İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə32/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   ...   28   29   30   31   32   33   34   35   ...   43

98
İlkin Əsgər
-naj.  Qeyri-məhsuldar  şəkilçi  kimi  ad  əmələ  gətirir. 
Mənbə dildən fərqli olaraq dilimizdə şəkilçi kimi çıxış edir, 
ancaq hələ tam sabitləşməyib. Məsələn: tonnaj
-iv,-tiv. Rus-avropa mənşəli son şəkilçidir. Əsasən adla-
rın sonuna əlavə olunaraq əlamət bildirən sözlər düzəldir. 
Məsələn:  normativ,  subyektiv,  formativ,  fakültativ,  ob-
yektiv və s.
-ar. Adlardan sifət düzəldən qeyri-məhsuldar söz-şəkilçi 
olub, milli mənşəli feil düzəldən –ar şəkilçisi ilə omonim-
lik  keyfiyyətinə  malikdir.  Qoşulduğu  sözdə  xüsusiyyət, 
əlamət, keyfiyyət çaları ifadə edir. Məsələn: elementar, pla-
netar, elitar və s.
-ari. İsimdən isim düzəldən qeyri-məhsuldar söz-şəkilçi 
olub, neologizm əmələ gətirir. Şəkilçiyə müasir dilimizdə-
ki  “parlamentari”  sözündə  rast  gəlinir.  –ari  şəkilçisi  mil-
li mənşəli –çı,-çi,-çu,-çü şəkilçisi ilə qrammatik sinonimlik 
təşkil edir. 
-ev,-ov,-yev. Bu şəkilçilər dilimizə rus dilindən keçmiş-
dir. Müasir Azərbaycan dilində söz sonuna artırılaraq so-
yad  bildirən  sözlər-antroponimlər  düzəldir.  Əslində  -ov,-
yev  şəkilçiləri  məhsuldar  olub,  xeyli  sayda  söz  düzəldir. 
Məsələn:  Əliyev,  Əsgərov,Əsədov,  Məmmədov,  Xəlilov, 
Qarayev, Əmirov, Qurbanov, Sarıyev, Balıyev, Verdiyev, 
Quliyev, Nuriyev və s.
Lakin  soyad  düzəldən  –ev  şəkilçisinin  işlənmə  dairəsi 
məhduddur. Demək olar ki, bir neçə sözdə işlənir. Şəkil-
çinin işlənməsi müvafiq prinsipə əsaslanır. Sonu “y” hərfi 
ilə  qurtaran  ikihecalı  sözlərə  -ov,  -yev  şəkilçisini  artırmaq 
olmur. Bu tip sözlərdən yeni söz əmələ gətirmək üçün –ev 
şəkilçisindən istifadə olunur. Məsələn: Qaçayev, Sadayev, 
Sudayev, Xasayev, Gərayev və s.


99
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
Qeyd edək ki, bu qaydanı sonu “y” ilə bitən sözlərə aid 
etmək olmaz. Məsələn, sonu “bəy” sözü ilə qurtaran sözlərə 
-ev şəkilçisini artırmaq mümkün deyil. Belə sözlər müvafiq 
olaraq –ov,-li şəkilçilərindən birini qəbul edir. Məsələn: Xə-
lilbəyov,  Əlibəyov,  Hacıbəyov,  Xəlilbəyli,  Hacıbəyli  və  s. 
Bu şəkilçi haqqında vaxtilə prof. Ə.Əfəndizadə “Suallar və 
cavablar”da geniş şərh vermişdir.(bax: 31)
-is. İsimdən isim düzəldən qeyri-məhsuldar şəkilçi olub, 
əşya, proses məzmunu bildirir. Şəkilçiyə dilimizdəki “kri-
zis” sözündə rast gəlinir.
-al,-ial,-ual.  Rus-avropa  mənşəli  şəkilçilər  qrupu-
na  daxildir.  Söz  sonuna  artırılmaqla  adlardan  keyfiyyət, 
əlamət bildirən sözlər düzəldir. Məsələn: prinsipial, para-
doksal, vektorial, prosesual, bronxial, fenomenal, regional, 
eksperimental və s.
-ik.  Əsasən,  adlara  artırılıb  sifət  düzəldən  Rus-avropa 
mənşəli  şəkilçidir.  Müasir Azərbaycan  dilində  ritmik,  ti-
pik, sinxronik, mifik, statik, avtomatik, fanatik kimi söz-
lər bu şəkilçi vasitəsilə yaranmışdır.
-amt.  Mənbə  dildən  (italyan  və  alman  dillərindən)  fərqli 
olaraq dilimizdə şəkilçi qismində iştirak edir. Qoşulduğu 
sözdə əsasən, yer, məkan, obyekt, əşya məzmunu bildirir. 
Müasir Azərbaycan dilində bu şəkilçiyə “poçtamt” sözün-
də təsadüf olunur.
-at. Rus-avropa mənşəli şəkilçilərdən biri olub, Ərəb-fars 
mənşəli –at şəkilçisi ilə omonimlik keyfiyyətinə malikdir. 
Yer, məkan, əşya anlayışı ifadə edən sözlər əmələ gətirir. 
Məsələndekonat, rektorat, direktorat, çempionat və s.
-on.  Bir  cür  yazılan  və  ahəng  qanununa  tabe  olma-
yan  Rus-avropa  mənşəli  qeyri-məhsuldar  söz-şəkilçidir. 
Məsələn: leksikon.


100
İlkin Əsgər
-atr. Bu şəkilçi mənbə dildən fərqli olaraq dilimizdə şə-
kilçi kimi çıxış edir. Lakin –atr budaq morfemini bütün söz-
lərdə şəkilçi kimi götürmək mümkün deyil. Bəzi sözlərdə 
leksik mənaya malik olmadığı üçün qeyri- məhsuldar şə-
kilçi funksiyasını yerinə yetirir və sənət, peşə, şəxs, əşya, 
vəzifə məzmununu ifadə edir. Məsələn: psixiatr
-yer. Söz-şəkilçi olub, sənət, peşə, şəxs bildirən neologizmlər 
düzəldir. Məsələn: modelyer, medalyer və s.
-yar.  Rus-avropa  mənşəli  qeyri-məhsuldar  söz-şəkilçi 
olub, əsasən, dilimizdə terminlər ifadə edir. Məsələn: mo-
lekulyar, molyar, formulyar və s.
-a. Dilimizdəki texnika, elita, etika, estetika və s. kimi 
sözlərdə təsadüf olunur. Qeyd edək ki, sonu “a” ilə bitən 
bəzi  alınma  sözlər  Azərbaycan  dilində  anlaşıldığı  üçün
“a”sız,  bəziləri  isə  anlaşılmadığı  üçün  “a”  ilə  yazılır.
(bax:41.,176). Mənbə dildən fərqli olaraq dilimizdə bu şə-
kilçi sözlərdə semantik fərq yarada bilir.
-oloq. Əsasən, ixtisas, peşə, sənət bildirən sözlər düzəl-
dir. Məsələn: mifoloq, psixoloq, türkoloq, tipoloq və s. Bəzi 
tədqiqatlarda  (48)  -loq,-oloq  şəkilçisi  ilə  düzələn  sözlərə 
nümunə  olaraq  geoloq,  bioloq  kimi  sözlər  verilir.  Bizə 
görə, bu tip sözləri quruluş nöqteyi-nəzərdən sadə götür-
mək daha məqbuldur. Çünki dilimizdə geoloq, bioloq kimi 
sözləri həm tərkibinə görə ayırmaq mümkün deyil, həm də 
lüğətimizdə (bax: 6 və 17) “geo”, “bio” adlı müstəqil məna-
lı sözə rast gəlinmir. Məsələnin bu şəkildə qoyuluşu dildə 
dolaşıqlıq yaradır. Çox güman ki, bu tip sözləri düzəltmə 
hesab edən tədqiqatçılar bu və ya digər bir sözün mənbə 
dildəki daxili semantikasına əsalanırlar. Şübhəsiz ki, bu fi-
kirlə razılaşmaq düzgün deyil.


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə