İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə18/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   ...   14   15   16   17   18   19   20   21   ...   43

55
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
budaq olmasından asılı olmayaraq 4 morfemdən ibarətdir: 
ye-yem-yemə-yemək.
 Sözün kökü ye (mək) felidir, -m feildən isim düzəldən, 
-ə(-ma,-mə)feli isim düzəldən, -k isə isim düzəldən şəkilçi-
dir. Hətta “Kitabi-Dədə Qorqud” dastanlarının dilində ye 
sözünün yeməyemək formalarına rast gəlinir. Yemək sö-
zündəki  –mək  şəkilçisinin  3  şəkilçinin  sintezindən  yaran-
ması  təbii  və  qəbul  olunandır.  Çünki  dilimizdə  bu  qəlib 
əsasında onlarla yeni söz yaranmış, dilimizin fəal lüğət fon-
duna daxil olmuşdur. Məsələnbilik, daraq, içki, bitki, ay-
rım, cizgi, çatlaq, işlək, dişlək, bəzək, çörək və s. Dara(maq)
dan daraq, bəzə(mək)dən bəzək, işlə(mək)dən işlək, iç(mək)
dən  içki  yarandığı  kimi,  ye(mək)dən  də  yem,  yemə(içmə), 
yemək yarana bilər və bu cəhət dilimiz üçün yad deyil.
-ıx. Sifət və feil düzəldən şəkilçi kimi omonimlik səciy-
yəsinə  malik  olan  qeyri-məhsuldar  şəkilçidir.  Dilimizdə 
qanıx, azıx, qazıx sözlərində rast gəlinir.
-ıq,-ik,-uq,-ük.  Feillərdən  isim  və  sifət  düzəldən  söz-
düzəldici  şəkilçi  olub,  nisbətən  məhsuldarlığı  ilə  seçilir. 
Söz sonuna qoşulmaqla əlamət, keyfiyyət, əşya, alət, vasitə, 
proses  ifadə  edən  leksik  vahidlər  əmələ  gətirir.  Məsələn: 
barışıq, minik, güdük, tapşırıq, hörük, çapıq, kəsik, qarışıq, 
sarmaşıq, qırıq, yırtıq, buruq, əzik və s.
-çır. İsimdən isim düzəldən qeyri-məhsuldar şəkilçidir. 
Məsələn: qançır.
-larca,-lərcə;-larla,-lərlə.  Bu  şəkilçi  milli  mənşəli  olub, 
müasir dilimizdə müəyyən miqdar saylarının sonuna qo-
şulur və qeyri-müəyyən kəmiyyət ifadə edən miqdar say-
ları əmələ gətirir. Şəkilçi qeyri-müəyyən kəmiyyət bildirən 
–lar,-lər və -ca,-cə,-la,-lə budaq morfemlərinin sintezi əsa-


56
İlkin Əsgər
sında əmələ gəlmişdir. -larca,-lərcə;-larla,-lərlə şəkilçiləri-
nin işlənmə arealı olduqca məhdudur. Çünki bu şəkilçini 
bütün miqdar sayları, xüsusən də, müəyyən miqdar sayları 
ilə işlətmək olmur və bu qeyri-mümkündür. Belə ki, bu şə-
kilçilərin işləndiyi sözlərdə müəyyən bir nizamlılıq, ardıcıl-
lıq, bağlılıq olur. Məsələn: 
Onlarla, yüzlərlə, minlərlə, on minlərlə, yüz minlərlə, mil-
yonlarla, on milyonlarla, yüz milyonlarla, milyardlarla...
Onlarca, yüzlərcə, minlərcə, on minlərcə, yüz minlərcə, 
milyonlarca,  on  milyonlarca,  yüz  milyonlarca,  milyard-
larca...
Nümunələrdən  də  göründüyü  kimi,  bu  şəkilçilərin  iş-
ləndiyi sözlər həndəsi silsilə təşkil edərək sonsuza doğru 
artır. Şəkilçinin işləndiyi sözlərin birincisi istisna olunmaq-
la (onlarla və onlarca), özündən sonra gələn hər bir leksik 
vahid  özündən  əvvəlkinin  on  mislinə  bərabərdir.  Müqa-
yisə edin: 10 (on) - 100 (yüz) - 1000 (min) - 10000 (on min) 
- 100000 (yüz min) - 1000000 (milyon) - 10000000 (on mil-
yon)-100000000(yüz milyon)...
-iyə,-iya. Yer, məkan, ölkə məzmunu yaradan qeyri-məh-
suldar  polisemantik  şəkilçidir.  Məsələn:  Türkiyə,  Rusiya, 
Almaniya, Rumıniya, Belarusiya, Albaniya və s.
-ışıq.Tərkibcə iki şəkilçinin sintezindən ibarət olan –ışıq 
şəkilçisi dilimizdə feildən isim düzəldir və əşya, hal-vəziy-
yət məzmunu yaradır. Məsələn: dolanışıq
-vay. İsimdən sifət düzəldən qeyri-məhsuldar söz-şəkil-
çidir. Qoşulduğu sözdə əlamət, keyfiyyət bildirir. Məsələn: 
ölüvay.
-i. Sifətdən isim düzəldən qeyri-məhsuldar omonim şə-
kilçidir. Əşya, alət, vasitə məzmunu yaradır. Məsələn: şirni 
və s.


57
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
-az. İsimdən isim düzəldən milli mənşəli qeyri- məhsul-
dar şəkilçidir. Bu şəkilçi vasitəsilə dilimizdə idman termi-
nalogiyasına aid yeni bir neologizm- topaz sözü əmələ gəl-
mişdir. Güman ki, şəkilçi Azərbaycan sözünün abreviaturası 
zəminində yaranmışdır. Lakin bu söz nə izahlı lüğətdə, nə 
də Azərbaycan  dilinin  orfoqrafiya  lüğətində  (17)  öz  əksi-
ni  tapmışdır.  Yalnız  izahlı  lüğətdə  fransız  mənşəli  topaz 
sözü  mineral,  kristal  mənasında  izah  olunmuşdur.  Müasir 
dilimizdə isə idmanla əlaqədar termin kimi işlənir: topaz 
(premyerliqası)
-dəlik. Bu şəkilçi –də yerlik hal şəkilçisi və isim düzəl-
dən -lik şəkilçisinin sintezi əsasında yaranmış bir cür yazı-
lan qeyri-məhsuldar şəkilçidir. Müasir dilimizdə gündəlik 
sözündə  təsadüf  olunur.  –dakı,-dəki  şəkilçisinin  modeli 
əsasında əmələ gəlmişdir.
-dəm.  Qeyri-məhsuldar  söz-şəkilçi  olan  –dəm  həm 
Orxon-Yenisey abidələrində, həm də “Kitabi-Dədə Qorqud” 
dastanlarının dilindəki ərdəm, ərdəmli sözlərində işlənmiş-
dir. Dilimizdəki yöndəm, ərdəm, gündəm kimi sözlər də bu 
şəkilçi vasitəsilə düzəlmişdir.
-çim.  Qeyri-məhsuldar  söz-şəkilçi  olan  -çim  əslində 
müstəqil söz kökünün şəkilçiləşməsi əsasında yaranmışdır. 
Əsasən,  numerativlik,  ölçü,  dərəcə  məzmunu  bildirir.  Əl 
sözünə artırılıb əlçim sözünü düzəldir.
-manc. Peşə, sənət, ixtisas, şəxs bildirən və isimdən isim 
düzəldən qeyri-məhsuldar şəkilçidir. Məsələn: dilmanc.
-kom. Bu şəkilçi komitə sözünün ixtisarı əsasında yaran-
mışdır.  Sovetlər  dönəmində  abreviatura  qaydalarına  uy-
ğun olaraq komitə sözünün “kom” hissəsi bu və ya digər 
bir sözlə birləşərək yeni sovetizmlər düzəltmişdir. Məsələn: 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə