İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə14/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   ...   10   11   12   13   14   15   16   17   ...   43

43
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
dan düşürdüb, dörd təkər arabalara doldurdular və meşənin də-
rinliyinə gətirdilər. (İ.Şıxlı), Səhərə yaxın onların arabasını kiçik 
bir qəza dəmiryol stansiyasının ucqarında qatarlaşan qələmələ-
rin  kölgəsində,  ehtiyat  yolunda  dayanmış  vaqonların  yanında 
saxladılar. (İ.Şıxlı) Prof. B.Əhmədov –qar şəkilçisinin “yer” 
sözündən yarandığını, onun şəkilçiləşmiş forması olduğu-
nu göstərir. B.Əhmədova görə, ucqar  “uc yer” deməkdir. 
Lakin  –qar  şəkilçisi  yonqar  sözündə  ucqar  sözündəki  se-
mantikanı daşıya bilmir. Bunu M.Ə.Sabirin aşağıdakı şei-
rində də aydın görmək olar:
 
Adı puldursa pulun, leyk özü can yonqarıdır,
Vermək olmur qohuma, qonşuya, qardaşa, ətə!
Yonqar  sözünün  semantikasından  çıxış  edərək,  şəkilçi-
nin qır(maq), kəs(mək) sözlərindən törəmə olduğunu dü-
şünmək olar. Güman etmək olar ki, -qar isim və feildən söz 
əmələ gətirməklə omonimlik keyfiyyətinə malikdir.
Qeyd edək ki, qırmaq, kəsmək və qıymaq sözləri mənşə 
və  etimoloji  cəhətdən  eyni  dil  yuvasında  birləşir.  Yonqar 
sözündəki –qar şəkilçisinin bu sözlərlə bağlılığı şübhəsiz-
dir.  Qeyd  olunan  sözlərin  semantik  çalarlarını  B.Xəlilov, 
T.Hacıyev araşdırmış, müxtəlif mülahizələr söyləmişlər. 
 Prof. B.Xəlilov bu münasibətlə “Feillərin ilkin kökləri” ki-
tabında yazır: “ Qıy feli qədim türk lüğətində əymək, kəsmək, 
öz  sözündən  geri  dönmək,  əyri  mənalarında  işlənmişdir. 
Maraqlıdır ki, Ucar rayonunda qıy sözünün əyri mənası-
nı qır sözü bildirir. Qır və qıy sözlərində  ilkin kökü söz 
sonu –y və -q elementlərinə birikmişdir. Bu ilkin kök kəsmək fe-
linin təşəkkül tapdığı ilkin köklə allomorfluq yaratmışdır: kə/qı”.
(27.,140) Bu gün “qıyma, qıyım-qıyım, qıyma-qıyma” söz-
ləri  daxili  semantika  etibarilə  “kəsmək”  sözünün  seman-


44
İlkin Əsgər
tikası ilə müəyyən dərəcədə eyniyyət təşkil edir. Bu sözə 
“Kitabi-Dədə Qorqud dastanları”nda da rast gəlinir: Qazan 
oğlı Uruzı həbsdən çıqaruŋ, boğazındaŋ orğanla asuŋ, iki dalu-
sından çəngələ sancuŋ, qıyma-qıyma ağ ətindən çəküŋ, Mərə, 
varıŋ, Qazanıŋ oğlı Uruzı dartıŋ, çəngələ asuŋ. Qıyma-qıyma 
ağ ətindən çəküŋ, qara qavurma bişirüb, qırx bəg qızına ilətüŋ: 
hər kim yedi, ol degil; hər kim yemədi oldur.
Qıyma sözü özü də, etimoloji baxımdan kənar, haşiyə 
mənalarını  ifadə  edə  bilir.  Prof.  B.Xəlilov  göstərilən  tə-
dqiqatında  akademik  T.Hacıyevin  mülahizələrinə  istina-
dən etimoloji cəhətdən “Kiyev” sözünün də qıy/kıy sözləri 
ilə bağlı olduğunu yazır. Tədqiqatçı T.Hacıyevdən sitat gə-
tirərək yazır: “Ola bilər ki, şəhərin adı( Kiyev şəhəri nəzərdə tu-
tulur-B.X) qıy, kiy sözündəndir.Bu da türkcədir, məhz türkcə-
dir: hüdud, sərhəd, qıraq mənalarını verir. V əsrdə şəhər (Kiyev 
şəhəri-B.X) gömrük mövqeyində idi, sərhəd, qurtaracaq idi. Gö-
rünür, həmin türkcə məna slavyanca “okraina” (kənar, qıraq) 
tərcümə olunmuş və ölkəyə Okraina deyilmiş, sonra Ukraina 
(Ukrayna) şəklini almışdır”.(27., 141)
Tarixən “uc” sözünün özü –qar şəkilçisisiz ucqar sözünün 
ifadə etdiyi mənada işlənmişdir. Bu hala “Dastani-Əhməd 
Hərami” poemasında rast gəlinir:
Bir oda tutdılar şəhrin ucında
 
 
 
 
İkən azadəvü qovğa yox anda.
-lım. Feil düzəldən –ıl,-il,-ul,-ül və isim düzəldən –ım,-
im,-um,-üm şəkilçiləri əsasında yaranmış və müasir Azər-
baycan  dilində  -lım  formasında  sabitləşmişdir.  Məsələn
yaylım(atəşi). Ölüm, itim, geyim sözlərinin qəlibi əsasında 
düzəlmişdir.
-laq,-lək.  –lıq,-lik,-luq,-lük  şəkilçisinin  açıq  saitli  for-
masıdır.  Həm  isim,  həm  də  sifət  düzəldən  qeyri-məhsul-


45
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
dar  omonim  şəkilçidir.  Şəkilçiyə  dilimizin  bütün  inkişaf 
mərhələlərində az da olsa rast gəlmək mümkündür. Hətta 
Orxan-Yenisey abidələrində də təsadüf olunur. –laq şəkil-
çisi əsasən, yer, məkan, zaman anlayışını ifadə edən isim-
lərə artırılıb yeni sözlər əmələ gətirir. Qoşulduğu sözdə yer, 
məkan məfhumu yaradır və nisbətən çoxluluq ifadə edir. 
Məsələn: yaylaq, otlaq, çaylaq, qışlaq, ovlaq. Qeyd edək 
ki, orta və bəzi ali məktəb dərsliklərində (bax:7,51,53) şəkil-
çi –laq formasında verilir. Lakin bu düzgün yanaşma deyil. 
Şəkilçi –la,-lə və -aq,-ək morfemlərinin sintezindən ibarət-
dir. Məsələn: yay-yayla(maq)-yaylaq, ot-otla(maq)-otlaq 
və s. Dilimizin lüğət tərkibində qeyd olunan sözlərin hər 
üç forması vardır. –laq şəkilçisinin quruluşu, işlənmə da-
irəsi  prof.  B.Əhmədov  və  Q.Kazımovun  tədqiqatlarında 
daha düzgün, elmi şəkildə işıqlandırılmışdır. Şəkilçinin –
lək variantı da –laq kimi yaranmışdır. İki hissədən ibarət 
qeyri-məhsuldar  şəkilçidir:  iş-işlə(mək)-işlək,  diş-diş-
lə(mək)-dişlək, çat-çatla(maq)-çatlaq.
İstisna  hallarda  feildən  əşya,  alət,  vasitə,  yer,  məkan 
məzmunlu isim də əmələ gətirir: udlaq, batlaq 
-kən.  Müasir  Azərbaycan  dilində  isim  düzəldən  qey-
ri-məhsuldar şəkilçidir. Orxan-Yenisey abidələrində də iş-
lənmiş, daha çox sifət bidirmişdir. Məsələn: teŋrikən- tan-
rısifət.
 Zaman keçdikcə şəkilçi formasını saxlasa da, məzmu-
nunu  dəyişmiş,  isim  düzəldən  şəkilçiyə  çevrilmişdir.  Söz 
sonuna  qoşulmaqla  əşya,  alət,  vasitə  məzmunu  bildirən 
yeni sözlər düzəldir: Məsələnyelkən, pilləkən. Mürsəl təəc-
cüblənsə də, pilləkənləri endi.(İ.Şıxlı),Onu kənd şura sədri pil-
ləkənin başında qarşıladı.(İ.Şıxlı).


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə