İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə26/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   ...   22   23   24   25   26   27   28   29   ...   43

80
İlkin Əsgər
-bəsər.  Bu  şəkiçi  də  qeyri-məhsuldar  şəkilçi  olub,  qo-
şulduğu sözdə əlamət, xüsusiyyət, əşya çaları yaradır. Şə-
kilçiyə dilimizdəki “gicbeyin” sözünün sinonimi olan gic-
bəsər” sözündə rast gəlinir.
-mə. “Ərəb mənşəli bu şəkilçi ön şəkilçi olub, adlardan 
ad düzəldən qeyri-məhsuldar şəkilçidir. Məsələn: mədaxil, 
məxaric və s. .(7..,23).
-ənin.  Fars  mənşəli  olub,  müasir  Azərbaycan  dilində 
qeyri-məhsuldar  şəkilçi  qismində  çıxış  edir.  Qoşulduğu 
sözdə təxminən dilimizdə sifət düzəldən dördvariantlı –li 
şəkilçisinin semantikasını yaradır. Fars mənşəli “naz” sö-
zündən “nazənin” sözünü əmələ gətirir.
-ə.  Bu  şəkilçi  Ərəb-fars  mənşəli  şəkilçilər  qrupuna  aid 
olub,  omonimlik  keyfiyyətinə  malikdir.  Müasir Azərbay-
can dilində ön şəkilçi kimi çıxış edir və əksilik, ziddiyyət 
bildirir. Məsələn: lehinə-əlehinə 
-kar. Mənbə dildə müstəqil söz kimi “iş” anlayışını bil-
dirir. Azərbaycan dilində isə müvafiq ad bildirən sözlərin 
sonuna artırılaraq peşə, sənət, insan, şəxs, əlamət, keyfiy-
yət, xüsusiyyət bildirən yeni sözlər əmələ gətirir. Məsələn
sənətkar, peşəkar, davakar, fitnəkar, təcavüzkar, xatakar, 
tamahkar, tələbkar, təmizkar, ziyankar və s
-pərəst. Fars dilində müstəqil söz kimi işlənir. “Pərsti-
dən” məsdəri əsasında əmələ gəlmiş, “bərk sevmək” mənası-
nı verir. Daha çox şəxslə bağlı əlamət, keyfiyyət, xüsusiyyət 
ifadə edən düzəltmə sifətlər əmələ gətirir. Məsələnşöhrət-
pərəst,  qonaqpərəst,  xaçpərəst,  xəyalpərəst,  millətpərəst, 
pulpərəst və s.
-dar,-ədar.  Mənbə  dildə  “daştən”  sözündən  yaranmış 
bu  şəkilçi  fars,  ərəb  və  Azərbaycan  sözlərinə  qoşularaq 


81
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
düzəltmə isim və sifətlər əmələ gətirir.  Bəzi məqamlarda 
milli  mənşəli  –çı,-çi,-çu,-çü  şəkilçisinin  ekvivalenti  kimi 
çıxış edir. Məsələn: dindar, əməkdar, vəfadar, xəbərdar, cin-
dar, xəzinədar və s. Daha çox peşə, sənət, ixtisas anlayışları 
yaradır. Məsələn: Elə həmin axşam Kosaoğlu qonağı prokuror 
Əsədovu yedirib içirəndən sonra hesabdarla anbardar Musa-
nı yanına çağırdı... Hesabdar qorxa-qorxa qapıya yaxınlaşdı.(İ.
Şıxlı) -ədar şəkilçisinə isə dilimizdə mülkədar sözündə rast 
gəlirik.
-bər. Ərəb-fars mənşəli şəkilçi olub, adlara qoşulmaqla 
ad  düzəldir.  Mənbə  dildə  müstəqil  leksik  mənaya  malik 
olsa da, dilimizdə qeyri-məhsuldar şəkilçi kimi çıxış edir. 
Məsələn: səfərbər, dilbər və s.
-əng. Fars mənşəldir, məhdud sayda söz düzəldir. Dili-
mizdə turşəng, turpəng kimi sözlərdə rast gəlirik. Tədricən 
işləkliyini itirməkdədir.
-gir.  Bu  şəkilçi  də  fars  mənşəli  qeyri-məhsuldar  şəkil-
çilər  qrupuna  daxildir.  Bəzi  dilçilik  ədəbiyyatlarında  –gir 
şəkilçisi müstəqil şəkilçi hesab olunmur.(bax:39)
Əsasən,  Ərəb-fars  mənşəli  sözlərin  sonuna  artırılaraq 
insan, şəxs, əşya,meyil, həvəs, əlamət, keyfiyyət məzmunu 
bildirən isim və sifətlər düzəldir. Məsələn: fəndgir, pulgir, 
dünyagir,  kəfgir,  cahangir  və  s.  Cibgir  özünsən.(İ.Şıxlı),O 
tələsmədi,  qazanların  yanında  hərləndi,  pıqqıldayıb  qaynayan 
bəhməzə baxdı, kəfgirlə qarışdırdı.(İ.Şıxlı). Dilimizdə -gir şə-
kilçisinin  –agir  forması  da  işlənmişdir.  M.İbrahimovun 
“Gələcək gün” romanında “pulagir” şəkilində işlənmişdir: 
Onunla söhbətindən pulagir olduğunu anlamışdı.
-vat.  Dilimizə  fars  dilindən  daxil  olmuşdur.  Xırdavat, 
səbzəvat  kimi  sözlərin  tərkibində  işlənir.  –vat  şəkilçisi  is-


82
İlkin Əsgər
tisna hallarda –lıq şəkilçisi ilə birgə işlənib sənət, peşə, şəxs 
bildirir. Məsələn: taksivatlıq.
-xar.  Şəkilçi  kimi  statik  səciyyə  daşıyır.  Dilimizdəki 
qəmxar sözü bu şəkilçi vasitəsilə yaranıb.
-ah. Mənbə dildən fərqli olaraq dilimizdə qeyri-məhsul-
dar şəkilçi olub, isimdən mücərrəd mənalı isim əmələ gəti-
rir. Məsələn: tamah.
-dan. Fars mənşəli –dan şəkilçisi ismin çıxışlıq hal və zərf 
düzəldən –dan şəkilçisi ilə omonimlik keyfiyyətinə malik-
dir. Müasir Azərbaycan dilində əşya, qab-qacaq, alət məz-
munu ifadə edən yeni sözlər əmələ gətirir. Məsələn: gül-
dan, şamdan, nəməkdan, çaydan, qələmdan, qənddan və s. 
Nisbətən məhsuldarlığı ilə seçilən şəkilçilərdən biridir.
-iyyə. Ərəb mənşəli şəkilçi olub, müasir dilimizdə şəxs, 
əşya, ad, titul, fərziyyə, nəzəriyyə, təriqət, cərəyan, yer, mə-
kan məfhumlarını ifadə edən düzəltmə sözlər əmələ gəti-
rir.  Məsələn:  Ülviyyə,  fərziyyə,  Rəsmiyyə,  Şəmsiyyə,  Əh-
mədiyyə, Səfəviyyə, İskəndəriyyə və s.
-iyyat, -iyyət. Bu şəkilçi də nisbətən məhsuldarlığı ilə se-
çilən ərəb mənşəli şəkilçilər qrupuna aiddir. Dilimizdə elm, 
təhsil, proses, hal, əhval, səmimiyyət, nəzəriyyə, istiqamət, 
ictimai məzmun daşıyan düzəltmə sözlər yaradır. Məsələn. 
ədəbiyyat,  ülviyyət,  rəsmiyyət,  riyaziyyat,  hakimiyyət, 
qabiliyyət, qalibiyyət, məğlubiyyət, külliyat, mənəviyyat, 
mədəniyyət, əbədiyyət, şəxsiyyət, fəaliyyət, aidiyyat, səmi-
miyyət, şirniyyat və s.
Nümunələrdən  də  göründüyü  kimi,  şəkilçi  daha  çox 
Ərəb-fars mənşəli söz köklərinə artırılır.
-xor. Farsca yemək mənasını bildirən “xorden” sözündən 
olub, mənsub olduğu dildə leksik vahid kimi işlənən bu şə-


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə