İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə22/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   ...   18   19   20   21   22   23   24   25   ...   43

67
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
radır. İfadə etdiyi semantik çalar əsasən, mikro yaxud da 
makromətn  daxilində  məlum  olur.Topa  sözü  həm  sifət, 
həm də zərf, həm də ki numerativ söz kimi işlənir. Məsələn: 
Topa buludlar günəşin üzünü bizdən gizlədirdi; Bu hadisədən 
sonra, Allahyarın və Musa kişinin adamları üstümüzə topa (bir-
likdə, birgə mənasında- İ.Ə) gəlmişdilər; Çayın kənarındakı qoca-
man söyüdün kölgəsinə bir topa adam yığışmışdı.
-a,-ə. Dilimizdəki azsaylı iç şəkilçilərdən olub, omonim-
lik  keyfiyyətinə  malikdir.  Təkrar  olunan  sözlərin  ortasın-
da  işlənərək  mürəkkəb  isimlər  düzəldir.Məsələn:  qaçaqaç, 
basabas, içəiç, baxabax və s.–a iç şəkilçisi təqlidi sözlərlə də 
işlənib  əşya,  proses  bildirən  quruluşca  mürəkkəb  isimlər 
əmələ  gətirə  bilir.  Məsələn:  pıçapıç,  çırtaçırt,  qırtaqırt, 
partapart və s. 
-ha.  Bu  şəkilçi  də  dilimizdə  qeyri-məhsuldar    şəkilçi 
olub, mürəkəb isim əmələ gətirir. Təkrar olunan eyni feil 
köklərinə və təqlidi sözlərə artırılaraq əşya, proses, vasitə 
məzmunu ifadə edən mürəkkəb sözlər düzəldir. Məsələn: 
gəlhagəl, vurhavur, tuthatut, şırhaşır, pıqhapıq, pırhapır, 
gülhagül və s.
-ba,-bə. Sifət düzəldən qeyri-məhsuldar iç şəkilçidir və 
omonimlik  xüsusiyyəti  daşıyır.  Təkrar  olunan  sifətlərin 
daxilində  işlənərək  mürəkkəb  sifətlər  düzəldir.  Məsələn: 
cağbacağ(maşın), düzbədüz(yol), cürbəcür(yemək) və s. Hər 
şeyə göz qoyur, süfrədəki cürbəcür yeməklərdən mənim qabağı-
ma düzürdü.(İ.Şıxlı).
-q. Qeyri-məhsuldar omonim şəkilçidir. Sifətdən birgə-
lik, əlamət anlayışı ifadə edən söz düzəldir. Məsələnortaq 
(fikir)


68
İlkin Əsgər
-sala.  Müasir  Azərbaycan  dilində  atributiv  xarakterə 
malik kar sözündən karsala sözünü əmələ gətirir. Əsasən, 
əlamət, keyfiyyət, xüsusiyyət bildirir.
-kin. Bu omonim söz-şəkilçinin dilimizdə işlənmə tarixi 
qədim olsa da, qeyri-məhsuldarlığı ilə diqqət çəkir. İsim-
dən hal-vəziyət, əşya proses, əlamət bildirən leksik vahid 
əmələ gətirir. –kin şəkilçisi haqqında prof.Ə.Rəcəbli yazır: 
“Bu  şəkilçi  qədim  türk  yazısı  abidələrinin  dilində  qey-
ri-məhsuldar işlənir, -lı,-li şəkilçisinə yaxın məna ifadə edir 
və isimlərə artırılb sifət əmələ gətirir. el(el)- elkin(Y 41) –
elli”. (36.,320). Müasir Azərbaycan dilində bu şəkilçi vasitə-
silə çiskin sözü əmələ gəlmişdir.
 Könlümün sazını dindi, a dünya, 
Bu nə çiskindi, çəndi, a dünya...(V.Dumanoğlu)
-dir. Dilimizdə dikdir sözündə rast gəlirik. Yer, məkan 
məzmunu bildirir. Məsələn: Dikdirə çıxdılar.(İ.Şıxlı), Ələd-
din səsə dönüb baxdı və gördü ki, Həsənağa dikdirdə dayanıb 
aşağı enmək istəmir.(İ.Şıxlı)
-məz. Zərf düzəldən –məz şəkilçisi isim və sifət düzəldən 
–maz,-məz şəkilçisi ilə omonimlik təşkil edir. Dilimizdə bu 
şəkilçiyə dinməz sözündə rast gəlinir. Felə artırılıb hərəkə-
tin tərzini bildirirMəsələn: Qız gözlərini yerdən ayırmadan 
dinməzcə onunla görüşdü.(İ.Şıxlı)
-akı,-əki. Əsasən, adlara əlavə olunmaqla bu və ya digər 
bir hərəkətin vəziyyətini, tərzini, əlamətini bildirən sözlər 
düzəldir. Məsələnyanakı, çəpəki, ötəki, zorakı. O, qıçları-
nının ikisini də bir tərəfə aşırıb çəpəki əyləşmişdi.(İ.Şıxlı)
-aşı.  Hərəkətin  tərzini  ifadə  edən  zərf  əmələ  gətirir. 
Məsələn: yanaşı. Bir dəfə onlar qonaqlıqda yanaşı oturmuşdu-
lar.(İ.Şıxlı)


69
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
-q. Zərfdən zərf düzəldən qeyri-məhsuldar şəkilçi olub, 
feildən  isim,  sifət,  zərf  əmələ  gətirən  –q(-aq)  şəkilçisi  ilə 
omonimlik təşkil edir. Artırıldığı sözdə tərz, vəziyyət çaları 
ifadə edir. Məsələn: yanaşıq (oturmaq)
-ən,-i. Dilimizdə -ən,-i şəkilçisi qəbul edən təkrar, nisbət, 
təxmin, təqrib sözləri də təkrarən, nisbətən, təxminən, təqri-
bən, təxmini və təqribi şəklində düzəltmə kəmiyyət zərfi kimi 
işlənə bilir. Məsələn: Mən bu sözləri təxmini deyirəm. Anası bu 
sözləri Narınca təkrarən deməli oldu.(S.Rəhman) (51.,216).
-pörtü. Bu şəkilçi müasir Azərbaycan dilində söz sonu-
na  qoşulmaqla  hərəkətin  tərzini,  vəziyyətini  bildirən  söz 
əmələ gətirir. Çox güman ki, -pörtü şəkilçisi dilin inkişafı-
nın hansısa bir mərhələsində müstəqil leksik mənaya malik 
söz kimi işlənmiş, zaman keçdikcə mənasının daralması, il-
kin semantikasından uzaqlaşması, yaxud da şəkilçiləşməsi 
nəticəsində özünün leksik çalarından məhrum olmuşdur. 
Hazırda  dilimizdə  qeyri-məhsuldar  şəkilçi  kimi  çıxış  et-
məkdədir. Məsələn: yanpörtü
-inə.  Bu  şəkilçi  adların  sonuna  artırılmaqla  hərəkətin 
tərzini,  əlamətini  bildirən  düzəltmə  zərflər  əmələ  gətirir. 
Məsələn: tərsinə, çəpinə, eninə, əksinə, əvəzinə, ziddinə, di-
kinə və s.
Mən bulağam gözüm dolu,
Mən bulağam coşqun sulu,
Mən insanam, ömür yolu- 
Düzünədi, tərsinədi. 
 
 
 
 
 
(V.Dumanoğlu)
Qeyd:  Bu  şəkilçi  əslində  quruluşca  mürəkkəb  olub,  III 
şəxsin  təkinin  mənsubiyyət  şəkilçisi  və  yönlük  hal  şəkil-
çisinin  birləşməsindən  əmələ  gəlmişdir,  sözdəyişdirici 
şəkilçinin  sözdüzəldici  şəkilçiyə  çevrilməsi  əsasında  ya-


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə