İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə10/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   ...   6   7   8   9   10   11   12   13   ...   43

31
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
çidin yuxarısına qırmızı parça örtdülər və cürbəcür şüarlar yaz-
dılar.(İ.Şıxlı)
-ıd,-d.  Qeyri-məhsuldar  omonim  şəkilçidir.  Adlardan 
əşya, insan, şəxs, vəzifə, dərəcə bildirən söz əmələ gətirir. 
Məsələn: yaşıd, ustad.
-cat.  İsimdən  isim  düzəldən  qeyri-məhsuldar  şəkilçi 
olub, əşya, proses məzmunu ifadə edir. Məsələn: havacat
-c.  Adların  sonuna  qoşulmaqla,  ad  düzəldən  və  omo-
nimlik xüsusiyyətlərini əks etdirən qeyri-məhsuldar şəkil-
çidir. Məsələn: anac, Buğactoxac və s.
-dıq,-dik.  Şəkilçi  şühudi  keçmiş  zamanın  və  I  şəxs  cə-
minin şəxs sonluğunun morfoloji göstəricisinin birləşməsi 
əsasında yaranmışdır. Sözdəyişdirici şəkilçinin sözdüzəldi-
ci şəkilçiyə çevrilməsi nəticəsində formalaşmış qeyri-məh-
suldar qrammatik-leksik şəkilçidir. Feillərin sonuna qoşul-
maqla insan adı bildirən xüsusi isimlər düzəldir. Məsələn
Sevindik,  Tapdıq  və  s.  Tapdıq  sinini  ehmalca  irəli  itələdi.(İ.
Şıxlı)
-ar,-ər. Omonim şəkilçi olub, feildən isim düzəldir. -dıq,-
dik  şəkilçilərində  olduğu  kimi,  qrammatik  şəkilçidən  ya-
ranmışdır.  Əsasən,  birhecalı  hərəkət  bildirən  sözlərdən 
şəxs  adları  əmələ  gətirir.  Məsələn:  Yaşar,  Sevər,  Gülər, 
Anar, Yetər və s.
-əl. Əvəzlikdən sifət düzəldən qeyri-məhsuldar söz-şə-
kilçidir. Şəkilçi dilimizdəki “özəl” sözünün tərkibində iş-
lənmişdir.
-imli. Bu şəkilçi feildən isim düzəldən dördvariantlı –ım 
(ölüm, itim, bölüm, kəsim, baxım və s.) və adlardan sifət 
düzəldən dördvariantlı –lı şəkilçisinin (yağlı, duzlu, güllü, 
axarlı, ikili və s.) sintezindən ibarət olub, mürəkkəb struk-


32
İlkin Əsgər
turuna malikdir. Bir qrup sözlərdə şəkilçi tərkib hissələrə 
ayrılır, məhsuldar şəkilçi kimi çıxış edir. Məsələn: baxımlı, 
bilimli, kəsimli və s. 
      
 Lakin bir qrup sözlərdə şəkilçini tərkib hissələrə ayırmaq 
olmur. Şəkilçini tərkib hissələrə ayırıb iki müxtəlif şəkilçi 
kimi götürmək mümkün olmadığı üçün birlikdə mürəkkəb 
şəkilçi  kimi  götürülür.  Məsələn:  sevimli,  gəlimli,  gedimli 
və s. Bu kimi sözlər müasir Azərbaycan ədəbi dilində az-
lıq təşkil edir. Qeyri-məhsuldar olmasına baxmayaraq dili-
mizdə işlənmə tarixi olduqca qədimdir. Hətta “Kitabi-Də-
də  Qorqud  dastanları”nın  dilində  də  bu  şəkilçi  vasitəsilə 
əmələ gəlmiş leksik vahidlərə rast gəlmək mümkündür: 
Qanı dedigim bəg ərənlər?
Dünya mənim deyənlər? 
Əcəl aldı, yer gizlədi,
Fani dünya kimə qaldı?
Gəlimlü-gedimlü dünya
Axır soŋ ucı ölümlü dünya!
-lama. Feil düzəldən –la,-lə və isim düzəldən –ma,-mə 
şəkilçisinin  qovuşuğundan  yaranmış  qeyri-məhsuldar  şə-
kilçidir. Qoşulduğu sözdə yemək, əşya məzmunu yaradır. 
Məsələn: buğlama, xaşlama. 
Bir qrup sözlərdə isə şəkilçi tərkibcə iki yerə ayrıla bi-
lir. Məsələn: yağ-yağla-yağlama, bağ-bağla-bağlama, qar-
şı-qarşıla-qarşılama və s.
-çaq. İsimdən isim düzəldən qeyri-məhsuldar şəkilçidir. 
Dilimizdə dördvariantlı –lıq şəkilçisinin sinonomi olan bu 
şəkilçi qoşulduğu sözdə əşya, alət, geyim məzmunu yara-
dır. Məsələn: qolçaq


33
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
-çaq. İsim düzəldən –çaq şəkilçisi ilə omonim-sız,-siz,-
suz,-süz şəkilçisi ilə sinonim, -lı,-li,-lu,-lü şəkilçisi ilə an-
tonimdir. Əşya bildirən sözdən sifət əmələ gətirir. Dilimiz-
dəki  tumançaq,  köynəkçək  kimi  sözlərdə  təsadüf  olunur. 
Məsələn: Səməd döşəmədə, yalxı döşəkağı üzərində köynəkçək 
uzanmışdı. (İ.Hüseynov). –çaq şəkilçili sözlər mətndaxili si-
tuasiyadan asılı olaraq həm sifət, həm də zərf kimi çıxış edə 
bilir. Ayrı-ayrı dil faktları üzərində aparılan müşahidələr 
göstərir ki, şəkilçi tarixən daha məhsuldar olmuşdur. Lakin 
dil inkişaf etdikcə söz yaratmaq qabiliyyətini tədricən itir-
mişdir. Bu şəkilçi hətta “Kitabi-Dədə Qorqud dastanları”n-
da,  “Qam  Börəniŋ  oğlı  Bamsı  Beyrək  boyını  bəyan  edər, 
xanım, hey” adlı boyda da işlənmişdir: Aldı Dəli Qarçarı bir 
birəli yerə gətürdi. Dəli Qarçarı yalınçaq eylədi, ağıla qoydu...
-çıq. Adlardan ad düzəldən qeyri-məhsuldar şəkilçidir. 
Kiçiltmə bildirən dördvariantlı –cıq şəkilçisi ilə eyni mən-
bədən  olub,  əsasən,  ölçü,  kiçiltmə,  dərəcə  çaları  yaradır. 
Məsələn:  yarımçıq.  O,  yarımçıq  qoyduğu  kitabı  götürdü.
(İ.Şıxlı), İkinci vəsiyyətim də, odur ki, toyu yarımçıq qoyma-
yın.(İ.Şıxlı)
-an,-ən. Bu şəkilçi omonimlik səciyyəsi daşımaqla həm 
adlardan, həm də feillərdən ad bildirən sözlərin yaranma-
sında iştirak edir. Qədim türk yazılı abidələrinin dilində də 
bu  şəkilçinin  qapalı  və  açıq  variantları  ilə  düzələn  onlar-
la söz işlənmişdir. Müasir Azərbaycan dilində isə -an,-ən 
əlavə olunduğu sözlərdə əşya, şəxs, əlamət, keyfiyyət, yer, 
məkan, alət məzmunu yaradır. Məsələn: oğlan, ərən, şoran, 
düzən, kökən və s. 
-an,-ən,-n.  Feildən  isim  düzəldən  qeyri-məhsuldar 
söz-şəkilçidir. Feli sifət, feildən isim düzəldən –an,-ən şəkil-
çisi ilə omonimlik keyfiyyəti daşıyır. Söz sonuna qoşularaq, 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə