İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə23/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   ...   19   20   21   22   23   24   25   26   ...   43

70
İlkin Əsgər
ranmışdır.  –inə  şəkilçili  sözlər  ilk  vaxtlar  özündən  əvvəl 
işlənən, yaxud da silsilə təşkil edən cümlələrin, mikro və 
makromətnlərin ümumi məzmunu ilə bağlı olmuş, təkrara 
yol verməmək üçün onların yerində işlənmiş, bir növ özün-
dən sonra gələn cümlələr arasında əlaqələndirici, bağlayı-
cı vasitə olmuşdur. Lakin dilin inkişafı ilə əlaqədar olaraq 
bu şəkilçi tədricən öz funksiyasını dəyişmiş, sözdüzəldici-
lik keyfiyyəti qazanmışdır. Şəkilçinin orta əsrlərə aid bədii 
mətnlərdə işlənməsi onun dilimizdə formalaşma tarixinin 
daha qədim olduğunu göstərir. Məsələn:
 Mən aşiq tərsinə qoy
 Tər təni tərsinə qoy.
 Yaxşını qibləsinə, 
 Aşığı tərsinə qoy. 
(Sarı Aşıq)
-yana.  Adlardan  tərzini  bildirən  zərflər  düzəldir. 
Məsələn:  qardaşyana,  şadyana,  dostyana,  saymazyana 
və s. Telefonda qəza firqə özək katibinin şadyana səsi eşidildi.
(İ.Şıxlı)
-anə,-yanə.  Ad  bildirən  sözlərə  qoşulmaqla  tərz  çaları 
yaradır. Məsələn: dahiyanə, şahanə, mərdanə, şairanə və s
-am. Olduqca qeyri-məhsuldar zərf düzəldən şəkilçidir. 
Tam sözünə artırılaraq tamam zərfini düzəltmişdir. Bəzi dil-
çilik  ədəbiyyatlarında  tamam  sözü  quruluşca  sadə  hesab 
olunur.(bax:48) Bizcə, bu fikirlə razılaşmaq olmaz. Çünki, 
tamam sözünün kökünü “dad” sözünün sinonimi olan tam 
deyil, bütün sözünün sinonimi olan “tam” təşkil edir. Ta-
mam sözünün tam sözündən yaranmasını onlar arasında-


71
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
kı semantik bağlılıq da sübut edir. Məsələn: Amma bir az 
yaxından tanış olanda tamam əksini görürsən. (İ.Şıxlı).
-əri. Həm sifət, həm də zərf düzəldir. Adların və bəzi fe-
illərin sonuna qoşulmaqla, əlamət, keyfiyyət, tərz məzmu-
nu yaradır. Dilimizdə bir neçə sözdə rast gəlinir. Məsələn: 
içəri, köçəri, ötəri və s. Ömər koxa üzə salmasa da, içəridən 
qovrulurdu.(İ.Şıxlı), Ömər koxa eyvanda hərlənən oğlunu içə-
ri çağırdı.(İ.Şıxlı),Teymur isə mənimlə ötəri salamlaşıb qabaqda 
əyləşdi.(İ.Şıxlı). Bir mətləbə toxunmaram ötəri; Tilsimdimi ürə-
yimin təpəri?! (V.Dumanoğlu)
-da. Sözdəyişdirici (qrammatik) şəkilçinin sözdüzəldici 
(leksik) şəkilçiyə çevrilməsi yolu ilə yaranmışdır. Dilimizdə 
qədim dövrlərdən formalaşmış bu şəkilçi hazırda söz yara-
dıcılığında fəal iştirak edir. Zərf düzəldən digər qeyri-məh-
suldar şəkilçilərlə müqayisədə -da,-də nisbətən məhsuldar-
lığı ilə seçilir. Məsələn: onda, payızda, yazda, kənddə, qışda 
və s. Qoşulduğu sözlərdə yer, məkan, zaman çaları yaradır. -da 
şəkilçisi vasitəsilə əmələ gələn onda sözü modal sözə keçid prose-
sini yaşayır.
-dan,-dən. Bu şəkilçi də qrammatik-leksik şəkilçilər qru-
puna aid olub, əlavə olunduğu leksik vahidlərdə hərəkət, 
tərz, səbəb, məqsəd, zaman çaları yaradır. Məsələnbərk-
dən, qəfildən, ucadan, qorxudan,yavaşdan, astadan, əvvəl-
cədən, qabaqcadan, birdən, ürəkdən. alçaqdan və s.
-ən.  Qeyri-məhsuldarlığı  ilə  seçilən  bu  omonim  şəkil-
çi  əsasən,  tərz  anlayışını  ifadə  edən  yeni  sözlər  düzəldir. 
Məsələnruhən, mənən, qəsdən, qəlbən və s.
-lıq,-lik,-luq,-lük.  Şəkilçi  dilimizdə  omonimlik  xüsu-
siyyətinə malikdir. İsim və sifət düzəldən sözdüzəldici şə-
kilçi kimi, məhsuldarlığı ilə seçilir. Məsələn: atalıq, şişlik, 


72
İlkin Əsgər
gözəllik,  yaxşılıq,  onluq,  donluq,  güllük,  beşlik,  mənlik, 
yaylıq, payızlıq, çəmənlik, bolluq, dostluq, pislik və s.
Göründüyü kimi, -lıq,-lik,-luq,-lük məhsuldar şəkilçi ola-
raq isim, sifət, say, əvəzlik, feil qrupuna aid leksik vahid-
lərə artırılmaqla əşya, şəxs, alət, vasitə, proses, əlamət və 
keyfiyyət  anlayışlarını  ifadə  edən  yeni-yeni  sözlər  əmələ 
gətirərək,  söz  yaradıcılığı  prosesində  mühüm  əhəmiyyət 
kəsb edir. Lakin bu şəkilçi zərf düzəldən şəkilçi kimi qey-
ri-məhsuldardır və cəmi bir neçə sözdə rast gəlinir. Məsələn: 
həmişəlik(getmək),  birdəfəlik(  köçmək)  və  s.  Qeyd  edək 
ki müasir Azərbaycan dilində bu şəkilçinin –ca,-cə;-dan,-
dən;-da,-də;-la,-lə  omonim  şəkilçiləri  ilə  sintezi  əsasında 
quruluşca mürəkkəb şəkilçilər yaranırtəzəlikcə, təzəlikdə, 
təzəliklə, indiliklə, hamılıqla, birlikdə, bütünlüklə, sağlıq-
la və s. Mürəkkəb struktura malik bu şəkilçiləri bəzi söz-
lərdə tərkibcə ayırmaq mümkün olduğu halda, bəzilərində 
olmur. Daha çox zaman mənalı məfhumlara artırılıb, tərz, 
zaman, səbəb məzmunu yaradır.
-in,-ın-n. Şəkilçi qeyri-məhsuldar olsa da, ana dilimizin 
yarandığı ilkin dövrlərdən bu günümüzə kimi öz işləkliyi-
ni qorumaqdadır. “Kitabi-Dədə Qorqud dastanları”nın di-
lində də -in,-n şəkilçisi vasitəsilə düzəlmiş leksik vahidlərə 
rast gəlmək mümkündür. “Dastan” dilində -in,-ın şəkilçisi 
vasitəsilə əmələ gəlmiş həm tərz, həm də zaman bildirən 
sözlər-zərflər  işlənmişdir:  Qanturalınıŋ  atını  için  tutdı,gey-
dirdi. Kəndü dəxi için tutdı, geyindi... İçin qara donlı, gög də-
mirlü altı yüz kafir seçdi...Bir yazın, bir güzin buğayla buğrayı 
savaşdırarlardı... 
 
 
  
Bu şəkilçi dialekt və şivələrimizdə də, zəif də olsa işlən-
məkdədir. Qərb qrupu dialekt və şivələrində şəkilçiyə “da-
lın-dalın” leksik vahidinin tərkibində rast gəlinir.


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə