İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə21/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   ...   17   18   19   20   21   22   23   24   ...   43

64
İlkin Əsgər
dir. Məsələn: bicəngə, Amma elə ki, bicəngə xaloğlum başladı 
dayımı yamsılamağa və dayım kimi dodaqlarını tərpətməyə,.. bu-
rada, doğrusu, mən də gülməyə başaldım. (C.Məmmədquluzadə) 
.(bax: 8.,296).
-ağa. İsimdən isim düzəldən qeyri-məhsuldar söz şəkil-
çidir. Yer, məkan, yol, vasitə bildirir. Məsələn: yolağa
-şar. Feildən isim əmələ gətirən qeyri-məhsuldar söz-şə-
kilçidir. Qoşulduğu sözdə hadisə, əşya, proses, vasitə çaları 
yaradır. Şəkilçiyə dilimizdəki “ovşar” sözündə rast gəlinir.
-ça,-çə. Adlardan kiçiltmə, əzizləmə, əşya, vasitə mənalı 
isim düzəldən şəkilçi kimi məhsuldar (qazança, meydança, 
dəftərçə, kitabça, xalça və s), sifət və feildən isim düzəldən şə-
kilçi kimi qeyri-məhsuldardır. Məsələn: boğçabaxça (uşaq 
baxçası), açıqça
  Baxça  sözü  məktəb  dərsliklərində,  dilçilik  ədəbiyyat-
larında,  lüğətlərdə  bağça  formasında  göstərilmişdir.  Bizə 
görə, bu fikirlə razılaşmaq olmaz. Düzdür, bostan, güllük, 
çiçəklik sözlərinin sononimi olan bağ sözündən kiçiltmə mə-
nalı bağça ismi düzəlir. Lakin baxça sözünün kökü bax(-
maq) felidir. Bu və ya digər bir valideyin öz övladını baxça-
ya baxılmaq üçün, təlim-tərbiyə almaq üçün, yaşına uyğun 
intellekt sahibi olmaq üçün göndərir. Ətrafımızda olan bax-
çalara nəzər saldıqda görürük ki, həqiqətən də, bütün baxça-
lar güllə, çiçəklə, dekorativ bitki və ağaclarla əhatə olunma-
mışdır. Çox güman ki, dilimizdə bağça sözünün işlənməsi 
rus dilindən səhv kalka edilməsi bağlıdır.
 Zənnimizcə, bu sözün yazılışı fonetik prinsip əsasında 
müəyyən  olunmalıdır.  Dilimizdə  yazılışı  fonetik  prinsipə 
əsaslanan yüzlərlə söz vardır. Ona görə də sözü baxça şək-
lində yazmaq daha düzgün və məntiqəuyğundur.


65
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
Boğça  sözünün  yazılışı  da  baxça  sözündəki  kimi  ma-
raq doğurur. Müxtəlif jurnal və qəzetlərdə, bədii əsərlərdə, 
mətbuat dilində bu söz gah boxça, gah da boğça şəklində 
yazılır.  Bu  söz  orfoqrafiya  lüğətlərində  (bax:  6;  17;  18;  19; 
34;)  də  boğça  formasında  verilmişdir.  Söz  ədəbi  tələffüz 
qaydalarına müvafiq olaraq boxça şəklində tələffüz olunur 
və boxça kimi yazılışı da yanlış olaraq burdan qaynaqlanır. 
Bədii əsərlərdə də sözün hər iki yazılış formasına təsadüf 
edilir. Məsələn, İ.Şıxlı yaradıcılığında həm boğça, həm də 
boxça  variantları  vardır:  ...taxçada,  boxçada,  taxçada,  box-
çada.(İ.Şıxlı), Gəlin quşa dönüb çəmənə qonandan sonra yadına 
düşür ki, bıçaq taxçadakı boxçadadır. (İ.Şıxlı),Gəlinlərdən xəl-
vəy yaxtanları açır, boxçaları yır-yığış edirdi.(İ.Şıxlı).
Qeyd edək ki, müasir Azərbaycan ədəbi dilində “box” 
hissəciyi ilə başlayan söz yoxdur. (bax: 17). Boğça leksik va-
hidi də boğmaq, bağlamaq feilləri əsasında yaranmış, -ça 
şəkilçisi vasitəsilə əşya məzmunu qazanmışdır. Ümumiy-
yətlə-ça,-çə şəkilçisinin dilimizdəki funksiyası dilçilik ədə-
biyyatlarında  düzgün  müəyyən  edilməmişdir.  Tədqiqat-
larda –ça,-çə isimlərdən kiçiltmə mənalı söz əmələ gətirən 
şəkilçi kimi verilir. Müasir Azərbaycan dili kitabında (bax: 
55) isə -ça,-çə formadüzəldici şəkilçi kimi verilir:“ Lakin əs-
lində sözdüzəldici şəkilçi hesab edilən həmin morfemlər(-
cıq,-cik,-cuq,-cük;  cığaz,-ciyəz,-cuğaz,-cüyəz;  -ça,-çə  şəkilçiləri 
nəzərdə  tutulur-İ.Ə)  formadüzəldici  şəkilçidir.  Çünki  sözə 
əlavə olunan həmin şəkilçilər heç bir yeni lüğəti məna ifa-
də edən söz yaratmır, sadəcə olaraq qoşulduğu sözdə (ilk 
anlayış qalmaqla) oxşama-əzizləmə, bəzən də azaltma-ki-
çiltmə  çalarlığı  əmələ  gətirir.  Həmin  şəkilçilər  subyektiv 
münasibəti  ifadə  edir  və  sözdüzəldici  şəkilçilərin  heç  bir 


66
İlkin Əsgər
tələbinə cavab vermir”.(55.,84) Lakin ayrı-ayrı dil faktları 
göstərir ki, -ça,-çə şəkilçili bütün sözlər kiçiltmə məzmu-
nu bildirmir, yaxud da kiçiltmə məzmunu ilə yanaşı əlavə 
semantik çalarlar ifadə edir. Məsələn, -ça,-çə şəkilçisi isim-
lərə qoşulduqda kiçiltmə, əşya, alət, vasitə, qab, yer (kita-
bça, qazança, meydança, dəftərçə) bildirdiyi kimi, sifətlərə 
qoşulduqda da kiçiltmə ilə bərabər, kinayə, iztehza( yetim-
çə, əyrimçə), əşya, alət, vasitə (açıqça) məzmununa malik 
olur. Feillərlə işləndikdə isə əşya, kiçiltmə (boğça), qismən 
də yer, məkan (baxça) bildirir. –ça,-çə şəkilçisinin açıqça və 
döşəkçə sözlərində yaratdığı semantika eyni deyildir.
Bu şəkilçi tarixən də morfoloji yolla söz yaradıcılığında 
iştirak etmişdir. Şəkilçi “Kitabi-Dədə Qorqud dastanları”n-
da həm –ça, həm də -ca formasında işlənmişdir: Biŋ yer-
də  ipək  xalıçası  döşənmişdi.(45.,  24),  Biŋ  yerdə  ipək  xalıcası 
döşənmişdi.(45., 119). Bu fərqlilik güman ki, katib səhvləri 
nəticəsində əmələ gəlmişdir.
-cam.  Sifət  düzəldən  qeyri-məhsuldar  çəkilçidir.  Cəm, 
cəm  etmək  sözlərinin  mənasının  daralması,  şəkilçiləşmə-
si  nəticəsində  əmələ  gəlmiş,  əlamət,  keyfiyyət  ifadə  edir. 
Müasir dilimizdə yığcam sözündə rast gəlirik.
-a. İsimdən sifət düzəldən qeyri-məhsuldar şəkilçidir. –a 
şəkilçisi, Ərəb-fars mənşəli isim düzəldən (zamana, xara-
ba), Rus-avropa mənşəli sifət düzəldən (asemantik, anor-
mal),  adlardan  feil  düzəldən  (qanamaq,  boşamaq)  ismin 
yönlük halını əmələ gətirən (kitaba, qatara), və milli mən-
şəli mürəkkəb isim düzələn iç şəkilçi ilə (partapart, basa-
bas) və s. omonimlik keyfiyyətinə malikdir.
Dilimizdə “topa” sözündə rast gəlinir. Qoşulduğu söz-
də  əlamət,  qeyri-müəyyən  kəmiyyət,  tərz  məfhumu  ya-


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə