İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə16/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   ...   12   13   14   15   16   17   18   19   ...   43

49
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
-uşuq.  Şəkilçi  –  və  -uq  şəkilçisinin  sintezi  əsasında 
meydana gəlmiş, quruluşca mürəkkəb struktura malikdir. 
Şəkilçi tərkibə ayrıldıqda asemantikləşdiyindən birgə qey-
ri-məhsuldar  şəkilçi  kimi  götürülür  və  əlamət,  keyfiyyət, 
maddənin vəziyyətin bildirir Məsələn: ovuşuq
-sov,-ımsov. Sifətin azaltma dərəcəsinin morfoloji göstə-
ricisi olub, qeyri-məhsuldar qrammatik şəkilçidir. Məsələn
ağımsov, dəlisov, uzunsov, göyümsov və s.
-şın. Sifətin azaltma dərəcəsinin göstəricisi olub, müqa-
yisə  məzmunlu  sifətlər  düzəldir.  Daha  çox  rəng  bildirir. 
Məsələnsarışın, qaraşın; Bu burulğanda iki meyit fırlanırdı: 
biri qarayanız, biri sarışın.(İ.Şıxlı)
-rək,-raq.  Azaltma  dərəcəsinin  morfoloji  əlaməti  olub, 
qeyri-məhsuldar  sözdəyişdirici  şəkilçidir.  Məsələn:  tös-
mərək, yaxşıraq və s.
Gödərək sözündə artıq daşlaşmışdır.
-ımtıl. Nisbətən məhsuldarlığı ilə seçilir. Sifətin azaltma 
dərəcəsini  əmələ  gətirir.  Məsələn:  ağımtıl,  sarımtıl,  bo-
zumtul, qaramtıl, yaşılımtıl, qırmızımtıl.
-ımtraq. Sözdəyişdirici şəkilçi olubyaşılımtraq, qırmı-
zımtraq kimi sözlərdə işlənir.
-yanız.  Sifət  düzəldən  qeyri-məhsuldar  şəkilçi  olub, 
əlamət, keyfiyyət, oxşarlıq, bənzərlik, rəng bildirir. Məsələn: 
qarayanız, sarıyanız, ağyanız və s. Qarayanız bir oğlandır.
(İ.Şıxlı).
-at.  Omonimlik  keyfiyyətinə  malik  qeyri-məhsuldar 
söz-şəkilçidir. Müxtəlif söz qruplarına aid leksik vahidlərə 
əlavə olunmaqla yeni mənalı isimlər düzəldir. Məsələn: ba-
şarat, gedişat və s.
-lıq. İsim, sifət, zərf düzəldən dördvariantlı –lıq şəkilçisi 
ilə omonim olub, feildən əşya, alət məzmunlu söz düzəldir. 


50
İlkin Əsgər
Məsələn: qırxlıq. İsim, sifət düzəldən dördvaiantlı –lıq şə-
kilçisindən fərqli olaraq feildən isim düzəldən –lıq şəkilçisi 
qeyri-məhsuldardır.  Qeyd  edək  ki,  qırxlıq  qoyunçuluqla 
bağlı bir söz olub, əlamət, keyfiyyət bildirən qırxlıq sözün-
dən (qırxlıq lampa) əsaslı şəkildə fərqlənir.
-ca,-cə. Müasir Azərbaycan dilində omonim şəkilçilərdən 
biri olub, müxtəlif məzmunlu yeni sözlər düzəldir. İşlən-
mə məqamından asılı olaraq sözdəyişdirici və sözdüzəldici 
şəkilçi mövqeyində çıxış edir və polisemantik funksiyaya 
malikdir. Köməkçi nitq hissələrindən qoşma və ədat kimi 
işləndiyi halda, əsas nitq hissələrindən isim, sifət, say, zərf 
düzəldir. Bu şəkilçi dilimizdə nisbətən məhsuldarlığı ilə se-
çilib, qoşulduğu sözdə əşya, əlamət, tərz, keyfiyyət, rəng, 
həcm, zaman, miqdar məzmunu yaradır. MəsələnQaraca, 
Ağca, qızılca, balaca, türkcə, ingiliscə, yenicə, əvvəlcə, qa-
baqca, dəryaca, məncə, səncə, bircə,təkcə və s. 
 Əzizinəm, gül əllər,
 Ağ biləklər, gül əllər.
 Dəryaca ağlın olsa
Yoxsul olsan gülərlər.(folklordan) 
Əvvəlcə ürəyə gözlərdən düşür.(B.Vahabzadə), 
Səkkizcə dəqiqə danışmaq üçün, biz tut ağacının altına keç-
dik.(B.Vahabzadə), Bircə bunu bilirəm ki, mənim ürəyimcəsən.
(B.Vahabzadə), Sıldırım qayalara çıxan yolu təkcə Dadaş bilirdi. 
–ca,-cə şəkilçisi bəzən –dan,-dən şəkilçisi ilə birləşib zaman mə-
nalı zərf düzəldir. Məsələn: əvvəcədən, qabaqcadan.
 -ca,-cə omonim şəkilçisi isimdən isim də əmələ gətirir: 
Türkcə( Azərbaycan türkcəsi)


51
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
-daş. Bir cür yazılan, ad düzəldən sözdüzəldici şəkilçidir. 
Sadaladığımız şəkilçilərdən fərqli olaraq dilimizdə məhsul-
dar olub, söz yaradıcılığında fəal iştirak edir. Şəkilçiyə di-
limizin inkişafının bütün mərhələlərində rast gəlinir. Milli 
mənşəli  –daş  şəkilçisi  qoşulduğu  sözdə  şəxs,  əşya,  mən-
subluq,  həmyerlilik  anlayışları  yaradır.  Məsələn:  soydaş, 
cığırdaş, vətəndaş, cəhbədaş, qələmdaş, sinifdaş, əməkdaş, 
silahdaş, məsləkdaş və s. Şəkilçi da və  şəkilçisinin (sö-
zünün)  sintezi  əsasında  əmələ  gəlmişdir.  K.Q.Zaleqman, 
Ə.Dəmirçizadə,  Ə.Rəcəbli,  H.Mirzəzadə,  Ə.Tanrıverdi,  Q.
Kazımov kimi dilçilərin tədqiqatlarında şəkilçinin mənbə-
yi, etimologiyası araşdırılmış, elmi, məntiqi faktlarla sübut 
olunmuşdur. Adları çəkilən dilçilərin linqvistik tətqiqatla-
rına əsasən, -daş şəkilçisinin yerlik hal şəkilçisi –da,-də və 
türk dillərində “dost”, “yoldaş” mənasını ifadə edən “eş” sö-
zünün birləşməsindən yarandığını demək olar. Qeyd edək 
ki, “eş”sözü bu gün müasir Türk dilində də işlənməkdədir.
-daş.  Bu  şəkilçi  milli  mənşəli  qeyri-məhsuldar  söz-şə-
kilçi olub, feildən yeni mənalı söz əmələ gətirir. Omonim-
lik xüsusiyyətinə malik olan , feildən isim düzəldən –daş 
şəkilçisinin  isim  düzəldən,  mənsubluq,  şəxs,  əşya,  vasitə 
bildirən –daş şəkilçisi ilə heç bir əlaqəsi yoxdur. Oxşarlıq 
yalnız onların forması ilə bağlıdır. Hər iki şəkilçi arasında 
zahiri oxşarlıq hər nə qədərdirsə, onlar arasındakı seman-
tik fərq də bir o qədərdir. Feildən isim düzəldən –daş şəkil-
çisi dış, dışarutaş, taşra sözlərinin mənasının daralması, 
şəkilçiləşməsi,  şəkildəyişməsi  zəmnində  formalaşmışdır. 
Dilin  tarixi  inkişafının  ilkin  mərhələlərində  belə  müxtəlif 
şəkildə bu sözə rast gəlinir. Qədim türk yazısı abidələrinin, 
“Kitabi-Dədə  Qorqud  dastanları”nın  və  “Dastani-Əhməd 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə