İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə24/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   ...   20   21   22   23   24   25   26   27   ...   43

73
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
Müasir Azərbaycan  dilində  isə,  əsasən  için,  oğrun,  oğ-
run-oğrun,  için-için  və  s.  kimi  sözlərin  tərkibində  işlənir. 
Məsələn:  Heç  kəsə  sezdirmədən,  sakitcə,  için-için  ağladı,  göz 
yaşlarını  sinəsinə  axıtdı.  (İ.Şıxlı);  Bundan  sonra  vaqondakılar- 
Alqazax və Çıraq uşağının adamları körpənin üstündə için-için 
ağlaşdılar.(İ.Şıxlı), Zeynəb yol uzunu oğrun-oğrun onu sözdü.
(İ.Şıxlı).
-cək. Bu şəkilçi müasir Azərbaycan dilində isim(tüpür-
cək,  əmcək,  bürüncək,  yelləncək),  sifət(utancaq),  feli  bağ-
lama(görcək,  baxcaq,  gülcək)  və  zərf  düzəldən  şəkilçi  kimi, 
omonimlik keyfiyyətinə malikdir. Hər üç halda qeyri-məh-
suldar şəkilçi kimi çıxış edir. –cək şəkilçisi sevin(mək) sö-
zünə əlavə olunmaqla tərz məzmunu ifadə edən sevincək 
zərfini düzəldir. –cək şəkilçisi tarixən də zərf düzəldən şə-
kilçi kimi işlənmiş, yeni sözlər əmələ gətirmişdir:
 
Anın kibi olursa yorurun tez,
Bənə tezcək gəlin, xəbər verün tez. 
(“Dastani-Əhməd Hərami”)
-ı. Sifətdən zaman mənalı zərf əmələ gətirən qeyri-məh-
suldar  və  omonim  şəkilçidir.  Şəkilçi  dilimizdə  işlənən 
“uzağı” sözünün tərkibində işlənir. Məsələn: Allahqulu gör 
nə deyir? Deyir uzağı sabah Veys anasını Sona üçün elçi gön-
dərər.(Ə.Əbülhəsən) (11.,412)
-ik,-ıq. Dördvariantlı –ıq və iki variantlı –aq şəkilçiləri ilə 
bir  mənbədən  olub,  omonimlik  təşkil  edir.  Zərf  düzəldən 
şəkilçi kimi qeyri-məhsuldardır. Məsələn: tələsik, artıq və s.
Tələsik uzunboğaz xrom çəkmələrini geyindi, naqanı şalvarı-
nın cibinə qoyub gərnəşdi.(İ.Şıxlı), Eyvanda söhbət edən Zeynəb 
tələsik aşağı enib məntəqəyə tərəf qaçdı.(İ.Şıxlı)


74
İlkin Əsgər
Artıq zərfi hazırda modal sözə və ədata keçid mərhələ-
sindədir. Məsələn: Artıq gecikmək olmazdı.(İ.Şıxlı)
-alı. Bu şəkilçi zaman mənalı –alı,-əli feli bağlama şəkil-
çisi  ilə  omonimlik  təşkil  edir  və  felin  sonuna  əlavə  olun-
maqla  tərzi-hərəkət  zərfi  əmələ  gətirir.  Məsələn:  uzanalı 
(qalmaq). Uzan(maq) feli də uz” sözü əsasında yaranmış, 
tarixən  müstəqil  söz  (uz)  kimi  işlənmişdir.  Uzan(maq)  fe-
linin  tarixi  kökü  olan  uz”  “Kitabi-Dədə  Qorqud  dastan-
ları”nın dilində öz ilkin mənasında işlənmişdir. Məsələn: 
Hasar qapusına girmişkən qara polat uz qılıca əŋsəsinə eylə çaldı 
kim, başı tob kimi yerə düşdi... Qara polad uz qılıclar kəsən qılını 
kəsdirmədi. və s.
-lı.  Bu  şəkilçi  isim  və  sifət  düzəldən  dördvariantlı  –lı 
şəkilçisi  ilə  omonimlik  keyfiyyətinə  malikdir.  Qoşuldu-
ğu sözdə tərz, hərəkətin əlaməti çaları yaradır. Dilimizdə 
uzanıqlı, oturaqlı kimi sözlərin tərkibində işlənmişdir. –lı 
şəkilçisi  qəbul  etmiş  sözlər  bəzən  şəraitdə,  halda,  tərzdə, 
vəziyyətdə sözləri ilə işlənə bilir. Belə halda –lı şəkilçisi iş-
lənə də bilər, işlənməyə də. 
 
 
 
 
 Müqayisə edin:  
1. Xizəkdən yıxılan uşaq qarın üstündə uzanıqlı qalmışdı. 
2.  Xizəkdən  yıxılan  uşaq  qarın  üstündə  uzanıq  vəziyyətdə 
qalmışdı. 
-ilə,-la,-lə.  Daha  çox  hərəkətin  tərzini  bildirən  sözlər 
düzəldir.  Bu  şəkilçi  də  omonimdir.  Dilimizdə  həm  say, 
feil, zərf düzəldən şəkilçi kimi, həm də bağlayıcı və qoş-
ma kimi işlənir. –la,-lə məhsuldar şəkilçidir, əsasən, mücər-
rəd mənalı isimlərdən düzəltmə tərz zərfləri əmələ gətirir. 
Məsələn:  təəccüblə,  nifrətlə,  həyəcanla,  rəsmiyyətlə,  incə-
liklə, dostluqla, xoşluqla, yaxşılıqla və s. Lakin –ilə şəkil-


75
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
çisi zərf düzəldən şəkilçi kimi qeyri-məhsuldar olub, cəmi 
bir neçə sözdə rast gəlinir. Məsələntamamilə, vasitəsilə, 
vaxtilə və s.
-ba,-bə. Bu şəkilçi milli mənşəli olub, mürəkkəb zərflərin 
yaranmasında iştirak edir. İç şəkilçi kimi qeyri-məhsuldar-
dır. Qoşulduğu sözdə daha çox tərz, zaman çaları yaradır. 
Məsələn: taybatay, qarabaqara, yarıbayarı, anbaan, yan-
bayan, dalbadal, günbəgün, üzbəüz, saatbasaat və s. Nə-
sib dayı dalbadal papiros çəkirdi.(İ.Şıxlı), Evdə hamı yatandan 
sonra kitab oxumaq bəhanəsi ilə stolun dalına keçir, onunla üz-
bəüz otururdum.(İ.Şıxlı)
Bu tip sözlər M.Ə.Sabir yaradıcılığında da işlənmişdir:
Onda görürsən yıxılıb yanbayan
Bir neçə növrəstə cəvan laybalay!
Tuf belə dövranə ki, bədtər olur
Seyri-fələk, dövri-zəman ilbəil!


76
İlkin Əsgər
1.2. ƏRƏB- FARS MƏNŞƏLI AD DÜZƏLDƏN 
QEYRI-MƏHSULDAR ŞƏKILÇILƏR
Bu qrupa daxil olan şəkilçilərin dilimizdə işlənmə tarixi 
qədimdir. Ərəb-fars mənşəli ad düzəldən qeyri-məhsuldar 
şəkilçilər həm milli mənşəli, həm də alınma mənşəli sözlərə 
qoşularaq yeni mənalı sözlər əmələ gətitir. Bu şəkilçilərin 
iştirakı vasitəsilə yaranmış yeni sözlərin sırasında kəmiy-
yət etibarı ilə daha çox isim və sifətlər üstünlük təşkil edir.
Ərəb-fars  mənşəli  ad  düzəldən  qeyri-məhsuldar  şəkil-
çilərin çoxu mənsub olduğu dildə müstəqil leksik mənaya 
malik olduğu halda, dilimizdə şəkilçi kimi çıxış edir . Bu 
qrup şəkilçilər əsasən aşağıdakılardan ibarətdir:
-stan. Bu şəkilçi fars mənşəli olub, müasir Azərbaycan 
dilində əsasən, yer, məkan, ölkə anlayışını ifadə edən yeni 
sözlər əmələ gətirir. Qədim və orta dövr Azərbaycan ədə-
biyyatına aid ədəbi nümunələrdə də -stan şəkilçisinə rast 
gəlmək mümkündür. Məsələn: Türküstan, Gürcüstan, Öz-
bəkistan, qəbirstan, gülüstan, Monqolustan və s. Dilimizin 
fonetik qaydalarına əsasən, sonu samitlə bitən sözlərdə bu 
şəkilçi qapalı saitlərlə birgə işlənir.
-xana. Dilimizə fars dilindən keçmiş bu şəkilçi azərbay-
canca “ev” mənası verir. Mənbə dildə müstəqil söz kimi iş-
ləndiyi halda, müasir Azərbaycan dilində sözdüzəldici şə-
kilçi kimi çıxış edib, söz kökündəki əşyanın yerini, məkanını 
bildirən isimlər düzəldir. Nisbətən məhsuldarlığı ilə seçilir. 
Məsələn: yeməkxana, toyxana, yasxana, kitabxana, pivəxa-
na, qumarxana, çayxana, qiraətxana, xarabaxana və s.
Qeyd edək ki, -xana söz-şəkilçisi ilə ilə yaranan bir sıra 
sözlərdə şəkilçini azərbaycanca qarşılığı olan “ev” sözü ilə 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə