İÇİNDƏKİLƏR


Lay 6: Təqdim etmə Layı (



Yüklə 181,78 Kb.
Pdf görüntüsü
səhifə9/30
tarix14.01.2018
ölçüsü181,78 Kb.
#20763
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

 
22 
Lay 6: Təqdim etmə Layı (İngiliscə: Presentation Layer
 
Təqdim  etmə  layının  ən  önəmli  vəzifəsi  yollanan  məlumatın  qarşı  kompüter  tərəfindən  başa 
düşülən  halda  olmasını  təmin  etməkdir.  Beləcə  fərqli  proqramların  bir-birilərinin  məlumatını 
istifadə edə bilməsi mümkün olur.  
Dos  və  Windows  9x,  mətin  tipli  məlumatı  8  bit  ASCII  kimi  qəbul  edirsə  (məsələn,  A  hərfini 
01000001  kimi),  NT  bazalı  əməliyyat  sistemləri  üçün  istifadə  olunan  16  bit  Unicode  (A  hərfini 
0000000001000001  kimi)  qəbul  edir.  Ancaq  istifadəçi  təbii  ki,  sadəcə  A  hərfi  ilə  maraqlanır. 
Təqdim etmə layı bu kimi fərqlilikləri aradan götürür.  
Son vaxtlarda Təqdim etmə layı şəbəkə ilə bağlı deyil, proqramlarla bağlı hala gəlmişdir. Məsələn, 
əgər siz iki tərəfdə də “.gif” formatını aça bilən bir şəkil göstərici proqram istifadə edirsinizsə, bir 
kompüterin digər bir kompüter üzərindəki şəkil faylını açması əsnasında təqdim etmə layına bir iş 
düşmür.  Təqdim  etmə  lay  istifadə  etdiyi  kompüterdə  həmin  formatı  oxuya  bilən  proqramlardan 
birini istifadə edərək şəkili açacaqdır.  
 
 
Lay 7: Tətbiq etmə Layı (İngiliscə: Application Layer
 
Tətbiq  etmə  layı  proqramların  şəbəkəni  istifadə  edə  bilməsi  üçün  ləvazimatlar  təqdim  edir. 
Microsoft  API-ləri  tətbiq  etmə  layında  çalışır.  Proqram  yazan  zaman  proqramçı  API-ləri  istifadə 
edərək, məsələn bir şəbəkə sürücüsünə çatmaq lazım olduğunda API içindəki hazır texnologiyanı 
götürüb öz proqramında istifadə edir. Alt laylarda gerçəkləşən onlarca fərqli əməliyyatın heç birisi 
ilə məşğul olmaq məcburiyyətində qalmır.  
Tətbiq etmə layı üçün yaxşı misal HTTP-dir. HTTP protokoldur, proqram deyildir. Yəni qaydalar 
toplusudur.  Bu  topluya  görə  çalışan  IE  (İnternet  Explorer)  Browser  eyni  protokolu  istifadə  edən 
Web təqdim edicisinə çatır və onu istifadəsi ilə birbaşa məşğul olur. Bu lay alt laylardan nisbətən 
daha  az  istifadə  olunur.  Burada  birbaşa  əlaqəyə  yardım  edən  TCP\İP  protokolları  vardır.  Yeri 
gəlmiş ikən deyim, məsləhətdir FireFox browser işlədəsiniz.  
 
 
 3.3 OSİ haqqında əlavələr 
 
OSI xəyali bir modeldir. Yəni heç bir yerdə OSI proqramı və ya OSI təchizatı deyilən bir şey görə 
bilməzsiniz.  Ancaq  proqram  və  təchizat  istehsalçıları  bu  modeldə  təsvir  olunan  qaydalar 
çərçivəsində malları istehsal edirlər və satışda olan mallar buna görə bir-biri ilə uyğunlaşa bilirlər. 
OSI modeli aparatların  iş funksiyasını anlamaq və açıqlamaq üçün istifadə olunur. Məsələn,  hub 
dediyimiz  cihazlar  gələn  məlumatı  sadəcə  müəyyən  elektrik  siqnalları  şəklində  görən  və  bu 
siqnalları  çoxaldıb,  digər  portlarına  göndərən  bir  cihazdır.  Bu  hub-ların  fiziki  (1-ci  lay)  layda 
çalışan cihazlar olduğunu göstərir. Ancaq switch (sviç) adlanan cihazlar iki layda çalışırlar. Çünki 
2-ci layda təsvir olunan MAC adresləri anlaya bilirlər və bir portdan gələn məlumat paketini(yenə 
elektrik siqnalları halında) sadəcə lazım olan porta (o portdakı kompüterin MAC adresini bildiyi 
üçün) yollaya bilirlər. Bunları əlbəttə ki geniş araşdıracağıq. Bəzən yönləşdiriciləri (router) olan üç 
layda  işləyə  bilən  cihazlar  ilə  qarşılaşacaqsınız.  Bu  cihazlar  bir  az  daha  irəli  gedib,  3-cü  layda 
məlumat paketinə əlavə olunan IP adres kimi məlumatları da oxuya bilirlər. OSI modelinin ən üst 
layından yola çıxan xam məlumata (məsələn, A hərfi, bir rəsm, bir səs faylı v.s.) hər layda o layla 
bağlı bəzi əlavələr olunduqdan sonra bir alt laya ötürülür.  


 
23 
Aşağıda OSİ modelində paket üzərinə əlavə olunan məlumatların digər kompüterdə uyğun laylarda 
oxunub  paketdən  götürülməsi  təsvir  olunmuşdur.  Bu  şəkil  sizə  müəyyən  qədər  OSİ  modelini 
yaddaşınızda canlandırmağa yardımçı olacaqdır. 
 
 
 
Qəbul  edən  kompüter  məlumat  paketini  alt  laydan  üst  laylara  doğru  ötürür.  Hər  bir  lay  qarşı 
tərəfdə  əlavə  olunmuş  həmin  layın  məlumatını  oxuyur  və  pozur.  Özünə  aid  məlumatı  təmizləyib 
paketi bir üst laya ötürür. Modelə görə hər bir lay özündən əlavə üç lay ilə işləyir. Bu üç lay alt və 
üst laylar və qarşı tərəfdəki eyni laydır. Məsələn, Transport layındakı TCP protokolu, təbii olaraq 
bir üst  laydan aldığı  məlumatı  bir alt laya ötürür (məlumat  göndərilməsi) və  ya  alt laydan  gələn 
məlumatı  üst  laya  ötürür  (məlumat  alınması).  Ancaq  gələn  məlumat  paketləri  əksikdirsə,  təkrar 
göndərilməsi lazım olan  məlumat paketini qarşı tərəfdəki eyni laya bildirmə vəzifəsini də yerinə 
yetirir. Eyni formada Data link layı məlumatı üç lay üçün işləyir. 
 
 
 
3.4  OSİ Modelində istifadə olunan texnologiyalar 
 
Aşağıda  verilən  cədvəldə  OSİ  modelində  istifadə  olunan  texnologiyaların  adları  laylara  müvafiq 
şəkildə yerləşdirilmişdir. Sadəcə baxıb tanış olun.  
 
Laylar 
Laylarda istifadə olunan 
Protokollar və Texnologiyalar 
Şəbəkə komponentləri 
7. Lay - Tətbiqetmə 
DNS; 
FTP; 
TFTP; 
BOOTP; 
SNMP;RLOGIN;  SMTP;  MIME; 
NFS;  FINGER;  TELNET;  NCP; 
APPC; AFP; SMB 
 
 
Gateway 


 
24 
6. Lay – Təqdimetmə 
 
Gateway 
Redirector 
5. Lay - Sessiya 
NetBIOS; Names Pipes
Mail Slots;  RPC;  
 
 
Gateway 
4. Lay - Daşıma 
TCP, ARP, RARP;  
SPX 
NWLink 
NetBIOS / NetBEUI 
ATP  
 
Gateway 
Advanced Cable Tester 
Brouter 
 
3. Lay – Şəbəkə 
IP; ARP; RARP, ICMP; RIP; OSFP;  
IGMP; 
IPX 
NWLink 
NetBEUI 
OSI 
DDP 
DECnet  
 
Brouter 
Router 
Frame Relay Device 
ATM Switch 
Advanced Cable Tester 
 
2. Lay – Məlumat Bağlantısı 
Logical Link Control(LLC)  
SAPs 
802.1 OSI Model  
802.2 Logical Link Control  
 
Media Access Control(MAC)  
802.3 CSMA/CD (Ethernet) 
802.4 Token Bus (ARCnet
802.5 Token Ring 
802.12 Demand Priority  
 
Bridge 
Switch 
ISDN Router 
Intelligent Hub 
NIC 
Advanced Cable Tester 
 
1. Lay - Fiziki 
 
 
IEEE 802  
IEEE 802.2 
ISO 2110 
ISDN  
 
Repeater 
Multiplexer 
Hub 
Passive 
Active 
TDR 
Oscilloscope 
Amplifier 
 
Bütün  bunları  öyrənmək  yəni  OSİ  modelini  şəbəkə  professionallarına  lazımdı.  Əgər  evdə  sadə 
şəbəkə  qurursansa  kabeli  kəsib  hub-a  və  ya  birbaşa  kompüterə  taxıb  istifadə  edə  bilərsən.  Bu 
bilgiləri bilməsən də adi wireless aparatlarını alıb evdə şəbəkə qura bilərsən. OSİ həddindən artıq 
böyük mövzudur  və mən çalışdım ki, burada mümkün  qədər  rahat  yolla onun funksiyasını izah 
edim. İnşallah başa düşmüşsünüz. 
 
 
4. Keçmişdə istifadə olunan şəbəkə texnologiyaları 
Kompüterlər  yaradıldıqları  gündən  daima  yeniləşməyə  məruz  qalmışdır.  Ona  görə  də  bəzi 
texnologiyalar  öz  vaxtlarında  yüksək  nəticə  göstərmələrinə  baxmayaraq,  həmişə  yeniləri  və  daha 
yaxşıları  ilə  əvəz    olunmuşdurlar.  Sözü  gedən  yaşlı  nəsil  texnologiyalardan  şəbəkə  sahəsində  öz 
lazımi yerini tutmuş iki şəbəkə texnologiyası ARCnet və Token Ring haqqında yazmaq istəyirəm.  
 
 


Yüklə 181,78 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə