İÇİNDƏKİLƏR



Yüklə 181,78 Kb.
Pdf görüntüsü
səhifə10/30
tarix14.01.2018
ölçüsü181,78 Kb.
#20763
1   ...   6   7   8   9   10   11   12   13   ...   30

 
25 
4.1 ARCnet şəbəkəsi 
 
ARCnet    məlumatın  ötürülməsində  ən  köhnəlmiş  metodlardan  birini  istifadə  edirdi.  ARCnet 
(Attached Resource Computer Network) kimi açılışı vardır. Bu metod DataPoint şirkəti tərəfindən 
1977-ci  ildə  yaradılmış  və  sadəliyinə,  ucuzluğuna  və  iş  bacarığına  görə  çox  populyar  olmuşdur.  
ARCnet  əsasında  minlərlə  Novell  NetWare  2.x  şəbəkələri  qurulmuşdur,  bəziləri  hələ  indiyədək 
işləyir. Amma buna baxmayaraq o köhnə üsullardan sayılır və bu gün ona üstünlük verilmir. 
 
4.2 Token Ring şəbəkəsi 
 
Token  Ring,  1986-cı  ildə  İBM  firması  tərəfindən  təklif  edilmişdir.    Ən  üstün  cəhətləri  etibarlı, 
sürətli və firma tərəfindən yaxşı dəstək verilməsi idi. Token Ring ondan sonra yaranan Ethernet-
dən 3-4 dəfə  daha baha  idi.  Token Ring  istehsalçılarına  firma tərəfindən  tam lisenziya verilmirdi 
və buna görə az firma onu istehsal edirdi. Amma Ethernet bir çox firma tərəfindən istehsal olunur 
və ucuz satılırdı. Token Ring marker ötürmə texnologiyası ilə qurulmuşdu. Bütün kompüterlər bir 
dairə  formasında  qoşulurdular  və  marker  hər  kompüterə  baş  vurur  və  göndərilməsi  lazım  olan 
paketi götürüb lazım olan yerə çatdırırdı.  
 
 
 
Bu zaman əgər kimsə eyni vaxtda məlumat göndərmək istəsəydi o markerin boşalmağını gözləməli 
idi.  Şəbəkə  daxilində  də  bir  markerdən  çox  marker  olmamalı  idi.  Buna  nəzarət  etməsi  üçün 
şəbəkəyə nəzarət edən Aktiv Monitor adlanan kompüterin olması lazım gəlirdi. Həmin kompüter 
əgər şəbəkədə hər hansı bir səhv var idisə onu düzəldirdi. Məsələn, əgər şəbəkədə iki marker olarsa 
onun birini dərhal məhv edirdi. 
Token  Ring  hub  texnologiyasına  da  malik  idi.  O  eynən  yuxarıda  gördüyünüz  şəkildəki  kimi 
marker-i  göndərir  və  marker-ə  məlumat  əlavə  olunandan  sonra  onu  lazımı  yerə  çatdırırdı.  Bu 
sistem  vasitəsi  ilə  fiziki  topolojidən  həlqə  formalı  ulduza  çevrilirdi.  Bu  sistemin  üstünlüyü  onun 
marker  vasitəsi  ilə  hansı  kompüterin  şəbəkəyə  qoşulu  və  ya  şəbəkə  vəziyyətinin  saz,  nasaz 
olmasından xəbər verə bilirdi. Aşağıdakı şəkildə aktiv monitor 5-ci kompüterdir və hub vasitəsi ilə 
markeri göndərir. 
 


 
26 
Token  Ring  IEEE 802.5 standartı sayılır və öz şan-şöhrətini tez bir vaxta Ethernet-ə verir.  Hal-
hazırda bu sistemdən demək olarki istifadə olunmur. İBM onu bəzən firma daxilində mainframe-
lər üçün istifadə edir.  
İEEE  komissiyaları  cədvəlində  göstərdiyim  əsas  IEEE  802.3,  802.5    802.11  standartları 
daxilində  Token  Ring-in  də  adı  gedir.  Bəli  Token  Ring  802.5-dən  istifadə  edirdi  və  bu  gün  bu 
texnologiya standartlaşmada özünəməxsus lazımlı yerini tutur. Bu o demək deyil ki, Token Ring 
bütünlükdə istifadə olunur. Sadəcə olaraq onda olan lazımlı texnologiyalar istifadə olunur. 
 
Qeyd:  Ethernet  şəbəkələrinə  keçməzdən  əvvəl  şəbəkələrdə  istifadə  olunan  kabellər  ilə  sizi  tanış  etmək 
istəyirəm.  Sonra  ən  geniş  yayılmış  şəbəkə  növü  olan  Ethernet-in  izahında  kabellərin  adlarını  oxuduqda 
sözün nədən getdiyini rahatca anlayacaqsınız. 
 
 
5. Kabel Tipləri 
 
Bu  bölmədə  müxtəlif  kompüter  və  şəbəkə  texnologiyalarında  istifadə  olunan  kabel  standartları 
haqda  lazımi  qədər  məlumat  verilir.  Verilən  məlumatlar  oxşar  kabellərin  bir-birindən  nəyə  görə 
fərqləndiklərini  və  hansı  şəraitdə  hansı  kabelin  daha  uyğun  olduğu  kimi  sualları  tam  əhatə  edir. 
Aşağıda  bu  kabellərin  şəbəkə  üçün  ilk  yaradılan  növlərindən,  müasirlərinə  qədər  hamısını  əhatə 
edən siyahı var. Buyurun tanış olun: 
 
5.1. Koaksial Kabel (Coaxial Cable) 
5.1.1 RG-8 
5.1.2 RG-6 (Şəbəkələrdə istifadə olunmasa da bilmək lazımdı) 
5.1.3 RG-58 
5.2. Dolanmış Cüt Kabel (Twisted Pair Cable) 
5.2.1 Qorunan Örtüklü Dolanmış Cüt (Shielded Twisted Pair-STP) 
5.2.2 Qorunmayan Örtüksüz Dolanmış Cüt (Unshielded Twisted Pair-UTP) 
5.2.3 UTP Kabelinin Kateqoriyaları 
5.3. Fiber Optik Kabel (Fiber Optic Cable) 
 
5.3.1 Fiber tipləri 
 
 
5.1  Koaksial Kabel (Coaxial Cable) 
          
 
 
 
Koaksial  və  ya  qısaca  "koaks"  kabel,  mərkəzdə  ötürən  sim(D),  kabelin  çölündə  bir  plastik 
təbəqə(C), onun üstündə tor şəklində qoruma teli(B),  ən çölündə  yumşaq rezin çöl örtük(A) olur. 
Koaksial  kabel  elektromaqnit  qarışıqlığı  olan  mühitdə  aşağı  gücdə  siqnalları  ötürmək  üçün 


 
27 
hazırlanmış  bir  kabeldir.  Bütün  şəbəkələrdə  informasiya  radio  siqnallarına  çevrilir  və  dalğavarı 
sinusoid  formasında  digərlərinə  ötürülür.  Əgər  əsas  mərkəzdəki  simin  üstü  açıq  olarsa  o  zaman 
informasiya  göndəriləndə  getdiyi  yol  boyunca  itkiyə  məruz  qala  bilər.  Yuxarıdakı  şəkildə  sim 
üzərində  plastik  örtük  olduğunu  və  onun  da  üzərində  tor  şəkilli  qoruyucu  ilə  örtüldüyünü 
göstərmişdim.  Plastik  örtük  informasiya  dalğalarının  sabit  şəkildə  ötürülməsini  təmin  edir. 
Yuxarıdakı qoruyucu rolunu oynayan tor sim maqnetik məkanlarda ötürmə dalğalarına mane ola 
biləcək maqnetik dalğalardan qorumaq üçündür.  Koaksial kabel  çox geniş  istifadə  olunmaqdadır. 
Əsasən səs və video siqnallarının göndərilməsində istifadə olunur. Çox fərqli formalarda qarşınıza 
çıxa bilər. Ancaq kompüter şəbəkələrində indiyə qədər istifadə olunan iki tip koaksial kabel vardır: 
RG-8 və RG-58. Koaksial kabel tipləri özləri RG kodlarına sahibdir. Kabel müəyyən bir uzunluqda 
maqnetik elektrik axımına qarşı dura bilir. Koaksial kabellər çöldən baxıldığında bir-birlərinə çox 
bənzəyirlər,  ancaq  kabelə  daha  yaxından  baxanda  üzərində  RG  kodunu  və  om  gücünü    görə 
bilərsiniz.  Kompüter  şəbəkələri  üçün  koaksial  kabelin  omeqa  dəyəri  "50  "  və  ya  "75"  şəkilində 
“om” yazılır. İndi kompüter dünyasında işlədilmiş koaksial kabel tiplərini öyrənək. 
 
5.1.1  RG-8 
 
 
 
RG-8  və  ya    Thicknet(qalın  tor)  kabel  ethernetin  ilk  istifadə  etdiyi  kabel  tipidir.  Günümüzdə  bu 
kabeli  istifadə  edən  bir  şəbəkə  tapmaq  həqiqətən  çətindir.  Sonradan  işlədilən  kabellərdə  rəng 
həddinin  qoyulması  yox  ikən  bu  kabellərdə  rənglər  əsasən  sarı,  portağal,  qəhvə  rəngi  və  2.5 
metrdən bir qara rəngli bantla işarə edilmiş formada istehsal edilirdi. 50Ω dəyərində olan bu kabel 
adına yaraşan şəkildə  qalın və müqavimətli idi. 
 
5.1.2  RG-6 
 
 
 
RG-6  75Ω  kompüter  şəbəkələrində  heç  bir  zaman  istifadə  olunmamışdır.  Ancaq  günlük  həyatda 
çox tez-tez qarşımıza çıxır. Televizorlara girən antena kabeli RG-6-dır. Görünüş olaraq RG-58 ilə 
eynidir. Kabel üzərindəki om dəyəri 75Ω yazılıdırsa onun hansı kabel olduğunu təyin etmək olar.  
 
 
 
 


Yüklə 181,78 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə