İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə19/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   ...   15   16   17   18   19   20   21   22   ...   43

58
İlkin Əsgər
raykom-rayon komitəsi, partkom-partiya komitəsi, zavkom-zavod 
komitəsi.  Müasir  Azərbaycan  dilində  tədricən  şəkilçiləş-
məyə  doğru  gedir.  Təmizkom,  sinifkom,  bazarkom  kimi 
sözlərdə rast gəlirik.
-əri. Həm sifət, həm də zərf düzəldən qeyri-məhsuldar 
omonim şəkilçidir. Məsələniçəri, köçəri, ötəri, gedəri və s. 
Qız içəri girdi.(İ.Şıxlı)
-ra. Bu şəkilçi dilimizdə əsasən yer, məkan, qismən də 
işarə  mənalı  leksik  vahidlər  əmələ  gətirir.  Məsələn:  ora, 
bura. 
Bu  şəkilçi  haqqında  dilçilikdə  müxtəlif  meyarlar  əsa-
sında tədqiqatlar aparılmış, mülahizələr söylənmişdir. –ra 
şəkilçisi  vasitəsilə  əmələ  gəlmiş  ora,  bura  kimi  sözlər  də 
gah isim, gah əvəzlik, gah da ki yer zərfi kimi tədqiq olun-
muşdur.  Şəkilçi  haqqında  professorlardan  H.Mirzəzadə, 
M.Hüseynzadə, Y.Seyidov, F.Cəlilov, Q.Kazımov, Ə.Tanrı-
verdi, Ə.Rəcəbli kimi dilçi alimlər elmi fikirlər söyləmişlər. 
Prof.Ə.Tanrıverdi  “Azərbaycan  dilinin  tarixi  qrammatikası” 
kitabında Y.Seyidovdan sitat gətirərək yazır: Ora, bura yer 
bildirir və həm də yer bildirən isimlərdən fərqli olaraq, konkret 
yer adı deyil, ümumən, mücərrəd mənada yer bildirir...ora, bura 
sözlərində isə işarə etmə güclü amildir. Üstəlik bu sözlər 
əvəzetmə roluna malikdir...belə hesab edirik ki, ora, bura 
sözləri zərf deyil, əvəzlikdir.”(35.,324)
F.Cəlilov isə şəkilçinin yaranmasını “ara” və “yerə” söz-
lərinin transformasiyası kontekstində izah etmişdir. Bu şə-
kilçi  müasir  dilimizdə  zəif,  yaxud  da  daşlaşmış  formada 
işlənsə də, dilin tarinin ilkin mərhələlərində daha işlək və 
məhsuldar olmuşdur. Hətta qədim türk yazısı abidələrinin 
dilində də bu şəkilçi vasitəsilə düzəlmiş “içrə, asra, kisrə, 
önrə, taşra” kimi düzəltmə zərflərə rast gəlmək mümkün-
dür.(bax: 36.,613) 


59
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
Prof. Q.Kazımov isə ora, bura sözlərindəki –ra şəkilçi-
sini tarixən işlənmiş yönlük hal şəkilçisi kontekstində izah 
edərək,  linqvistik  təhlil  müstəvisinə  gətirir.  Professor  bu 
münasibətlə yazır: “Qeyd olunan şəkilçilər (-ru,-qaru,-ra,-rə 
şəkilçisi nəzrdə tutulur –İ.Ə) tarixən istiqamət halının şəkil-
çiləri olduğundan istiqamət mənası həmin sözlərdə qalmışdır, ona 
görə də çox vaxt bu sözlərə yönlük halın şəkilçisini əlavə etmək 
lazım gəlmir. Bu cür sözləri həm yönlük halın şəkilçisi ilə, həm 
də şəkilçisiz işlədə bilirik...Ora, bura, içəri sözlərinin düzəltmə 
söz olduğunu qeyd etmək olar. Bunlar o, bu, iç sözlərinə -ra,-ə-
ri(-qaru) şəkilçilərinin artırılması ilə əvəzlik və isimlərdən ya-
ranmış sözlərdir”.(48.,327-328)
Şəkilçi hara, sonra sözlərinin tərkibində daşlaşmışdır
-ərgi. Şəkilçi qeyri-məhsuldar olub, ötərgi, keçərgi sözlə-
rinin tərkibində işlənir.
-t. İsimdən isim düzəldən qeyri-məhsuldar omonim şə-
kilçidir.  Məsələn:  Növbət,  urvat  və  s.  Süfrəmiz  urvatsız
duzsuz olmasın.(V.Dumanoğlu) 
 
 
 
  -t  şəkilçisi  qeyri-məhsuldar  olsa  da,  dilin  tarixinin  ilkin 
mərhələlərindən üzü bəri dilimizdə işlənmişdir. Bu şəkil-
çi vasitəsilə əmələ gəlmiş “növbət” sözünə həm erkən orta 
əsrlərə, həm də XIX-XX əsrlərə aid bədii mətnlərdə rast gə-
linir.  “Kitabi-Dədə  Qorqud  dastanları”nda  -  “Basat  Dəpə 
gözi öldürdügi boyı bəyan edər, xanım, hey” adlı səkkizin-
ci boyda da bir neçə dəfə işlənmişdir. Məsələn: Gerü növbət 
dolanıb,  aŋa  gəlmişdi...İki  oğlancığım  vardı.  Birin  verdim,  biri 
qaldı. Çevrildinövbət gerü-maŋa gəldi.
Növbət sözü müasir Azərbaycan ədəbi dilində də işlənir. 
Lakin Azərbaycan  dilinin  orfoqrafiya  lüğətində  öz  əksini 
tapmamışdır.  Bu  sözün  varlığını  dilimizin  fəal  lüğət  fon-


60
İlkin Əsgər
duna daxil olan, ümumişlək olan növbəti, növbətçi, növ-
bətçilik kimi sözlər də təsdiq edir. -t ünsürü olmadan qeyd 
olunan  sözlərin  yaranması  əsasən  mümkün  deyil.  Növbət 
sözünün əsası həmin sözün kökü ilə semantik cəhətdən ey-
niyyət təşkil edir, biri digərinin sinonimi kimi çıxış edə bi-
lir. Ancaq bu oxşarlıq dilimizdə növbət sözünün olmaması 
yaxud da bu sözdən imtina olunması üçün əsas deyil. Həm 
ədəbi dilimizdə, həm də dialekt və şivələrimizdə eyni məz-
munlu söz və şəkilçilərin təkrarı, iştirakı ilə əmələ gələn söz 
və birləşmələrin olması bu kimi halların dilimiz üçün yad 
olmadığını göstərir. Məsələn: qızıləhmədi, uzundraz, cəmisi, 
yol pulusu, qəbirstanlıq, növbət və s. Hətta bu hala tarixi qram-
matikada da rast gəlmək mümkündür. Məsələn: Ala köpək 
itinə kəndözin taladarmı?...Qanadıyla saqsağana kəndözin şaqı-
darmı?...( “Kitabi-Dədə Qorqud dastanları”ndan)
-dək. İsim düzəldən qeyri-məhsuldar şəkilçidir. Zaman 
mənalı güz(payız) sözünə qoşularaq əşya, yer, məkan bil-
dirən güzdək sözünü əmələ gətirir. Məsələn: Nəmişlik oldu-
ğundan güzdək dizə çıxırdı.(Ə.Vəliyev), Qaraca çoban dəstəsilə 
gəlib güzdəyə çatanda, ona söylədilər ki, anası və bacıları gəlib 
qardaşlarının  meyitlərini  obaya  aparmışlar.(M.Rzaquluzadə).
(bax:14)
-taq. Tax(maq) felinin şəkilçiləşmiş formasıdır. Dilimiz-
də əşya məzmunlu buruntaq sözündə rast gəlinir. Məsələn: 
Tut ağacının haçasından bir çatı sıyırıb tələsik tövləyə girdi, bir 
az sonra buruntaq verdiyi buzovu sürüyə-sürüyə çölə çıxardı.
(İ.Mahmud)
-da. Bu şəkilçi söz yaratma prosesində müxtəlif söz qrup-
larına aid leksik vahidlər əmələ gətirir. Yaranma etibarilə 
qədim  tarixi  kökə  malik  olan  –da  şəkilçisi  dilimizdə  həm 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə