İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə38/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   ...   35   36   37   38   39   40   41   42   43

117
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
kökü  olan  “buda”(maq)  dilin  tarixi  inkişafının  müəyyən 
mərhələsində əşya məzmunlu “budaq” sözündəki “q” sami-
tinin  düşməsi  nəticəsində  yaranmışdır.  Sözlər  arasındakı 
yaxınlıq  da  onların  semantikasında  olan  bağlılıqdan  irəli 
lir:  -budaq-budaqla(maq)-budala(maq)-buda(maq)-bu-
dan(maq)-budat(maq)-budatdır(maq). Sözlərin leksik mə-
naları da bilavasitə “budaq” sözü ilə əlaqədardır.
-arğala. Bu şəkilçi ismin sonuna qoşulmaqla feil əmələ 
gətirərək  –arla  və  -ala  şəkilçilərinin  yaratdığı  semantikanı 
ifadə edir. Şəkilçi dilimizdə işləkliyini itirmək üzrə olub 
arla kimi sabitləşməyə doğru keçid prosesindədir. Məsələn: 
qomarğalamaq.  Amma  onu  qomarğalayıb  dərənin  qaşına 
gətirdilər.(İ.Şıxlı),  Naxırı  qomarğalayıb  qabağına  qatırdı.(İ.
Şıxlı), Bir həftədən sonra şəhərdən tökülüşüb gəldilər. Şəmistan 
ağanın evini qomarğaladılar. Kişini tapa bilmədilər.(İ.Şıxlı).
-sa,-sə. Əsasən, adlara əlavə olunaraq feil düzəldir. Qey-
ri-məhsuldar şəkilçi olsa da, qədim və orta dövr ədəbi nü-
munələrinə aid materiallarda bu şəkilçi ilə düzəlmiş leksik 
vahidlərə  rast  gəlmək  mümkündür.  Müasir  Azərbaycan 
dilində qəribsə(mək), susa(maq), kifsə(mək) kimi sözlərdə 
təsadüf olunur. Məsələn: Mürsəl bir həftə qəribsədi;yaman qə-
ribsədi.(İ.Şıxlı)
-sı,-si. Adlardan feil düzəldən qeyri-məhsuldar omonim 
şəkilçidir.  Məsələn:  tamahsımaq,  quraqsımaq,  kifsimək, 
qəribsimək,  qaxsımaq  və  s.  –sı,-si  şəkilçisi  müasir  Azər-
baycan dilində bəzi sözlərdə təqribən –lan,-lən şəkilçisinin 
qrammatik  sinonimi  kimi  çıxış  edir  və  artırıldığı  sözdə 
hal-vəziyyət, şərait, istək və s. çalarlar ifadə edir. Məsələn: 
Xanpərinin  sahəsi  selləmə  sulandığı  üçün  isti  günlərdə  dərhal 
quraqsıyırdı. (Ə.Vəliyev).


118
İlkin Əsgər
-sən,-sət. –sa,-sə şəkilçisinin əsasında yaranmışdır, -n və 
-t  növ  kateqoriyasının  morfoloji  göstəricisidir.  “Görmək” 
felindən “görsənmək” və “görsətmək” feillərini əmələ gəti-
rir. Məsələn: Uşağı Güllü xanıma görsətdi. (İ.Şıxlı)
-na,-nə. Bir qrup təqlidi sözlərə və feillərə artırılaraq tə-
sirsiz  feil  düzəldir.  Məsələn:  kişnə(mək),  qısna(maq),  cır-
na(maq), çaxna(maq) və s. Həmin yelərdə mal-qar otlayar, at 
kişnəyər,  buğa  heykirərdi.(İ.Şıxlı),  Sahibini  belində  hiss  edən 
kəhər kişnədi və cığırla birbaş sahilə endi.(İ.Şıxlı)
-var. Dilimizdə söz-şəkilçi kimi işlənir. İsimdən təsirli feil 
düzəldən qeyri-məhsuldar şəkilçidir. Məsələn: suvarmaq
  Qeyd  edək  ki,  morfologiyaya  dair  bəzi  tədqiqatlarda 
“suvar” sözü “sufar” şəklində verilir. Prof. H.Mirzəzadə şə-
kilçini –var kimi deyil, -ar,-ər kimi izah edir. (bax: 39.,212-
213) Professor, Mahmud Kaşğarinin “Divani-lüğatit Türk” 
lüğətinə istinadən yazır ki, tarixən “su” sözü “suf” şəklin-
də işlənmişdir. Nümunə olaraq da Saib Təbrizinin bu mis-
rasını vermişdir: Suvardılar qılıncından məgər gülüstani. 
Sözün  tərkibi  əslində  “göyərmək”  sözünün  modeli  əsasın-
dadır. Lakin müasir Azərbaycan dilində söz kökü-suf işlən-
mədiyindən və su kimi sabitləşdiyindən f samiti v şəklində 
şəkilçi  daxilində  daşlaşmış  və  sabitləşmişdir.  Buna  görə 
də bu sözdə v samitinin heç bir bitişdirici samit funksiyası 
yoxdur.
-al,-əl,-l. Nisbətən məhsuldarlığı ilə seçilən bu şəkilçi ad-
ların sonuna artırılmaqla təsirsiz feil əmələ gətirir. Məsələn: 
ucalmaq, qaralmaq, dincəlmək, incəlmək, köhnəlmək, du-
rulmaq, qısalmaq, çoxalmaq, azalmaq, sağalmaq və s. –al,-
əl,-l şəkilçisi “ol” köməkçi felindən törəmişdir. Məsələn:


119
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
Ucalmaq-uca olmaq
Qısalmaq-qısa olmaq
Azalmaq-az olmaq
Sağalmaq-sağ olmaq
Çoxalmaq-çox olmaq
İncəlmək-incə olmaq
Qaralmaq-qara olmaq
Durulmaq-duru olmaq
Köhnəlmək-köhnə olmaq və s.
-ar,-ər.  İsim  və  sifətlərdən  feil  əmələ  gətirən  nisbətən 
məhsuldar  şəkilçidir.  Omonimlik  keyfiyyətinə  malik  və 
quruluşca sadə olan bu şəkilçi əsasən sifətlərdən feil düzəl-
dir.  -al,-əl,-l  şəkilçisində  olduğu  kimi  –ar,-ər  şəkilçisi  də 
“ol” maq köməkçi felinin fonematik yükünü daşıya bilir. 
Məsələn:
Bozarmaq-boz olmaq
Ağarmaq-ağ olmaq
Göyərmək-göy olmaq
Qoparmaq-qop olmaq
Qızarmaq-qırmızı olmaq
Sararmaq-sarı olmaq
Qararmaq-qara olmaq və s.
-ux. Feildən feil düzəldən –ux şəkilçisi ilə omonimlik təş-
kil edən və isimdən feil düzəldən qeyri-məhsuldar şəkilçi-
dir. Məsələn: otux(maq). Təzəcə otuxmağa başlamış quzular 
çayın kənarındakı qocaman söyüd ağacının kölgəsində yatışmış-
dılar.
-ıx,-ik,-ük,-k,-x.  Adlardan  feil  düzəldən  qeyri-məhsul-
dar omonim şəkilçidir. Məsələn: darıxmaq, gecikmək, şir-


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə