İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə25/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   ...   21   22   23   24   25   26   27   28   ...   43

77
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
əvəz etmək mümkündür. Məsələn: çayxana-çay evi, yeməkxa-
na- yemək evi, kitabxana-kitab evi və s. Lakin bu xüsusiyyəti 
–xana söz-şəkilçisi ilə yaranmış bütün sözlərə aid etmək ol-
maz, istisnalar da vardır. Məsələnqazanxana, motorxana 
kimi sözləri müvafiq olaraq qazan evi, motor evi formasın-
da işlətsək, semantik fərq yaranar.
-şünas.  Farsca  “şenaxtən”  məsdərindən  yaranmışdır. 
Azərbaycan dilində adlardan isim düzəldən məhsuldar 
çı,-çi,-çu,-çü  şəkilçisinin  qrammatik  sinonimi  olan  –şünas 
leksik şəkilçisi həm ərəb, həm fars, həm də ki, Azərbaycan 
mənşəli sözlərin sonuna artırılıb, əsasən, elm, peşə, sənət, 
ixtisas, şəxs bildirən yeni sözlər əmələ gətirir. Məsələn: mu-
siqişünas, şərqşünas, təbiətşünas, ədəbiyyatşünas, coğrafi-
yaşünas, dilşünas, elmşünas, kitabşünas, torpaqşünas və s.
-zadə. Mənbə dildə “oğul”, “uşaq”, “doğulmuş” məna-
larında  işlənir.  Müasir  dilimizdə  isə  soyaddüzəldən  əsas 
şəkilçi  kimi,  isimlərdən  antroponimlərin  yaranmasında 
mühüm rol oynayır. Məsələn: Əsgərzadə, Əsədzadə, Axun-
dzadə, Məmmədzadə, Əlizadə, Vahabzadə, Qarazadə, Ab-
dullazadə, Talıbzadə, Vəlizadə.
-zad. Ərəb-fars mənşəli şəkilçilər qrupuna aid olan qey-
ri- məhsuldar söz-şəkilçidir. Bu şəkilçinin dilimizdəki “şey” 
sözünün ərəbcə qarşılığı olan “zad” sözü ilə heç bir əlaqəsi 
yoxdur. –zad şəkilçisi “zadə” sözündəki ə saitinin düşmə-
si nəticəsində yaranmış və insan, şəxs, əşya bildirən sözlər 
düzəldir. Məsələn: Pərizad, Şirzad və s.
-deh. Olduqca qeyri-məhsuldar şəkilçidir. Cavab sözünə 
artırılaraq  məsulliyyətlilik,  əlamət,  keyfiyyətlilik  bildirən 
cavabdeh sifətini əmələ gətirir.


78
İlkin Əsgər
-avər,-əvər.  Fars  mənşəli  qeyri-məhsuldar  şəkilçi  olub, 
“avərdən” sözündən əmələ gəlmişdir. Dilimizdə gətirmək 
mənasını verir. Həm Ərəb-fars mənşəli, həm də milli mən-
şəli sözlərə qoşularaq əlamət, keyfiyyət, əşya, şəxs anlayışı 
yaradır. Məsələnbəxtəvər, ziyanəvər, cəngavər, dilavər və s.
-şən.  Fars  mənşəli  qeyri-məhsuldar  şəkilçi  olub,  -stan,-
zar,-xana,-gah,-lıq,-liq,-luq,-lük şəkilçilərinin sinonim qarşılı-
ğını təşkil edir. Gül sözünə qoşulub, yer, məkan bildirən 
gülşən sözünü düzəldir.
-zar. Fars mənşəli qeyri-məhsuldar şəkilçi olub, yer, mə-
kan anlayışlarını bildirən məfhumlar düzəldən –şən; -lıq,-
liq,-luq,-lük;-stan  kimi  sözdüzəldici  şəkilçilərin  sinonimi 
olan –zar şəkilçisinin işlənmə dairəsi məhduddur. Dilimiz-
də bir neçə sözdə təsadüf olunur. Məsələnçəmənzar, laləzar, 
gülzar.
 Prof. H.Mirzəzadə -zar şəkilçisi ilə yaranan sözlərin az-
lığını əsas gətirərək yazır: “ Tərkibində -zar şəkilçisi olan 
sözləri  sadə  isimlər  kimi  qəbul  etmək  daha  münasibdir. 
Çünki  –zar  şəkilçisinin  tarixi  inkişafı  da  göstərir  ki,  bun-
da  heç  bir  şəkilçilik  xüsusiyyəti  qalmamışdır,  hətta  söz-
lərin məhdudluğu da bunu sübut edir”.(39.,111) Təbii ki, 
bu fikirlə razılaşmaq olmaz. Çünki dilimizdə az və ya qey-
ri-məhsuldarlığı ilə seçilən onlarla belə şəkilçi mövcuddur. 
Məsələn:  qol+tuq,  qol+çaq,  çirk+in,  tam+arzı,  cavab+deh, 
göl+məc, ot+ux(maq), yel+pik, qan+çır.
Gül və gülzar, lalə və laləzar, yel və yelpik, bağ və bağ-
ban və bu kimi sözlər mənaca bir-birinə yaxın olsalar da, 
eyniyyət  təşkil  etmirlər,  bir-birinin  ekvivalenti  deyillər, 
eyni semantik çalar daşımırlar.


79
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
-keş. Fars mənşəli şəkilçilər qrupuna aiddir. Mənbə dil-
də əsas morfem kimi işləndiyi halda, müasir Azərbaycan 
dilində  budaq  morfem  kimi  çıxış  edir.  Qoşulduğu  sözdə 
əsasən, hal-vəziyyət, əşya, alət, insan, şəxs, meyil anlayış-
ları yaradır. Məsələn: zəhmətkeş, dəmkeş, qəmkeş, xətkeş, 
bəlakeş, cəfakeş, azarkeş, sərinkeş və s.
-ban. –çıvan və -çı,-çi,çu,-çü şəkilçilərinin sinonimi olub, 
dilimizdə peşə, sənət, əşya, şəxs anlayışları ifadə edən söz-
lər düzəldir. Məsələnçıraqban, bağban, nigahban və s.
Fars mənşəli olan –ban şəkilçisi qeyri-məhsuldar olsa da, 
həm  tarixi,  həm  də  təsviri  qrammatikada  morfoloji  yolla 
sözyaratma prosesində iştirak edir. Şəkilçiyə “Dastani-Əh-
məd Hərami”nin dilində də rast gəlinir:
Buluşdu bağban ilə görüşdü
Biri birisinin halın soruşdu.
Hazırda  dilimizdə  bağban  sözünün  tərkibində  işlənsə 
də, XX əsrin birinci yarısında əsasən daha işlək olmuşdur. 
A.Səhhət  yaradıcılığında  əlavə  olaraq  filban  və  nigahban 
sözlərinin tərkibində işlənmişdir:

Xalqa göstərməyə fili filban,
  Küçədə gəzdirir idi hər yan... 
 
 
 
 
 
2. 
Sanma ki, bir ləhzə keşikçim yatır.
  Fikri qalıb məndə nigahbanın.
-əsər.  Ərəb-fars  mənşəli  şəkilçi  olub,  dilimizdə  qey-
ri-məhsuldar şəkilçi funksiyasında çıxış edir. Məsələn: dən-
gəsər; Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin.(M.Ə.Sabir)


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə