İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə8/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   ...   4   5   6   7   8   9   10   11   ...   43

25
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
mizdə şəkilçi kimi sabitləşmişdir. Qoşulduğu sözdə əşya, 
alət məzmunu yaradır. Məsələn: qolbaq
-puş.  Adlardan  ad  düzəldən  qeyri-məhsuldar  şəkilçi 
olub, qoşulduğu sözdə bənzərlik, oxşarlıq, əlamət, keyfiy-
yət çaları yaradır. Məsələn: toppuş.
-puz. Bu şəkilçi də adlardan ad düzəldən qeyri-məhsul-
dar şəkilçidir. Əsasən, bənzərlik, oxşarlıq, əşya, alət, vasitə 
bildirir. Məsələn: toppuz.
-aqlı. Bu şəkilçi quruluşca mürəkkəb olub, iki şəkilçinin 
birləşməsindən  yaranmışdır.  Məchul  növ  şəkilçisi  qəbul 
etmiş  “oxu”  felinə  artırılıb  əlamət  bildirən  söz  düzəldir. 
Məsələn: oxunaqlı (kitab).
-dur. İsimdən isim düzəldən qeyri-məhsuldar söz-şəkil-
çidir. Eyni zamanda omonim şəkilçilərdən olub, –lıq,-lik,-
luq,-lük şəkilçisinin sinonimi kimi çıxış edir. Məsələn: su-
luq-sudur.
-ıcıl. Şəkilçi -cıl,-cil,-cul,-cül morfemi ilə eyni mənbədən 
yaranmışdır. –ıcıl dilimizdəki “sistemli” sözünün sinonimi 
olan “ardıcıl” sözündə rast gəlinir.
-dın.Şəkilçinin  işlənmə  dairəsi  olduqca  məhduddur. 
“Dan” sözündən törəmə olduğu güman olunur. Dilimizdə 
“aydın” sözündə rast gəlinir.
-uş. Feildən isim(oxunuş) və feildən feil düzəldən(vuruş-
maq) –uş şəkilçisi ilə omonimdir. –uş şəkilçisi sifətdən atri-
butiv səciyyəli söz əmələ gətirir. Məsələn: koruş (kor adam 
mənasında-İ.Ə
 
 
Qeyd edək ki, bu şəkilçinin –ış variantına danışıq dilin-
də, dialekt və şivələrimizdə rast gəlinir. Məsələn, Laçın ra-
yonu Ağoğlan kənd şivəsində -uş şəkilçisi ilə yanaşı, onun 
–ış forması işlənir: karış. Bundan əlavə ədəbi dilimizdə iş-


26
İlkin Əsgər
lənən  -uş  şəkilçisinin  dialekt  və  şivələrimizdə  -es  forması 
da işlənməkdədir. Bu şəkilçinin  işlənməsi daha  çox Qərb 
və Cənub qrupu dialekt və şivələrində müşahidə olunur.
Məsələn: gonbules, kores və s.
-ş. Atributiv səciyyəli söz əmələ gətirən qeyri-məhsuldar 
şəkilçidir.  Dilimizdə  işləkliyini  itirmək  üzrədir.  Məsələn: 
korş
-r.  Feildən  sifət  düzəldən  qeyri-məhsuldar  şəkilçidir. 
Məsələn: oxşar, gülümsər, bənzər, qaynar və s.
-əzəkƏm(mək) felinə qoşulmaqla əlamət, keyfiyyət, xa-
siyyət bildirən əməzək sifətin düzəldir. 
-əm,-m. Dilimizdə qeyri-məhsuldar söz şəkilçilərdən he-
sab olunur. Əsasən, adlardan və bəzi feillərdən əşya, şəxs, 
vəziyyət, proses bildirən sözlər əmələ gətirir. Məsələnor-
tam, üçəm, dönəm, önəm,dördəm və s. At dağ yuxarı dördəm 
(dörd nala çaparaq-İ.Əsgər) tullana qalxdı.(S.Rəhimov)
-tuq. Bir cür yazılan qeyri-məhsuldar şəkilçi olub, isim-
dən  isim  düzəldir.  Məsələn:  qoltuq.  Burda  qoltuq  ağacını 
tolazlayan  görmüşəm.  (Q.Qasımzadə),Teymur  qoltuğunda-
kı kağızı açdı, ordan bir əmzik çıxardıb Leylaya verdi.(İ.Şıxlı). 
 Qeyd edək ki, bu şəkilçi dilimizdə tarixən də işlənmiş, qey-
ri-məhsuldar  xarakterə  malik  olmuşdur.  –tuq  şəkilçisinə 
eyni fonetik tərkib və semantika etibarı ilə müasir dilimiz-
də  olduğu  kimi  “Kitabi-Dədə  Qorqud  dastanları”nda  da 
bir neçə dəfə işlənmişdir: Geŋ ətəgüŋə, dar qoltuğuŋa qısıl-
mağa gəlmişəm; ...Dar ətüŋə, geŋ qoltuğıŋa sığınu gəlmişəm!, 
Qanturalı qızlar, dəvəniŋ qoltuğından girər, fırlar-çıqar...
-il. Felin növ kateqoriyasının göstəricisidir. Eyni zaman-
da omonimlik xüsusiyyətinə malik söz-şəkilçidir. Dilimiz-
də ad-feil kimi çıxış edən Sevil sözündə rast gəlinir. 


27
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
-gə. Feillərin sonuna qoşulmaqla əşya, yer, alət, əlamət, 
keyfiyyət məzmunu yaradan isimlər və atributiv səciyyəli 
sözlər düzəldir. Məsələn: döngə, süpürgə, bölgə, şitəngə və s. 
-çıvan.  Artıq  arxaikləşmiş  olan  bu  şəkilçi  fars  mənşə-
li –ban və milli mənşəli-çı,-çi,-çu,-çü şəkilçisi ilə sinonimlik 
təşkil edir. Artırıldığı sözdə peşə, sənət, şəxs anlayışı yara-
dır. Məsələn: bağçıvan.        
  Əsasən,  XIX-XX  əsrlərə  aid  bədii  mətnlərdə  rast  gəlinir: 
Maşallah,  nə  yaxşı  qabilsən;  Bağçıvanlıqda  xeyli  kamilsən.
(A.Səhhət). (bax: 8., 200)
-ri.  Feildən  sifət  düzəldən  qeyri-məhsuldar  şəkilçi-
dir.  Müasir  Azərbaycan  dilində  əyri”  sözündə  işlədilir. 
Məsələn: Mənim oğlum elə oğul deyil ki, yediyi çörəyə əyri baxa.
(İ.Şıxlı)
-əlik. Bu şəkilçi əslində yönlük hal və isim düzəldən –lik 
şəkilçisinin birləşməsindən əmələ gəlmiş və -əlik şəklində 
sabitləşməyə  doğru  inkişaf  mərhələsindədir.  Quruluşca 
mürəkkəb olub, qeyri-məhsuldar söz-şəkilçi funksiyasında 
çıxış  edir.  Təqribən  sifət  düzəldən  –dakı,-dəki  şəkilçisinin 
formalaşdığı  qəlib  əsasında  yaranmışdır.  Şəkilçinin  işlən-
mə dairəsi olduqca məhduddur, dilimizdə “üstəlik” sözü-
nün tərkibində işlənir.
-qan. Söz-şəkilçi qrupuna daxildir. Daha çox təsirsiz feil-
lərin sonuna artırılmaqla quruluşca düzəltmə olan yeni isim 
və sifət düzəldir. qan şəkilçisi qoşulduğu sözdə əşya, alət, 
əlamət, keyfiyyət məzmunu yaradır. Məsələn: alışqan, ya-
pışqan, asılqan, çalışqan, dalaşqan, vuruşqan, suvaşqan.
-ım,m.  Bu  şəkilçi  də  omonimlik  xüsusiyyətinə  malik 
olub, əsasən, feillərdən isim və sifət düzəldir. Məsələn: qıv-
rım, ayrım, yarım.


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə