İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə13/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   ...   9   10   11   12   13   14   15   16   ...   43

40
İlkin Əsgər
-sun. Bu şəkilçi də əslində qrammatik şəkilçidir. Felə ar-
tırılıb şəxs adı bildirən isim düzəldirDursun.
-axay. –xay,-vay şəkilçilərilə bir mənbədən olduğu gü-
man  olunur.  Şəkilçiyə  müasir  Azərbaycan  dilində  “so-
laxay”və “sağaxay” sözündə rast gəlinir. Sağaxay sözünün 
işlənmə arealı məhdud olub, əsasən tibb sahəsində işlənir.
-i. Feildən isim düzəldən qeyri-məhsuldar omonim şə-
kilçidir. Dilimizdə nəticə sözünün sinonimi olan “göstəri” 
sözünü əmələ gətirmişdir.
-sə. Bu şəkilçi dilimizdə omonimlik keyfiyyətinə malik 
qeyri-məhsuldar  şəkilçidir.  Əvəzlikdən  qeyri-müəyyənlik 
bildirən əvəzlik əmələ gətirir. Məsələn: kimsə, nəsə.
Qeyd  edək  ki,  dilçilik  ədəbiyyatlarında  göstərilən  söz-
lərin  tərkibindəki  –sə  şəkilçisini  isə  ədatının  qısaldılmış 
yaxud  da  şəkilçiləşmiş  forması  olduğu  göstərilir.  Lakin 
orta əsrlərə aid bədii mətnlərdə kimsə sözü kiməsnə, kim-
sənə formasında işlənmişdir. Hətta müasir dilimizdə B.Va-
habzadənin  yaradıcılığında  da  rast  gəlinir.  “Kitabi-Dədə 
Qorqud  dastanları”nın  dilində  və  “Dastani-Əhməd  Hə-
rami”  poemasında  da  kimsənə  əvəzliyi  bir  neçə  dəfə  iş-
lənmişdir: Qanturalı baqdı gördi kim, bir kimsənə yağıyı 
öŋinə qatmış, qovar.
“Dastani-Əhməd  Hərami”  poemasında  “kimsə”  və 
“kiməsnə” müvazi olaraq işlənmişdir:
Bənim nərəmə kimsə durmaz irdi
Neçə kişilər ünümdən canı verdi...
 Məsəldir kəndi düşən ağlamaz, der,
Axan dəryayı kimsə bağlamaz der...
 Kiməsnədən xəbər almadı hərgiz,
Necə kim istədi, bulmadı hərgiz... 


41
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
Ol iqlimlər isuzlu olmuş idi,
Kiməsnə uğramaz duyulmuş idi... 
Bu əvəzliklərin də qeyri-müəyyən və ya inkar məzmu-
nunu ifadə etməsi mətndaxili situasiyadan asılıdır. M.Hü-
seynzadə  əvəzliyin  quruluşca  növlərindən  danışarkən 
bu  nitq  hissəsinin  sadə  və  mürəkkəb  olduğunu  göstərir.
(bax:51.,98) Düzəltmə əvəzliklər haqqında isə heç bir qeyd 
yoxdur. Əslində kim və kimsə, nə  nəsə cütlükəri arasın-
da olan semantik fərq əvvəl  əvvəlinci, orta və ortancı, 
hənir və hənirti kimi cütlüklər arasında olan semantik fərqə 
bərabərdir. Kimsə, nəsə kimi sözlər kim və nə sözlərindən 
daha mücərrəd, daha qeyri-məzmun ifadə edir. Məsələn, 
kimsə pəncərəni döyür” cümləsində mübtədanı “kim” sözü 
ilə əvəz eləsək, cümlənin məqsəd və intonasiyası ilə yanaşı, 
onun semantikasında da fərq əmələ gələr. Pəncərəni döyən 
külək də ola bilər, yağış da ola bilər, danışan və dinləyici 
üçün naməlum olan şəxs də. Hətta bu əvəzetmə kimsə, nəsə 
sözlərinin inkar əvəzliyi vəzifəsində işləndiyi məqamlarda 
belə  özünü  doğrultmur.  Ümumiyyətlə,  əvəzliklər  mahiy-
yət etibarı ilə boş sözlərdən ibarətdir və onlar konkret mətn 
daxilində konkretləşərək müəyyən məna kəsb edir.
Üçüncü şəxsin təkinin mənsubiyyət şəkilçisi(-si) də bəzi 
(ha!) qeyri-müəyyənlik ifadə edən əvəzliklərin yaranmasın-
da sözdüzəldici şəkilçi kimi çıxış edir. Düzdür, bəzi sözlər-
də -si hələ də mənsubluq anlayışını qoruyub saxlamaqda-
dır. Kimisi, birisi, bəzisi kimi əvəzliklər mənsub olduqları 
söz birləşmələrinin birinci tərəfi olmadan da müstəqil şə-
kildə işlənə bilir və qeyri-müəyyən məzmun ifadə edir. Bu 
dilimiz üçün xarakterik bir haldır. Sözdəyişdirici şəkilçinin 


42
İlkin Əsgər
sözdüzəldici  şəkilçiyə  çevrilməsi  tarixən  də  qrammatika-
mızda olmuş və bu gün də davam etməkdədir.
-ə. Bu şəkilçi də qeyri-məhsuldar olub, təyini əvəzlikdən 
qeyri-müəyyənlik bildirən əvəzlik əmələ gətirir. Dilimizdə-
ki çox funksiyalı  şəkilçisi ilə omonimlik təşkil edir. Əvəz-
lik düzəldən şəkilçi kimi “hərə” sözündə rast gəlinir. Dilçi-
lik ədəbiyyatlarında, morfologiyaya dair tədqiqatlarda hər, 
öz, bütün, filan əvəzliklərinin hallanmadığı göstərilir. Hərə 
sözündəki  -ə  şəkilçisinin  də  hal  şəkilçisi  olmadığı  sözün 
semantikasından  məlum  olur.  Hər  təyinedicilik,  əlamət, 
keyfiyyət xüsusiyyəti daşıdığı halda, hərə qeyri-müəyyən, 
mücərrəd  məzmununu  ifadə  edir.Məsələn:  Hər  aşiqin  öz 
dövranı var. (M.Rahim), Əzizləyib hamı sizi, hərə bir cür təbrik 
edir.(V.Dumanoğlu).
 şəkilçisinin qeyri-müəyyən və sözdüzəldici olmasını 
prof.Q.Kazımovun linqvistik araşdırmaları da təsdiq edir. 
Professor bu münasibətlə yazır: “Qeyri-müəyyənlik bildirən 
hərə əvəzliyi hər sözünə -ə şəkilçisinin artırılması ilə düzəl-
mişdir:Yalan olmasın, hərəmiz bir aslana dönmüşdük. (M.Hü-
seyn)”.(48.,149).
-maca,-məcə. Quruluşca mürəkkəb olub, -ma,-mə və -ca,-
cə şəkilçilərinin birləşməsi əsasında əmələ gəlmişdir. Təhlil 
zamanı bir qrup sözlərdə tərkibinə görə ayırmaq mümkün 
olmadığı üçün, bir sözdüzəldici şəkilçi kimi götürülür. Fe-
illərin sonuna qoşulmaqla isim düzəldir. Məsələn: tapma-
ca, atmaca, bilməcə, köpməcə,bulmaca və s.
-qar. Adların və feillərin sonuna artırılmaqla yeni mənalı 
sözlər düzəldərək, əşya, yer, məkan, alət, məsafə məzmunu 
yaradır. Dilimizdə ucqar və yonqar sözlərində rast gəlinir. 
Məsələn: Onları meşə kənarındakı ucqar bir stansiyada vaqon-


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə