İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə9/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   ...   5   6   7   8   9   10   11   12   ...   43

28
İlkin Əsgər
-gən,-kən. Həm təsirli, həm də təsirsiz feillərə qoşulub, 
əlamət, keyfiyyət, xasiyyət, xarekter anlayışını ifadə edən 
sifətlər düzəldir. Məsələn: döyüşkən, sümürgən, deyingən, 
ilişkən, sürüşkən, yetişkən və s.
-soy.  Müasir Azərbaycan  dilində  soyad  düzəldən  əsas 
şəkilçilərdən  biridir.  Nəsil,  kök  sözlərinin  sinonimi  olan 
soy  sözünün  şəkilçiləşməsi  yolu  ilə  yaranmışdır.  Demək 
olar ki, fars mənşəli –zadə söz-şəkilçisi ilə eyni qəlib əsasın-
da yeni sözlər-soyadlar yaradır. Məsələn: Rzasoy-Rzaza-
də, Əlisoy-Əlizadə, Əsgərsoy-Əsgərzadə və s.
-gil. Şəxs məzmunlu isimlərin sonuna artırılıb, qohum-
luq,  tanışlıq,  insan,  nəsil,  tayfa  anlayışı  bildirən  isimlər 
düzəldir. Həm sadə, düzəltmə və mürəkkəb sözlərə, həm 
də  mənsubiyyət  şəkilçili  sözlərə  qoşularaq  sözdə  cəmlik, 
topluluq, mənsubluq çaları ifadə edir. Məsələn: Sənangil, 
Uğurgil,  Fazilgil,  Muradgil,  əmimgil,  dayımgil,  Qurbani-
gil, Şahsevəngil və sNisbətən məhsuldar olan –gil şəkilçisi 
cəm anlayışı yaratdığı üçün, istisna halları nəzərə almaqla 
ondan sonra qeyri-müəyyən kəmiyyət bildirən –lar,-lər şə-
kilçisi işlənmir. MəsələnÖmər koxagilin kəhəri kömək gəldi-
yini və irəşmənin cilovlandığını görüb daha da böyük qəzəblə irəli 
cumdu.(İ.Şıxlı), Güllügilin dəyəsi Ömər koxagilin dəyəsinə yaxın 
idi.(İ.Şıxlı), Sonra Həsən ağagilin eyvanına çıxdılar.(İ.Şıxlı),Qu-
lamgilə qaçdım, şalı salladım.(M.Şəhriyar) və s.
-daq. Bu şəkilçi də ad düzəldən qeyri-məhsuldar şəkilçi 
olub,  əsasən, yer,  məkan,  əşya  məfhumu ifadə edən yeni 
isimlər əmələ gətirir.-laq şəkilçisi ilə sinonimlik təşkil edir. 
Məsələn:  batdaq,  duzdaq,  ovurtdaq,  çatdaq.  Ayaq  səsləri 
yaxınlaşdıqda dodaqlarını qapının çatdağına söykədi.(M.İbrahi-
mov)


29
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
-qul.  Əşya  məzmunlu  söz  yaradan  qeyri-məhsuldar 
söz-şəkiçidir. Məsələn: tuşqul
-ca+na.  İki  komponentdən  ibarət  quruluşca  mürəkkəb 
olan  şəkilçidir.  Dilimizdə  azcana  sözündə  rast  gəlirik.
Məsələn: Dedi və bir azcana kədərlənən kimi oldu. (İ.Şıxlı). Di-
alektlərdə əccənə (Şəki) forması da qeydə alınmışdır.
-gə.  İsim,  sifət,  zərf  düzəldən  şəkilçi  kimi  omonimlik 
xüsusiyyətinə malik olmaqla, həm adlardan, həm də feil-
lərdən yeni mənalı leksik vahidlər əmələ gətirir. Məsələn: 
döngə, bölgə, süpürgə, özgə, birgə. Çöldən dərdiyi yovşan sü-
pürgəsi də camışın belində idi.(İ.Şıxlı)
Prof.  B.Əhmədov  –gə  şəkilçisi  vasitəsilə  yaranmış  “bir-
gə” sözü haqqında yazır: “...bəs bir sayına artırılmış –gə nə 
şəkilçisidir? Bu sözün mənbələrdə birgər forması da qeydə 
alınıb. Dialektlərdə birgə əvəzinə birədi sözü də işlədilir. 
Sözün əsli mürəkkəb olub: birəiki. İnkişaf prosesində söz 
birgə  formasını  kəsb  edib.  Deməli,  buradakı  –gə  şəkilçisi 
iki sözün zəminində (kontaminasiya yolu ilə) əmələ gəlib”.
(12.,56) İzahlı lüğətdə birədi  birəiki sözləri müvafiq ola-
raq, bütünlüklə, hamısı, birdən, birlikdə, bir yerdə, yoldaşlı 
 hər bir saya qarşı iki, iki dəfə artıq mənalarında verilmiş-
dir.(bax: 8) 
Göründüyü kimi, birədi sözü ilə az-çox semantik bağ-
lılıq vardır. Prof. Ə.Rəcəblinin tədqiqatlarından şəkilçinin 
Orxon-Yenisey  abidələrində  -ka,-kə,-ğa,-gə  variantlarının 
mövcudluğu  məlum  olur.  Lakin  –gə  şəkilçisi  qədim  türk 
yazılı abidələrinin dilində də qeyri-məhsuldar olub, cəmi 
bir neçə sözdə təsadüf olunur. Tədqiqatçı abidələrin dilin-
də  ögə,  kısğa,  bilgə  sözlərini  kök  və  şəkilçiyə  ayırmağın 
mümkün olduğunu qeyd etmişdir.(bax: 36)


30
İlkin Əsgər
 - şəkilçisinin –ğa forması da müasir Azərbaycan di-
lində qeyri-məhsuldar şəkilçi olub, feldən əşya, ad bildirən 
isim düzəldir. Məsələn: qovurğa. Güman etmək olar ki, -gə 
şəilçisi  –qac,-gəc,-ğac  şəkilçisinin  son  samitinin  düşməsi 
nəticəsində yaranmışdır. Dilimizdə bu qəlib əsasında məh-
suldarlığından  asılı  olmayaraq  onlarla  şəkilçi  əmələ  gəl-
mişdir.
-dər. Adlardan ad düzəldən qeyri-məhsuldar şəkilçidir. 
Bu şəkilçiyə biləndər, öndər kimi sözlərdə təsadüf edilir.
-qan. Omonimlik xüsusiyyəti daşıyan qeyri-məhsuldar 
söz-şəkilçidir. Feldən isim və sifət düzəldən –qan şəkilçi-
sindən fərqli olaraq müasir dilimizdə isimdən isim düzəl-
dir və peşə, sənət şəxs, vəzifə məzmunu yaradır. Məsələn: 
başqan
-ca,-cə.  Sifətdən  isim  əmələ  gətirən  qeyri-məhsuldar 
omonim  şəkilçidir.  Qoşulduğu  sözdə  əşya,  alət,  vasitə, 
geyim  çaları  yaradır.  Məsələn:  gödəkcə  və  s.  Gödəkcəsini 
çiyninə saldı, ağır-ağır doqqaza doğru addımladı.(İ.Şıxlı), O, gö-
dəkcəsinin yaxasını qaldırmış, uzun günlüklü şapkasını gözü-
nün üstünə endirmişdi.(İ.Şıxlı)
ca  omonim  şəkilçisi  vasitəsilə  isimdən  sifət  də  əmələ  gəlir. 
Məsələn: balaca
-aş. Şəkilçi dilimizdə söz-şəkilçi funksiyasına malik 
olub, isimdən isim düzəldir. Məsələn: adaş 
Milli mənşəli –daş morfemi ilə eyni semantik qrupda 
birləşir.
-ıd,-üd,-id,-ud,-d. Qeyri-məhsuldar şəkilçi olub, hərəkət 
bildirən  sözlərdən  yeni  sözlər  əmələ  gətirir.  Bu  şəkilçiyə 
dilimizdəki  keçid,  öyüd,  ayırd  kimi  sözlərdə  rast  gəlirik. 
Məsələn: Həyətdə iki uzun dirək basdırıb keçid düzəltdilər. Ke-


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə