İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə17/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   ...   13   14   15   16   17   18   19   20   ...   43

52
İlkin Əsgər
Hərami” poemasının dilində də bir neçə dəfə işlənmişdir. 
Məsələn:  “Ər  atım  yok  üçün  aşnukı  eşim  taşru  etildi  (Y 
41)”-İgid  adım  olmadığı  üçün  yeddi  əvvəlki  dostum  sür-
gün edildi. (36..,613), İç Oğuz, Daş Oğuz bəgləri Bayındır 
xanıŋ  söhbətinə  dərilmişdir.(  “Kitabi-Dədə  Qorqud  das-
tanları”ndan), İç Oğuz, Daş Oğuz bəgləri yığnaq olmuşdı. 
(“Kitabi-Dədə  Qorqud  dastanları”ndan).  Birin-birin  çı-
ğın taşra varınız. (“Dastani-Əhməd Hərami”dən). Müasir 
Azərbaycan  dilində  daş,  dış,  dışaru,  taş  sözlərinin  şəkil-
çiləşmiş forması olan və feildən isim düzəldən –daş şəkilçi-
sinə çıxdaş sözündə rast gəlinir.
-dış.  Bu  şəkilçi  də  qeyri-məhsuldar  söz-şəkilçi  olub, 
yuxarıdakı  qəlib  əsasında  əmələ  gəlmişdir.  Dilin  inkişafı 
ilə əlaqədar olaraq dış/tış sözünün mənası daralmış və şə-
kilçiləşmişdir. Məsələn: sağdış, soldış. Nümunələrdən də 
göründüyü kimi şəkilçi öz kökündən hələ tam şəkildə təc-
rid olunmayıb, qoşulduğu sözdə eyni semantik çalar ifadə 
edir.  “Dastani-Əhməd  Hərami”nin  dilində  şəkilçinin  –dıc 
fomasına da rast gəlinir:
Bədəxşanın şahı həm anda gəldi
Güyəgüyə də anda sağdıc oldı... 
Güləfrux şah süvar oldı atına,
Bilə sağdıc həmmam niyyətinə.  
-alaq. Qeyri-məhsuldar şəkilçi olub, feildən sifət düzəl-
dir.  Şəkilçiyə  dilimizdəki  basırıq  sözünün  sinonimi  olan 
basalaq sözündə təsadüf olunur.
-pik.  İsimdən  isim  düzəldən  qeyri-məhsuldar  şəkil-
çi  olub,  qoşulduğu  sözdə  əşya,  alət,  vasitə  çaları  yaradır. 
Məsələn: yelpik.


53
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
-pinc. –pik şəkilçisi ilə sinonimlik təşkil edir və yelpinc 
ismini əmələ gətirir.
-pazə.  Bu  morfem  də  dilimizdə  şəkilçi  qismində  çıxış 
edir.  Çünki  dilimizdə  müstəqil  leksik  semantikaya  malik 
pazə sözü yoxdur. Şəkilçi yelpinc, yelpik sözlərinin sinoni-
mi olan yelpazə sözündə işlənir.
-keş.  Müasir  Azərbaycan  dilində  işlənən  qeyri-məh-
suldar  şəkilçilərdən  biri  olub,  əşya,  alət,  vasitə  bildirir. 
Dabankeş” sözündə rast gəlinir. Qeyd edək ki,“azarkeş”, 
“dəmkeş”,“qəmkeş”, “sərinkeş”,“zəhmətkeş” və s. kimi sözlə-
rin tərkibindəki –keş şəkilçisi ilə “dabankeş” sözünün tərki-
bindəki –keş şəkilçisi bir-birinin ekvivalenti deyillər. Bunlar 
yalnız  deyiliş  və  yazılış  etibarı  ilə  eyniyyət  təşkil  edir  və 
omonimlik keyfiyyətinə malikdirlər.“Dabankeş” sözündəki 
–keş milli mənşəli şəkilçi olub, “keçmək” feli əsasında əmələ 
gəlmişdir. Dilin inkişafı ilə əlaqədar olaraq keç(mək) sözü öz 
ilkin şəklindən uzaqlaşmış, “keş” kimi sabitləşmişdir. Çox 
güman ki, bu, “keç” sözünün tələffüzü ilə əlaqədar olmuş, 
yazılışı da fonetik prinsip əsasında müəyyənləşmişdir. 
“Ç”  samiti  ilə  bitən  tək  hecalı  sözlərdən  sonra,“d,  t,  z, 
s, m, n”(qaçsa-qaşsa, uçsa-uşsa, keçsə-keşsə, üç dəftər-üş dəfdər, 
keçdi-keşdi, qaçdı-qaşdı və s.) samitləri ilə başlayan şəkilçi və 
ya söz gəldikdə “ç” samiti “ş” kimi tələffüz olunur. Azər-
baycan dilinin fonetik tərkibinə nəzər saldıqda, bədii mət-
nlər üzərində müşahidələr və linqvistik təhlillər apardıqda 
ç>ş, c>j kimi fonetik əvəzləmənlərin dilimiz üçün xarakte-
rik bir hal, təbii bir proses olduğunu dərk etmək olur. Dilin 
inkişafının bütün tarixi mərhələlərində belə məqama rast 
gəlmək mümkündür. Məsələn , “başmaq” sözünün ehtimol-
ji cəhətdən “basmaq” felindən əmələ gəlməsi, “dustaq” sözü-


54
İlkin Əsgər
nün “tutsaq”dan yaranması buna nümunə ola bilər. Məhz 
buna  görə  də,  dabankeş  sözündəki  “keş”  milli  mənşəli 
qeyri-məhsuldar şəkilçidir. Dabankeş sözünün leksik mə-
nası, ifadə etdiyi semantik çalar da keş budaq morfeminin 
keç(mək) zəminində yarandığını isbat edir.
Bu şəkilçi istisna hal kimi feildən də isim əmələ gətirir.
Məsələn: təpkeş
-ba.  Addan  ad  əmələ  gətirən  qeyri-məhsuldar  omo-
nim şəkilçidir. Əşya, vasitə, əlamət, zahiri görkəm bildirir. 
Məsələn: zorba
-əngi. Həm feildən, həm də isimdən isim düzəldən qey-
ri-məhsuldar şəkilçidir. Məsələnüzəngi, güləşəngi. Ayağını 
üzəngiyə qoyub yəhərə qalxmaq istədi və ömründə ilk dəfə bədə-
ni ağırlıq elədi.(İ.Şıxlı), Başını qaldırıb ayağını üzəngiyə qoydu 
və cavanlıq illərində olduğu kimi sıçrayıb yəhərə qalxdı.(İ.Şıxlı), 
Ay Hümmət qağa, indi də güləşəngi (Güləş yarışı keçirilərkən 
çalınan hava mənasını bildirir; indiki cəngi –İ.Əsgər) çal, 
görüm,  qabağıma  kim  çıxacaq?  (İ.Şıxlı).  –həngi.  Bu  şəkilçi 
də -əngi şəkilçisi ilə bir mənbədən olub, eyni semantikaya 
malikdir.  Şəkilçinin  bu  formasına  İ.Şıxlının  yaradıcılığın-
da rast gəlinir: Gah atdandırma, gah çadırhəngi çalar, gah da 
oynamaq istəyənlərin xahişini yerinə yetirərdi... Qara zurna da 
güləşhəngi çalınan kimi meydana atılırdı. Hümmət cıdırhəngi 
çalır, kəndin dəliqanlıları atlarını zurnaçının qabağında oynadıb 
cıdıra hazırlaşırılar.
-maq,-mək. Əslində məsdər şəkilçisi olub, feildən isim 
düzəldən şəkilçi kimi çıxış edir. Bəzi sözlərdə artıq daşlaş-
mış  –maq,-mək  şəkilçisi  artırıldığı  sözdə  əşya,  alət,  vasitə 
məzmunu  yaradır.  Məsələn:  demək,  toxmaq,  yemək,  cır-
maq. Yemək sözünə fərqli yanaşmaq lazımdır. Söz əsas və 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə