İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə7/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   2   3   4   5   6   7   8   9   10   ...   43

22
–varı'>İlkin Əsgər
formasında verilmişdir. Şəkilçinin yazılışına dair izahatda 
da –varı forması izah olunmuş və lüğətin 2004-cü il nəş-
rindəki  müvafiq  misallar(ordakı  izahatda  –vari  kimi  verilib) 
yenidən –varı şəklində verilmişdir: “...vari şəkilçisi: buy-
nuzvarı, qalxanvarı, yüngülvarı, üzükvarı”(17.,14)
Qeyd: Bizim fikrimizcə, şəkilçinin –vari formasında iş-
lətmək daha düzgün və məntiqlidir. Ahəng qanununa tabe 
olma nöqteyi-nəzərindən –vari, yaxud da –varı şəkilçisinin 
arasında heç bir fərq yoxdur. Çünki hər iki halda istisnala-
rı nəzərə almaqla ahəng qanununun pozulması halına dildə 
təsadüf olunur: lələkvari- lələkvarı, yarpaqvari-yarpaqva-
rı, qalxanvari-qalxanvarı, üzükvari-üzükvarı və s.
VI  nəşrdə  verilən  –varı  şəkilçisinin  bir  qrup  söz  istis-
na  olunmaqla,  digər  sözlərdə  işlənməsi  ədəbi  dil  norma-
ları baxımından özünü doğrultmur, nitqi və üslubu daha 
da ağırlaşdırır. Bu şəkilçinin yazılışı da, dilimizdə işlənən 
sözlərin əksəriyyəti kimi fonetik prinsipə əsaslanmalıdır. 
Şəkilçi deyildiyi kimi də yazılmalıdır.
-lar,-lər. Bu şəkilçi əslində əşya məzmunu bildirən söz-
lərin sonuna artırılıb, qeyri-müəyyən kəmiyyət ifadə edir. 
Məsələn. Dağların gözünün yaşına baxma,şairlər çəkəni dağlar 
çəkməyib.(H.Arif),  Əllərdə  gəzməyin  bir  kitab  kimi(M.Araz), 
Dostlar, badələri qaldırın içək.(S.Vurğun), Qüzeylərdən qar əri-
yib  gedəndə  çəmən  yaşıl,  çiçək  qönçə  olarmış.(V.Dumanoğlu), 
Sellər də yanar söndürə bilməz! Bir qəlbə əgər düşsə məhəbbət.(B.
Vahabzadə), Firidun yolda çəkdiyi əzablara, gündüzlər gizlənib 
gecələr isə yol gəldiyinə baxmayaraq, çox ayıq yatmışdı.(M.İbra-
himov).  
Bu  nümunələrdə  dağlar,  şairlər,  əllər,  dostlar,  qüzey-
lər, sellər, əzablar, gündüzlər, gecələr kimi leksik vahidlə-


23
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
rin tərkibindəki –lar,-lər qeyri-müəyyən kəmiyyət, cəmlik 
bildirir.  Kəmiyyət  kateqoriyasının  morfoloji  əlaməti  kimi 
–lar,-lər  şəkilçisi  olduqca  məhsuldardır  və  sözdəyişdirici 
şəkilçidir.
Lakin  –lar,-lər  şəkilçisi  söz  yaradıcılığı  prosesində  iş-
tirak  edib  yeni  sözlər  düzəldə  bilir.  Bu  məqamda  şəkilçi 
qeyri-məhsuldar və leksik səciyyə daşıyır. S.Cəfərov bu tip 
şəkilçiləri  qrammatik-leksik  şəkilçi  adlandırmışdır.  Qey-
ri-məhsuldar şəkilçi kimi, daha çox isim və saylardan şəxs, 
əşya, ad məfhumu ifadə edən sözlər, xüsusilə də, antropo-
nimlər əmələ gətirir. Məsələn: Ağalar, Bəylər, Şahlar, Xan-
lar, Yeddilər, Dördlər və s.
-anaq,-ənək. –an,-ən və -aq,-ək şəkilçilərinin sintezindən 
ibarət  qeyri-məhsuldar  şəkilçidir.  Həm  isim,  həm  də  fel-
lərin sonuna qoşulmaqla əşya, alət, vasitə, proses adı bil-
dirən isimlər düzəldir. Məsələn: tozanaq, sızanaq, əkənək, 
biçənək, boğanaq, doğanaq, dəyənək, döyənək, eşənək və s.
-lov.  İsimdən  isim  düzəldən  qeyri-məhsuldar  şəkilçi 
olub, əşya, alət, vasitə bildirən söz əmələ gətirir. Məsələn: 
oxlov.
-rik. Dilmizdəki kiprik sözü bu şəkilçi vasitəsilə əmələ 
gəlmişdir. Dilin inkişafının müəyyən bir mərhələsində me-
tateza hadisəsi nəticəsində p>r əvəzlənməsi baş vermişdir. 
Hazırda dilimizdə kirpik formasında sadə söz kimi işlənir. 
Sözün  formalaşma  tarixi  də  qədimdir.  “Dastani-Əhməd 
Hərami”nin dilində də kirpik şəklində işlənmişdir:
Hənuz oğlan idi, on idi yaşı,
Vəli kirpigi ox, yay idi qaşı.
-inik.  Feildən  sifət  düzəldən  qeyri-məhsuldar  şəkilçi 
olub,  -nik  şəkilçisi  ilə  sinonimlik  keyfiyyətinə  malikdir. 
Məsələn: Əzinik-əznik.


24
İlkin Əsgər
-cıl,-cil,-cul,-cül.  Bəzi  dilçilik  ədəbiyyatlarında  əsasən, 
adlardan  bacarıq,  xasiyyət,  əlamət,  keyfiyyət  anlayışla-
rını  yaradan,  sifət  düzəldən  -cıl,-cil,-cul,-cül  şəkilçisi  qey-
ri-məhsuldar kimi göstərilir. Halbuki, dilimizdə bu şəkilçi 
vasitəsilə yaranan xeyli sayda söz vardır. Məslən: adamcıl, 
dostcul, zarafatcıl, qohumcul, ölümcül, söhbətcil, yuxucul, 
siyasətcil, qonaqcıl, qabaqcıl, işcil və s. Məhz buna görə də 
bu fikirlə razılaşmaq olmaz. Lakin -cıl,-cil,cul,-cül omonim 
şəkilçisi isimdən isim düzəldən şəkilçi kimi qeyri-məhsul-
dar olub, əşya, alət məzmunu bildirir. Məsələn: barmaqcıl, 
balıqcıl.
-l. Bu şəkilçi dilimizdə sifət düzəldən və olduqca məh-
suldar  olan  dördvariantlı  -cıl,-cil,-cul,-cül  şəkilçisinin  əsa-
sında yaranmışdır. Milli mənşəli sifət əmələ gətirən –l qey-
ri-məhsuldar  şəkilçisi  Rus-avropa  mənşəli  –l  şəkilçisi  ilə 
omonimlik keyfiyyətinə malikdir. Əsasən say bildirən sözə 
qoşulub əlamət, keyfiyyət məzmunu yaradan söz əmələ gə-
tirir. Məsələn: ortancıl 
“Ortancı” sözünün tərkibindəki –ncı miqdar saylarından 
sıra  sayı  əmələ  gətirən  –ıncı,-inci,-uncu,-üncü  şəkilçisinin 
ilk saitinin düşməsi nəticəsində formalaşmışdır. Həm mil-
li, həm də türkoloji dilçilikdə bir qrup sözlər şəkilçi qəbul 
edərək sıra sayı funksiyasında çıxış edə bilir. Məsələn: əv-
vəlinci, axırıncı, sonuncu, ortancı, ilkin və s. 
Sözün kökü (orta) saitlə bitdiyindən şəkilçinin tərkibin-
dəki  sait  eliziya  hadisəsi  nəticəsində  ixtisar  olunmuşdur: 
orta-orta(ı)ncı-ortancıl
-baq.  Şəkilçi  tarixən  “bağ”  formasında  müstəqil  söz 
olub,  zaman  keçdikcə  müstəqilliyini  itirərək  müasir  dili-


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə