İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə12/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   ...   8   9   10   11   12   13   14   15   ...   43

37
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
-iş.  Müasir Azərbaycan  dilində  bu  şəkilçi  müxtəlif  söz 
qruplarına  məxsus  yeni-yeni  sözlər  düzəldir.  Bu  xüsu-
siyyətlərinə görə, həm omonim, həm də qeyri-məhsuldar 
söz-şəkilçidir. Sifətlərin sonuna qoşulmaqla sifət əmələ gə-
tirir. Məsələn: nəmiş, geniş. Qeyd edək ki, -iş şəkilçisi əslin-
də iki şəkilçidir: sifətdən feil düzəldən –i şəkilçisi və feildən 
sifət düzəldən –ş şəkilçisi. Bu münasibətlə prof.Q.Kazımov 
yazır: “Bunlar (geniş və nəmiş sözləri nəzərdə tutulur- İ.Ə) gen 
və  nəm  sifətlərinə  -iş  şəkilçisinin  artırılması  ilə  düzəlmə-
mişdir. Dildə gen, nəm sifətləri ola-ola, yenidən -iş şəkilçi-
si ilə eyni mənalı söz düzələ bilməzdi. Bu cür sözlərdə -iş 
bir şəkilçi deyil, iki şəkilçidir...(48.,107) Düzdür, dilimizdə 
eyni  məzmunlu  şəkilçi  və  sözlərin  iştiakı  ilə  yaranan  bir 
neçə söz vardır. Lakin bu məqamda prof.Q.Kazımovun fik-
ri məntiqli və elmi olub, ağılabatandır. Bunu feil düzəldən 
–i şəkilçisinin iştirakı ilə yaranan sözlərin olması da sübut 
edir. Məsələn: təngimək, ləngimək, bərkimək,acımaq, turşumaq, 
avazımaq, bayatımaq, yerimək, yavaşımaq və s. Bu sözlərin ya-
randığı model əsasında nəmimək və genimək sözləri də ya-
rana  bilər.  Nəmimək  forması  işlənməsə  də,  genimək  sözü 
dialekt və şivələrimizdə, xüsusən də , qərb qrupu dialekt 
və  şivələrində  işlənməkdədir.  Hətta  Ş.İ.Xətayinin  dilində 
də işlənmişdir. Çeşmim genidi misali-qazğan.(48.,107) Müasir 
dilimizdə isə -iş kimi sabitləşməkdədir.
-ğın,  -gin,  -ğun,  -gün.  Feillərin  sonuna  qoşulmaqla 
əlamət, keyfiyyət, daimi xasiyyət bildirən sifətlər düzəldir. 
Nisbətən məhsuldarlığı ilə seçilir. Məsələnəzgin, yorğun, 
dalğın, azğın, solğun, gərgin, düzgün, yayğın, süzgün.
-ğan. Feildən isim düzəldən qeyri-məhsuldar şəkilçidir. 
Yer, məkan, əşya, vasitə çaları ifadə edir. Məsələn: yarğan, 


38
İlkin Əsgər
yarılğan, burulğan və s.Yarğana yaxınlaşıb, qaçaq-quldurun 
pusquda dayana biləcəyi yerləri tapmaq və yol kəsən varsa, qəfil-
dən üstlərini almaq üçün hazır dayandılar.(İ.Şıxlı), Ağacın düş-
düyü yerdə su lillənib burulğana çevrilmişdi.(İ.Şıxlı).
-nuq. Feildən ad düzəldən şəkilçi olub, əlamət, keyfiy-
yət, görkəm bildirir. Müasir Azərbaycan dilində “yornuq” 
sözündə təsadüf olunur.
-ac. Bu morfem “aç(maq)” sözünün şəkilçiləşməsi zəmi-
nində  əmələ  gəlmiş  qeyri-məhsuldar  omonim  şəkilçidir. 
Qoşulduğu  sözdə  ölçü,  kəmiyyət,  məsafə,  numerativlik 
məzmunu  ifadə  edir.  Məsələn:  qolac.  Bəs  onun  gülər  üzü 
hanı, qolac saçları, dəyirmi sifəti? (M.Cəlal) (bax: 10.,173)
-çılıq, -çilik, -çuluq, -çülük. Bu şəkilçi müasir Azərbay-
can  dilində  çoxlu  sayda  söz  əmələ  gətirir.  Şəkilçi  –çı,-çi,-
çu,-çü  və  -lıq,-lik,-luq,-lük  şəkilçilərinin  sintezindən  ibarət 
quruluşca  mürəkkəb  və  olduqca  məhsuldardır.  Məsələn: 
əkinçilik,  bağçılıq,  bostançılıq,  qoyunçuluq,  düşmənçilik,  ovçu-
luq,  Azərbaycançılıq,  türkçülük,  üzümçülük,  şərabçılıq,  taxıl-
çılıq,  kitabxanaçılıq,  balıqçılıq,  dəmirçilik,  çobançılıq,  çayçılıq, 
karvançılıq, turançılıq, Məmmədquluzadəçilik, peşmançılıq, ka-
sıbçılıq, tələbəçilik və s.  
 Bu şəkilçidə diqqət çəkən əsas məqam bir qrup sözlərdə 
şəkilçinin tərkib hissələrə bölünməsi, bir qrup sözlərdə isə 
birgə götürülməsi ilə əlaqədardır. Son zamanlarda sözlərin 
bəzilərində  dördvariantlı  –çılıq  şəkilçisi  dördvariantlı  –lıq 
şəkilçisi ilə əvəz olunur. Bu münasibətlə prof. Q.Kazımov 
yazır: “-çı və -lıq şəkilçiləri peşmançılıq, düşmənçilik, ço-
bançılq sözlərində ayrılmır və birlikdə götürülür. –çı his-
səsi asemantik olduğundan son vaxtlar peşmançılıq sözü 
peşmanlıq şəklində işlənir”. (48.,50) Kasıbçılıq (kasıblıq), tələ-
bəçilik (tələbəlik) sözləri də bu qəbildəndir.


39
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
 Qeyd edək ki, bu qaydanı –çılıq şəkilçili bütün sözlərə 
aid etmək olmaz və olmur da. Çünki bu zaman sözün se-
man tikasında  fərq  yaranır,  yaxud  da  söz  ümumiyyətlə 
məna  vermir.  Məsələn,  əkinçilik,  kitabxanaçılıq,  üzümçülük, 
taxılçılıq və s. kimi sözlərdə dördvariantlı –çılıq şəkilçisini 
lıq,-lik,-luq,-lük şəkilçisi ilə əvəzləsək semantik fərq yaranar: 
əkinçilik, kitabxanaçılıq, üzümçülük, taxılçılıq və s.peşə, 
sənət,  ixtisas,  şəxs,  insan,  məşğuliyyət  bildirdiyi  halda, 
əkinlik  (ərazi),  kitabxanalıq  (material),  üzümlük  (gübrə), 
taxıllıq( sahə) və s. kimi sözlər əsasən, əlamət, keyfiyyət, 
xüsusiyyət  bildirir.  Hətta  bəzi  sözlərin  mənası  tamamilə 
dəyişir: qoyunçuluq, qoyunluq (avam, axmaq, qabiliyyət-
siz mənalarında) şəklində işləndikdə danışıq dilində ironik 
xarakterə malik olur. 
Düşmənçilik, bostançılıq, karvançılıq, tələbəçilik, duz-
çuluq və s. kimi sözlərdə isə -çılıq şəkilçisini birgə götür-
mək lazımdır. Çünki ədəbi dilimizdə düşmənçi, bostançı, 
karvançı, tələbəçi, duzçu və s. sözləri yoxdur.
Qeyd: -lıq şəkilçisi -çılıq şəkilçisini o zaman əvəz edə 
bilir ki, bu və ya digər bir leksik vahidin ifadə etdiyi əv-
vəlki və sonrakı semantika eyniyyət təşkil etsin: kasıbçı-
lıq-kasıblıq,  peşmançılıq-peşmanlıq,  tələbəçilik-tələbəlik 
və s. Bu cəhətdən əkinçilik, gülçülük, dənizçilik, çörəkçilik 
və s. kimi sözləri bunlarla qarışdırmamaq lazımdır. Bu tip 
sözlərdə -çılıq tərkib hissələrə ayrılıb müvafiq çalar ifadə 
edir. Müqayisə edin: ək-əkin-əkinçi-əkinçilik; gül-gülçü-gülçü-
lük; dəniz-dənizçi-dənizçilik; çörək-çörəkçi-çörəkçilik.
-ım. Sözdəyişdirici şəkilçinin sözdüzəldici şəkilçiyə çev-
rilməsi yolu ilə yaranmış qeyri-məhsuldar şəkilçidir. İnsan, 
şəxs anlayışı bildirən söz yaradır. Məsələn: xanım


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə