İÇİNDƏKİLƏR



Yüklə 181,78 Kb.
Pdf görüntüsü
səhifə11/30
tarix14.01.2018
ölçüsü181,78 Kb.
#20763
1   ...   7   8   9   10   11   12   13   14   ...   30

 
28 
5.1.3  RG-58 
 
            
 
 
Hal-hazırda qarşılaşa biləcəyiniz tək koaksial şəbəkə kabeli RG-58-dir. Digər adları Thinnet(incə 
tor)  və  Cheaper  net(ucuz  tor)-dir.  50Ω  dəyərində  olan  bu  kabel  RG-8-ə  görə  ucuz,  istifadəsi  də 
asandır. UTP yaranana qədər yerli şəbəkələrdə geniş istifadə olunmuşdur. 
 
 
5.2 Dolanmış Cüt Kabel (Twisted Pair Cable) 
 
 
 
Yarandığı dövrdən indiyədək ən yayılmış istifadə edilən şəbəkə kabeli tipidir. Bir-birinə dolanmış 
cütlər  halında  olan  və  telefon  kabelinə  bənzər  bir  kabeldir.  İki  tip  TP(Twisted  Pair)  kabel 
mövcuddur.  
 
5.2.1 Qorunan Örtüklü Dolanmış Cüt (Shielded Twisted Pair-STP) 
 
Bu  tip  kabeldə  dolanmış  tel  cütləri  koaksial  kabeldə  olduğu  kimi  metal  bir  qoruma  təbəqəsi  ilə 
örtülüdür. TP kabellər ilk istifadəyə başlandığı vaxtlardan (bəlkə də koaksialdan keçid dövründə) 
STP  kabel  UTP-yə  nisbətdə  daha  yaxşı  qəbul  edilmişdir.  Ən  çöldəki  metal  qoruma  təbəqəsi 
elektromaqnetik  məkanlarda  həqiqətən  kabel  içindəki  siqnalın  pozulmasına  mane  olması 
gözlənilirdi. Ancaq STP-nin bahalı olması onun yayılmasına mane olmuşdur. 
 
 
 
Köhnə qaynaqlarda STP-nin UTP ilə müqaisədə daha bahalı, amma STP-nin maqnetik məkanlarda 
UTP-yə  görə  daha  inamlı  kabel  olduğu  bildirilir.  Bu  günlərdə  bir  çox  qaynaqda  isə  STP-nin 
quraşdırılmasının çətin olduğundan və söyləndiyi qədər də yüksək qoruma ilə təmin etmədiyindən 


 
29 
söz  gedir.  Hətta  düzgün  istifadə  olunmadığında  daha  pis  nəticələrə  yol  aça  biləcəyindən  bəhs 
edilir.  STP  istifadə  ediləndə  diqqət  edilməsi  gərəkli  ən  önəmli  nöqtə,  çöldəki  metal  qorumanın 
düzgün bir şəkildə torpaqlanmasıdır. Əks halda qoruma elektromaqnit dalğaları toplayan bir antena 
vəzifəsini  görür.  Qoruma  kabelinin  heç  bir  nöqtəsindən  zədələnməmiş  olması  da  çox  önəmlidir. 
Ən  çöldəki  qoruma  ilə  torpaqlama  məlumatın  keçdiyi  bütün  nöqtələrdə  davamlı  olaraq 
təkrarlanması da çox önəmlidir. STP kabel Token Ring şəbəkələrində istifadə olunmuşdur, ancaq 
Ethernet şəbəkələri üçün istənilməyən bir kabel tipidir. 
 
 
5.2.2 Qorunmayan Örtüksüz Dolanmış Cüt (Unshielded Twisted Pair-UTP) 
 
 
 
 
Bu  günlərdə  ən  çox  işlədilən  UTP  bir-birinə  dolanmış  cütlər  halında  və  ən  çöldə  də  plastik  bir 
qoruması  olan  kabellərdir.  Kabelin  içində  kabelin  dayanıqlılığını  artırmaq  və  lazım  olduqda 
çöldəki  plastik  örtüyü  rahatca  sıyırmaq  üçün  neylon  bir  ip  mövcuddur.  Tel  cütlərinin  bir-birinə 
dolanmış  olmaları  həm  öz  aralarında,  həm  də  çöl  mühitində  qarşılaşa  biləcəyi  siqnal 
pozulmalarının önünə keçmək üçün alınmış bir tədbirdir. 
Kabel  içindəki  tellər  cütlər  halında  bir-birinə  dolanmışdır.  Hər  cütün  bir  əsas  rəngi,  bir  də  "ağ" 
olanı  vardır.  Yuxarıdakı  şəkildə  də  göründüyü  kimi  əsas  rənglər  portağal  rəngi(turuncu),  mavi, 
yaşıl və qəhvə  rəngindədir. Əsas  rənglərə sarılmış olan ağ tellər, sarılı  olduğu  rənglə eyni  rəngə 
sahib olduğunu bildirir. Beləcə portağal rəngi(turuncu), portağal rəngi(turuncu)-ağ, mavi, mavi-ağ, 
yaşıl,  yaşıl-ağ, qəhvəyi, qəhvəyi-ağ olmaq üzrə  8 fərqli rəngdə və 4 qrupda toplanmış olduğunu 
görürük. 
Bəzən aldığınız kabeldə  rənglərin bir az solğun, hətta dəyişik olduğunu görə bilərsiniz. Bəzən də 
ağ kabellərin tamam xətsiz(zolaqsız) olması mümkündür. Ancaq keyfiyyətli CAT5(və ya  yuxarı) 
kabellərdə əsasən problem çıxmır. Hər bir ikinci(sarılmış) tel əsas telə müvafiq rənglənir. 
 
 
5.2.3  Unshielded və shielded twisted pair kabel standartları 
 
 
Cat  1:  Hal-hazırda  TIA(Telecommunications  Industry  Association)/EIA(Electronic  Industries 
Alliance) tərəfindən tanınmır. Əvvəllər telefon POTS(Plain old telephone service), ISDN və qapı 
zəngi kabellənməsi üçün istifadə edilirdi. 
 
Cat  2:  Hal-hazırda  TIA/EIA  tərəfindən  tanınmır.  Əvvəllər  4  Mbit/s  Token  Ring  şəbəkələrində 
istifadə olunurdu. 


 
30 
 
Cat  3:  Hal-hazırda  TIA/EIA-568-B  tərəfindən  qəbul  olunur,  16  MHz  sürətindəki  şəbəkələrdə 
istifadə olunur. 10 Mbit/s Ethernet şəbəkələrində istifadə olunması ilə populyardır. 
 
Cat 4: Hal-hazırda TIA/EIA tərəfindən tanınmır. 20 MHz sürətində işləmə qabiliyyəti var və 16 
Mbit/s Token Ring şəbəkələrində geniş istifadə olunmuşdur. 
 
Cat  5:  Hal-hazırda  TIA/EIA  tərəfindən  tanınmır.  100  MHz  sürətində  işləmə  qabiliyyəti  var  və 
100  Mbit/s  Ethernet  şəbəkələrində  istifadə  olunmuşdur.  1000BASE-T  Gigabit  Ethernet  üçün 
uyğun deyildir. 
 
Cat  5e:  Hal-hazırda  TIA/EIA-568-B  tərəfindən  qəbul  olunur.  100  MHz  sürətində  işləmə 
qabiliyyəti var. 100 Mbit/s və Gigabit Ethernet şəbəkələrində istifadə olunur. 
 
Cat  6:  Hal-hazırda  TIA/EIA-568-B  tərəfindən  qəbul  olunur.  250  MHz  sürətində  işləmə 
qabiliyyəti var. 5 və 5e-dən daha güclüdür. 
 
Cat 6a: 10 Gbit/s şəbəkələri üçün kabel standartıdır(hazırlanmaqdadır). 
 
Cat  7:  ISO/IEC  11801  üçün  qeyri-rəsmi  addır.  Class  F  kabelləmə  sinifi.  Bu  standart 
individualdır və xüsusi hallarda istifadə olunur. 600 MHz sürətində işləmə qabiliyyəti var. 
 
Kompüter şəbəkələrində 10 Mbit Ethernet vaxtlarında CAT3 kabel çox geniş istifadə edilmişdir. 
 
 
 
 
100  Mbit  Ethernetin  inkişaf  etdirilməsi  ilə  CAT5  kabellər  istehsala  başlanılmışdır  və  hələ  də 
istifadə olunmaqdadır.  
 
 
 
UTP kabelin çöldən görünüşü 
 
CAT3  və  CAT5  bir-birinə  çox  bənzəyirlər.  Ancaq  hər  kabelin  üzərində  kateqoriyası  yazılır. 
Kabelin  kateqoriyası  onun  keyfiyyətini  göstərir.  Keçirilən  müxtəlif   testlər  ilə  kabelin  göstərilən 
sürətlərdə elektrik siqnallarını nə qədər sağlam və az itki ilə göndərdiyi, maqnit mühitində siqnalı 
nə  qədər  qoruya  bildiyi  ölçülmüşdür.  Testlər  ilə  ortaya  çıxan  ölçülər  kateqoriyanın  keyfiyyətini 
göstərir. Qoyulan kriteriyalara cavab verən kabel kateqoriyanın adını almağa haqq qazanır. CAT5 
ilə  100  Mbit  sürətində  məlumatı  ötürə  bilərsiniz.  Bir  sonrakı  standart  CAT5e  (Enhanced  CAT5, 
inkişaf etdirilmiş CAT5) standartıdır. CAT5e CAT5 ilə eyni quruluşdadır, amma daha keyfiyyətli 
kabeldir.  CAT5e  ilə  gigabit  sürətinə  çatmaq  olar.  Gigabit  ethernet-də  CAT5  istifadə  etmək 
mümkündür, amma CAT5e  daha çox məsləhət görülür. 
 


Yüklə 181,78 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə