İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə1/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
  1   2   3   4   5   6   7   8   9   ...   43


 İlkin Əsgər
 AZƏRBAYCAN DILINDƏ 
MƏHSULDARLIQ YARADAN 
QEYRI-MƏHSULDAR ŞƏKILÇILƏR
(Monoqrafiya)
Monoqrafiya Naxçıvan Dövlət 
Universitetinin Elmi şurasının 
28 noyabr 2014-cü il tarixli iclasının 
03 № li protokoluna əsasən çap olunur.
“Elm və təhsil“
Bakı-2015


Elmi redaktor:  
Fikrət Ramazan oğlu Xalıqov
 
 
 
filologiya elmlər doktoru, professor 
 
Rəyçilər: 
 
Elbəyi Sadıq oğlu Maqsudov
 
 
 
pedaqoji elmlər doktoru, professor
 
 
 
Vaqif Tapdıq oğlu Qurbanov
 
 
 
pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent 
 
 
 
Elşad Şərəfxan oğlu Abışov
 
 
 
filologiya üzrə fəlsəfə doktoru, dosent 
  
 
 
Vahid Dumanoğlu
  
 
 
Bakı Şəhər üzrə Təhsil İdarəsi 323 saylı 
 
 
 
tam orta məktəbin Azərbaycan dili 
 
 
 
və ədəbiyyatı müəllimi, AYB-nin üzvü
İlkin  Əsgər  (İlkin  Vahid  oğlu  Əsgərov).  “Azərbaycan  dilində 
məhsuldarlıq  yaradan  qeyri-məhsuldar  şəkilçilər”.  Monoqrafiya. 
Bakı, “Elm və təhsil” nəşriyyatı, 148 səh.
Kitab  müəllifin  “Morfoloji  yolla  söz  yaradıcılığında  qeyri-məhsuldar  şə-
kilçilərin rolu” adlı monoqrafiyası əsasında yenidən işlənmiş və təkmilləşdi-
rilmişdir. Müasir Azərbaycan dilində işlənən nisbətən az məhsuldar və qey-
ri-məhsuldar  şəkilçilərdən  bəhs  edir.  Əsərdə  əsasən,  isim,  sifət,  zərf  və  feil 
düzəldən  qeyri-məhsuldar  şəkilçilər  milli,  Ərəb-fars  və  Rus-avropa  mənşəli 
olmaqla  qruplaşdırılmış,  omonimlik,  sinonimlik,  antonimlik  xüsusiyyətləri 
haqqında məlumat verilmiş, onların söz yaradıcılığı prosesində iştirakı praktik 
nümunələr üzərində göstərilmiş və dilimizdəki söz-şəkilçilər linqvistik təhlil 
müstəvisinə cəlb olunmuşdur. Əsər tarixi və təsviri qrammatikanın nailiyyət-
lərinə  əsaslanmaqla,  söz  yaradıcılığında  qeyri-məhsuldar  şəkilçilərin  hazırkı 
vəziyyətini əks etdirir.
Monoqrafiyadan abituriyentlər, ali məktəblərin filologiya fakültəsinin tələ-
bələri, magistrantlar, doktorantlar, müəllimlər, ümumiyyətlə ana dilimizlə ma-
raqlanan hər kəs istifadə edə bilər.
 
© Əsgərov İ.V - 2015
© Elm və Təhsil, 2015
4602000000
N098 - 2015
qrifli nəşr


3
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
 
Müəllifdən, yaxud da 
“Sözümün canı var”
Unudulmaz müəllimlərim Fərrux Həsənov və 
 Şəfəq Cabbarovanın əziz xatirəsinə ithaf edirəm.
Dilimizin formalaşmasında böyük rol oynayan söz yara-
dıcılığı prosesi dilin bütün inkişaf mərhələlərində mühüm 
əhəmiyyət kəsb edir. Xüsusilə də, morfoloji yolla söz yara-
dıcılığı qədim tarixi köklərə malik olan ana dilimizi təkmil-
ləşdirir, lüğət ehtiyatını daha da zənginləşdirir. 
Tarix  boyu  söz  yaradıcılığı  prosesində  morfoloji  yol-
la  əmələ  gələn  leksik  vahidlər  digər  yollarla  əmələ  gələn 
sözlərdən  üstün  və  məhsuldar  olmuşdur.  Morfoloji  yolla 
söz yaradıcılığının tədqiq olunmasına XX əsrin ikinci yarı-
sından başlayaraq dilçilikdə sistemli tədqiqatlar aparılmış, 
monoqrafiyalar yazılmış, məqalələr həsr olunmuşdur. La-
kin  bununla  bərabər,  dilçiliyimizdə  bir  sıra  məsələlər  öz 
elmi həllini tapmamış, ayrı-ayrı tədqiqatçılar arasında fikir 
ayrılığı yaratmışdır. Buna görə də bəzi dilçilik məsələləri 
yeni yanaşma tələb edir.
Monoqrafiya tarixi və təsviri qrammatikanın nailiyyətlə-
rinə əsaslanmaqla, müasir Azərbaycan dilinin söz yaradı-
cılığında işlənən qeyri-məhsuldar şəkilçilər, onların dildə 
rolu və əhəmiyyəti, işlənmə dairəsi, omonimliyi, sinonimli-
yi, mənşəyi, söz yaratma qabiliyyəti kimi aktual məsələləri 
özündə əks etdirir. Dilimizdə rast gəlinən qeyri-məhsuldar 


4
İlkin Əsgər
şəkilçilər həm kəmiyyət, həm də keyfiyyət nöqteyi-nəzərin-
dən məhsuldar şəkilçilərdən geri qalır və azlıq təşkil edir. 
Məhsuldar şəkilçilər çoxmənalı sözlərdən törəmiş və daha 
qədim tarixi köklərə malikdir. Qeyri-məhsuldar şəkilçilər 
isə təkmənalı sözlərin müstəqilliyini itirərək şəkilçiləşməsi, 
sözlərin lüğəvi mənasının daralması əsasında əmələ gəlmiş 
və dil tarixinin nisbətən sonrakı inkişaf mərhələsinin məh-
suludur.
Dilimizdə işlənən qeyri-məhsuldar şəkilçilər digər söz-
düzəldici  şəkilçilərlə  bərabər  S.Cəfərov,  H.Mirzəzadə, 
M.Hüseynzadə, Y.Seyidov, Ə.Rəcəbli, Q.Kazımov, Ə.Tan-
rıverdi,  B.Xəlilov  kimi  dilçi  alimlər  tərəfindən  müxtəlif 
monoqrafik  tədqiqatlarda,  ayrı-ayrı  mövzuların  tərki-
bində  linqvistik  təhlil  müstəvisinə  gətirilmiş,  etimoloji 
cəhətdən şərh olunmuş, sözdüzəldicilik qabiliyyəti konk-
ret  nümunələr  əsasında  izah  olunmuşdur. A.Ağalarovun 
“Azərbaycan dilində qeyri-məhsuldar şəkilçilər” adlı mo-
noqrafiyasında (2010) 140-a yaxın qeyri-məhsuldar şəkilçi 
haqqında  sistemli  məlumat  verilmişdir.  Kitabın  bu  nəşri 
2014-cü  ildə  çap  olunan  “Morfoloji  yolla  söz  yaradıcılı-
ğında qeyri-məhsuldar şəkilçilərin rolu” adlı monoqrafiya 
əsasında  yenidən  işlənmiş,  təkmilləşdirilmişdir.  300-dən 
artıq qeyri-məhsuldar şəkilçini özündə əks etdirən həmin 
monoqrafiyada müxtəlif dilçilik ədəbiyyatlarında yer alan 
qeyri-məhsuldar şəkilçilərlə yanaşı, ana dilimizin inkişafı-
nın son dövrlərində meydana çıxan və şəkilçi hüququ qa-
zanan morfemlər praktik nümunələr üzərində şərh edilmiş, 
işlənmə xüsusiyyətləri, omonimlik, sinonimlik, antonimlik 
keyfiyyətləri göstərilmişdir.
Sizlərə təqdim ounan bu kitab isə, həm kəmiyyət, həm 
keyfiyyət baxımından əvvəlki nəşrdən fərqlənir, bir sıra ye-


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə