İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə35/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   ...   31   32   33   34   35   36   37   38   ...   43

107
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
yeni  söz  düzəlmişdir.  Məsələn:  bazarkom,  ortabab,  Pərizad, 
qolbaq, sağdış və s.
-for  şəkilçisi  işıqfor”  sözünün  tərkibində  işlənir,  mə-
nası “işıq daşıyıcısı” deməkdir. Vaxtilə bu söz “svetofor” 
şəklində işlənmişdir.


108
İlkin Əsgər
 
II FƏSİL 
FEİL DÜZƏLDƏN QEYRİ-MƏHSULDAR 
ŞƏKİLÇİLƏR VƏ MÜASİR AZƏRBAYCAN DİLİNDƏ 
SÖZ-ŞƏKİLÇİLƏRİN İŞLƏNMƏ MƏQAMLARI
 2.1. ADLARDAN VƏ FEILLƏRDƏN FEIL DÜZƏLDƏN
 QEYRI-MƏHSULDAR ŞƏKILÇILƏR
Feil  düzəldən  qeyri-məhsuldar  şəkilçilər  də  həm  mil-
li,  həm  də  alınma  mənşəli  sözlərə  qoşularaq  yeni  sözlər 
düzəldir.  Bu  şəkilçilər  daha  çox  isim,  sifət  və  feildən  feil 
əmələ gətirir. Dilimizdə işlənən qeyri-məhsuldar fel düzəl-
dən şəkilçilər əsasən aşağıdakılardan ibarətdir:
-ıx,-ix,-ux,-üx. Feildən feil düzəldən qeyri-məhsuldar şə-
kilçi olub, təsirli və təsirsiz feillərdən təsirsiz feil düzəldir. 
Qoşulduğu sözdə hal, vəziyyət çaları yaradır. Məsələn: do-
nuxmaq, soluxmaq, buruxmaq, cumuxmaq və s.
-ı,-i.  Həm  milli,  həm  də  fars  mənşəli  sözlərə,  xüsusən 
də, birhecalı sifətlərə əlavə olunub təsirsiz feil əmələ gəti-
rir. Məsələn: qartımaq, təngimək, avazımaq, ləngimək, bər-
kimək, acımaq, qazımaq, köpəşimək, boyatımaq, yerimək, 
genimək, turşumaq və s.
-rən. Qeyri-məhsuldar olan bu şəkilçiyə dilimizdəki iy-
rən(mək) sözündə təsadüf olunur.
-şır.  Şəkilçi  –ış+ır  modeli  əsasında  yaranmışdır.  Təsir-
li  feil  əmələ  gətirən  qeyri-məhsuldar  şəkilçidir.  Məsələn: 
Tapşırmaq (müqayisə edin: tapşırmaq-tap+ış+ır(maq))


109
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
-alı,-əli. Feillərin sonuna qoşulmaqla zaman mənalı feli 
bağlama  əmələ  gətirir.  –anda,-əndə  şəkilçisinin  sinonimi 
kimi çıxış edir. Məsələn: yazalı, gələli, güləli, qaçalı, düşəli, 
verəli, səpəli və s.
-imsə, -ümsə. Bu şəkilçi dilimizdə əvəzlik və felə qoşu-
lub  yeni  mənalı  feil  düzəldir.  Məsələn:  mənimsəmək,  gü-
lümsəmək; O, qabaqdakı yoldan çox güzgüdə gülümsəyən Şah-
naza, onun qaynar gözlərinə baxırdı.(İ.Şıxlı)
-cala. Feildən feil düzəldən qeyri-məhsuldar və quruluş-
ca mürəkkəb olan söz- şəkilçidir. Bu şəkilçiyə müasir Azər-
baycan  dilindəki  “ovcalamaq”  sözündə  təsadüf  olunur. 
Qoşulduğu  sözdə  -xala  və  -uşdur  şəkilçisinin  ifadə  etdiyi 
semantikanı yaradır: Ovxalamaq-ovuşdurmaq-ovcalamaq.
-ala,  -ələ.  Müasir Azərbaycan  dilində  əsasən,  sonu  sa-
mitlə bitən birhecalı feillərə artırılaraq təsirli feillər əmələ 
gətirir.  Məsələn:  qovalamaq,  səpələmək,  eşələmək,  ova-
lamaq və s. Silkələnən budaqlardan tozlu yola dolu kimi qoz 
səpələndi.(İ.Şıxlı)
Şəkilçiyə Qədim türk yazısı abidələrinin dilində də təsa-
düf olunur. Qoşulduğu sözdə sürəklilik, intensivlik çaları 
yaradır. Məsələn: “boşan <>-boşa-
nala(MÇ 19) <>”.( Bax: 36., 346-347)
-ala,  -ələ.  Bu  şəkilçi  yuxarıdakı  –ala,-ələ  şəkilçisinə  za-
hiri cəhətdən bənzəsə də, semantik cəhətdən ondan əsas-
lı şəkildə fərqlənir və omonimlik keyfiyyətinə malikdir. 
ala,-ələ şəkilçisi qovalamaq, səpələmək və s. kimi sözlərin 
tərkibindəki  –ala,-ələ  şəkilçilərdən  fərqli  olaraq  isimlərin 
sonuna artırılır və yeni mənalı feil əmələ gətirir. Məsələn: 
üst+ələ(mək),  çis+ələ(mək),  qom+ala(maq).  Çəkilir  qasırğa, 
dağılır duman; Yağış çisələyir, səngiyir tufan. (R.Məcid) 


110
İlkin Əsgər
-əclə.  Quruluş  etibarı  ilə  mürəkkəb  olan  və  təsirli  feil 
əmələ gətirən qeyri-məhsuldar şəkilçidir. Məsələn: Döyəc-
ləmək. Hər yüzün altında min biri yatır; Dolu döyəcləyir, ley-
san selləyir.(R.Məcid), Barmaqlarım döyəclədi telefonun düy-
mələrin.(R.Məcid)
-an,-ən. Qeyri-məhsuldar omonim şəkilçilərdəndir. Di-
limizdə  -an,-ən  söz-şəkilçisi  vasitəsilə  həm  isim,  həm  feil, 
həm də feli sifət düzəlir. Feil düzəldən şəkilçi kimi təqlidi 
sözlərə və bəzi feillərə artırılıb təsirsiz feillər əmələ gətirir. 
Məsələn:  hıqqanmaq,  hikkənmək,  küsənmək,  dadanmaq, 
hoppanmaq  və  s.  Kənardan  baxanlar  küsəndi  bizə;  Bəlkə  də 
bəxtəvər dedilər o gün. (B.Vahabzadə)
-sun. İşlənmə dairəsi məhduddur. Dilimizdə doluxsun-
maq, umsunmaq sözlərində rast gəlirik.
-n. Təsirli feillərdən təsirsiz feil düzəldən qeyri-məhsul-
dar şəkilçidir. Məsələn: sallanmaq, tullanmaq, bağlanmaq 
və s.
-ümsün,- msın. Dilimizdəki dördvariantlı –sın şəkilçisi 
ilə bir mənbədən olub, təsirsiz feil əmələ gətirir. Məsələn
gülümsünmək, ağlamsınmaq və s. Ömər koxa gülümsündü 
və nəzərə çarpmadan eyvana qalxıb otağına keçdi. (İ.Şıxlı), İmran 
acı-acı gülümsündü: “Zalım oğlu gör nə fikirləşib, qapı-bacasını 
necə də güdür”.(İ.Şıxlı)
-aş,-ş.  Feildən  feil  düzəldən  qeyri-məhsuldar  omonim 
şəkilçidir. Məsələn: mələşmək, qaynaşmaq, tutaşmaq. Ar-
tırıldığı sözdə daha çox birgəlik, müştərəklik, qoşalıq məz-
munu ifadə edir.
Durmuşam buludlar qaynaşan yerdə,
Döyür alaçalpo üzümə mənim.
Qışda baldırıma qar çıxan yerdə
Yazda gül çıxacaq dizimə mənim... (A.Laçınlı)


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə