İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə27/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   ...   23   24   25   26   27   28   29   30   ...   43

83
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
kilçi Ərəb-fars və Azərbaycan dili sözlərinə qoşularaq yeni 
söz düzəldir. Məsələn: rüşvətxor, müftəxor, çayxor.(7.,18), 
nəşəxor, ziyanxor və s.
-fəşan.  Bu  söz  dilimizə  fars  dilindən  keçibdir.  Mənbə 
dildə müstəqil söz kimi işləndiyi halda müasir Azərbaycan 
dilində qeyri-məhsuldar şəkilçi kimi çıxış edir. fəşan azər-
baycanca  “səpən”,  “səpələyən”,  “saçan”  mənalarını  verir. 
Şəkilçiyə dilimizdəki “atəşfəşan” və “canfəşan” kimi söz-
lərdə rast gəlinir. Həm söz kökü, həm də şəkilçi fars mən-
şəlidir. ( bax: 46.,22; 46.,80 ; 46.,197; 8.,159).
-ani.  Ərəb  mənşəli  qeyri-məhsuldar  şəkilçi  olub,  isim-
dən sifət əmələ gətirir. –ani şəkilçisinə müasir Azərbaycan 
ədəbi dilində işlənən “cismani” sözündə rast gəlinir. 
-tani.  Bu  şəkilçi  də  Ərəb  mənşəli  olub,  dilimizdə  qey-
ri-məhsuldar  şəkilçi  qismində  çıxış  edir.  Əsasən,  “hamı, 
hamısı, nəticə, yekun ümumi, cəmi” məzmununu ifadə edir. 
Məsələn: cümlətani; Cümlətani on beş kişi idi: hamısı əsgər 
geyimli, dəri papaqlı idi.(Y.V.Çəmənzəminli), Cümlətani eləyir 
iki manat on dörd şahı üç qəpik.(Ə.Haqverdiyev) və s.
Həm  sözün  kökü,  həm  də  şəkilçi  XIX-XX  əsrə  aid  bə-
dii  mətnlərdə  daha  çox  işlənmişdir.  Müasir  dilimizdə  isə 
əsasən, “cəmi-cümlətani” şəklində işlənməkdə və sabitləş-
məkdədir.
-xah. Ərəb-fars mənşəli şəkilçi olub, dilimizdə bir neçə 
sözdə  təsadüf  olunur.  Bəzi  dilçilik  ədəbiyyatlarında–xah 
şəkilçisi  ilə  əmələ  gələn  sözlər  düzəltmə  hesab  olunmur. 
(bax:39)  Məsələn:  bədxah(insan),  xeyirxah(müəllim),  aza-
dxah( quruluş), üzrxah və s. –xah şəkilçisi daha çox adla-
rın  sonuna  qoşulmaqla  yeni  mənalı  sözlər  əmələ  gətirir. 
Məsələn: Gəlsənə xeyirxah bir iş görək?!(İ.Şıxlı).


84
İlkin Əsgər
-bin. Fars mənşəli olub, dilimizdə kəcbin, xudbin, bədbin 
kimi sözlərdə rast gəlinir.
-iş. Fars mənşəli qeyri-məhsuldar söz-şəkilçi olub, ad və 
feil düzəldən milli mənşəli –iş şəkilçisi ilə omonimlik təş-
kil edir. –iş şəkilçisi əsasən tərkib daxilində işlənən və fars 
mənşəli “bəxş” sözünə əlavə olunmaqla, əşya,alət, vasitə, 
hədiyyə çalarını ifadə edən “bəxşiş” ismini əmələ gətirir.
-gah.  Fars  mənşəli  olub,  –şən;  -lıq,-liq,-luq,-lük;-stan;-
zar kimi şəkilçilərlə sinonimlik təşkil edir. Əsasən, söz kök-
lərinə qoşulub, yer, məkan, əşya anlayışı ifadə edən sözlər 
düzəldir. Azərbaycan dilinin tarixi və təsviri qrammatika-
sının müqayisəli öyrənilməsi –gah şəkilçisinin qədim tarixi 
köklərə  malik  olduğunu  deməyə  əsas  verir.  Elmşünaslıq-
da  dilçilər  –gah  şəkilçisi  haqqında  maraqlı  mülahizələr 
söyləmişlər.  Məsələn,  H.Mirzəzadə  şəkilçi  haqda  yazır: 
“-gah şəkilçisi dilimizdə tarixən zəifləməyə doğru inkişaf etmiş-
dir. XIX əsrə nisbətən, XX əsrin əvvəllərindən etibarən daha da 
passivləşmişdir. Müasir dilimizdə özünü qərargah sözündə saxla-
maqdadır”.(39.,114) H.Mirzəzadənin bu fikri ilə razılaşmaq 
çətindir. Çünki müasir dilimizdə -gah şəkilçisi ilə düzələn 
“qərargah” sözü ilə bərabərseyrangah, atəşgah, qibləgah, 
səcdəgah, çəməngah, gorgah, nişangah, mənzilgah, pənah-
gah, ziyarətgah, ordugah kimi onlarla yeni söz yaranmışdır.
-pəsənd. Dilimizdə xudpəsənd, avampəsənd kimi sözlə-
rin tərkibində işlənərək mənfilik, əlamət, keyfiyyət bildirir.
-saz.  Farsca  “saxtən”  felinin  əsası  olub,  azərbacanca 
“düzəldən”, “təmir edən”, “yaradan” mənasını ifadə edir. 
Müasir  Azərbaycan  dilində  qeyri-məhsuldar  söz-şəkilçi 
kimi, əsasən, ad bildirən sözlərə artırılıb atributiv mənalı 


85
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
yeni  sözlər  düzəldir.  Məsələn:  saatsaz,  rəngsaz,  aynasaz 
və s.
-gər.  Ərəb-fars  mənşəli  qeyri-məhsuldar  şəkilçi  olub, 
müasir  dilimizdə  sənət,  peşə,  əlamət,  keyfiyyət,  mənfi-
lik  anlayışlarını  yaradan  yeni  məfhumlar  əmələ  gətirir. 
Məsələn: cadugər, misgər, kimyagər, hiyləgər, zərgər və s.
-gor. Sifətdən ad düzəldən fars mənşəli qeyri-məhsuldar 
şəkilçidir Məsələn: avaragor 
-abad. Ərəb-fars mənşəli əbəd, abad, abadan, abadə söz-
lər ilə kökdaş olub, “sonsuz zaman, həmişəlik olan, əbədi-
lik, abad olan yer, əhali məskunlaşan yer, tikinti olan yer” 
mənalarını  ifadə  edir.  Müasir  Azərbaycan  dilində  -abad 
həm müstəqil leksik mənaya malik söz kimi , həm də şəkil-
çi kimi çıxış edir. Şəkilçi kimi isimlərin sonuna qoşularaq 
yer,  məkan,  yaşayış,  ərazi  bildirən  leksik  vahidlər-  topo-
nimlər əmələ gətirir. Məsələn: Əliabad, Cəlilabad, Sabira-
bad, Şəkərabad, Abdullabad, Müşfiqabad və s.
-abad şəkilçisi dilimizdə tarixən də işlənmiş, ərazi adı bil-
dirən sözlər düzəltmişdir: Pənahabad, Kirovabad və s. Özü isə 
müalicə üçün Kirovabada getməyə hazırlaşdı.(İ.Şıxlı)
-an. Fars mənşəli şəkilçi olan –an mənsub olduğu dildə 
cəmlik bildirir, cəm şəkilçisi kimi çıxış edir. Dilimizdə isə 
yer, məkan anlayışını bildirən toponimlər yaradır. Məsələn: 
Əsgəran, Türkan və s.
-a,-ə. Ərəb-fars mənşəli sözlərin sonuna artırılaraq əşya, 
yer, xüsusiyyət bildirən söz düzəldirxaraba, zamana, qə-
ribə, nərə və s.
 Qeyd edək ki, -a,-ə şəkilçisi dilimiz üçün xarekterik ol-
mayan cins kateqoriyasının göstəricisi kimi də çıxış edərək 
şəxs adlarının yaranmasında da iştirak edir. MəsələnFəri-
də, Vüsalə, İlhamə, Xəyalə, Samirə və s.


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə