İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə15/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   ...   11   12   13   14   15   16   17   18   ...   43

46
İlkin Əsgər
-alaq. –laq,-lək şəkilçisi ilə bir mənbədəndir. Dilimizdə 
şapalaq, sapalaq, yatalaq sözlərində işlənir.
-ılı,-ili,-ulu,-ülü.  Tədqiqatçı  A.Ağalarov  “örtülü”  sö-
zünü  nümunə  gətirməklə  -ülü  şəkilçisini  ad  düzəldən 
qeyri-məhsuldar  şəkilçi  kimi  tədqiq  edir.(bax:  7.,15)  La-
kin əslində örtülü sözündə -ülü iki şəkilçinin sintezindən 
ibarətdir  və  iki  sözdüzəldici  şəkilçi  kimi  götürülməlidir. 
Prof. Q.Ş.Kazımov da örtülü sözündəki –ülü şəkilçisini iki 
şəkilçi kimi təqdim edir:  feildən isim; -lü isimdən sifət 
düzəldir.(bax:  48.,108).  Örülü  bazar  dostluğu  pozar(atalar 
sözü). Bu qayda ilə dilimizdə xeyli sayda söz əmələ gəlir. 
Məsələn: yazılı, küsülü, ütülü, ölçülü, çəkili və s. 
Lakin dildəki bütün -ılı,-ili,-ulu,-ülü şəkilçili sözlər bu 
qaydaya tabe olmur. Məsələn: süzülü, biçili, tikili və s. Ve-
rilən nümunələrdən göründüyü kimi, bu, bütün sözlərdə 
özünü doğrultmur. Müasir Azərbaycan ədəbi dilində süzü, 
biçi, tiki, sökü, qazı, tökü, didi, taxı və s. isimlər olmadığı 
kimi, bunlara da dördvariantlı –lı şəkilçisini artırıb düzəltmə 
sifət əmələ gətirmək mümkün deyil. Ona görə də, bu sözlər 
–ıl,-il,-ul,-ül məchul növ şəkilçisinin və feildən sifət düzəl-
dən  –ı,-i,-u,-ü  şəkilçisinin  artırılması  nəticəsində  yaranır. 
Məsələn:  süzmək-süzül(mək)-süzülü,biçmək-biçil(mək)-bi-
çili,  tikmək-tikil(mək)-tikili,  sökmək-sökül(mək)-sökülü, 
qazmaq-qazıl(maq)-qazılı,  tökmək-tökül(mək)-tökülü,  did-
mək-didil(mək)-didili, taxmaq-taxıl(maq)-taxılı və s.
Örtü və yazı kimi sözlərdə isə -ü,-ı feildən isim düzəldən 
şəkilçi kimi çıxış edir. Bu məqamda çaşqınlıq yaradan əsas 
cəhət feildən isim düzəldən –ı,-i,-u,-ü şəkilçisinin feildən 
sifət  düzəldən  –ı,-i,-u,-ü  şəkilçisi  ilə  qarışıq  salınmasıdır. 
Dilçilik ədəbiyyatlarında da əsasən, feildən sifət düzəldən 


47
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
–ı,-i,-u,-ü  şəkilçisi  haqqında  münasibət  bildirilməmişdir. 
Əslində  bu  şəkilçi  feildən  isim  düzəldən  şəkilçi  ilə  omo-
nimlik münasibətindədir və eyni bir şəkilçinin feildən həm 
isim, həm sifət əmələ gətirməsi dilimizdə mövcuddur, bu 
hal da tamamilə dilimiz üçün təbii və qəbulolunandır.
Yazılı, küsülü, ütülü, ölçülü, çəkili kimi sözlərdə şəkil-
çi –ı,-i,-u,-ü+ lı,-li,-lu,-lü formasında olduğu halda, süzü-
lü, biçili, tikili, sökülü və s. sözlərdə -ıl,-il,-ul,ül+ ı,-i,-u,-ü 
modelindədir.
-ılı. Feildən zərf düzəldən qeyri-məhsuldar şəkilçi olub, 
quruluşca mürəkkəb struktura malikdir. Artırıldığı sözdə 
tərz, vəziyyət, hərəkətin əlamətini bildirir. Məsələnuzanı-
lı.Yaralı əsgər yerdə uzanılı qalmışdı.
-kəm.  Söz-şəkilçi  olub,  feillərdən  ad  düzəldən  qey-
ri-məhsuldar şəkilçidir. Məsələn: ötkəm, görkəm. Ötkəm və 
qumral səslə əzan oxudu və dindar müsəlmanları ibadətə çağırdı.
(İ.Şıxlı), Buz bulaq elə bil çağlayır səndə; Dağlar öz görkəmində, 
ağlayır səndə?! (V.Dumanoğlu)
-təkin. Bu şəkilçi dilimizdə əsasən, şəxs adları düzəldir: 
Aytəkin, Gültəkin
-axlı,-ikli. Sifət düzəldən qeyri-məhsuldar şəkilçi olub, 
iki komponentin birləşməsindən əmələ gəlmişdir.Məsələn: 
adaxlı, deyikli və s.
 Bayram idi, gecə quşu oxurdu
Adaxlı qız bəy corabın toxurdu...
(M.Şəhriyar)
-axlı şəkilçisi tarixən də müasir dilimizdə olduğu kimi iş-
lənmişdir. Bu şəkilçi vasitəsilə əmələ gəmiş “adaxlı” sözünə 
“Kitabi-Dədə Qorqud dastanları”nın dilində “adaxlu” for-
masında bir neçə dəfə rast gəlmək mümkündür. Məsələn: 


48
İlkin Əsgər
Baqdı gördi bu otağ Banıçiçək otağıymış ki, Beyrəgiŋ beşikkərtmə 
nişanlısı-adaxlusıydı.  Biz  bunu  tanımazız.  Adaqlusına  apa-
rıŋ, görsün. Ol yaxşı bilür.
-mar.  Feildən  sifət  düzəldir.  Dilimizdə  qızmar  sözün-
də rast gəlirik. Prof. B.Əhmədova görə, -mar hind (yunan) 
mənşəli söz olub, yandıran, isidən, isti deməkdir. Qızmar 
isə sinonim sözlərin birləşməsindən yaranmışdır. Dilimizdə 
bu yolla yaranmış sözlər vardıruzundraz, qızıləhmədi və s
-cə. Qayıdış növ feillərin sonuna artırılıb, isim düzəldir. 
Məsələn: düşüncə, ələncə
Düşüncənin əvvəli, bütün sayların sonu, 
Sözdür, yadında saxla, unutma əsla bunu! (N.Gəncəvi)
-ac,-c. Bu şəkilçi də feillərdən isim düzəldən qeyri-məh-
suldar şəkilçi olub, əşya, alət, vasitə, proses bildirən yeni 
sözlər əmələ gətirir. Məsələn: tıxac, saxlanc, güvənc, əyləc,-
sevinc, qaxac, qısqanc.
-ır,-ir.  Feillərə  qoşularaq  əşya,  alət  məzmunlu  isimlər 
düzəldən qeyri-məhsuldar omonim şəkilçidir.Məsələn: ya-
tır, gəlir, kəsir.
-y.  Bu  şəkilçi  feil  sonuna  qoşulmaqla  yer,  məkan,  yol, 
əşya məzmunu ifadə edir. Şəkilçiyə müasir Azərbaycan di-
lindəki “dolay” sözünün tərkibində rast gəlinir. Məsələn: 
Uzaq yollardan keçib dolaylardan qalxırıq. (N.Rəfibəyli).
-ar,-ər. Bu şəkilçi də omonimlik keyfiyyətinə malik olub, 
feildən isim düzəldən qeyri-məhsuldar söz-şəkilçidir. Qo-
şulduğu  sözdə  əşya,  alət,  vasitə,  şəxs  məzmunu  yaradır. 
Məsələn: çapar, açar, çıxar, kəsər, tutar, yazar, dəyər; Sən-
siz  açarı  itmiş  qapalı  bir  xəzinəyəm.(B.Vahabzadə),  Kosaoğlu-
nun ağzının kəsəri var.(İ.Şıxlı), Şofer Məmməd uzaqlaşdıqdan 
sonra Nəsib dayı açarı götürüb İmrana baxdı. (İ.Şıxlı).


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə