İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə11/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   ...   7   8   9   10   11   12   13   14   ...   43

34
İlkin Əsgər
əsasən əşya, alət, hadisə, proses çaları ifadə edir. Məsələn: 
pozan, talan, qalxan və s.
-bac. Feildən isim və sifət düzəldən şəkilçilərdən olub, 
atlanbac, dolanbac kimi sözlərdə rast gəlirik.
-paç. –bac şəkilçisi ilə bir mənbədəndir, b>p əvəzlənmə-
si  baş  vermişdir.  Feildən  əşya,  oyun  məzmunlu  yeni  söz 
əmələ gətirir. Məsələn: gizlənpaç.
-tı,-ti. Feillərin sonuna artırılıb, hal-vəziyyət, əşya, mü-
cərədlik anlayışı ifadə edən məfhumlar düzəldir. Məsələn
göyərti, yaşartı, közərti, qızartı, cücərti, işartı və s.   
Bu şəkilçi əslində məhsuldarlığı ilə digər şəkilçilədən əsaslı 
şəkildə fərqlənir. Lakin şəkilçinin –rti forması qeyri-məh-
suldar olub, məhdud dairədə işlənir. Güman etmək olar ki, 
r” ünsürü qeyri-qəti gələcək zaman formasının morfoloji 
göstəricisi olub və şəkilçi tərkibində daşlaşmışdır. Məsələn: 
kişnərti, göynərti.
Göyərti, yaşartı, közərti kimi sözləri göyərmək, yaşar-
maq, közərmək formasında işlətmək mümkün olduğu hal-
da, kişnərti, göynərti sözlərini kişnərmək, göynərmək şək-
lində işlətmək mümkün deyil. Məsələn: Şeydanın sinəsinin 
altındakı köhnə çapığın göynərtisi dərhal əriyib yoxa çıxdı.( B.
Bayramov), Güclü külək kişnərti salır, uğultu ugultuya qarışır, 
min bir səs bir-birinə qovuşurdu. (S.Rəhimov), Aldığı yaradan, 
yaxud müvazinəti saxlaya bilmədiyindən körpünün məhəccərin-
dən suya düşən atların kişnərtisi bir-birinə qarışdı.(İ.Şıxlı)
-ınc,-inc,-unc,-ünc. Feillərdən hal-vəziyyət adlarını ifadə 
edən qeyri-məhsuldar şəkilçidir. Dilimizdə işlənmə tarixi 
qədim olub, qorxunc, gülünc, qaxınc, girinc kimi sözlərrdə 
təsadüf olunur. Şəkilçinin törəmələri olan –nc,-c şəkilçilə-


35
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
ri də söz yaradıcılığı prosesində iştirak edirsevinc, ödənc, 
zarınc, utanc, güvənc və s.
-mur. Yağ(maq) sözündən əşya, proses məzmunlu yağ-
mur ismini düzəldir.
-miş.  Sözdüzəldici  və  sözdəyişdirici  şəkilçi  kimi  omo-
nimlik  xüsusiyyətinə  malikdir.  Məhsuldarlığı  aşağı  olsa 
da, tarixən dilimizdə işlənmişdir. Kök feillərə qoşulmaqla 
əşya,  zaman,  yemək,  vasitə  məzmunlu  isimlər  düzəldir. 
Dilimizdəki bişmiş, yemiş, keçmiş kimi sözlər –miş şəkil-
çisinin  vasitəsilə  yaranmışdır.  “Dastani-Əhməd  Hərami” 
poemasında da miş şəkilçili bişmiş sözünə rast gəlinir. Bu 
söz M.H.Şəhriyarın dilində də işlənmişdir:
Bişmiş kimi şeirin də gərək dad-duzu olsun
Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz.
-man. Bu şəkilçi türk mənşəlidir və Rus-avropa mənşə-
li –man,-men şəkilçisindən öz semantikasına görə fərqlənir. 
Dilimizdə  söz-şəkilçi  qrupuna  daxil  olan  man  adlardan 
həm isim, həm də sifət düzəldərək qoşulduğu sözdə şəxs, 
əşya,  əlamət,  keyfiyyət,  zahiri  görkəm  çaları  ifadə  edir. 
Məsələnataman, arzuman, şişman, yalman, azman, türk-
man, qocaman və s. 
-man  şəkilçisi  tarixən  də  dilimizdə  işlənmişdir.  “Kita-
bi-Dədə Qorqud dastanları”nın dilində “yetman” sözündə 
rast gəlinir: Səndənmidir, bəndənmidir,Taŋrı Taala bizə bir yet-
man oğul verməz nədəndir, -dedi, soyladı.
-mən.  Türkmənşəli  –man  şəkilçisi  ilə  eyni  mənbədən 
olub, əsasən ad bildirir. Qoşulduğu sözdə əşya, şəxs, peşə, 
sənət, xalq, milli mənsubluq ifadə edir. Məsələn: öyrətmən, 
türkmən və s.


36
İlkin Əsgər
-a,-ə. Feildən ad düzəldən qeyri-məhsuldar omonim şə-
kilçidir. Yara və çevrə sözlərində rast gəlinir. Çevrə sözün-
də eliziya hadisəsi baş vermiş, söz kökündəki (çevir) qısa 
tələffüz olunan incə i saiti düşmüşdür.
-an,-ən. Qeyd etdiyimiz kimi, bu şəkilçi dilimizdə müxtə-
lif söz qruplarına məxsus sözlərin morfoloji göstəricisi olu-
b,omonim şəkilçilər qrupuna daxildir. İsim, sifət, zərf, feil 
və  feli  sifətin  əmələ  gəlməsində  mühüm  əhəmiyyət  kəsb 
edir. Məsələn: talan, qalxan, düzən, şoran, gücənmək, qa-
çan, tutan, baxan və s. Dilimizdəki Yaradan sözü də bu şə-
kilçi ilə düzəlmişdir. Əslində Yaradan morfemindəki –an 
indiki zaman mənalı feli sifət şəkilçisidir. Lakin bu məqam-
da sözdüzəldici şəkilçi kimi (qrammatik-leksik) çıxış edir.
-la. Feil düzəldən –la,-lə şəkilçisinin əksinə olaraq, feil-
dən əşya, ölçü məzmunu bildirən isim düzəldir. Məsələn: 
damla.
-cı. Bu şəkilçi də feildən isim düzəldən qeyri-məhsuldar 
şəkilçi olub, qoşulduğu sözdə əşya, alət məzmunu yaradır. 
Məsələn: damcı. Gözlərindən iki damcı yaş süzülərək yerə düş-
dü.(M.İbrahimov)
-ci. Bu şəkilçi də, felin sonun artırılıb əşya, şəxs məzmu-
lu ümumi isim əmələ gətirir. Etimoloji cəhətdən –cı şəkil-
çisinin kökündə nə durursa –ci şəkilçisinin kökündə də, o 
durur–ci şəkilçisinə “öyrənci” sözündə rast gəlinir.
-əş.  İsimdən  isim  düzəldən  və  feildən  sifət  düzəldən 
qeyri-məhsuldar omonim şəkilçidir. Məsələn: Günəş, güləş
Bütün günü hər tərəfə od ələyən günəş təzəcə batmışdı.(M.İbra-
himov),Günəş üfüqlərdən xeyli qalxdığı zaman Tehrandan gələn 
boz  bir  maşın  Qəzvinin  tozlu  və  kəsəkli  küçələrinə  daxil  oldu.
(M.İbrahimov)


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə