İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə20/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   ...   16   17   18   19   20   21   22   23   ...   43

61
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
sözdüzəldici, həm də sözdəyişdirici şəkilçi kimi işlənməklə 
omonimlik  keyfiyyəti  daşıyır.  –da  şəkilçisi  sifət  düzəldən 
şəkilçi  kimi  dilimizdə  qeyri-məhsuldardır  və  əsasən  -dey 
şəkilçisinin  yaratdığı  semantikanı  ifadə  edir.  Söz  sonuna 
qoşulmaqla əlamət, məkan, xüsusiyyət məzmunu yaradır. 
Məsələn: dalda(yer), yaxud da daldey.
-ün,-in. Adlardan sifət düzəldən qeyri-məhsuldar omo-
nim şəkilçidir. Qoşulduğu sözdə əlamət, keyfiyyət, dərəcə, 
görkəm bildirir. Məsələnüstün, çirkin və s.
-am.  Sifətdən  sifət  düzəldən  qeyri-məhsuldar  omo-
nim şəkilçidir. Əlamət, xüsusiyyət, keyfiyyət bildirir. Sifət 
düzəldən –am şəkilçisinə dilimizdəki “tarım” sözünün si-
nonimi olan “daram” sözündə rast gəlinir.
-təhər.  Bu  şəkilçi  sifət  düzəldən  nisbətən  məhsuldar 
omonim şəkilçidir. Əslində sifətin azaltma dərəcəsini sin-
taktik  yolla  əmələ  gətirən  sözlərdən  biridir.  Şəkilçi  qis-
mində işlənən –təhər, ad bildirən təhər sözü ilə omonimlik 
keyfiyyəti daşıyır. Şəkilçinin orfoqrafiyası dilçilik ədəbiy-
yatlarında müxtəlif şəkildə göstərilmiş; gah sözlərə bitişik, 
gah da ayrı yazılmışdır. Azərbaycan dilinin orfoqrafiya lü-
ğətinin VI nəşrində düzgün yazılış forması kimi sözlərə bi-
tişik verilmişdir. –təhər müasir Azərbaycan dilində tədricən 
müstəqilliyini, leksik mənasını, konkretliliyini itirməkdədir 
və qoşulduğu sözdə əlamət, keyfiyyət, bənzərlik, oxşarlıq, 
müqayisə, dərəcə, rəng, həcm, ölçü, mücərrədlik semanti-
kasına malik olur. Məsələn: ağtəhər, sarıtəhər, kiçiktəhər, 
böyüktəhər,  uzuntəhər,  kişitəhər,  dəlitəhər,  boztəhər,  ba-
battəhər və s. 
İstisna hallarda bu şəkilçi vasitəsilə tərzi-hərəkət zərfi də 
əmələ gəlir: birtəhər.


62
İlkin Əsgər
 - Alıram, ay bala, mən də donluğu
Çörəyə verirəm bircə onluğu.
Dollannam birtəhər, Allaha şükür...
Gözlərim nədənsə yaman yol çəkir..! (V.Dumanoğlu)
-yın. Şəkilçi qeyri-məhsuldar olubarxayın sözündə işlə-
nir.Məsələn: Halay bəy heç kəsə dəyib-toxunmadığından özün-
dən arxayın idi, binələrin ətrafında başını girləyirdi.(İ.Şıxlı).
-dik. Feildən sifət düzəldən qeyri-məhsuldar və omonim 
şəkilçidir. Qoşulduğu sözlərdə təqribən –ası,-əsi,-acaq,-əcək 
və  -malı,-məli  feli  sifət  şəkilçilərinin  ifadə  etdiyi  semantik 
çaları ifadə edir. –dik şəkilçisini qəbul etmiş leksik vahidlər 
bəzən mətndaxili situasiyadan asılı olaraq “qədər” sözü ilə 
işlənir. Şəkilçiyə dilimizdəki “çatdıq”, “yetdik” kimi söz-
lərin tərkibində rast gəlinir. Məsələn: Sinəmdə sizə yetdik
Mənim bir az sözüm var.(R.Rza)
-gəc,-qac,-ğac,-ğıc.  Feillərin  sonuna  qoşulmaqla,  şəxs, 
əşya,  alət,  proses,  vasitə,  sənət,  peşə  məzmunu  yaradan 
isimlər  düzəldən  qeyri-məhsuldar  omonim  şəkilçidir. 
Məsələntutqac, sürtgəc, qıyğac, sallanğıc, süzgəc, üzgəc, 
dalğıc, başlanğıc, burğac, sayğac və s.
-əmlik.  Söz-şəkilçi  olub,  əvəzlikdən  isim  əmələ  gəti-
rir.  Şəkilçi  əslində  I  şəxsin  təkinin  şəxs  sonluğu  və  isim 
düzəldən –lik şəkilçinin sintezi əsasında əmələ gəlmiş və 
mürəkkəb struktura malikdir. Təqribən –dakı,-dəki,-cası-
na,-cəsinə,-əlik  şəkilçilərinin  quruluş  modelləri  əsasında 
yaranmışdır. Məsələn: mənəmlik.
-mac,-məc.  Feildən  isim  düzəldən  qeyri-məhsuldar  şə-
kilçi  olub,  -ma,-mə  və  -c  şəkilçisinin  sintezindən  əmələ 


63
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
gəlmişdir. Qoşulduğu sözdə əşya, alət, vasitə anlayışı ifa-
də edir. Məsələn: yanıltmac, döyməc, bulamac, bozlamac, 
doğramac, yaxmac və s.
-ıca,-icə. İsim və feildən insan, şəxs, əşya, şəcərə, nəsil 
məzmunlu sözlər əmələ gətirən qeyri-məhsuldar şəkilçidir. 
Məsələn: yadıca, iticə
-ma,-mə. Bu şəkilçi müasir Azərbaycan dilində həm lek-
sik,  həm  də  qrammatik  şəkilçi  kimi  omonimlik  keyfiyyə-
tinə malikdir. Leksik şəkilçi kimi isim və sifətlərin əmələ 
gəlməsində fəal iştirak edir və məhsuldardır. Məsələn:bur-
ma, qurma, doğrama, hörmə, görmə, qırma, vurma, bölmə, 
gəlmə və s. Lakin isimdən isim düzəldən –mə şəkilçisi qey-
ri-məhsuldardır. Məsələn: gölmə. –mə şəkilçisi –c şəkilçisi 
ilə birləşib yer, məkan mənalı isim də düzəldə bilir: gölməc.
-caq,-çək. İsimdən isim düzəldən qeyri-məhsuldar omo-
nim şəkilçidir. Əşya məzmunlu sözlərə qoşularaq əşya, alət, 
vasitə məzmunu yaradır. Məsələnoduncaq, dibçək, dilçək.
-xana. Sifətdən sifət düzəldən qeyri-məhsuldar omonim 
və söz-şəkilçidir. Bu şəkilçinin fars mənşəli –xana şəkilçisi 
ilə bağlılığı yoxdur. Sadəcə onunla omonimlik xüsusiyyəti 
daşıyır. Artırıldığı sözdə əlamət, xarakter, keyfiyyət çaları 
ifadə edir. Məsələn: yekəxana 
-maz,-məz. İnkarlıq bildirən –ma,-mə və qeyri-qəti gələ-
cək zaman şəkilçisi –ar,-ər şəkilçisinin sintezi əsasında ya-
ranmış  ad  düzəldən  şəkilçidir.  Sözdəyişdirici  şəkilçinin 
sözdüzəldici  şəkilçiyə  çevrilməsi  yolu  ilə  əmələ  gəlmiş 
qeyri-məhsuldar  şəkilçidir.  Məsələn:  Qorxmaz,  Solmaz, 
axmaz, yaramaz və s.
-duq. Dilimizdə “burunduq” sözündə rast gəlirik.
-əngə. Addan ad əmələ gətirən qeyri-məhsuldar şəkilçi-


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə