üçün  kök  və  şəkilçiyə 
ayrılmır. Məsələn: gətizdirmək, otuzdurmaq.
Nadir halda şəkilçinin duzdur,-dizdir variantlarına rast 
gəlinir.  Məsələn:  yuduzdur(maq),  dedizdir(mək),  yediz-
dir(mək) və s.
-ğuz. Bu şəkilçi də dördvariantlı –ız və -ızdır şəkilçisi ilə 
kökdaşdır. Təsirsiz feildən təsirli feil əmələ gətirir. Məsələn: 
durğuzmaq.  Nümunələrdən  də  göründüyü  kimi,  həm  
ız,-iz,-uz,-üz,  həm  də  -ızdır,-izdir,-uzdur,-üzdür,  –duz-
dur,-dizdir, həm də ki –ğuz sözdüzəldici şəkilçiləri əsasən 
bir hecalı feillərə, kök feillərə əlavə olunaraq yeni mənalı 
leksik vahidlər-feillər düzəldir. Şəkilçilər arasındakı bu ox-
şarlığa baxmayaraq onlar arasında fərq də vardır. Məsələn, 
-ızdır,-izdir,-uzdur,-üzdür, şəkilçisi əsasən, örtülü-qapalı və 
örtüsüz-qapalı hecadan ibarət sözlərə, –duzdur,-dizdir şəkil-
çisi isə örtülü-açıq hecalı sözlərə qoşulur.


115
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
-qun.  Müasir  Azərbaycan  dilində  təsirli  feildən  təsir-
siz feil əmələ gətirən qeyri-məhsuldar şəkilçidir. Məsələn: 
udqun(maq), Cavanşir udqundu.(İ.Şıxlı)
-xul.  Bu  şəkilçi  əslində  iki  budaq  morfemin  birləşmə-
sindən yaranmışdır. Tərkibcə təsirsiz feil düzəldən –ux və 
növ düzəldən –ul şəkilçilərindən ibarətdir. Müasir dilimiz-
də burxulmaq sözündə rast gəlinir. Eliziya hadisəsi nəticə-
sində -ux şəkilçisindəki “u”saiti düşmüşdür. Məsələn: bur 
(maq)-burux(maq)-burxul(maq).
-dar, -dər. Təsirsiz feillərin sonuna artırılmaqla təsirli feil 
əmələ  gətirən  qeyri-məhsuldar  şəkilçidir.  Məsələn:  qon-
dar(maq), döndər(mək) və s.
-ıt,-it,-ut,-üt. Təsirsiz feillərin sonuna qoşulmaqla təsirli 
feillər  əmələ  gətirir.  Məsələn:  axıtmaq,  yavaşıtmaq,  hür-
kütmək, qorxutmaq, qurutmaq və s. Dilimizdəki dağıtmaq, 
arıtmaq sözlərində artıq –ıt şəkilçisi daşlaşmışdır.
-xa. Təsirsiz feil düzəldən, bir cür yazılan qeyri-məhsul-
dar şəkilçidir. Məsələn: çalxa(maq).
Çalxalandıqca zaman nehrə kimi,
Yağı yağ üstdə çıxır, ayranı ayranlıq olur.
 (M.Ə.Sabir)
-xala. Stukturca mürəkkəb olan qeyri-məhsuldar söz-şə-
kilçidir.  –xa  və  -la  şəkilçiləri  əsasında  yaranmışdır  .Qo-
şulduğu  sözdə  hal-vəziyyət  məzmunu  yaradır.  Məsələn: 
ovxalamaq, çal+xa+la(maq). Barmaqlarını, topuğunu ovxala-
dı.(İ.Şıxlı), Şüşələr az qaldı ovxalanıb tökülsün.(İ.Şıxlı)
-ta. Sifətdən və feildən feil düzəldən qeyri-məhsuldar şə-
kilçidir. Məsələn: toxtamaq, yontamaq


116
İlkin Əsgər
-dala. Şəkilçiyə dilimizdəki “basdala(maq)” sözündə 
rast gəlirik. Təsirli feillərin sonuna qoşulmaqla təsirli feil 
əmələ gətirir. –tala, –dala şəkilçisi ilə eyni semantik çalara 
malik olub, sinonimlik keyfiyyətinə malikdir. Şəkilçi –da/-
ta və -la şəkilçisinin sintezi əsasında əmələ gəlmişdir. Şifa-
hi danışıq dilində -ta/-da kimi işlənsə də, ədəbi dilimizdə 
-tala kimi sabitləşmişdir. Məsələn: bastala(maq)
-rla. –ar+la şəkilçisi əsasında yaranmış qeyri-məhsuldar 
şəkilçidir. Eyni zamanda təsirlilik bildirir və adlardan feil 
düzəldən –la-lə şəkilçisinin əmələ gətirdiyi semantik çaları 
ifadə edir. Məsələn: Basmarla(maq), budarla(maq), topar-
la(maq). Qəribə idi, başqa vaxtlar zəncirdən açılmış kənd itləri 
doqqazda bir qaraltı görən kimi atılıb hücuma keçir, az qalırdı, 
qabaqdakını  süpürləyib  basmarlasınlar.(İ.Şıxlı),  Niftalı  koxa 
elə yəhərin üstündən onu budarladı. (İ.Şıxlı). Uşağı qamçı ilə 
budarladı.(İ.Şıxlı). Hər iki söz saitlə bitdiyi üçün şəkilçinin 
(-arla)  tərkibindəki  birinci  sait  (a)  eliziya  hadisəsi  nəticə-
sində düşmüşdür. Buna görə də şəkilçi dilimizdə -rla kimi 
sabitləşməkdədir.
-la. Bu şəkilçi dilimizdə məhsuldar olub, adların sonu-
na  əlavə  olunmaqla  çoxlu  sayda  feil  düzəldir.  Məsələn: 
qollamaq,  başlamaq,  bizləmək,  qulaqlamaq,  dişləmək,  gözləmək, 
ayaqlamaq, xərcləmək və s. Lakin istisna hal kimi –la şəkilçisi 
feildən feil də əmələ gətirə bilir. Məsələn: yontalamaq, bu-
dalamaq.
Qeyd: Güman ki, adlardan feil düzəldən –la-lə şəkilçi-
si hansı mənbədəndirsə, feildən feil düzəldən –la şəkilçisi 
də o mənbədəndir. Bu məqamda fərqli cəhət özünü “buda-
lamaq” sözünün kökündə (budamaq) göstərir. Çox güman 
etmək olar ki, etimoloji cəhətdən “budala(maq)” sözünün 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə