İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə30/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   ...   26   27   28   29   30   31   32   33   ...   43

92
İlkin Əsgər
1.3. RUS-AVROPA MƏNŞƏLI AD DÜZƏLDƏN 
 QEYRI-MƏHSULDAR ŞƏKILÇILƏR
Ərəb-fars  mənşəli  ad  düzəldən  qeyri-məhsuldar  şəkil-
çilər kimi Rus-avropa mənşəli ad düzəldən qeyri-məhsul-
dar şəkilçilər də daha çox isim və sifət əmələ gətirir. Həm 
milli, həm də alınma mənşəli sözlərlə işlənə bilir. Bu qrupu 
təşkil edən köməkçi morfemlər dilimizin nisbətən sonrakı 
inkişaf  mərhələsində  elmi-texniki  tərəqqinin,  sənayenin, 
mədəniyyətin  inkişafı,  ictimai-siyasi  quruluş,  qonşuluq 
münasibətləri əsasında meydana gəlmiş və əsasən dilimizə 
rus  və  rus  dili  vasitəsilə  keçmişdir.  Müstəqillik  əldə  olu-
nandan sonra bu qrupa aid şəkilçilər həm kəmiyyət, həm 
keyfiyyət baxımından daha da inkişaf etmişdir. Çünki ay-
rı-ayrı  ölkələrlə  aparılan  iqtisadi,  siyasi,  mədəni,  ictimai 
əlaqələr nəticəsində dilimizə yeni sözlər, sözlər daxilində 
şəkilçilər keçmiş, dilimiz daha da zənginləşmişdir. Bu şə-
kilçilərin  bəziləri  dilimizdə  tam  sabitləşməyib,  şəkilçiləş-
məyə doğru inkişaf edir.
-l.  Rus-avropa  mənşəli  bir  cür  yazılan  qeyri-məhsul-
dar  şəkilçidir.  Əsasən,  isimdən  ümumi  əlamət,  keyfiyyət 
bildirən  sifət  düzəldir.  Məsələn:  normal  (həyat),  formal  
(göstərici), natural (təsərrüfat) və s.
-er. Dilimizdə sənət, peşə, ixtisas, şəxs, əşya, insan an-
layışlarını ifadə edən Rus-avropa mənşəli qeyri-məhsuldar 
şəkilçilərdən  biridir.  Əsasən,  bəzi  say  və  isimlərdən  yeni 
söz əmələ gətirir. Məsələn: milyoner, milyarder, dizayner, 
reper və s.


93
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
 Qeyd: -er şəkilçisi müasir ingilis dilində də feildən isim 
düzəldən suffiks kimi işlənir. İngilis dilində “ Bu suffiksi 
hər hansı hərəkət ifadə edən felin sonuna əlavə edib, həmin 
hərəkətlə məşğul olan ismi (sözü) yaratmaq olar...
To read (oxumaq)- a reader( oxucu)
To teach( öyrətmək, dərs demək)- a teacher( müəllim)” 
(bax: 59., 58)
Müasir Azərbaycan dilində də ingilis dili ilə inteqrasiya 
nəticəsində bəzi –er şəkilçili sözlər dilimizə keçmişdir. Belə 
sözlərin bir qismini kök və şəkilçiyə ayırmaq mümkün ol-
duğu halda, bir qismini ayırmaq mümkün deyil və mənbə 
dildən fərqli olaraq dilimizdə sadə söz kimi qəbul olunur. 
Azərbaycan  dilinin  orfoqrafiya  lüğətinin  VI  nəşrində  bu 
qəbildən olan bir sıra sözlər-neologizmlər daxil edilmişdir. 
Məsələn,  lüğətdə  yer  alan  print,  printer,  qolkiper,  killer 
kimi  sözlər  bu  qrupa  aiddir.  “print”  ingilis  dilində  omo-
nim kimi isim və feil olmaqla 5 mənada işlənir: həkk, çap, 
şrift,  çit,  çap  etmək.(bax:  56.,  109)  Orfoqrafiya  lüğətində 
müstəqil leksik mənalı söz kimi həm print, həm də printer 
sözü verilmişdir.
 Killer, qolkiper sözləri isə ingilis dilindən fərqli olaraq 
dilimizdə sadə söz kimi çıxış edir və şəkilçi ilə birgə keçmiş-
dir. Əslində killer ingilis dilində “to kill” (öldürmək) məs-
dərinə -er suffiksini artırmaqla əmələ gəlmiş, dilimizdə qatil, 
muzdlu qatil mənalarını verir. Qolkiper sözü isə ingiliscə go-
al(qol) və keep (saxlamaq) sözlərinin birləşməsindən əmələ 
gəlmiş, qapıçı (idman terminologiyasında) deməkdir.
Bu sözlərin orfoqrafiya lüğətində yer almasına baxma-
yaraq,  bunların  dilimizdə  işlədilməsini  və  gətirilməsini 
məqbul hesab etmirik. Çünki bu sözlərin dilimizdə işlənən 


94
İlkin Əsgər
və çoxdan sabitləşmiş, hamı tərəfindən dərk olunan qarşı-
lıqları vardır. Killer, qolkiper kimi sözlər isə, hamı tərəfin-
dən  başa  düşülmür,  əhatə  dairəsi  olduqca  məhdud  olub, 
müəyyən bir sahəni əhatə edir və özünü jarqon səviyyəsin-
də göstərir.
-or.  Bu  qeyri-məhsuldar  şəkilçi  əsasən  sənət,  peşə,  və-
zifə,  şəxs,  əşya  bildirən  neologizmlər  yaradır  və  adların 
sonuna əlavə olunmaqla ad əmələ gətirir.–or şəkilçisi dili-
mizdəki olduqca məhsuldar olan –çı,-çi,-çu,-çü şəkilçisi ilə 
sinonimlik keyfiyyətinə malikdir. Avropa mənşəli sözlərlə 
işlənir. Məsələn: stajor, kreditor, senator, plagiator və s.
-ant. Avropa mənşəli qeyri-məhsuldar şəkilçi olub, müa-
sir Azərbaycan dilində vəzifə, peşə, sənət, dərəcə bildirən 
düzəltmə  isimlər  əmələ  gətirir.  Məsələn:  diplomant,  ma-
gistrant, doktorant, praktikant və s.
-a. Ön şəkilçi olub, qoşulduğu sözdə əksilik, mənfilik ça-
ları yaradır. Məsələn: anormal, asinxron, asemantik və s.
-nik. Rus mənşəli qeyri-məhsuldar şəkilçidir. Dilimizdə-
ki çaynik, zaçotnik kimi sözlər bu şəkilçi vasitəsilə düzəl-
mişdir. Məsələn: Qönçə xanım çaynik gətirdi, içinə quru çay 
tökdü, üstünə qaynar su aldı və dəmkeşin üstünə qoydu ki, dəm-
lənsin.(İ.Şıxlı)
-iada. Rus-avropa mənşəli şəkilçidir. Şəkilçiyə olimpia-
da”, “spartakiada” kimi sözlərdə rast gəlirik. Əsasən yarış, 
oyun, hadisə, əşya məzmunu ifadə edir.
-nir.  İsimdən  isim  düzəldən  Rus-avropa  mənşəli  qey-
ri-məhsuldar şəkilçidir. Məsələn: turnir
-post. Rus-avropa mənşəli qeyri-məhsuldar söz-şəkilçi-
dir. Bu şəkilçinin fransız mənşəli və müstəqil leksik məna-
ya malik olan “post” (bax: 10.,616) sözü ilə heç bir əlaqəsi 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə